1. Bir işin görülməsi üçün verilən hökm, göstəriş.
□ Əmr etmək – bir işin görülməsini hökmlə tapşırmaq, buyurmaq.
// Bir işi yerinə yetirmək haqqında əmr, sərəncam yazılmış kağız; əmrnamə. Nazirlikdən əmr alındı. Əmrə tabe olmaq. Əmri yerinə yetirmək.
□ Əmr vermək – əmrnamə, sərəncam yazmaq, nəşr etmək, elan etmək. Təyinat haqqında əmr vermək.
2. Hökumət orqanının, idarə, müəssisə, təşkilat və s. rəhbərlərinin rəsmi sərəncamı. Hərbi komissarlığın əmri. İnstitut direktorunun əmri.
Əmr forması qram. – zaman və xüsusi əlaməti olmayan, yalnız şəxs şəkilçiləri qəbul edən feil qrupu.
Əmr cümləsi qram. – əmr ifadə edən cümlə.
Əmrdən çıxmaq – tabe olmamaq, göstərişə, əmrə əməl etməmək.
Əmri-qaib – köhnə qrammatikada: üçüncü şəxsə edilən əmr.
Əmri-hazır – köhnə qrammatikada: ikinci şəxsə edilən əmr.
Əmrinə vermək – ixtiyarına vermək. Komandanın əmrinə çoxlu sursat və qoşun verilmişdir.