Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Engadget
"Engadget" — çoxdilli ABŞ texnologiya bloqu. Bloqda qadcetlər və istehlak elektronikası haqqında xəbərlər dərc edilir. "Engadget"in hazırda müstəqil redaksiya qrupları ilə ingilis dilində 4 və digər dillərdə 6 bloqu var. "Engadget" bloqu "Technorati top 100"də ilk beş saytdan biri idi və "TIME" tərəfindən 2010-cu ilin ən yaxşı bloqlarından biri kimi qeyd edilmişdir. == Tarixi == "Engadget" bloqu "Gizmodo" texnologiya bloqunun keçmiş redaktoru və həmtəsisçisi Piter Roxas tərəfindən təsis edilmişdir. O, hər gün istehlakçı elektronikası ilə bağlı bir neçə məqalə, texnologiya dünyası haqqında şayiələr və şəxsi fikirlər dərc edirdi. 2004-cü ilin oktyabr ayından etibarən həftəlik texnologiya yeniliklərini əhatə edən"Engadget Podcast" yayımlanır. == Mükafatlar == "The Engadget Show" 2011-ci ildə iki "Vebbi" mükafatına layiq görülmüşdür.