əsərsiz
əsgəri
OBASTAN VİKİ
Əsgər
Əsgər — orduda xidmət edən şəxs. Əsgər sözü latınca, exercitus - ordu sözündən yaranmışdır və bütün türkdilli xalqlarda eynilə işlənir. Əsgər orduda vəzifəsi olan, xüsusi qanunlarla silahlı qüvvələrə qatılan şəxsdir. Əsgərlik insanlıq tarixindəki ən qədim sənətlərdən biridir. Əsgərlərin vəzifələri ölkəsinin torpağını xarici və daxili təhdidlərdən qorumaqdır. Əsgərlər asılı vəzifələrinin yanında - ehtiyyaca bağlı olaraq - əməliyyat axtarış, tibbi yardım, yanğın söndürmə, əsayişin qorunması kimi çox geniş yayılmış vəzifələri yerinə yetirirlər.
Əsgər Məmmədov (əsgər)
Əsgər Məmmədov (əsgər, 1972)
Naməlum əsgər
Naməlum əsgər — hərbi münaqişə zamanı həlak olmuş şəxsiyyəti bilinməyən əsgər. Adətən hərbi qulluqçuların üzərində onların kimliyini təsdiq etmək və ya bildirmək üçün boyunbağı olur. Bu boyunbağında onun adı, təvəllüdü, cinsi, qan qrupu qeyd olunur. Naməlum əsagərin dəfn olunduğu məzardır. Naməlum əsgərlərin xatirəsin əbədiləşdirmək üçün bir çox ölkələrdə həmçinin Azərbaycanda memorial tiklilər vardır.
Ramiz Əsgər
Ramiz Əskər (10 yanvar 1954, Qaraçanta, Amasiya rayonu – 22 may 2024, Bakı) — azərbaycanlı şair, tərcüməçi, publisist, ədəbiyyatşünas, filologiya elmləri doktoru, 2006-cı ildən Azərbaycan Yazıçılar Birliyinin, 1980-ci ildən Azərbaycan Jurnalistlər Birliyinin üzvü. Ramiz Əskər 10 yanvar 1954-cü ildə Amasiya rayonunun Qaraçanta kəndində müəllim ailəsində anadan olmuşdur. 1978-ci ildə M. V. Lomonosov adına Moskva Dövlət Universitetinin jurnalistika fakültəsini bitirmişdir. 1978–1983-cü illərdə Azərbaycan Radiosunda redaktor, 1983–1984-cü illərdə "Azərbaycan bu gün" jurnalının baş redaktoru, 1984–1991-ci illərdə "Odlar yurdu" qəzetinin baş redaktoru, 1991–1993-cü illərdə "Hürriyet" qəzetinin Azərbaycan üzrə xüsusi müxbiri, 1993–1994-cü illərdə Xarici Turizm Şurasının idarə rəisi, 1994–1996-cı illərdə "XXI əsr" qəzetinin baş redaktoru, 1993–1997-ci illərdə "Yeni Forum" jurnalının Bakı təmsilçisi olmuşdur. 1997-ci ildən Azərbaycan Jurnalistlər Birliyinin baş katibi, 2003-cü ildən Bakı Dövlət Universitetinin müəllimi, bədii tərcümə elmi-tədqiqat laboratoriyasının baş elmi işçisi-müdiri, 2012-ci ildən isə BDU-nun türk xalqları ədəbiyyatı kafedrasının müdiri vəzifəsində çalışmışdır. Filologiya elmləri doktoru, Bakı Dövlət Universitetinin professoru olmuşdur. Azərbaycanın "Qızıl qələm", "Həsən bəy Zərdabi", "Humay", Türkiyənin "Türk dünyasına xidmət", Türkmənistanın "Altın əsr" və TürkSOY-un "Özəl ödül" mükafatları laureatıdır. "Baburnamə"nin tərcüməsinə görə Özbəkistanın beynəlxalq Babur mükafatına, Bəkir Çobanzadənin əsərlərinin tərcüməsinə görə Ukraynanın beynəlxalq Bəkir Çobanzadə mükafatına, Abdulla Tukayın şeirlərinin tərcüməsinə görə Tatarıstanın "Mədəniyyət sahəsində uğurlar" medalına layiq görülmüşdür. Yazıçılar və Jurnalistlər Birliklərinin, Beynəlxalq Mətbuat İnstitutunun (İPİ, Vyana) üzvü, Azərbaycanın Əməkdar jurnalistidir. Türkologiya, ədəbiyyat, tarix və jurnalistıkaya dair kitablar yazmış, türk, rus, özbək, qazax, uyğur, türkmən, tatar, başqırd, qaqauz dillərindən tərcümələr etmişdir.
İgid əsgər
"İgid əsgər" — 1995-ci il Şəmistan Əlizamanlının albomundan olan mahnı. Mahnının sözləri və musiqisi Şahin Musaoğluya aiddir. 2016-cı ilin may ayında ATV telekanalında İlqar Mikayıloğlunun aparıcısı olduğu "Xeyirə qarşı" verilişində, Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrı nəzdindəki "Oyuq" teatr-studiyasının balaca istedadı 5 yaşlı Nuray Rəhmanın "İgid əsgər" ifası internetdə izlənilmə rekordu qırmışdır.
Əli Əsgər
Əli Əsgər (1968) — Karabük Universitetinin İqtisadiyyat və İdarə Elmləri Fakültəsinin Beynəlxalq Münasibətlər kafedrasının sədri, professor.[mənbə göstərin] Ailəlidir, bir övladı var. 1986–1993-cü illər ərzində Azərbaycan Texniki Universitetinin Radio Texnika fakültəsində həm bakalavr, həm də magistr dərəcələrində təhsilini tamamlamışdır. Məzun olduğu dövrdə ölkədəki vəziyyəti diqqətə alaraq hüquq təhsili almağa qərar verərək, 1993-cü ildə Bakı Dövlət Universitetinin Hüquqşünaslıq fakülətsinə daxil olub. 1998–2000-ci illər ərzində isə Türkiyənin nüfuzlu universitetlərindən olan Mərmərə Universitetinin Sosial Elmlər İnstitutundan Ümumi Hüquq üzrə magistr dərəcəsi alıb. 2007-ci ildə isə Ankara Universitetində doktorantura təhsilini tamamlamış və "Post Sosialist Ölkələrdə Siyasi Rejim Dəyişikləri" adlı dissertasiyasını müdafiə edərək hüquq elmləri doktoru elmi dərəcəsinə layiq görülmüşdür. Doktorantura təhsilini tamamladıqdan sonra Azərbaycanda fəaliyyət göstərən bir qəzetin Türkiyə təmsilcisi olmuşdur. Əli Əsgərin fərqli QHT-lərdə Qafqaz, Rus-Slavyan, Orta Asiya və Türk dünyası ilə bağlı araşdırmaları mövcuddur. Eyni zamanda professor erməni vandalizmin gerçəkliyini Türk dünyasına çatdırılması üçün müxtəlif fəaliyyətlər göstərmiş, təbliğatlar aparmışdır. 2021-ci ildə professor adına layiq görülən Əli Əsgər halhazırda Karabük Universitetinin İqtisadiyyat və İdarə Elmləri Fakültəsinin Beynəlxalq Münasibətlər kafedrasının müdiridir.[1] Dünyada mövcud olan konstitusiyaların türkcəyə tərcümə etməsi səbəbi ilə Əli Əsgərə 2019-cu ildə Hüquq Ensiklopediyası Özəl Mükafatı verilmişdir.
Əsgər (ad)
Əsgər — ən kiçik hərbi rütbə.
Əsgər (dəqiqləşdirmə)
Əsgər — ən kiçik hərbi rütbə.
Əsgər (qəzet)
"Əsgər" qəzeti — Azərbaycanda çap olunan ilk hərbi qəzetlərdən biri, Respublikanın ərazi bütövlüyü uğrunda döyüşlərin getdiyi dövrdə yaradılan qəzet. Daxili Qoşunların mətbuat orqanı olan "Əsgər" qəzetinin ilk sayı 1992-ci ilin dekabr ayının 16-da dərc olunmuşdur. Qəzet odlu səngərlərdə yayılan ilk mətbu orqanlardan biri kimi döyüşçülərimizin hərbi vətənpərvərlik tərbiyəsində mühüm rol oynamışdır. "Əsgər" qəzeti yarandığı gündən bu günədək Daxili Qoşunların döyüş və xidmət yolunun, şəxsi heyətin təlim-tərbiyəsinin işıqlandırılması, ümumilikdə qoşunların fəaliyyəti barədə ölkə ictimaiyyətinin məlumatlandırılması istiqamətində öz missiyasını uğurla yerinə yetirir. "Əsgər" qəzetinin ilk Baş redaktoru Rəfael Rzayev, Baş redaktorun müavini Təranə Məmmədova, məsul katibi Eldəniz Abbasov olmuşdur.
Əsgər (rütbə)
Əsgər — Azərbaycan Silahlı Qüvvələrində və dünyanın bir çox ölkələrində sıravi rütbəsi. Ondan aşağı hərbi məktəblərin müdavimləri götürülür. Azərbaycan Hərbi Dəniz Qüvvələrindəki ekvivalent rütbə matros rütbəsidir. Hərbi məktəblərin dinləyiciləri müdavim adlanır. Tədris dövründə onlara sıravi heyətin, məktəbi bitirdikdə isə ilk zabit rütbəsi leytenant verilir.
Əsgər Abbasov
Abbasov Əsgər Məmmədismayıl oğlu (28 aprel 1916 – 9 fevral 1970) — teatr rəssamı, Azərbaycan SSR Əməkdar incəsənət xadimi (1964). Əsgər Abbasov 28 aprel 1916-cı ildə Bakı şəhərində anadan olmuşdur. 1933-cü ildən Azərbaqycan Milli Dram Teatrında dekorçu rəssam kimi çalışmağa başlamışdır. 1933-1936-cı illərdə Bakı Rəssaqmlıq Məktəbində təhsil almışdır. Təhsil aldığı müddət ərzində əmək fəaliyyətinə də ara verməmişdir. 1945-1949 və 1956-1969-cu illərdə Azərbaycan Musiqili Komediya Teatrında baş rəssam işləmişdir. Əsgər Abbasov Azərbaycan Milli Dram Teatrında işlədiyi dövrdə Mir Cəlalın "Mirzə Xəyal", Mixail Lermontovun "İki qardaş", K.Simonovun "Bizim şəhərli oğlan", Kondrat Krapivanın "Son gülən", S.Rəhmanın "Toy" pyeslərinin tamaşalarının quruluşçu rejissoru olmuşdur. Habelə, Səməd Vurğunun "Fərhad və Şirin" pyesində və Sabit Rəhmanın "Xoşbəxtlər" komediyasında geyim eskizlərinin müəllifi olmuşdur. Əsgər Abbasovun yaradıcılığının parlaq dövrü Musiqili Komediya Teatrına təsadüf edir. O, S.Ələsgərovun "Ulduz" (1957), Ü.Hacıbəyovun "Arşın mal alan" (1959) və "O olmasın, bu olsun" (1964), "Məşədi İbad", Z.Hacıbəyovun "Aşıq Qərib", S.Rüstəmov "Durna" (1965), Ş.Qurbanov və S.Ələsgərovun "Özümüz bilərik", M.Əlizadə və F.Əmirovun "Gözün aydın", İmre Kalmanın "Silva" (1960) və "Bayadera" tamaşalarının quruluşçu rəssamı olmuşdur.
Əsgər Abdullayev
Əsgər Abdullayev (futbolçu)
Əsgər Akayev
Askar Akayev (10 noyabr 1944, Qızıl Bayraq[d], Çüy vilayəti) — Qırğızıstan Respublikasının 1-ci Prezidenti (1990–2005).
Əsgər Cəlilov
Əsgər Fərhadi
Əsgər Fərhadi (fars. اصغر فرهادی‎, d. 1 yanvar 1972-ci il, Xomeynişəhr, İsfahan, İran) - İranlı senarist və rejissor. Teatr məzunudur.
Əsgər Fərəci
Əsgər Fədayəli oğlu Fərəci — 1937-ci ildə Kəbudər Ahəng şəhərində anadan olmuş azərbaycanlı şair. O, azərbaycan və fars dillərində şeirlər yazıb. 2004-ci ildə Kəbudər Ahəng şəhərində vəfat edib.
Əsgər Gorani
Əsgər ağa Gorani (əsl adı: Əsgər ağa Haqverdi ağa oğlu Gözəlov; 3 may 1857, Goran, Yelizavetpol qəzası, Tiflis quberniyası, Rusiya imperiyası – 9 mart 1910, Yelizavetpol, Yelizavetpol qəzası, Yelizavetpol quberniyası, Rusiya imperiyası) — Azərbaycan yazıçısı, maarifçi, teatr xadimi və ictimai xadim. Həsən bəy Zərdabi və Nəcəf bəy Vəzirov ilə yanaşı Azərbaycan milli teatrının yaranmasında xidmətləri olmuşdur. "Sərgüzəşti-vəziri-xani-Lənkəran"da Teymur ağa, "Sərgüzəşti-mərdi-xəsis"də Hacı Qara rollarını ilk dəfə səhnəmizdə ifa etmişdir. Əsgər ağa Haqverdi bəy oğlu Adıgözəlov 3 may 1857-ci ildə Goran-Boyəhmədli kəndində anadan olmuşdur. Tarixçi Mirzə Adıgözəl bəy Qarabaği bəyin nəvəsidir. Bakı şəhər gimnaziyasını qızıl medalla bitirib. Sonra Moskvada Petrovski-Razumovski adına Kənd Təsərrüfat Akademiyasına daxil olub. Akademiyanı bitirəndən sonra vətənə dönüb. Quberniya katibi, kollec asessoru, mülkü müşavir kimi mülki çinlər daşıyıb. Yelizavetpol (Gəncə) quberniyası qəza hakiminin köməkçisi, Tiflis dairə məhkəməsinin prokuror nəzarət orqanlarında prokuror yoldaşı, beş il ərzində Gəncə bələdiyyə idarəsinin rəisi, Yelizavetpolda (Gəncədə) Mixaylovsk məktəbinin fəxri nəzarətçisi vəzifələrində işləyib.
Əsgər Hacıyev
Əsgər Hacıyev (10 may 1938, Behrud, Ordubad rayonu – 1998, Ordubad, Naxçıvan Muxtar Respublikası) — istehsalat qabaqcılı. Sosialist Əməyi Qəhrəmanı (1976). Hacıyev Əsgər Bayraməli oğlu Ordubad rayonunun Behrud kəndində anadan olub. Əmək fəaliyyətinə 1955-ci ildə Sumqayıtdakı 1 saylı tikinti trestində başlamış, 1957 ildən Bakıda sənaye obyektlərinin tikintisində çalışmışdır. 1982-ci ildən orta texniki peşə məktəbində təlim ustası idi. 1981-ci ildə ona Gənclərin hami tərbiyəçisi fəxri adı verilmişdi. AKP 30-cu qurultayında (1981) MK üzvü seçilmişdir. İki dəfə Lenin ordeni və medallarla təltif edilmişdir. "Əsgər Hacıyev". Ordubadlı.Az.
Əsgər Hüseyinov
Əsgər Hüseynov
Əsgər Həsənov
Əsgər Broyan
Əsgər Böyüki Broyan (erm. Ասկյար Բոյիկի Բրոյան) və ya Əsgəre Böyük (kürd. Eskerê Boyîk; 31 avqust 1941, Kondaxsaz, Abaran rayonu) — yezidi əsilli SSRİ şairi və yazıçısı. Broyan Ermənistan SSR-in Kondaxsaz kəndində, yezidi ailəsində anadan olmuşdur. O, öz kəndində, daha sonra Elegəz kəndində məktəbə getmişdir. İrəvanda iqtisadiyyat üzrə təhsilini davam etdirmiş və 1966-cı ildə o ixtisası bitirmişdir. Broyan erməni və rus dillərində çoxlu məqalələr yazmışdır. O, kürd ədəbiyyatı ilə bağlı araşdırmaları ilə gündəmə gəlmişdir. Broyan 1960-cı illərdə kürdcə şeir və məqalələr yazmağa başlamışdır. O, SSRİ kürdləri ilə bağlı bir çox araşdırmalar hazırlamış, kürdologiyanın inkişafı üçün fəaliyyət göstərmişdir.
Əsgər (mafiya)
Əsgər (it. soldato, ing. soldier) — həm ABŞ mafiyasının, həm də Siciliya Mafiyasının rəsmi iyerarxiyasında və ya kadrında ilk rəsmi səviyyəsi. Bu, həmçinin "Ndrangeta" və "Kamorra" kimi digər İtaliya cinayət təşkilatlarında rütbə kimi istifadə olunur. Əsgər rütbəsinə yüksəlmə komandanlıq zəncirində köməkçi səviyyədən yüksəlişdir. Mafiyanın təşəbbüskar üzvü olmayan tərəfdaşı – təşəbbüskar bir "keçirilmiş adam" olmaq və buna görə də əsgər rütbəsinə yüksəlmək üçün ailəyə özünü sübut etməli, "Omerta" andını içməlidir.
Əsgər Yusifinejad
Əsgər Yusifinejad — Təbrizli rejissor, ssenarist və kinotənqidçi. Azərbaycan dilində çəkdiyi "Ev" və "Qolçaq" filmləri ilə tanınıb. Çəkdiyi "Ev" filmi 2004-cü ildən 2017-ci ilə qədər "Fəcr Beynəlxalq Film Festivalı"nda iştirak edən ilk Azərbaycan dilində çəkilmiş film olub. "Qolçaq" filmi isə Azərbaycan dilində olduğu üçün "Fəcr Beynəlxalq Film Festivalı"na buraxılmayıb. Əsgər Yusifinejad 1969-cu ildə Təbrizdə anadan olub. Tehranda İran Radio ve Televiziya Universitetini bitirib. 1989-cu ildən rejissor, yazıçı və prodüser kimi fəaliyyət göstərib. 2022-ci il sentyabr ayında beyninə qan sızdığı üçün xəstəxanaya aparılıb. Daha sonra əməliyyat olunub. Sentyabın 13-də səhər saatlarında insult nəticəsində həyatını itirib.
Eldəniz Həsənov (əsgər)
Elgün Quliyev (əsgər)
Elgün Quliyev (əsgər, 1992)
Elgün Quliyev (əsgər, 2000)
Elman Babayev (əsgər)
Elman Məmmədov (əsgər)
Elman Əliyev (baş əsgər)
Elman Əliyev (əsgər)
Elmir Məmmədov (əsgər)
Elnur Rüstəmov (əsgər)
Elnur Vəliyev (əsgər)
Elnur İbrahimov (əsgər)
Elnur Əhmədov (əsgər)
Elsevər Əliyev (əsgər, 1992)
Elsevər Əliyev (əsgər, 2001)
Elsəvər Həsənov (əsgər)
Elton Məmmədov (əsgər)
Elvar Qasımov (əsgər)
Elvin Abbasov (əsgər)
Elvin Ağayev (əsgər)
Elvin Bayramov (əsgər, 1998)
Elvin Bayramov (əsgər, 1999)
Elvin Həsənov (əsgər)
Elvin Həsənov (əsgər, 1992)
Elvin Həsənov (əsgər, 1994)

Значение слова в других словарях