Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Epikürçülük
Epikürçülük ya epikürizm — ellinizm dövrünün filosofu Epikür və onun ardıcıllarının təlimi. == Tarixi == M. ö. IV yüzilliyin sonu - VI yüzilliyin əvvəllərində Qədim Yunanıstanda Epikür "Epikür bağı" adlanan fəlsəfi məktəbin əsaslarını qoymuşdur ki, bu da gələcəkdə epikürçulük adlı fəlsəfi cərəyanın yaranmasına təkan vermişdi. Bu məktəb öz inkişafında üç mərhələ keçmişdir: Ellinizm dövrünün epikürçülüyü; Yunan-Roma epikürçülüyü m. ö. I-II əsrləri əhatə edir; Roma epikürçülüyü I-VI əsrlər Roma imperiyası dövrünü əhatə edir.Birinci mərhələyə Epikürün və onun ən yaxın dostlarının - Lampasklı Metrodor və riyaziyyatçı Poliyenin və Mitilenli Ermarxın yaradıcılığı aiddir. İkinci mərhələ Epikür məktəbinin nümayəndələri Filonid, Afinalı Appllodor, Sidonlu Zenon, Lakonlu Demetriusdur. İnduktiv məntiq məsələlərini işləyib hazırlamış Qadaralı Filodemusdur. Üçüncü mərhələ əsasən Roma qulldarlıq cəmiyyəti ilə bağlıdır. Bu dövrdə Gay Amafini və İtaliyaya köçmüş Qadaralı Filodem (antik atomistika təlimini Romada yaymışdır) fəaliyyət göstərmişlər.
Epikür
Epikür (yun. Ἐπίκουρος, e.ə. 342 – e.ə. 270, Afina) — qədim yunan filosofu, epikürçülüyün yaradıcısı. O, Samos adasında anadan olmuş və daha sonra Afinaya gedərək orada "Bağ" (yun. Κῆπος) adlanan öz fəlsəfi məktəbini yaratmışdır. Epikür bir çox kitabın müəllifi olmuş, ancaq onlardan zamanımıza yalnız bəzi fraqmentlər gəlib çatmışdır. == Fəlsəfəsinin əsasları == Epikür təliminin məqsədi insanlara xoşbəxtliyin əldə olunması və qorxu hissindən aşma yollarını göstərmək idi. Bunun üçün də o, əfsanələrə inanmamağa və təbiəti dərk etməyə çağırırdı. Beləliklə, Epikürün və onun ardıcıllarının fəlsəfəsi fizika, kanonika və etikadan (əxlaqdan) ibarət olmuşdur.
Epikür məktəbi