Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Ermənilər
Ermənilər (erm. հայեր) — Qafqaz və Yaxın Şərqdə xalq. Özlərini "Hay", ölkələrini "Hayastan" adlandırırlar. Ermənistan əhəlisin əsasını təşkil edirlər. Bundan əlavə İran, Gürcüstan, Türkiyə, Livan və Suriyada da məskunlaşmışlar. Sayları 2010-cu ilə olan təxminlərə əsasən 6–8 milyon nəfərdir. Ermənistandankı ermənilərin sayı rəsmi rəqəmlərə görə 3 milyona yaxındır. Türkiyədə ermənilərin sayı müxtəlif mənbələrə görə 35000 ilə 50000 arasında olub, demək olar ki, hamısı İstanbul və ətrafında yaşamaqdadır. 19-cu əsrə kimi əksəriyyəti Osmanlı İmperiyası və İranda yaşayan ermənilər bu dövrdən sonra müxtəlif səbəblərdən dünya ölkələrinə səpələnib və bu səpələnmə nəticəsidə dünyanın müxtəlif ölkələrində yaşayan erməni topluluqlarına erməni diasporası adı verilib. Erməni diasporasının ən güclü olduğu ölkələr ABŞ, Rusiya və Fransadır.
Serbiyada ermənilər
Serbiyada ermənilər — Serbiya ərazisində yaşayan erməni əsilli əhali. 2011-ci il siyahıya alınmasına görə Serbiyada 222 erməni yaşayır. Serbiya erməniləri haqqında ilk məlumat X əsrə aiddir. Artıq o dövrdə Bizans imperiyasının sərhədlərində, Makedoniya və Frakiyaya yaxın ərazilərdə ermənilərdən təşkil olunmuş ordulara aid yaşayış məskənləri vardı. Ermənilərin Serbiya ərazisində növbəti dəfə adları 1218-ci ildə Serbiya Provaslav kilsəsinin birinci arxiyepiskopu Müqəddəs Savanın erməniləri monastır tikintisinə dəvət etməsi ilə əlaqədardır. Savva erməni arxitekturası ilə tanış olmuş və heyranlığı səbəbindən məhs erməni ustalarını dəvət etmişdir. Ermənilər Vitovisa monastırını inşa etməli idilər. Bu gündə kilsənin kitabəsində erməni və serb dilində yazılar qorunur. Osmanlıların avropa fəthləri zamanı türk ordusunun tərkibində erməni əsgərlər də olmuşdur. Ancaq ermənilər adətləri üzrə osmanlı ordusuna dönük çıxaraq serb tərəfə keçmişlər.
Məxfi ermənilər
Məxfi ermənilər və ya kripto-ermənilər (erm. ծպտեալ հայեր; Rom: tsptyal hayer) əsasən türk cəmiyyətindən erməni mənsubiyyətini gizlədən tam və ya qismən etnik erməni mənşəli insanları təsvir etmək üçün istifadə edilən ümumi termindir. Onlar əsasən Erməni qətliamı zamanı “fiziki cəhətdən yox olmaq təhlükəsi altında” islamlaşmağa (türkləşmə və yaxud da kürdləşmə) məcbur olan Osmanlı ermənilərinin nəvələridirlər. Türkiyəli jurnalist Erhan Başyurt gizli ermənilər haqqında belə demişdir; “Deportasiyalardan və ölüm yürüşlərindən canlarını xilas etmək üçün İslamı qəbul etmiş ailələr (bəzi kəndlərdə və ya məhəllələrdə) [...] erməni kimi öz aralarında nikahlar bağlamış, bəzi hallarda isə gizli şəkildə xristianlığı yenidən qəbul etmişdirlər”. Avropa Komissiyasının Türkiyə ilə əlaqədar olan 2012-ci ildəki hesabatına əsasən, "bir qrup kripto-ermənilər öz orijinal adlarını və dinlərini yenidən istifadə etməyə başlamışdırlar". The Economist jurnalında isə qeyd edilmişdir ki, erməni mənşəli olduğunu ortaya qoyan türklərin sayı artmaqdadır. Erməni xalqının ənənəvi vətəni hesab olunan Erməni dağlarının qərb hissələri XVI əsrdə Osmanlı imperiyasının hakimiyyəti altına keçmişdir. XVII əsrə qədər ermənilər regionun əhalisinin böyük əksəriyyətini təşkil edirdilər, lakin onların sayı getdikcə azalmağa başlamış və XX əsrin əvvəllərində onlar o dövrdə altı vilayət olaraq nəzərdə tutulmuş olan Qərbi Ermənistanın əhalisinin 38%-ni təşkil edirdilər. Bundan əlavə, türklər və kürdlər region əhalisinin əhəmiyyətli hissəsini təşkil edirdilər. 1915-ci ildə və ondan sonrakı növbəti illərdə Osmanlı İmperiyasının hakimiyyəti altında öz ata-baba torpaqlarında yaşayan ermənilər Erməni soyqırımı zamanı Gənc türklər hökuməti tərəfindən sistemli şəkildə məhv edilmişdirlər.
Ermənisiz Ermənistan
Ermənisiz Ermənistan — Ermənistan və erməni diasporu arasında yayılmış fərqli mənalara malik ifadə. == Erməni soyqırımı == Bəzi erməni və qeyri-erməni alimləri bu ifadəni 1915-ci il Erməni soyqırımının nəticələrinə istinad edərək istifadə edirdilər. Bu, Ermənistan yaylasının türklərin nəzarətində olan hissələrini əhəmiyyətli erməni əhalisindən məhrum etmişdir. == Rusiya imperiyası == XIX əsrin sonu və XX əsrin əvvəllərinə qədərki dövrdə bir neçə Rusiya məmuru, xüsusilə 1895–1896-cı illərdə xarici işlər naziri olmuş Aleksey Lobanov-Rostovski "ermənisiz Ermənistan" siyasətini təklif etmişdir. Birinci Dünya müharibəsi illərində Rusiya ordusu erməni könüllü birləşmələrinin köməyi ilə Türkiyə Ermənistanını işğal etmişdir. 1916-cı ildə Rusiya hökuməti erməni könüllü birləşmələrini ləğv etmişdir. Birinci Dünya müharibəsinin Qafqaz kampaniyası zamanı Rusiya ordusunu Osmanlı imperiyasının ermənilərin məskunlaşdığı ərazilərə aparan general Nikolay Yudeniç qalan ermənilərin öz yurdlarından deportasiya edilməsi planını təklif etmişdir. Rusiya hökuməti bu ərazilərin rus kəndliləri və kazakları tərəfindən yenidən məskunlaşdırılması imkanlarını ciddi şəkildə nəzərdən keçirirdi. Birinci Dünya müharibəsi illərində "Rusiya hərbi birləşmələrindəki erməni əsgərlərinin sayı heç vaxt 20–25 mini ötmürdü" və erməni əsgərləri, bir qayda olaraq, "onlar Qafqaz cəbhəsindən şimala – Karpatlardan Baltik dənizinə qədərki əraziyə köçürülmüşdür; onların yerinə Volqa və Baltik sahillərindən hərbi hissələr tacik cəbhəsinə yerləşdirilmişdi". 1920-ci ildə Ermənistanın müdafiə naziri olmuş Ruben Ter-Minasyanın sözlərinə görə, bunun əsas iki səbəbi var idi: Rusiya Ermənistana sahib olmaq istəyirdi, lakin onun ermənilərsiz olmasını arzulayırdı; Əgər Rusiya erməni qüvvələrini taciklərə qarşı cəmləşdirsəydi, onun vasitəsilə Ermənistanı fəth etsəydi, bir gün o ordu birdən öz milli tələblərini irəli sürə, hətta Rusiyaya da problem yarada bilərdi.
Ermənilər tərəfindən işğalı edilmiş Qazax rayonun kəndləri
Qazax rayonunun Ermənistan tərəfindən işğal edilmiş kəndləri — Qazax rayonu 7 kəndi Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edilmişdir. Qazax rayonunun işğal altında olan anklav kəndləri: Sofulu, Barxudarlı və Yuxarı Əskipara kəndləridir. Qazax rayonunun işğaldan azad olunan kəndləri: Bağanıs Ayrım, Qızılhacılı, Aşağı Əskipara və Xeyrımlı kəndləridir. == İşğal edilmiş anklav kəndlər == === Yuxarı Əskipara === Kənd 8 iyun 1992-ci ildən Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. Kənd ərazisində çoxlu tarixi abidələr var: Şəkər qalası, Qatır körpüsü, Kazım körpüsü və s. === Barxudarlı və Sofulu === Barxudarlı və Sofulu kəndlərinə ermənilərin hücumu 1992-ci ilin aprelin 23-dən başlayıb və çətinliklə də olsa onlar bu kəndləri aprelin 27-də işğal ediblər. Bir neçə gün davam edən döyüşlərdə kənd sakinləri Barxudarlıda 11, Sofuluda 9 post quraraq ermənilərə qarşı döyüşüblər. Qazax rayonundan köməyə gələn olmasın deyə, bura gələn dəmir yolu xəttidə ermənilər tərəfindən partladılıb. Sofulu və Barxudarlı yalnız 4 gün mühasirədə saxlanıldıqdan sonra çətinliklə işğal edilib. Hadisələrin şahidi Barxudarlı kənd sakin Əhmədin dedikləri: Hadisələr zamanı 7 nəfər kənd sakini şəhid olur, 3 nəfər ağır yaralanır.
Qərmətilik
Qərmətilər — İsmaililiyin Fatimi xəlifələri qəbul etməyib, İsmayıl ibn Cəfərin oğlu Məhəmməd ibn İsmayıl əş-Şakiri yeddinci, sonuncu imam olaraq qəbul edən və Yeddiçilər olaraq da tanınan təriqət dövləti. Onlar hicri III əsrdə üsyan qaldıraraq Abbasilər xilafətini kökündən sarsıtmışlar. Təriqətin başçısı Kufə şəhərinin yaxınlığındakı Dur kəndindən olan və daha çox "Qərmət" ləqəbi ilə tanınmış Həmdan ibn Əşəs idi. Qərmətilik təriqətinin yaranma tarixi Abbasi xilafətində ismaili təbliğatının fəallaşması dönəmindən başlanır. Tanınmış ismaili təbliğatçısı Hüseyn Əhvazi İraqa gələrək orada ismaililiyi qəbul etmiş Həmdan ibn Əşəslə (Qərmətlə) tanış olmuşdur. Hüseyn Əhvazi öləndən sonra Həmdan Qərmət onun yerini tutmuşdur. O, Kufə şəhəri və onun ətrafında yaşayan tərəfdarları üçün hərəkatın mərkəzini yarada bilmiş və xilafətin müxtəlif vilayətlərinə təbliğatçılarını göndərmişdir. Onların ən tanınmışlarından biri qərmətiliyin ideoloqu Əbdan idi. Təriqətin başqa tanınmış təbliğatçıları isə, hicrətin 289-cu ilində qərmətilər qiyamına başçılıq etmiş Zikrəveyh ibn Mihrəveyh və Əbül-Fəvarizdir. İlk əvvəl qərmətilər ismailiyi təbliğ etsələr də sonra onlarla bütün əlaqələrini kəsmişlər.
Ermənilər Tərəfindən Qətlə Yetirilən Şəhid Türklər Abidəsi və Muzeyi
Ermənilər Tərəfindən Qətlə Yetirilən Şəhid Türklər Abidəsi və Muzeyi (türk. Ermeniler Tarafından Katledilen Şehit Türkler Anıt ve Müzesi) — ermənilərin İğdır bölgəsindəki türklərə qarşı həyata keçirdiyi soyqırıma həsr olunmuş abidə-muzey kompleksi. == Haqqında == Türkiyənin İğdır bölgəsində yerləşən kompleksin tikintisinə 1 avqust 1997-ci ildə başlanılmış və 5 oktyabr 1999-cu ildə sona çatdırılmışdır. Abidənin təməli İğdır valisi Şəmsəddin Uzun tərəfindən atılmışdır. 43.5 metr hündürlükdə olan abidə Türkiyədəki ən hündür abidədir. Abidənin açılış mərasimində Türkiyənin o zamankı prezidenti Süleyman Dəmirəl və dövlət naziri Ramazan Mirzəoğlu da iştirak etmişdir. Memorialın açıqlanan məqsədi I Dünya Müharibəsi və Ermənistan-Türkiyə müharibəsi (1920) zamanı "ermənilərin İğdır vilayətində törətdikləri qırğınları və zülmləri anmaqdır". == Memarlığı == 350 m² qapalı muzey və 36 m hündürlüyündə 5 ədəd qılıncdan ibarətdir. Ətrafı yaşıl sahə və park olaraq inşa edilmişdir. Ümumilikdı 14.000 m² sahədən ibarətdir.
Qərmətilik təriqəti
Qərmətilər — İsmaililiyin Fatimi xəlifələri qəbul etməyib, İsmayıl ibn Cəfərin oğlu Məhəmməd ibn İsmayıl əş-Şakiri yeddinci, sonuncu imam olaraq qəbul edən və Yeddiçilər olaraq da tanınan təriqət dövləti. Onlar hicri III əsrdə üsyan qaldıraraq Abbasilər xilafətini kökündən sarsıtmışlar. Təriqətin başçısı Kufə şəhərinin yaxınlığındakı Dur kəndindən olan və daha çox "Qərmət" ləqəbi ilə tanınmış Həmdan ibn Əşəs idi. Qərmətilik təriqətinin yaranma tarixi Abbasi xilafətində ismaili təbliğatının fəallaşması dönəmindən başlanır. Tanınmış ismaili təbliğatçısı Hüseyn Əhvazi İraqa gələrək orada ismaililiyi qəbul etmiş Həmdan ibn Əşəslə (Qərmətlə) tanış olmuşdur. Hüseyn Əhvazi öləndən sonra Həmdan Qərmət onun yerini tutmuşdur. O, Kufə şəhəri və onun ətrafında yaşayan tərəfdarları üçün hərəkatın mərkəzini yarada bilmiş və xilafətin müxtəlif vilayətlərinə təbliğatçılarını göndərmişdir. Onların ən tanınmışlarından biri qərmətiliyin ideoloqu Əbdan idi. Təriqətin başqa tanınmış təbliğatçıları isə, hicrətin 289-cu ilində qərmətilər qiyamına başçılıq etmiş Zikrəveyh ibn Mihrəveyh və Əbül-Fəvarizdir. İlk əvvəl qərmətilər ismailiyi təbliğ etsələr də sonra onlarla bütün əlaqələrini kəsmişlər.
Dağlıq Qarabağ Muxtar Vilayətinə daxil olmayan və ermənilər tərəfindən işğal olunmuş 7 rayon
Dağlıq Qarabağın ətrafında Ermənistan tərəfindən işğalı olunmuş Azərbaycan əraziləri — keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinə daxil olmayan, Birinci Qarabağ müharibəsi (1988–1994) dövründə Ermənistan tərəfindən işğal olunmuş və İkinci Qarabağ müharibəsi başlanana qədər işğal altında qalmış ərazi. == Ərazilər haqqında ümumi məlumat == 12.05.1994–27.09.2020 tarixləri aralığında bu ərazilərin aid olduğu inzibati rayonlar: Kəlbəcər rayonu — 1993-cü ildə bütün ərazisi (o cümlədən 02.04.1993 tarixində rayon mərkəzi) işğal olunub. İkinci Qarabağ müharibəsi nəticəsində qəbul olunmuş 10 noyabr 2020-ci il bəyanatının şərtlərinə əsasən 13 oktyabr 1992-ci il tarixli inzibati ərazi dəyişikliyinə qədərki ərazisi işğaldan azad edilmişdir. 2020-ci il 25 noyabr tarixində Azərbaycan Silahlı Qüvvələri tərəfindən Kəlbəcər rayonunun işğaldan azad edildiyi Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən bəyan edilmişdir. Laçın rayonu — 1992–1993-cü illərdə bütün ərazisi (o cümlədən 18.05.1992 tarixində rayon mərkəzi) işğal olunub. İkinci Qarabağ müharibəsi nəticəsində qəbul olunmuş 10 noyabr atəşkəs bəyanatının şərtlərinə əsasən işğaldan azad edilmiş, rayon mərkəzi daxil olmaqla Laçın dəhlizi Rusiya sülhməramlılarının nəzarətinə verilmişdir. Məlum bəyanatın şərtlərinə uyğun olaraq Laçın dəhlizinə alternativ yol hazır olduqan sonra − 26.08.2022-ci ildə Laçın şəhəri, Zabux və Sus yaşayış məntəqələri Azərbaycan Silahlı Qüvvələrinin nəzarətinə keçmişdir. Qubadlı rayonu — 1993-cü ildə bütün ərazisi (o cümlədən 31.08.1993 tarixində rayon mərkəzi) işğal olunub. II Qarabağ müharibəsi nəticəsində bütün ərazisi işğaldan azad edilimişdir. 2020-ci il 25 oktyabr tarixində ASQ tərəfindən Qubadlı rayonunun inzibati mərkəzi olan Qubadlı şəhərinin işğaldan azad edildiyi İlham Əliyev tərəfindən bəyan edilmişdir.