Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Erika
Erika (lat. Erica) — erikakimilər fəsiləsinə aid bitki cinsi. == Növləri == == İstinadlar == Erika:The Plant List saytında takson barədə məlumat.
Evnika (nereida)
Evnika (yun. Εὐνείκη) — yunan mifologiyasında nereida, Nerey və Doridanın qızı.
Erika Lorents
Erika Lorents (d. 18 fevral 1981) — Birləşmiş Ştatları təmsil edən su poloçusu. == Karyerası == Erika Lorents, ABŞ yığmasının heyətində 2000-ci ildə Avstraliyanın Sidney şəhərinin ev sahibliyində baş tutan XXVII Yay Olimpiya Oyunlarında mübarizə apardı. Final görüşündə Avstraliya yığmasına 4:5 hesabı ilə məğlub olan ABŞ yığması, Sidney Olimpiadasının gümüş medalına sahib oldu. Daha sonra Erika Lorents, ABŞ yığmasının heyətində 2004-cü ildə Yunanıstanın Afina şəhərinin ev sahibliyində baş tutan XXVIII Yay Olimpiya Oyunlarında mübarizə apardı. Bürünc medal uğrunda görüşdə Avstraliya yığmasını 6:5 hesabı ilə məğlub edən ABŞ yığması, Afina Olimpiadasının bürünc medalına sahib oldu.
Erika Benks
Erika Benks (ing. Erica Banks; 5 oktyabr 1998) — amerikalı repçi.
Afrika
Afrika — böyüklüyünə görə Avrasiyadan sonra ikinci böyük materik. Sahəsi 29,2 milyon km², adalarla birlikdə 30,3 milyon km²-dir. Ekvator onu şərti olaraq iki hissəyə bölür. == Adının etimologiyası == Afrika adı latın dilində olan "afrikus", yəni soyuq bilməyən sözündən əmələ gəlmişdir. Digər bir ehtimala görə isə Afrika adı materikin şimal-şərqində yaşamış "afrigi" tayfasının adından götürülmüşdür. == Ümumi məlumat == Avrasiyadan sonra ən böyük və ən isti materikdir. Dünyanın ən uzun çayı, dünyanın ən uzun şirinsulu gölü, şərq yarımkürəsinin ən bol sulu çayı, quruda yer qabığının ən uzun çatı, dünyanın ən isti nöqtəsi, dünyanın ən quraq nöqtələrindən biri, ən böyük quraq təbii kompleksi, ən geniş savannası bu materikdədir. Onu Avropadan Cəbəllütariq boğazı və Aralıq dənizi, Asiyadan Aralıq dənizi, Süveyş kanalı, Qırmızı dəniz, Babülməndəb boğazı, Ədən körfəzi ayırır. Ekvator xətti və sıfırıncı meridian bu materikdən keçdiyinə görə o, 4 yarımkürədə yerləşir. Afrika Atlantik və Hind okeanları ilə əhatə olunub.
Enrike
Enrike — ad.
Evrial
Evrial (lat. Euryale) — bitkilər aləminin suzanbağıçiçəklilər dəstəsinin suzanbağıkimilər fəsiləsinə aid bitki cinsi.
Evrifaq
Evrifaq — müxtəlif obyekt ilə qidalanan orqanizmlər. == Ədəbiyyat == R.Ə.Əliyeva, Q.T.Mustafayev, S.R.Hacıyeva. “Ekologiyanın əsasları” (Ali məktəblər üçün dərslik). Bakı, “Bakı Universiteti” nəşriyyatı, 2006, s. 478 – 528.
Evtina
Evtina (q.yun. euthyne) — Klassik Yunanıstan qanunvericiliyinə görə vəzifədə olma müddəti başa çatdıqdan sonra vəzifəli şəxs tərəfindən təqdim edilən hesabat.Evtina iki mərhələdən ibarət olub dövlət büdcəsindən ayrılmış vəsaitlərin sərf edildiyi fəaliyyətlərin on nəfərdən ibarət loqistai (mühasiblər) tərəfindən yoxlanılması ilə başlayırdı. Bu mərhələ loqos adlanırdı. İkinci mərhələ isə evtinai adlanırdı və bu mərhələdə bule tərəfindən təyin edilmiş on nəfərdən ibarət evtinoinin məmurlardan hər hansı birinin davranışına etiraz etmək imkanı var idi. Bu vəzifəli şəxslər isə ittihamları rədd edə və ya məhkəmələrə verə bilərdilər. Əgər yoxlama qeyri-qənaətbəxş hesab olardısa, iş andlılar məhkəməsinə verilirdi və vəzifəli şəxs sui-istifadədə, israfçılıqda və ya rüşvətxorluqda ittiham edilirdi. Vurulmuş zərərin on misli miqdarında cəriməyə qədər cəza tətbiq edilə bilərdi.
Karika
Karika (lat. Carica) — bitkilər aləminin kələmçiçəklilər dəstəsinin karikakimilər fəsiləsinə aid bitki cinsi. == Növləri == Carica baccata = Vasconcellea microcarpa subsp. baccata Carica candamarcensis = Vasconcellea cundinamarcensis Carica candicans = Vasconcellea candicans (Mito) Carica caudata = Jarilla heterophylla Carica cauliflora = Vasconcellea cauliflora Carica cestriflora = Vasconcellea cundinamarcensis Carica chilensis = Vasconcellea chilensis Carica crassipetala = Vasconcellea crassipetala Carica cundinamarcensis = Vasconcellea cundinamarcensis Carica dodecaphylla = Jacaratia spinosa Carica glandulosa = Vasconcellea glandulosa Carica goudotiana = Vasconcellea goudotiana Carica heterophylla = Vasconcellea microcarpa subsp.
Lirika
Lirika "lira" sözündən olub, yunanca simli musiqi aləti deməkdir. Şərq ədəbiyyatında lirik şeirlərə rübabi şeirlər də deyilir. Rübab da ərəb sözü olub, simli alətə deyilir. Elə bədii əsərlər var ki, orada həm epik lövhələrlə, hadislərin təhkiyə yolu ilə verilməsinə, həm də şairin (lirik qəhrəmanın) bu və ya digər obraza, hadisəyə, əşyaya, təbiətə lirik münasibətinə təsadüf olunur. Əvvəldən axıra qədər həyat hadisələrinin müəyyən bir süjet əsasında təsviri ilə şairin daxili duyğularının ifadəsi üzvi şəkildə birləşir, iki növ (epik və lirik növlər) bir-birilə demək olar ki, qaynayıb qarışır. Buna görə də bu cür əsərlər qeydsiz-şərtsiz bir janra (ya epik, ya da lirik janra) daxil olmur. Belə əsərlər xüsusi bir janr təşkil edərək epik-lirik növ adlanır. Ədəbiyyatşünaslıqda buna qarışıq janr da deyilir. Ayrı-ayrı poemalarda hadisənin epik təsviri ilə lirik tərənnümün nisbəti müxtəlifdir. Bəzi əsərlərdə təhkiyə, bəzilərində isə tərənnüm üstün olur.
Evcik-evcik
Evcik-evcik - Azərbaycanda əsasən yazqabağı (bayramqabağı) günlərdə, eləcə də digər fəsillərdə uşaqlar arasında, əsasən də kiçik və orta yaşlı qız uşaqları arasında geniş şəkildə oynanılan qədim oyunlarından biridir. == Ümumi məlumat == Unudulub aradan çıxmaqda olan bu oyunun yaranma tarixi bizə məlum olmasada, ailə məişəti zəmnində yarandığı məlumdur. Bu barədə dəqiq fikir demək çətindir.Hər halda, oyunu xüsusiyyətləri onun uzaq keşmişlərə aid olduğunu göstərir. Hələ Azərbaycanda XVIII və XIX əsrlərdə uşaq oyuncaqları istehsal olunmadığı, yaxud da zəif istehsal olunduğu bir dövrdə bu oyunu keçirmək üçün qızlar “yorğan-döşək dəsti” eləcə də başqa məişət əşyaları tikib düzəldirdilər. Çubuqlardan, düymədən (piləkdən) və kiçik parça qalıqlarından (qırıntılarından), müxtəlif saplardan olduca gözəl, gəlincik hazırlayırdılar. Evcik-evcik oyunu maraqlı oyunlardan biri olmaqla yanaşı, müqəddəs ailə məişəti mərasimlərinin qalığı olub, sonradan oyuna çevrilmişdir. Hər dövrün tələblərinə uyğun olaraq dəyişən bu oyunun müasir ailənin məişət və mədəniyyətində tərbiyəvi əhəmiyyəti böyükdür. == Oyunun quruluşu == Bir neçə uşaq (əsas hallarda qız uşaqları) bir yerə cəm olub sanama yolu ilə ev yiyəsi (başçı, molla və ya aparıcı) seçirlər. Yerdə qalan oyunçulara ev yiyəsi (başçı, molla və ya aparıcı) tərəfindən müxtəlif vəzifələr tapşırılır. Oyun zamanı Azərbaycan xalqının ailə məişətinə (qonaqpərvərlik, ailəcanlılıq və s.) uyğun şəkildə ailədə baş verən hadisə və olaylar uşaqlar tərəfindən oyun şəklində oynanılır (yamsılanır, icra edilir).
Erica
Erika (lat. Erica) — erikakimilər fəsiləsinə aid bitki cinsi. == Növləri == == İstinadlar == Erika:The Plant List saytında takson barədə məlumat.
Erida
Erida (simvolı: ; q.yun. Ἔρις, lat. Eris, əvvəllər 2003 UB|313) şərti adı istifadə edilirdi — cırtdan planet, 5 yanvar 2005-ci ildə astronomlardan ibarət qrup tərəfindən kəşf edildi. Qrupa Maykl Braun (Kaliforniya texnologiya institutu), Devid Rabinovic, Cedvik Truxilo (Cemini rəsədxanası) daxil idi. Qrup Palomar rəsədxanasındakı 122 sm-lik teleskopdan istifadə etmişdir. 29 iyul 2005-ci ildə kəşf haqqında artıq ictimaiyyətə məlumat verildi. Perihelisi 5.7 milyard km, afelisi 14,6 milyard km-dir. Orta radiusu 1163 km-dir. Səthində temperatur −231S dir. Günəş ətrafında 1 dövrü 557 ildir.
Eriya
Eriya (lat. Eria) — bitkilər aləminin qulançarçiçəklilər dəstəsinin səhləbkimilər fəsiləsinə aid bitki cinsi.
Etika
Etika (yunanca: ἠθικόν, qədim dilində isəŞ ἦθος — əxlaq, ənənə mənalarını verir. Fəlsəfənin ən böyük hissələrindən biri olub insan mənəviyyatını əhatə edir. Çiçero (3 yanvar, b.e.ə. 106; † 7 dekabr b.e.ə. 43) ilk dəfə olaraq "etikanı" tərcümə edərək öz dövründə "fəlsəfə mənəviyyatı" anlayışını daxil etmişdir. Etika – [yun. ethika, ethos – adət, xasiyyət] İctimai şüur formalarından biri kimi əxlaq, tərbiyə və mənəviyyat haqqında fəlsəfi nəzəriyyə. Məsələn, materialist etika, Hegel etikası. Hər hansı sinfin, cəmiyyətin, ictimai təşkilatın əxlaq qaydaları.Etika və ondan yaranan fənlər (hüqüq, dövlət və sosial fəlsəfə) praktiki fəlsəfə qrupuna daxil edilirlər. Çünki onlar insan davranışı ilə bağlıdırlar.
Aerika İmperiyası
Aerika İmperiyası və ya Aerika — 1987-ci ilin mayında əsası qoyulmuş mikrodövlət. Özünün suveren ərazisi mövcud deyil və suveren dövlətlər tərəfindən heç zaman tanınmamışdır. Ölkənin adı "Amerika İmperiyası"ndan götürülüb. 2000-ci ildə The New York Times qəzeti ölkənin veb-səhifəsini "ən yaradıcı mikrodövlət saytlarından biri" kimi təqdim etmişdir.İmperiyanın "üzvləri" ölkənin ərazisinə ucsuz-bucaqsız və bir-birindən uzaq yerləşən sahələri daxil edirlər; buraya Avstraliyada bir kvadrat kilometr torpaq sahəsi, Monrealda bir ev böyüklüyündə ərazi, Kanada ("Hər bir şeyin səfirliyi" hesab edilir), Yerin bir qisim digər əraziləri, Marsda bir koloniya, Plutonun şimal yarımkürəsi və xəyali planet aid edilir.Bayraqları Kanada bayrağına bənzəyir: ağ kvadratın üzərində qırmızı ağcaqayın yarpağı əvəzinə böyük sarı smaylik əks olunub. Həmçinin kənarlardakı iki qırmızı düzbucaqlının eni ilə uzunluğunun nisbəti Kanada bayrağında olduğundan fərqlidir. == Tarixi == Aerika İmperiyasının əsası 8 may 1987-ci ildə Kanadalı Erik Liz və bir qrup dostları tərəfindən qoyulmuşdur. İlk on ili ərzində imperiya tamamilə fiksiya idi: planetlərin qalaktikası üzərində suverenlik iddiasına düşməklə digər mikrodövlətlərə qarşı müharibələrdə iştirak edirdi. İnternetin ortaya çıxması ilə təsisçilər özlərinə bənzər digər mikrodövlətlərin olduğunu kəşf etdilər və İmperiya yavaş-yavaş əksər fantastik elementləri tərk edərək hobbi kimi fəaliyyət göstərməyə deyil, siyasi bir qurum olmağa çalışırdı. 1997-ci ildə imperiya özünün veb-səhifəsini qurdu.2007-ci ildə "yeni pasportlar" buraxıldı. İlk pasport 2007-ci ildə Tokio Sarayında Mikrodövlət incəsənət sərgisində nümayiş olunub.Aerika İmperiyası ilk dəfə 2009-cu ilin noyabrında pul sikkəsi buraxıb.
Afrika eşşəyi
Afrika eşşəyi və ya Afrika ulağı (lat. Equus asinus, bəzən Equus africanus) — təkdırnaqlılar dəstəsinin atlar fəsiləsinə aid heyvan növü. Afrika eşşəyinin vətəni Afrika qitəsidir və bu heyvanların əhliləşdirilməsi insanların təsərrüfat və mədəni həyatında mühüm tarixi əhəmiyyət kəsb etmişdir. == Xüsusiyyətləri == Atdan fərqli olaraq eşşək dırnaqlarının üstünün kələkötür olması və möhkəmliyi ilə fərqlənir. Baxmayaraq ki, sürətli qaçmaq üçün o qədər də əlverişli deyil, onlar daha təhlükəsiz hərəkətə köməklik edir. Bəzən eşşəklərin sürəti 70 km/saat-a çatır. Eşşəklər quru iqlimi olan yerlərdə yaşamağa uyğunlaşıblar. Onların dırnaqları rütübətli Avropa iqliminə pis uyğunlaşır. Ona görə də belə yerlərdə eşşəklərin dırnaqlarına xüsusi qayğı tələb olunur. Eşşəklərin tüklərinin rəngi boz, qəhvəyi və ya qara olur.
Afrika fili
Afrika fili (lat. Loxodonta) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin xortumlular dəstəsinin fillər fəsiləsinə aid heyvan cinsi.
Afrika futbolu
Afrika qitəsinin istedadlı, qeyri-adi bacarığa malik qaradərili oyunçuları heç bir məktəb keçmədən, dünyanın hansı ölkəsində çıxış etməsindən asılı olmayaraq, fiziki və atletik hazırlıq baxımından, istənilən futbolçudan üstündür. Bu fakt reallığın aşkar nümunəsidir. Kimsə afrikalılarda olan qeyri-adi istedadı dana bilməz. "Qaralar" düşdüyü məkanın yaratdığı müəyyən problemlərə rəğmən, ilk gündən özlərini sevdirməyi bacarırlar. Bir qismini xatırlasaq, kifayət edər: Corc Veah (Liberiya), Rojer Mila (Kamerun), Abede Pele (Qana), Lahdar Bellami (Əlcəzair), Rabah Macer (Əlcəzair), Teofil Abeqa (Kamerun), Loran Roku (Kot d"İvuar), Fransua Omam Biyik (Kamerun), Əhməd Faras (Mərakeş), Corc Finidi (Nigeriya), Mahmud Əl-Xətib (Misir), Yapet N"doram (ÇAD), Yusif Fofana (Kot d"İvuar), Əbdül Əziz (Mərakeş), Tarek Dyab (Tunis), Daniel Amokaçi (Nigeriya), Auqustin (Cey-Cey), Okoça (Nigeriya), Əli Bençeh (Əlcəzair), İbrahim Yusuf (Misir), Larbi Ben Barek (Mərakeş), Sequn Odeqbair (Nigeriya). Bunlar hələ keçmiş oyunçulardır. Hazırkı dövrdə isə Avropanın aparıcı klublarının formasını geyinən qaradərili futbolçular bununla müqayisədə, 3-4 dəfə çoxdur. Nəzərə alaq ki, o vaxt ölkədən kənara çıxmaq hələ müəyyən qədər çətin idi. Samuel Eto"O (Kamerun), Cey-Cey Okoça (Nigeriya), Əl Haci Diuff (Seneqal), Kvinton Forçun (CAR), Didye Droqba (Kot d"İvuar) kimi nəhəng futbolçular da "qara qitə"nin kainata bəxşidir. Afrikanın dünya çempionatlarında debütü 1970-ci ilə təsadüf edir.
Afrika fəlsəfəsi
== Növləri == === Şimali Afrika === Afrikanın ən qədim filosoflarından biri Ptahhotep idi.Onun şagirdləri uzun illər boyu siyasi fəlsəfə üzərində çalışmışlar.Misir filosoflarının fəlsəfəsi Helenestik və Xristian fəlsəfəsinə təsir göstərmişdir.Şimali Afrikada "maat" fəlsəfəsi aktual olmuşdur.Maat-ın tərcüməsi "doğru olan" və ya "ədalət","düzgünlük" olmuşdur.3-cü əsrdə Plotin antik idealist-filosof, Neoplatonizmin yaradıcılarından biri olmuşdur. O həmdə Neoplatonizmin nəzəri əsaslarını yaratmışdır. Ona görə də ona "İkinci Platon" deyirdilər === Qərbi Afrika === Qərbi Afrikada müasir dövrdən əvvəl ən diqqət cəlb edən fəlsəfə Yoruba fəlsəfəsi idi.Diğər fəlsəfələrdən fərqlənən Yoruba fəlsəfəsi bir çox dinə və fəlsəfələrə zəmin hazırlamışdır.Bunlardan biridə Omoluabi idi.Yoruba fəlsəfə və mifologiyasından Itan dini yaranmışdır.Bunlardan başqa Akan,Doqon,Serer və Dahomeyada önəmli rola malik idi. Müstəmləkə dövründən əvvəl Seneqambiyada (Seneqal və Qambiya) Kocc Barma Fall 17-ci əsrdə yaşamış filosof idi.Onun atalar sözləri Seneqal və Qambiyada geniş istifadə olunur. === Afrika buynuzu === Afrika buynuzu ərazisində,xüsusilə Efiopiyada çox qədimdən fəlsəfi fikirlər geniş yayılmışdır.Bunların ən məşhuru 17-ci əsr filosofu Zera Yacob olmuşdur.Zera Yacob öz təlimlərində bütün inancların doğru olduğunu və bütün insanların bərabər olduğunu müdafiə edirdi.Onun əsərlərində din,əxlaq, və s.. kimi fəlsəfi mövzular öz əksini tapır. === Cənubi Afrika === Cənubi və Cənub-Şərqi Afrikada Bantu fəlsəfəsi Bantuların köçüilə regiondan getmiş amma digər fəlsəfələrə böyük təsir göstərmişdir.Bantu fəlsəfəsi kosmos və insanı birləşdirirdi.Bantu fəlsəfəsindən sonra isə Ubuntu regionun fəlsəfəsini şəkilləndirmiş və böyük kütləyə çatmışdır.Ubuntu humanizmi,etikanı və insanların bağlılığını öyrədən təlim idi.Şüarları "Sən sən olduğun üçün mən mənəm"-dir === Mərkəzi Afrika === Bantuların bura gəlişi ilə Bantu fəlsəfəsi ilə Nitolik və Sudan xalqlarının fəlsəfəi birləşmişdir.Zamanın və dünyanın yaradılışı,insanın təbiət ilə əlaqəsi və digər fəlsəfi mövzular Mərkəzi Afrika fəlsəfəsinin əsas mövzuları olmuşlar. === Afrika Diasporası === Müasir dövrdə Afroamerikanlar və Avropada yaşayan afrikalıların ideologiyaları və fəlsəfələri ilə meydana çıxmışdır.Daha çox birlik,bərabərlik və irqçiliyə qarşı olmaq əsas məsələlər idi. === Müasir Afrika === Müasir Afrika fəlsəfəsi Dörd fəlsəfə sistemi üzərində qurulmuşdur.Afrika diasporasının ideologiyaları və digər alimlərin Afrika mədəni-fəlsəfi araşdırmaları müasir Afrika fəlsəfəsinə təsir göstərən amillərdir. == Dört fəlsəfə == Müasir Afrika fəlsəfəsi Dörd fəlsəfə sistemi üzərində qurulmuşdur.Bunlar Etnik fəlsəfə,Müdriklik təlimləri,milliyyətçi fəlsəfə və akademik fəlsəfədir.Etnik fəlsəfə Afrika fəlsəfəsini günümüzə daşıyarkən, milliyyətçi fəlsəfə afrikalılarında fəlsəfə edə biləcəyini göstərməyi özünə məqsəd təyin etmiş və onu təməlləndirmişdir.Akademik fəlsəfə Avropa fəlsəfəsinə meyl edən afrikalı filosofları özündə cəmləyərkən, Müdriklik təlimləri qədim afrika fəlsəfəsi üzərindən fəlsəfə etməyə çağırır.
Afrika gavalısı
Afrika gavalısı (lat. Prunus africana) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin gavalı cinsinə aid bitki növü.
Afrika herrozavrları
Herrozavrlar (lat. Gerrhosauridae) — heyvanlar aləminin xordalılar tipinin sürünənlər sinfinin pulcuqlular dəstəsinə aid heyvan fəsiləsi.
Afrika ilanboyunu
Afrika ilanboyunu (lat. Anhinga rufa) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin sümsükquşukimilər dəstəsinin i̇lanboyunlar fəsiləsinin i̇lanboyun cinsinə aid heyvan növü.
Afrika itüzümü
Afrika itüzümü (lat. Lycium afrum) — bitkilər aləminin quşüzümüçiçəklilər dəstəsinin quşüzümükimilər fəsiləsinin i̇tüzümü cinsinə aid bitki növü.
Əsrik
Əsrik nahiyəsi
Əyrik
Əyrik — Azərbaycan Respublikasının Laçın rayonu Köhnəkənd kənd inzibati ərazi dairəsində kənd. == Tarixi == Kənd Qarabağ silsiləsinin yamacındadır. Əyrik, Əkərək, Aqaraq, Akarak variantlarında da qeydə alınmışdır. Tədqiqatçıların fikrincə, oykonim mənşəcə şumer dilinə aid olan aqar/akar (əkin yeri, əkilən sahə) sözü ilə bağlı olub, "sahibkar mülkü", "sahibkar təsənüfatı" mənasındadır. Kənd 1992-ci ildə Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edilib. 2020-ci ildə İkinci Qarabağ müharibəsi sonunda imzalanmış atəşkəs bəyanatına əsasən 1 dekabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad olunub. == İqtisadiyyatı == Əsas təsərrüfatı heyvandarlıq idi. == Əhalisi == 2006-cı ilin statstikasına görə kəndin əhali sayı 80 nəfər olmuşdur.