Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Microsoft Excel
Elektron cədvəllər kompüter istifadəçiləri tərəfindən müxtəlif hesabatların aparılmasında çox geniş istifadə olunan proqramlardandır. Elektron cədvəllərin yaradılmasına və onun verilənlərinin manipulyasiyasına imkan verən proqram paketləri cədvəl prosessorları adlanır. Cədvəl prosessorları böyük ölçülü cədvəllərlə işləməyə imkan verir. Belə proqramlarla işləyərkən ekrana cədvəl çıxır. Cədvəllərin sətirləri natural ədədlərlə, sütunları isə latın hərflərli ilə nömrələnmiş olur. Bu paketlərdən ən geniş yayılan və istifadə olunan Lotus 1–2-3 , Quatro-Pro, SuperCalc və Microsoft Office paketinə daxil edilmiş Microsoft Excel proqramıdır. == Tarixi == İlk dəfə elektron cədvəl ideyası 1979-cu ildə Harvard (ABŞ) universitetinin tələbəsi Dan Briklin tərəfindən irəli sürülmüşdür. O və onun proqramlaşdırmanı bacaran dostu Bob Frankston mühasibatlıq kitabının köməyilə iqtisadiyyata dair darıxdırıcı hesablamalar apararkən birinci cədvəl proqramını hazırlamışlar. Bu proqramı onlar VisiCalc adlandırmışlar. VisiCalc tez bir zamanda çox əhəmiyyətli proqram kimi tanınmışdır.
Everything You've Come to Expect
Everything You've Come to Expect — The Last Shadow Puppets qrupunun 1 aprel 2016-cı ildə Domino Records tərəfindən buraxılan ikinci albomu. Albom 2014-cü ildə London, Paris və Los-Anceles şəhərlərində qrupun həmmüəllifləri Aleks Törner və Mayls Keyn tərəfindən yazılmışdır. Prodüserliyini Malibuda qrupun üzvü Ceyms Ford qonaq musiqiçi Mett Helders və yeni basçı Zak Daues ilə birlikdə etmişdir. Aranjimanlar əvvəlki albomda olduğu kimi yenidən Ouen Pallett tərəfindən edilmişdir. Üz qabığında 1969-cu ilin noyabrında Cek Robinson tərəfindən çəkilmiş Tina Törnerin rəqs etdiyi zaman çəkilmiş şəkli yer almışdır. Şəkli illüstrator Metyu Kuper dəyişdirərək ona qızılı rəng verib. Everything You've Come to Expect qrupun əvvəlki albomundan fərqli olaraq daha çox maksimalist səviyyədə hazırlanıb. Mahnılar əsasən barokko-pop, mavi göz soul və psixodelik pop janrındadır. Albom desert rock, postpank, fank, disko və italyan film saundtrekləri də daxil olmaqla müxtəlif yerlərdən təsirlənib. Mahnıların sözləri hedonizm, romantika, özünə dəyər və iki gənc kişinin gecə həyatı haqqındadır.
Əxmət Söləymənov
Əxmət Söləymənov (tam adı: Əxmət Möxəmmətvəli ulu Söləymənov; başq. Сөләймәнов Әхмәт Мөхәмәтвәли улы; d. 15 mart 1939, Nəbi, Böryən, Başqırd MSSR, SSRİ – ö. 21 noyabr 2016, Ufa, Başqırdıstan, Rusiya) — Başqırdıstanın görkəmli folklorşünası. == Həyatı və fəaliyyəti == Əxmət Söləymənov 1939-cu il martın 15-də Başqırdıstandakı Böryən rayonunun Nəbi kəndində kasıb bir ailədə anadan olmuşdur. O, 1957-ci ildə rayon mərkəzindəki orta məktəbi bitirdikdən sonra iki il kolxozda işləmiş; 1958-ci ildə hərbi xidmətə aparılmışdır. Onu diribaşlığına görə hərbi xidmət dövründə tankçılar hazırlayan kursa yazıblar. Nəticədə tank komandiri olmuş, hərbi məktəb bitirməsə də, ali təhsili olmasa da ona zabit rütbəsi verilmişdir. 1961-ci ildə əsgəri xidmətini leytenant rütbəsində başa vurub öz kəndlərinə dönür. Elə həmin il Ufadakı Başqırdıstan Dövlət Universitetinin Tarix-filologiya fakültəsinə daxil olmuşdur.
Əxət Mostafin
Əxət Mostafin (21 yanvar 1957, Kolsora, Başqırd MSSR) — kimyaçı, kimya elmlər doktoru, professor (2003), Başqırdıstan Respublikası Elmlər Akademiyası akademiki (2009), Başqırdıstan Dövlət Universitetinin rektoru (2010–2013). == Bioqrafiyası == Əxət Qəzizyən oğlu Mostafin Başqırdıstan MSSR Baymak rayonu, Kolsora kəndində 21 yanvar 1957-ci ildə anadan olmuşdur. 1979-cu ildə Başqırdıstan Dövlət Universitetini bitirmişdir. Mustafin Universiteti bitirdikdən sonra 1980–1985-ci illərdə Başqırdıstan Dövlət Aqrar Universitetinda elmi işçi olaraq işləmişdir. 1985–1985–1999-cu illərdə isə SSRİ-nin (mühəndis, kiçik, böyük, aparıcı elmi işçisi) Başqırdıstan Elmlər Akademiyası Filialında elmi işçisi kimi fəaliyyət göstərmişdir 1999–2000-ci illər — Başqırd Dövlət Aviasiya Universitetinin dosenti, professor. 2000–2002-ci illər — Başqırdıstan Respublikasının Elm, Ali və Orta ixtisas təhsili üzrə Dövlət Komitəsinin sədr müavini. 2002–2004-ci illər — BR təhsil nazirinin müavini. 2004-cü ildən — Başqırdıstan Respublikası Elmlər Akademiyasının vitse-prezidenti. "Başqırdıstan Respublikasının əməkdar elm xadimi" adına layiq görülmüşdür. 2009 — Başqırdıstan Respublikası Elmlər Akademiyasının tam üzvü, 2010 — Başqırdıstan Dövlət Universitetinin rektoru.