Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Abies extrema
Pinus extrema
Picea abies var. abies (lat. Picea abies var. abies) — bitkilər aləminin çılpaqtoxumlular şöbəsinin i̇ynəyarpaqlılar sinfinin i̇ynəyarpaqlılar dəstəsinin şamkimilər fəsiləsinin küknar cinsinin adi küknar növünə aid bitki yarımnövü.
Xtreme Software
Insomniac Games, Inc. (əvvəllər Xtreme Software) — ABŞ videooyun istehsalı şirkəti. Şirkət 1994-cü ildə Ted Prays tərəfindən "Xtreme Software" adı altında təsis edilmişdir və növbəti ilə adını dəyişmişdir. Şirkət ən çox Əjdaha Spayro, Retçet və Klenk kimi erkən PlayStation talismanların müəllifi, eləcə də "Resistance" franşizasının, 2014-cü ildə satışa çıxarılan "Sunset Overdrive" və 2018-ci ildə satışa çıxarılan "Spider-Man" videooyununun istehsalçısı olmaqla tanınır. Şirkətin ilk layihəsi ilk PlayStation konsolu üçün hazırlanan "Disruptor" videooyunu idi. Bu oyunun pis satmasına görə şirkət müflisləşməyə çox yaxın idi. "Insomniac Games" şirkətinin növbəti layihəsi "Spyro the Dragon" idi. Oyunun əldə etdiyi müvəffəqiyyət iki il ərzində daha iki sikvelin satışa çıxarılmasına gətirib çıxarmışdır. a successful video game that spawned two sequels within two years. "Insomniac Games" şirkəti "Sony Computer Entertainment" ilə yaxından əməkdaşlıq edirdi və korporasiya üçün iki oyun franşizası yaratmışdır – "Ratchet & Clank" və "Resistance".
Eutrema
Evtrema (lat. Eutrema) — bitkilər aləminin kələmçiçəklilər dəstəsinin kələmkimilər fəsiləsinə aid bitki cinsi.
Evtrema
Evtrema (lat. Eutrema) — bitkilər aləminin kələmçiçəklilər dəstəsinin kələmkimilər fəsiləsinə aid bitki cinsi.
Eutrema japonicum
Vasabi (lat. Eutrema japonicum) — bitkilər aləminin kələmçiçəklilər dəstəsinin kələmkimilər fəsiləsinin evtrema cinsinə aid bitki növü. Çoxillik vasabi bitkisinin kökündən, yarpaqlarından alınan məşhur yapon ədviyyatı. Vasabinin iri ürək formalı yarpaqları olur və kələmkimilər fəsilsinə aiddir. Bitki ilk dəfə Yaponiyada X əsrdə becərmişlər. Vasabinin ilk dəfə Yaponiyanın dağ çaylarının kənarlarında yabanı halda bitdiyi ehtimal olunur. Onun dadının və qoxusunun xoş olduğunu görən yaponlar kütləvi surətdə vasabi yetişdirməyə başlamışlar. Onu bəzən yapon xreni də adlandırırlar. İndi Cənubi Koreyada, Çində, ABŞ-də, Yeni Zellandiyada vasabinin yetişdirilməsi ilə xüsusi məşğul olurlar. Vasabidən xüsusi ədviyyat hazırlanır.
Titrəmə (üsulu)
Titrəmə (en.dithering), (ru.дрожание) – boz rəngin çalarlarının (monoxrom displey və ya printerdə), yaxud tamamlayıcı rənglərin (rəngli displey və ya printerdə) dəyişilməsi illüziyasını yaratmaq üçün kompüter qrafikasında tətbiq olunan üsul. Bu üsul ona əsaslanır ki, görüntünün hissələrinə bu və ya başqa rəng naxışlarını əmələ gətirən nöqtələr qrupu kimi baxılır. Titrəmə üsulu ilə yaradılmış görüntülər yarımton (HALFTONE) görüntülərə və müəyyən dərəcədə puantilizm (POINTILLISM) texnikası ilə işlənmiş rəsmlərə çox yaxındır; titrəmə, insan gözünün, müxtəlif rəngli ləkələri qaralamaqla onların təsirini ortalaşdırmıq və onları qavranılan bir çalar və ya rənglə qatışdırmaq xassəsindən istifadə edir. Verilmiş sahənin daxilində olan qara və ağ nöqtələrin nisbətindən asılı olaraq ümumi effekt bu və ya başqa boz rəng çalarını verəcək. Analoji olaraq, ağ nöqtələrlə səpələnmiş qırmızı nöqtələr çəhrayı rəngin çalarlarının dəyişilməsi illüziyasını yaradacaq. Titrəmədən kompüter qrafikasında daha yüksək realizm vermək üçün və çözmə imkanı aşağı olduqda əyrilərin və diaqonal xətlərin girintili-çıxıntılı qıraqlarını hamarlamaq (ALIASING) üçün istifadə olunur. İsmayıl Calallı (Sadıqov), "İnformatika terminlərinin izahlı lüğəti", 2017, "Bakı" nəşriyyatı, 996 s.
Qorxu və Titrəmə
"Qorxu və Titrəmə" (Danimarka dilində: Frygt og Bæven) — 1843-cü ildə İohannes de Silentio təxəllüsü ilə çap olunan Sören Kyerkeqora aid fəlsəfi bir əsərdir. Ümumilikdə kitabın başlığı Bibliyada keçən bir hissədən götürülüb. Belə ki, kitabın baş qəhrəmanı Tanrının ondan öz sevimli oğlunu qurban olaraq tələb etdiyi Tövratdakı İbrahimdir Bibliyadan götürülmüş həmin ifadə aşağıdaki şəkildə qeyd edilib: "Mənim əzizlərim, həmişə söz dinlədiyiniz kimi, sadəcə mən yanınızda olanda yox, indi, yanınızda olmadığım bir vaxtda da, qorxu və titrəmə ilə xilasınıza yetişmək üçün cəhd edin, çünki Tanrı Öz lütfü ilə sizi, həm istək, həm də əməl sahibi edir." (Bax: Filippililərə; 2. 12–13) Buna görə də bu əsər Susqun İohanın dialektik lirikası olaraq təqdim edilir. Belə ki, öz məzmununa görə bu kitab sanki iki fərqli hissədən ibrarətdir. Əsərin birinci hissəsi oxucunu mənəvi, hissi, psixoloji cəhətdən Tövratda keçən bu hekayənin cazibəsinə salmaq üçün lirik əhvalda təqdim edilmişdir. Adətən bir musiqi alətində ifa etməzdən əvvəlki kökləmə prosesini xatırladan bu hissədə qeyd edilənlər İbrahimin qurban hadisəsini ilk dəfə uşaqlığında eşidərək təsirlənən və böyüdükcə onun bu əməlindən daha çox təsirlənərək tərəddüdə düşən bir insanın təxəyyülündə canlanır. İkinci hissəsi isə müəllifin əsas götürdüyü təməl kateqoriyaların tədqiqi, etik və dini olan arasındakı münasibət, etik olanın teleolojik təcridi və bir çox başqa məsələlərin dialektik şəkildə fəlsəfi tədqiqatından ibarətdir. Belə bir dialektik nəzər nöqtəsindən ən yüksək zirvədə sözlə ifadə edilə bilməyən, rasionallıqdan uzaq, qaranlıq, absurd bir iman "paradoks"u dayanır. Kyerkeqor bu kitabda insanın Tanrı naminə dünyəvi istəklərdən imtina etməsini (təslimiyyət həmləsini) və sonra Tanrı üçün hər şeyin, hətta insan məntiqində absurd olan şeylərin də həyata keçirilməsinin mümkün olduğunun fərqinə vararaq yenidən həmin dünyəvi ehtiraslara geri qayıtmasını (iman həmləsini) ifadə edən əbədiyyətin ikili həmləsi ətrafında müzakirə aparır.