Vasabi (lat. Eutrema japonicum) — bitkilər aləminin kələmçiçəklilər dəstəsinin kələmkimilər fəsiləsinin evtrema cinsinə aid bitki növü.
Vasabi | ||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||||||
Domen: Klad: Ranqsız: Aləm: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Dəstə: Fəsilə: Cins: Növ: Vasabi |
||||||||||
Beynəlxalq elmi adı | ||||||||||
|
Çoxillik vasabi bitkisinin kökündən, yarpaqlarından alınan məşhur yapon ədviyyatı.[1] Vasabinin iri ürək formalı yarpaqları olur və kələmkimilər fəsilsinə aiddir.[2] Bitki ilk dəfə Yaponiyada X əsrdə becərmişlər. Vasabinin ilk dəfə Yaponiyanın dağ çaylarının kənarlarında yabanı halda bitdiyi ehtimal olunur. Onun dadının və qoxusunun xoş olduğunu görən yaponlar kütləvi surətdə vasabi yetişdirməyə başlamışlar.[3][4]
Onu bəzən yapon xreni də adlandırırlar. İndi Cənubi Koreyada, Çində, ABŞ-də, Yeni Zellandiyada vasabinin yetişdirilməsi ilə xüsusi məşğul olurlar. Vasabidən xüsusi ədviyyat hazırlanır. Bu ədviyyat istiot, qida boyaları və müxtəlif ədviyyatların qarışımından hazırlanır və yaşıl rəngdə olur.[5] Təbii yolla əldə edilmiş vassabini hava olmayan xüsusi polietilen paketdə saxlamaq lazımdır. Marketdən alınmış vasabini isə hermetik bankada saxlamaq lazımdır. Bu şəkildə bir dəfə istifafdə edilmiş vasabinin qalan hissəsini 1 ay saxlamaq mümkündür.[6]
Vasabidən ilk dəfə 1396-cı ildə Şizuoka prefekturasında qidalara əlavə etməyə başlamışlar. Həmin şəhərin əhalisi bu ədviyyatı Allahın onlara bəxş etdiyi nemət bilirlərmiş. Sonralar Yaponiyanın bütün şəhərlərində bu ədviyyatdan istifadə olunmağa başlanmış və daha sonralar bir çox ölkələrə yayılmışdır. Vasabi bitkinin 3-4 yaşlı köklərindən, yarpaqlarından və çiçəklıərindən hazırlanır. Demək olar ki, Yaponiyanın bütün mətbəxlərində bu ədviyyatdan istifadə edilir. Yaponiya sərhədlərindən kənarlarda isə bu ədviyyatdan həm də rənglndirici kimi istifadə olunur. Vasabi dietik qida hesab edilir. Onun 100 qramında 10 kKal var.
Vasabinin 10%-ni zülallar, efir yağları, siniqrin, qlikozid, C, B6, A vitaminləri, folat, liflər, niatsin və mikroelementlər (kalium, kalsium, dəmir, natrium, fosfor, marqanes, sink və s.) təşkil edir.
Vasabinin tərkibindəki yağlar orqanizmdə patogen streptokokkların məhv olmasına səbəb olur. Ondan istifadə eləmək kariesin, diş minasının pozulmasına səbəb olan amillərin aradan qalxmasına səbəb olur. O antiasmatik və şiş əleyhinəm təsirə malikdir. Aspirin orqanizmıə daxil olduqdan 30 dəqiqə sonra öz təsirini göstərməyə başlayır. Amma, vasabinin tərkibindəki efir yağları ədviyyat yeyildikdən dərhal sonra orqanizmə aspirinin göstərdiyi təsiri göstərir. Belə ki, vasabi yemək qan damarlarında trombların əmələ gəlməsinin qarşısını alır.
Vasabinin tərkibindəki efir yağları ürək-damar xəstəlikləri riskinin aradan qalxmasına səbəb olur, ateresklerozun qarşısını alır. Bu ədviyyat orqanizmə aspirin təsiri bağışlayır. Bu ədviyyatdan ən çox balıq yeməklərinin və suşinin hazırlanması zamanı istifadə edilir. Vaxtaşırı qaraciyəri piy distrofiyasından təmizləmək üçün ən sadə vasitə bir müddət vasabi yeməkdir.[7]
Vasabi yemək soyuqlama əlamətlərinin, astmanın, anafilaktik şokun aradan qalxmasına yardım edir, orqanizmdə stafilokklara qarşı mübarizə aparır, bağırsaq çöplərinin və göbələk mikroblarının məhv olmasına səbəb olur. Bəzən vasabini alkohol və narkotik asılılığından əziyyət çəkənlər yeməklərinə əlavə edirlər. Bu asılı maddələrin orqanizmə verdiyi zərərlərin miqdarını azaldır. Vasabi qan axının sürətləndirir və qadınlarda cinsi həvəsin artmasına səbəb olur.
Kosmetologiyada ən çox vasabinin kökündən istifadə edilir. Ondan alınmış efir yağları ilə qəbul edilən prosedurlar dəridəki ölü toxumaların xaric olunmasını və onların yeni toxumalayla əvəz olunmasını sürətləndirir.[8]
Bu zaman dəri vasitəsilə orqanizm tərəfindən sorulan vasabi kökünün dəmləməsi orqanizmdə əhval-ruhiyyəni yüksəldir.[9][10]
Vasabi tərkibli maskalar dəridə sərbəst radikallara qarşı mübarizə aparır və dərinin qocalmasının qarşısını alır. Vasabi tərkibli skrablar dərinin təmizlənməsinə və rənginin durulaşmasına səbəb olur.Vasabi ilə jjoba yağının qarışımından hazırlanan maska isə dərini daha elastik və yumşaq edir.[8]
Prefektura | Suda yetişdirilən | Torpaqda yetişdirilən | Cəmi | ||||
---|---|---|---|---|---|---|---|
Gövdə | Yarpaq | Gövdə | Yarpaq | Gövdə | Yarpaq | Cəmi | |
Naqano | 226.9 | 611.4 | 2.7 | 14.7 | 229.6 | 626.1 | 855.7 |
İvate | 8.2 | 5.5 | 16.0 | 488.4 | 24.2 | 493.9 | 518.1 |
Şizuoka | 237.9 | 129.2 | - | 138.1 | 237.9 | 267.3 | 505.2 |
Koçi | 0.1 | 0.1 | 26.7 | 45.8 | 26.8 | 45.9 | 72.7 |
Şimane | 3.5 | 1.7 | 1.8 | 42.5 | 5.3 | 44.2 | 49.5 |
Oita | 0.1 | 0.6 | 38.8 | 9.5 | 38.9 | 10.1 | 49.0 |
Digər | 32.9 | 59.7 | 46.4 | 76.3 | 79.3 | 136.0 | 215.3 |
Cəmi | 509.6 | 808.2 | 132.4 | 815.3 | 642.0 | 1,623.5 | 2,265.5 |
Prefektura | Suda yetişdirilən | Torpaqda yetişdirilən | Cəmi | ||||
---|---|---|---|---|---|---|---|
Gövdə | Yarpaq | Gövdə | Yarpaq | Gövdə | Yarpaq | Cəmi | |
Şizuoka | 295.1 | 638.2 | 4.5 | 232.3 | 299.6 | 870.5 | 1,170.1 |
Naqano | 316.8 | 739.2 | 7.2 | 16.8 | 324.0 | 756.0 | 1,080.0 |
İvate | 8.8 | 1.5 | 2.4 | 620.5 | 11.2 | 622.0 | 633.2 |
Şimane | 2.4 | 10.1 | 9.0 | 113.0 | 11.4 | 123.1 | 134.5 |
Oita | 0.5 | 8.9 | – | 94.0 | 0.5 | 102.9 | 103.4 |
Yamaquçi | 2.5 | 2.2 | 22.5 | 54.2 | 25.0 | 56.4 | 81.4 |
Digər | 65.8 | 48.1 | 61.7 | 108.0 | 127.5 | 156.1 | 283.6 |
Cəmi | 691.9 | 1,448.2 | 107.3 | 1,238.8 | 799.2 | 2,687.0 | 3,486.2 |
Son illər bəzi dietoloqlar suşi ilə arıqlamaq üsullarından istifadə edirlər. Bu zaman isə onlar pasientlərinə çoxlu miqdarda vasabi yeməyi məsləhət bilirlər. Bir çox restoranlar bəzi yeməklərin yanlnda vasabi servis edirlər. Bunun səbəbi isə vasabinin həmin yeməyin kalori dəyərinin aşağı salmaq və arlqlatmaq qabiliyyətinin olmasıdır. Suşinin yanında isə vasabinin verilməsi çiy balığın tərkibində olan zərərli mikroorqanizmləri məhv etmək qabiliyyətinin olmasıdır.[13][14][15]
Vasabidən kabab üçün istifadə edilən marinadların hazırlanmasına istifadə edilir. Ətləri dadlandırmaq üçün də bir çox souslara vasabi əlavə edilir. Vasabinin dadı tünd və kəskin olduğuna görə o bəzi insanlarda qastritin, mədə və bağırsaq yaralarının əmələ gəlməsinə, xolisisstitin, pankreatitit və qlomeerulonefritin kəskinləşməsinə səbəb ola bilir. Çoxlu miqdarda vasabi yemək sağlam adamlarda da arterial təzyiqin aşağı düşməsinə səbəb ola bilir.[16]