ekstrakt
ekstremist
OBASTAN VİKİ
Ekstremal hava
Ekstremal havaya gözlənilməyən, qeyri-adi, kəskin və ya qeyri-mövsümi hava daxildir.Ekstremal hadisələr tez-tez qeyd olunan hava tarixçəsinə və ən qeyri-adi on faizə əsaslandırılır. Antropogen təsirlərin yaratdığı iqlim dəyişikliyinin bəzi ekstremal hava hadisələrinin intensivliyi və periodikliyini artırdığını göstərən sübutlar var. Ekstremal hava və digər hadisələrin antropogen iqlim dəyişikliyi ilə əlaqələndirilməsinə olan inam həddən artıq yağıntılara və quraqlıq intensivliyindəki artışlara bir miqdar inam ilə birlikdə, ifrat isti və soyuq hadisələrin sıxlığında və böyüklüyündəki dəyişikliklərdə ən yüksək səviyyədədir. Ekstremal havanın təbi ekosistemlərlə yanaşaı, insan cəmiyyəti üzərində də təsirlər var. Misal üçün, qlobal sığortaçı Münix Re təbii fəlakətlərin 2015-ci ildə bir başa itkilər üzərində 90 milyard dollardan daha böyük rəqəmə çatdığını təxmin edir. == Ekstremal havanın təsirləri == Ekstremal havanın təsirlərinə daxildir: İfrat yağan yağışlar daşqınlara və torpaq sürüşmələrinə Həddən artıq istilər və yağışın olmaması, meşə yanğınlarına və quraqlığa Tornado və fırtınalar kimi güclü küləklər insan infrastrukturunun dağılmasına Həddən artıq yağan qar qar uçqunlarına səbəb olur. == Həmçinin bax == İqlim dəyişikliyi == İstinadlar == == Ədəbiyyat == National Academies of Sciences, Engineering, and Medicine. Attribution of Extreme Weather Events in the Context of Climate Change (Hesabat). Washington, DC: The National Academies Press. 2016.
Ekstremal kimya
Ekstremal kimya Ekstremal kimya – kimyəvi proseslərin ekstremal şəraitdə öyrənilməsidir: güclü elektrik və maqnit sahələri, ultrayüksək təzyiq və sürüşmə deformasiyaları, gərginliyi molekulun daxilindəki elektrik sahəsi ilə müqayisə edilən güclü işıq sahələri, ultraböhran şəraiti, güclü qravitasiya sahəsi, səs və mikrodalğa sahələri və s. Ekstremal halların kimyasına, həmçinin plazmokimya, radiasiya kimyası, yüksək enerjilər və yüksək temperaturlar kimyası daxildir. Yanaşmadan asılı olaraq ekstremal kimyanın bölmələrini müxtəlif qaydada təsnif etmək olar. == Yüksək enerjilər kimyası == Yüksək enerjilər kimyası (YEK) – fiziki-kimyanın bölməsidir, qeyri-istilik enerji mənbələrinin (ionlaşdırıcı şüalanma, işıq, plazma, ultrasəs, mexaniki zərbə və s.) təsiri ilə gedən kimyəvi və fiziki-kimyəvi prosesləri tədqiq edir. Qeyri-istilik enerjisinin təsiri ilə gedən reaksiyaların mexanizm və kinetikası, həyacanlanmış və ionlaşdırılmış çox sürətli hissəcikilərin qeyri-tarazlıq qatılığı ilə xarakterizə olunur; bu hissəciklərin enerjisi istilik hərəkəti enerjisindən, bəzi hallarda kimyəvi rabitə enerjisindən çoxdur. Maddəyə təsir edən qeyri-istilik enerji daşıyıcıları: sürətləndidrilmiş ion və elektronlar, sürətli və yavaş neytronlar, alfa- və beta-hissəciklər, pozitronlar, müonlar, pionlar, ultrasəs sürətli atom və molekullar, elektromaqnit şüalan-manın kvantları, impuls elektrik, maqnit və akustik sahələri. Yüksək enerjilər kimyasının proseslərini zaman mərhələrinə görə fiziki, fiziki-kimyəvi və kimyəvi proseslərə bölürlər. Fiziki mərhələ femtosaniyə və daha az müddətdə baş verir. Bu müddətdə qeyri-istilik enerjisi mühitdə qeyri-bərabər paylanır, "qaynar ləkə" əmələ gəlir. Fiziki-kimyəvi mərhələdə qaynar ləkədə tarazsızlıq və müxtəlicinsilik təzahür edir.
Ekstremal proqramlaşdırma
Ekstremal proqramlaşdırma – proqram təminatının işlənib hazırlanması metodologiyalarından biridir. 1999-cu ildə Kent Bek (Kent Beck), Uord Kanningem (Ward Cunningham), Martin Fauler (Martin Fowler) və başqaları tərəfindən işlənib hazırlanıb. Bu metodologiya o qədər də aydın olmayan, yaxud sürətlə dəyişən tələblər şəraitində proqram təminatının yaradılması ilə məşğul olan kiçik və orta ölçülü gəlişdiricilər komandası üçün proqramların işlənib hazırlanmasının təşkilini nəzərdə tutur. Ekstremal proqramlaşdırmanın başlıca məqsədləri gəlişdirmə prosesinin uğurla getməsi haqqında gerçək sübutlar təqdim etmək yolu ilə sifarişçinin proqram məhsuluna inamını yüksəltməkdən və məhsulun işlənib hazırlanması müddətlərini kəskin azaltmaqdan ibarətdir.
Ekstremal ütüləmə
Ekstremal ütüləmə və ya qısaca EÜ – insanların ekstremal yerlərdə paltar ütüləməyə çalışdıqları ekstremal idman növü. Ekstremal Ütüləmə Bürosuna görə bu idman növü dünyada ən təhlükəli idman növlərindən biridir. Medianın ekstremal ütüləməyə olan marağının səbəblərindən biri də ekstremal ütüləmənin həqiqətən idman növü olub-olmadığı məsələsidir. Ekstremal ütüləmə dağlıq ərazilərdə, meşədə, heykəllərin üstündə, küçənin ortasında, magistral yolda, suyun dibində, donmuş gölün buz təbəqəsinin altında kimi yerlərdə yerinə yetirilə bilər. Hətta paraşütlə tullanaraq və xizək sürərək ekstremal ütüləmə edən şəxslər də var. == Tarix == Ekstremal ütüləmə Tom Hayam tərəfindən 1980-ci ildə İngiltərədə yerləşən Yorkşir Deyls Milli Parkında ixtira edilmişdir. O, bacanağı Con Sleyterin düşərgə çadırında ütüləməyə davam etməsindən ilhamlanmışdır. 1990-cı ilə kimi Toni ütü və ütü stolunu özü ilə daşıyaraq qəribə yerlərdə ütüləmə ilə məşğul olmuşdur. İdman növü ilə məşğul olanların çoxu isə hesab edir ki, ekstremal ütüləmə ilk dəfə 1997-ci ildə İngiltərənin Lester şəhərində Fil Şou tərəfindən başladılmışdır. Şou həmin dövrdə Lesterdə bir fabrikdə işləyirdi və ev işlərinə vaxt ayırmaqda çətinlik çəkirdi.
Ukraynanın ekstremal nöqtələri
Ukraynanın ekstremal nöqtəsi - ucqar şimal, cənub, şərq və qərb.
Bitkilərin ekstremal təsirlərə davamlılığı
Azərbaycan Hava və Ekstremal İdman Növləri Federasiyası
== Lisenziyalı federasiyalar == Bu siyahı hal-hazırda rəsmi lisenziyası olan Azərbaycan idman federasiyalarının siyahısıdır. Hal-hazırda respublikada 31 rəsmi federasiya və 2 rəsmi assosiasiya lisenziyalı şəkildə fəaliyyət göstərir. == Digər federasiyalar == Azərbaycan Strongmen Federasiyası Azərbaycan Alpaqut Federasiyası Azərbaycan Ciu-Citsu Federasiyası Azərbaycan Braziliya Ciu-Citsu Federasiyası Azərbaycan Çimərlik Futbol Federasiyası Azərbaycan Futzal Federasiyası Azərbaycan Hokkey Federasiyası Azərbaycan Qol Güləşi Federasiyası Azərbaycan Pauerliftinq Federasiyası Azərbaycan Reqbi Federasiyası Azərbaycan Səmti Müəyyənetmə İdman Federasiyası Azərbaycan İdman Turizmi Federasiyası == Mövcud olmuş federasiyalar == Bəzi federasiyalar bir müddət aktiv fəaliyyət göstərmiş və ya fəaliyyət göstərməmiş, lakin rəsmi lisenziyaya sahib olmuşdur. Sonra isə bu lisenziya ləğv edilmiş və ya müddəti uzadılmamışdır. Bu səbəbdən də həmin federasiyalar ləğv olunmuş və ya fəaliyyətsiz hesab olunurlar. == İstinadlar == == Xarici keçidlər == İdman Federasiyaları Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi [1] Arxivləşdirilib 2017-12-23 at the Wayback Machine Nazirlər nəyi dəyişəcək?

Значение слова в других словарях