Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Şəhərcik
Şəhərcik — Zəngəzur mahalının Qafan rayonunda kənd. == Tarixi == Şəhərcik - Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indi Qafan rayonu ərazisində kənd. Rayon mərkəzindən 7 km şimalda, Oxçu çayının sol sahilində yerləşir. Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir. Erməni mənbələrində Şharcik formasında qeyd edilir. Kənddə 1831-ci ildə 37 nəfər, 1873-cü ildə 162 nəfər, 1886-cı ildə 371 nəfər, 1897-ci ildə 341 nəfər, 1904-cü ildə 395 nəfər, 1914-cü ildə 180 nəfər azərbaycanlı yaşamışdır. 1918-ci ildə azərbaycanlılar erməni təcavüzünə məruz qalaraq deportasiya olunmuşlar. İndiki Ermənistanda sovet hökuməti qurulandan sonra öz yurd-yuvalaкжna dönə bilmişdir. Burada 1922-ci ildə 262 nəfər, 1926-cı ildə 316 nəfər, 1931-ci ildə 425 nəfər azərbaycanlı yaşamışdır. 1988-ci ilin noyabrın axırlarında azərbaycanlılar Ermənistan dövləti tərəfindən qovulmuşlar.
Şəkərcik
Şəkərcik — Azərbaycan Respublikasının Füzuli rayonunun inzibati ərazi vahidində kənd. Kənd 1993-cü il avqustun 23-də Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal olunub. 9 noyabr 2020-ci ildə Azərbaycan Respublikası Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmişdir. == Toponimikası == Kənd Şəkərciklər adı ilə də tanınır. Kəndin adı orta əsrlərdə Qarabağda yaşamış cavanşir tayfasına mənsub şəkərciklər tirəsinin adı ilə bağlıdır. Deyilənlərə görə bu kənd vaxtilə Şəkər adlı varlı bir qadının mülkü, bostan yeri olub. XIX əsrin əvvəllərində qarabulaqlı, dövlətli bir kişi bu yeri pul ilə ondan alıbdır. O vaxtdan həmin ərazi Şəkər xanımın bostanı, Şəkərin yeri kimi adlandırılmışdır. "Şəkər" sözünə "cik" hissəciyinin artırılması görünür ki, ərazinin kiçik olması ilə əlaqələndirilir. == Tarixi == 1593-cü ilə aid olan Osmanlı qaynağında Şəkər mülk, yurd, torpağının adı kimi çəkilir.
Bənəcik
Bənəcik — Azərbaycan Respublikasının Ağsu rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 30 sentyabr 2010-cu il tarixli, 1086-IIIQ saylı Qərarı ilə Ağsu rayonunun Ağsu rayonunun Padar kənd inzibati ərazi dairəsi tərkibindəki Nəmirli kəndinin ərazisində faktiki mövcud olan yaşayış məntəqəsi bu inzibati ərazi dairəsinin tərkibində qalmaqla Binəcik kəndi adlandırılmış və Azərbaycan Respublikasının ərazi vahidlərinin Dövlət reyestrinə daxil edilmişdir. == Toponimikası == Bənəcik oykonimi iki hissədən ibarətdir. Birinci komponent "bənə" olub, elat məskəni mənasında işlədilən "binə" sözünün dəyişilmiş formasıdır, -cik isə kiçiklik bildirən leksik şəkilçidir. Bənəcik/Binəcik, kiçik binə, məskən deməkdir.
Şəhərcik (Qafan)
Şəhərcik — Zəngəzur mahalının Qafan rayonunda kənd. == Tarixi == Şəhərcik - Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indi Qafan rayonu ərazisində kənd. Rayon mərkəzindən 7 km şimalda, Oxçu çayının sol sahilində yerləşir. Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir. Erməni mənbələrində Şharcik formasında qeyd edilir. Kənddə 1831-ci ildə 37 nəfər, 1873-cü ildə 162 nəfər, 1886-cı ildə 371 nəfər, 1897-ci ildə 341 nəfər, 1904-cü ildə 395 nəfər, 1914-cü ildə 180 nəfər azərbaycanlı yaşamışdır. 1918-ci ildə azərbaycanlılar erməni təcavüzünə məruz qalaraq deportasiya olunmuşlar. İndiki Ermənistanda sovet hökuməti qurulandan sonra öz yurd-yuvalaкжna dönə bilmişdir. Burada 1922-ci ildə 262 nəfər, 1926-cı ildə 316 nəfər, 1931-ci ildə 425 nəfər azərbaycanlı yaşamışdır. 1988-ci ilin noyabrın axırlarında azərbaycanlılar Ermənistan dövləti tərəfindən qovulmuşlar.
Loknin (şəhərcik)
Loknin (ing. Lộc Ninh) — Vyetnamda şəhərcik, Binfıok vilayətinin Loknin rayonunun inzibati mərkəzi. Vyetnam müharibəsi zamanı burada 1967-ci ildə birinci dəfə, 1972-ci ildə ikinci dəfə döyüş baş tutmuşdur. Loknin Cənubi Vyetnam Respublikası Müvəqqəti İnqilabi Hökumətinin 1969-cu ildə yarandığı andan 1975-ci ildə Sayqonun süqutuna qədər onun qərargahı kimi xidmət etmişdir.
Nqoklak (şəhərcik)
Nqoklak (vyet. Ngọc Lặc) — Vyetnamda, Txanxoa vilayətində şəhər, Nqoklak mahalının inzibati mərkəzi. == Tarixi == İndiki Nqoklak şəhərinin əksəriyyəti əvvəllər Nqoklak mahalında yerləşən Nqokkhe icması idi. Nqokkhe icması 25 iyun 1963-cü ildə Kaokkhe icmasının ərazisinin və əhalisinin bir hissəsinin ayrılması əsasında yaradılmışdır. 3 iyun 1988-ci ildə Nazirlər Soveti 99-HĐBT saylı fərman vermiş və ona əsasən Nqokkhe icmasının 192 hektar və 4,538 sakini Nqoklak şəhərinə ayrılmışdı.
Cek fənəri
Cek fənəri (ing. Jack-o'-lantern) — Hellouin bayramının əsas simvolu sayılır. Cek fənəri — içərisi boşaldılmış, göz, burun və ağız qoyulmuş balqabaqdan hazırlanır və balqabağın içinə şam qoyulur. == Tarixi == Britaniyada orta əsrlərdə insanlar evbəev gəzib ölülərin ruhuna dua oxumalarının qarşılığında sakinlərdən yemək istəyirdilər. Onlar əllərində oyuq şalğam fənərlər tuturdular. Hər bir belə fənərlərin içinə məhşərdə ilişib qalan ruhu təmsil edən şam qoyurdular. Digərlərinin fikrincə isə, fənərlər pis ruhları qovmaq üçün istifadə edilirdi. 1800-cü illərdə Şimali Amerikada şalğam balqabaqla əvəz olundu, çünki bu tərəvəz o torpaqlarda geniş yayılmışdı və onu oymaq asan idi.
Cib fənəri
Cib fənəri — əllə saxlanılan portativ elektrik işıq mənbəyidir. Adətən, işıq mənbəyi kiçik bir közərmə ampul və ya LED lampadır. Cib fənərinin içindəki lampa batareyadan aldığı elektrik enerjisini, işıq enerjisinə çevirir və bu sayədə lampadan işıq gəlir.
Əl fənəri
Cib fənəri — əllə saxlanılan portativ elektrik işıq mənbəyidir. Adətən, işıq mənbəyi kiçik bir közərmə ampul və ya LED lampadır. Cib fənərinin içindəki lampa batareyadan aldığı elektrik enerjisini, işıq enerjisinə çevirir və bu sayədə lampadan işıq gəlir.
Şəkərcik yaşayış yeri
Şəkərcik — Azərbaycanın Füzuli rayonu ərazisində qədim yaşayış yeri. Yaşayış yeri Şəkərcik kəndinin ərazisində yerləşir. Şəkərcik ərazisində tədqiqatlar zamanı söbut olunmuşdur ki, burada e.ə. I minilliyin əvvəllərində Son Tunc dövrünə aid yaşayış yerləri olub. Arxeoloji axtarış və kəşfiyyat qazıntısı zamanı bu ərazidən küpə, cam, çölmək, qazan, xeyrə və s. gil qab qırıqlarının nümunələri aşkar olunmuşdur ki, bunlar da əldə və dulus çarxında hazırlanmışdır. Buradan dəvəgözü (obsidian) qəlpələri, dəndaşı, daş toxalar da aşkar edilmişdir. Qabların bəzisinin səthi səliqə ilə cilalanmış, hamarlanmış, kəsmə naxışla bəzədilmişdir. Tədqiqatlar bunu deməyə əsas verir ki, qədim dövrlərdə bu ərazilər oturaq əkinçi-maldar tayfalarına məxsus olmuşdur.
Cenerik
Cenerik (ing. generic drug ) tərkibində kimyəvi maddə olan dərman - dərmanı ilkin olaraq işləyib hazırlayan şirkət tərəfindən patentləşdirilmiş ilə eyni olan əczaçılıq inqridienti. Cenerik dərmanlar patentin müddəti bitdikdən sonra və müvafiq olaraq patent sahibinin inhisarında digər istehsalçılar tərəfindən beynəlxalq qeyri-patent adı altında və ya dərman preparatını tərtib edənin əmtəə nişanından fərqlənən ad altında istehsal edilir və satılır. Kimyəvi dərmanlardan fərqli olaraq, bioloji dərmanlar orijinal olanlarla tamamilə eyni deyil və biosimilar və ya bioanaloqlar adlanır. == Terminin istifadəsi == "Cenerik" sözünün transliterasiyası ing. generic, yəni “ümumi, daha ümumi” , bu sözün əks mənası specific isə “xüsusi, konkret” deməkdir. Deməli söhbət qeyri-spesifik, yəni ümumi kimyəvi adlardan gedir ki, bu dərmanların satıldığı firmaya xas olan orijinal ticarət adlarından fərqli olaraq dərman maddəsinin ilkin tərkibindən gedir. Misal üçün - məşhur spazmolitik dərmanın markası " No-Spa " (Spazmaya yox və ya Yox-Spazm), onun ümumi analoqu isə əsas aktiv maddə "drotaverin hidroxlorid"in kimyəvi adı altında istehsal olunması. == Ceneriklərin istehsal təcrübəsi == İnnovativ dərman üçün patent mühafizəsi hər hansı bir ölkənin patent qanunvericiliyindən asılı olaraq dəyişir.(məsələn, ABŞ-da 12 il , Rusiyada 25 ilə qədər ). Patentin və ya digər müstəsna hüquqların müddəti bitdikdə, dərman vasitəsinin satışına qoyulan qanuni məhdudiyyətlər qüvvədən düşür.
Con Federik Beyli
Con Federik Beyli (ing. John Frederick Bailey; 5 avqust 1866 və ya 1866[…], Brisben – 19 may 1938 və ya 1938[…], Brisben) — Avstraliya botaniki. == Əsərləri == 1896: «Report on the timber trees of Herberton District, North Quensland». 1906: «A Selection of Flowering Climbers». 1910: «Introduction of economic plants into Queensland». == İstinadlar == == Ədəbiyyat == Adelaide Botanic Garden, Centenary Volume 1855—1955 (Adel, 1955) Votes and Proceedings (Legislative Assembly, Queensland), 1906, 2, 146, (South Australia), 1918, 3 (89) R. H. Pulleine, 'The botanical colonisation of the Adelaide plains', Proceedings of the Royal Geographical Society of Австралии (South Australian Branch), 35 (1935) C. T. White, 'The Bailey family and its place in the botanical history of Australia', JRHSQ, 3 (1936-47) Observer (Adelaide), 30 June 1923, 18 Apr 1925 Australian botanists biographical files (Australian Academy of Science Library).
Kraun-Prins-Federik adası
Kraun-Prins-Federik adası (ing. Crown Prince Frederik Island) — Kanada Arktik arxipelaqının bir hissəsidir. Adada hazırda yaşayış yoxdur (2012). Kraun-Prins-Federik adası Butiya körfəzinin cənub-şərqində, Baffin Torpağının qərb hissəsinin cənub sahilinin yaxınlığında yerləşir. Adanın şimal sahili Aqu körfəzinin cənub sahilini təşkil edir. Ada materik Kanadanın Melvil yarımadasını və Baffin Torpaq adasını ayıran Fari və Hekla boğazının qərb girişinin yaxınlığında yerləşir. Adanın sahəsi 401 km²-dir. Sahil xəttinin uzunluğu 108 km-dir.