Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Bahar fəsli
Yaz yaxud bahar - ilin 4 fəslindən biri. Şimali yarım kürədən mart və iyun Yazda ağaclar çiçək açır, hava istiliyi artmağa başlayır. Bu mövsümdə qar əriməsi və bol miqdarda yağışların yağması ilə su yataqları olan dərələr, göllər, Gölməçə və anbarlar su ilə dolar. Baharın xəbərçisi çiçəklərdir. Xüsusilə bu mövsümdə yerli hava depresiyanı alaraq meydana gələn hava dəyişikliklərində xalq arasında Qırx İkindi adı verilən leysan yağışları başlar. Bu yağışlarla şiddətli göy gurultusu, ildırım düşməsi, dolu təhlükəsi və sel fəlakətləri də görülər. Bəzən bu yağışlar cütçülərə çox zərər verər. İnsanlar üzərində də sağlamlıq baxımından mənfi təsirləri ola bilər. Yorğunluq, halsızlıq yazın insanlar üzərindəki mənfi təsirlərindəndir. Bu vəziyyətə tibb dilində qısaca bahar yorğunluğu deyilir.
Payız fəsli
Payız vəya güz — ilin dörd fəslindən biri.
Qış fəsli
Qış – İlin dörd fəslindən biridir. Fəsil adətən hava tempraturunun aşağı olması ilə səciyyələnir. Yarımkürədən asılı olaraq, zaman-zaman ardıcıl yağıntılarla müşayiət olunan hava şəraiti ilə digər fəsillərdən fərqlənir. Qış fəslinin xüsusiyyətləriQış üç uzun aydan ibarətdir: qarlı dekabr, şaxtalı, günəşli yanvar və çovğunlu, qəzəbli fevral. Qışda təbiət tüklü qarın ağ yorğanı altında etibarlı şəkildə gizlənərək şirin bir yuxuya qərq olur. Bəzi günlərdə şaxta olar, bəzən sükut yalnız meşədə bir budağın xırıltısı ilə pozular, digərlərində isə küləyin soyuq uğultusu ilə qar çovğunu hökm sürər. Hər fəslin hər gözəlliyi olsa da, qış fəsli bir ayrı gözəldir. Yəqin ki, onu gözəlləşdirən və fərqləndirən ən əsas özəlliyi də "sahib olduğu" qar yağışıdır. İlin yalnız bu fəslində qara rast gəlmək olur və kiçikdən böyüyə hər kəsin qarla olan əyləncə dövrü başlanır. Qışı sevdirən digər bir cəhət də, bu fəsildə ən çox sevilən bayramlardan biri olan Yeni ilin keçirilməsidir.
Yay fəsli
Yay — ilin dörd fəslindən biri. == Məzmun == Yay, ən isti mövsümdür. Şimal yarımkürəsinin ən uzun günləri yayda reallaşır. Dünya istiliyi anbar etdiyi üçün ən isti günlər ümumiyyətlə təxminən iki ay sonra ortaya çıxar. İsti günlər Şimali Yarım Kürənin 21 İyun ilə 22 Sentyabr arasında, Cənub Yarım Kürənin isə 22 Dekabr ilə 21 Mart arasındadır. Yay mövsümündə insanlar təbiətin gözəlliklərindən faydalanma imkanıları tapır. İnsan sağlamlığına böyük faydası olan və sümüklərin inkişafı üçün lazım olan D vitamini, günəş şüalarından alınır. Yazın insanlar dərisinə və bəzi xəstəliklərin yaxşı gələn dəniz suyu və dəniz qumundan faydalanılırlar. Günəş duşları romatizmalar üçün çox faydalıdır. Günəşin qüvvətli şüaları bir çox xəstəlikləri yox edir və yaxşılaşdırir.
Yaz fəsli
Yaz yaxud bahar - ilin 4 fəslindən biri. Şimali yarım kürədən mart və iyun Yazda ağaclar çiçək açır, hava istiliyi artmağa başlayır. Bu mövsümdə qar əriməsi və bol miqdarda yağışların yağması ilə su yataqları olan dərələr, göllər, Gölməçə və anbarlar su ilə dolar. Baharın xəbərçisi çiçəklərdir. Xüsusilə bu mövsümdə yerli hava depresiyanı alaraq meydana gələn hava dəyişikliklərində xalq arasında Qırx İkindi adı verilən leysan yağışları başlar. Bu yağışlarla şiddətli göy gurultusu, ildırım düşməsi, dolu təhlükəsi və sel fəlakətləri də görülər. Bəzən bu yağışlar cütçülərə çox zərər verər. İnsanlar üzərində də sağlamlıq baxımından mənfi təsirləri ola bilər. Yorğunluq, halsızlıq yazın insanlar üzərindəki mənfi təsirlərindəndir. Bu vəziyyətə tibb dilində qısaca bahar yorğunluğu deyilir.
Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsinin II fəsli
Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsinin II fəsli– Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsinin II fəslində Birləşmiş Millətlər Təşkilatına (BMT) üzvlükdən bəhs olunur. Üzvlük Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsində əks olunmuş şərt və öhdəlikləri qəbul edən original imza edənlərə və Təşkilatın mühakiməsinə görə, bu öhdəlikləri yerinə yetirməyə qabil və hazır olan bütün digər sülhsevər dövlətlərə açıqdır. BMT Nizamnaməsinin II fəslinə görə, BMT-yə qəbul olmaq üçün ölkə əvvəlcə BMT Təhlükəsizlik Şurası tərəfindən tövsiyə olunmalı və sonra BMT Baş Məclisinin səsverməsi ilə təsdiqlənməlidir. Əlavə olaraq, qəbula bəzən Daimi Beş və ya D5 olaraq da adlandırılan BMT Təhlükəsizlik Şurasının beş daimi üzvündən (Çin, Fransa, Rusiya, İngiltərə və ABŞ), heç biri tərəfindən etiraz edilməməlidir. BMT üzvlüyünə qəbul xüsusilə mikro dövlətlər üçün suverenliyin və qanuni dövlətçiliyin əsas göstəricisi hesab olunur. Bəzi dövlətlərdə Tayvana dair Çin Respublikası kimi qeyri-rəsmi olaraq müstəqil tanınan, ancaq daimi üzv tərəfindən tətbiq edilən veto hüququna görə BMT-yə üzv olmayan hökumətlər var. Soyuq müharibə ərzində Birləşmiş Ştatlar və Sovet İttifaqı rəqib blokların BMT üzvlüyünə qəbuluna icazə vermədi. Onlar bu ölkələrin üzv olmasına icazə verməyə başladıqda, xüsusilə müstəqillik qazanan koloniyaların sayı artdıqca bu BMT üzvlüyünün genişlənmə dövrünə gətirib çıxardı. Həmçinin II fəsil Təşkilata üzvlükdən irəli gələn hüquq və imtiyazları dayandırılmış üzv dövlətlərin Təhlükəsizlik Şurasının təqdimatı əsasında Baş Məclis tərəfindən onların öz hüquq və imtiyazlarını həyata keçirməsini təmin edir. Çin Respublikası hökuməti, Çin Millətçi Heyətinin BMT Təhlükəsizlik Şurasının təqdimatı olmadan xaric edilməsindən bəri Çin Xalq Respublikasını Çin kürsüsünün qanuni sahibi elan edən BMT Baş Assambleyasının 2758 saylı qətnaməsinin qanuniliyini şübhə altına alır (ÇR-ın təsisçi üzv olduğu).
Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsinin VII Fəsli
Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsinin VII Fəsli — BMT Təhlükəsizlik Şurasının sülhü qorumaq səlahiyyətlərini müəyyən edir. Nizamnamənin bu fəsli "barışıq üçün hər hansı bir təhdidin, sülhün pozulması və ya təcavüz aktının mövcudluğunu müəyyənləşdirməyə" və "beynəlxalq sülhü və təhlükəsizliyi bərpa etmək" üçün hərbi və hərbi olmayan tədbirlər görməyə imkan verir. VII fəsil, həmçinin Hərbi Qərargah Komitəsi üçün BMT Təhlükəsizlik Şurasının sərəncamına verilmiş qüvvələrin strateji əlaqələndirilməsinə görə məsuliyyət müəyyən edir; Komitə Şuranın beş daimi üzvünün qərargah rəhbərlərindən ibarətdir. BMT Nizamnaməsinin BMT üzv dövlətlərinin digər BMT üzv ölkələrinə hücum etməsini qadağan etməsi, BMT-nin İkinci Dünya müharibəsi bitdikdən sonra yaradılmasının əsas məqsədinə, yəni müharibənin qarşısını almağa xidmət edir. Həddindən artıq narahatlıq yaradan bu hal Nürnberq prosesində "bir dövlətin ərazi bütövlüyünə, siyasi müstəqilliyinə və ya suverenliyinə qarşı müharibə aparmaq, ya da beynəlxalq müqavilələri və ya razılaşmaları pozmaq" kimi qeyd olunan sülh əleyhinə cinayət konsepsiyasında da əks olunur. == Tarixi inkişaf == Birləşmiş Millətlər Təşkilatı İkinci Dünya müharibəsindən və Birinci və İkinci Dünya müharibəsi arasındakı illərdə Millətlər Liqasının mövcud olmasına baxmayaraq, diplomatiyanın son uğursuzluğundan sonra qurulmuşdur. Buna görə də Liqanın uğursuzluğuna reaksiya olaraq, Təhlükəsizlik Şurasına VII Fəsil vasitəsilə geniş səlahiyyətlər verilmişdir. Beləliklə, bu geniş səlahiyyətlər Təhlükəsizlik Şurasına tarix ərzində mövcud olan digər beynəlxalq təşkilatlarla müqayisədə daha çox funksiyanı yerinə yetirməyə imkan vermişdir. Belə bir mübahisə mövcuddur ki, Şuraya verilmiş bu geniş səlahiyyətlər onu "beynəlxalq birliyin icraçısı" və ya hətta "beynəlxalq hökumət" edir.Millətlər Liqasının Razılaşması tarixdə ilk dəfə iqtisadi və hərbi sanksiyalar yolu ilə beynəlxalq öhdəliklərin yerinə yetirilməsini təmin etdi. Üzv dövlətlər, həmçinin, Şuranın əvvəlcədən qərarı olmadan, Liqanın fikrincə qanunsuz hərəkət etmiş dövlətlərə qarşı tədbir görməyə borclu idilər.
Fəsa
Fəsa (fars. فسا‎)— İranın Fars ostanının şəhərlərindən və Fəsa şəhristanının mərkəzidir. 2006-cı ilin siyahıya alınması əsasında bu şəhər 90,251 nəfər və 22,097 ailədən ibarət idi.
Fəsil
Fəsil, mövsüm ya da sezon — ilin şərti olaraq bölündüyü 4 dövr. Mövsümlərin bölünməsi müxtəlif cür aparılır: Təqvim üzrə mövsümlər – dünyanın əksər ölkəsində ilin hər biri 3 təqvim ayına bərabər olan 4 mövsümə bölünməsi qəbul edilib. Astronomik mövsümlər - gündönümündən (yay və qış) və gecə-gündüzün bərabərləşməsinə uyğun bölünür. Fenologiya - mövsümlərin müddəti təbiət hadisələrinə uyğun olaraq bölünür (təbiətdə iqlimin mövsümi dəyişikliyinə uyğun). == Təqvim üzrə mövsümlər == Fəsilləri dövrü belədir : qış payız yaz yay .İlin fəsilləri belə dövr edir: Qış Payız Yaz Yay .Orta en dairələrində il formal olaraq təqribən 4 bərabər hissəyə bölünür.
Fəzl
Fəzl — kişi adı. Fəzl bin Məhəmməd — 985–1031-ci illərdə Aran əmiri Fəzl ibn Abbas — Fəzl Təbrizi — münəccim, riyaziyyatçı. Fəzl İbn Məhəmməd — 985–1031-ci illərdə Aran əmiri II Fəzl bin Şavur — 1067–1073-cü illərdə hakimiyyətdə olan Şəddadi hökmdarı III Fəzl bin Fəzl — müasir Azərbaycanda yerləşən Gəncədə hakimiyyətdə olmuş son Şəddadi hökmdarı İbn Fəzl – 739 – 805-ci illər arasında yaşamış ərəb alimi.
Fəs
Fəs — kişi baş geyimi. Adı Mərakeşin Fəs şəhərindən götürülmüşdür. Osmanlı İmperiyası və ondan asılı olan ölkələrin şəhər əhalisi və kənd ziyalıları arasında dəbdə olmuşdur. Gənclər, əsasən, qırmızı və ya yaşıl rəngli, yaşlılar isə qara və ya tünd rəngli fəs qoyurdu. Fəs kəsik konus formasında astarlı olur, yuxarı kəsiyə rəngli saplardan 10—15 sm uzunluqda qotaz bənd edilirdi. Mahud və digər qiymətli parçalardan tikilirdi. Əyanlara məxsus fəslərin qotazları qiymztli qaş və muncuqlarla bəzədilirdi. 1826—1925 illərdə qara qotazlı qırmızı fəs Türkiyədə məmur və əsgərlərin rəsmi baş geyimi olmuşdur.
III Fəzl bin Fəzl
III Fəzl və ya Fəzl bin Fəzl — müasir Azərbaycanda yerləşən Gəncədə hakimiyyətdə olmuş son Şəddadi hökmdarıdır. Hakimiyyət illəri 1073-1075-ci illərdir. Ancaq daha sonra Böyük Səlcuq İmperiyası hakimiyyəti ələ keçirib. Şəddadilər Ermənistanın bir hissəsində hökmdarlıq etməyə davam etsələr də, Gəncə səlcuqların hakimiyyəti altına keçib.
Fəal təlim
Aktiv təlim və ya fəal təlim. Təlim prosesində müəllimlə yanaşı şagirdlər də dərsin fəal iştirakçılarıdır. Passiv təlimdən fərqli olaraq burada müəllim və şagirdlər bərabər hüquqlara sahibdirlər. Passiv təlim avtokrat əlaqəyə əsaslandığı halda, aktiv təlim metodu demokratik münasibətlər əsasında qurulur. Onu interaktiv metodla eyniləşdirənlər də var, lakin bu tamamilə səhv yanaşmadır. Bəzi ümumi cəhətlərinə baxmayaraq onların arasındakı ciddi fərqlər elə ilk nəzərdə görünür.
Fəsa şəhristanı
Fəsa şəhristanı - İranın Fars ostanının şəhristanlarından biri. İnzibati mərkəzi Fəsa şəhəridir. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhristanın əhalisi 188 189 nəfər və 45 333 ailədən ibarət idi.
Fəzl Təbrizi
Fəzl ibn Hatim Neyrizi Təbrizi (?-922)—münəccim, riyaziyyatçı. == Həyatı == Onun riyaziyyat və astronomiyanın aktual məsələlərinə həsr edilmiş «Evklidin “Başlanınc” («Əsaslar») kitabının şərhi», «Ptolomeyin “Macəsti” əsərinə şərh», «Dairəvi üsturlabla iş» kitabları məlumdur. Qeyri-Evklid həndəsəsində ilk addım atan görkəmli alimin şöhrətinin Abbasilər xilafətində yayılması, xəlifə Mötəzidin onu saraya dəvət etməsi. Fəzl ibn Hatimin Bağdadda xəlifətin sifarişi ilə yazdığı «Hava törəmələri», «Zic əl-Mötəzid», xəlifənin ölümündən sonra yazdığı «Kiçik zic» və «Böyük zic» adlı əsərləri var. Fəzl Təbrizi 922-ci ildə vəfat edib.
İbn Fəzl
İbn Fəzl – 739 – 805-ci illər arasında yaşamış ərəb alimi. XII əsrin əvvələrində ilk kağız fabrikasını yaradan vəzir. İbn Fəzl Abbasi İmperatorluğunun məşhur vəzirlər yetişdirən Bərməkilər soyundandır. Əsl adı Yəhyadır. Yəhya İbn Fəzl və ya sadəcə əl-Fəzl adı ilə də tanınır. Atasının adı Xalid olduğu halda, sənədlərə "Fazilin oğulu" deyə düşüb. Mosul qubernatorluğu vaxtında özünü tanıdıb. Xəlifə Mehdi onu Bağdada çağıraraq, oğulunun yetişdirilməsini ona həvalə edib. Harun Azərbaycan qubernatorluğuna təyin edilincə (780), divan başçılığına gətirilib. İbn Fəzl, Harun xəlifə olunca vəzirliyə gətirilib.
Fəzl (qəbilə)
Fəzl (ərəb. آل فَضْل‎, Āl Faḍl) — orta əsrlərdə Suriya səhrası və çöllərində hökmranlıq etmiş, müasir davamçıları əsasən Suriyanın cənubunda və Livanın şərqində yaşayan ərəb qəbiləsi. Fəzl qəbiləsinin əcdadı Fəzl ibn Rəbiə Bənu Tay qəbiləsinin nəslindən idi. Bu tayfa səlibçilərə qarşı börilər və zəngilərə yardım edərək şöhrət qazanmışdılar. Əyyubilər onları adətən əmir əl-ərəb vəzifəsinə təyin edərək Fəzr əmirlərini Suriyanın şimalındakı bədəvi qəbilələri üzərində səlahiyyət ilə təmin etmişdilər.
Fəs (şəhər)
Fəs — Mərakeşdə şəhər. Fəs əyalətinin inzibati mərkəzidir. == Tarixi == Əsası 789 ildə I İdris dövründə (788—792) qoyulmuşdur. IX–X əsrlərdə (fasilələrla) İdrisilər, XIII—XV əsrlərdə Marinilər dövlətinin paytaxtı olmuşdur. 1911-ci ildə Fransa ordusu Fəsi işğal etdikdən sonra Mərakeş xalqının milli azadlıq mübarizəsinin əsas mərkəzlərindən biri idi. Fəs şəhəri 1956-cı ildə Mərakeş istiqlaliyyət qazandıqdan sonra sürətlə inkişaf etməyə başladı. Fəs həm də ölkənin dini mərkəzidir. 1976-cı ildən YUNESKO xətti ilə Fəsin bərpası üçün tədbirlər görülüb. 2004-cü il siyahıyaalınmasına əsasən şəhər əhalisinin sayı 946 815 nəfər olub.
Fəs şəhəri
Fəs — Mərakeşdə şəhər. Fəs əyalətinin inzibati mərkəzidir. == Tarixi == Əsası 789 ildə I İdris dövründə (788—792) qoyulmuşdur. IX–X əsrlərdə (fasilələrla) İdrisilər, XIII—XV əsrlərdə Marinilər dövlətinin paytaxtı olmuşdur. 1911-ci ildə Fransa ordusu Fəsi işğal etdikdən sonra Mərakeş xalqının milli azadlıq mübarizəsinin əsas mərkəzlərindən biri idi. Fəs şəhəri 1956-cı ildə Mərakeş istiqlaliyyət qazandıqdan sonra sürətlə inkişaf etməyə başladı. Fəs həm də ölkənin dini mərkəzidir. 1976-cı ildən YUNESKO xətti ilə Fəsin bərpası üçün tədbirlər görülüb. 2004-cü il siyahıyaalınmasına əsasən şəhər əhalisinin sayı 946 815 nəfər olub.
Əsl ananas
Əsl ananas (lat. Ananas comosus) – bromeliyakimilər fəsiləsinin ananas cinsinə aid bitki növü. == Əfsanəsi == Ananasın yaranması haqqında çox qəribə əfsanə mövcuddur. Hesab olunur ki, ananas-gözəl şaftalının və təsadüfən meşəyə düşmüş küknar qozasının sevgisinin məhsuludur. Bu o vaxtlar baş vermişdi ki, onda hər bir məhsul ruh və hissə malik idi. Bu iki bitki də bir-birini sevərək və başa düşərək ki, adi həyatda bir yerdə ola bilməzlər, allahlardan mərhəmət diləmişlər. Tanrılar imtina etmiş, lakin sevənlər çox inadcıl idi. Onlar ayrı-ayrılıqda yaşaya bilmirdilər. Onda tanrılar mərhəmət göstərərək şaftalı dadı verən və möhkəm küknar qozasına malik bu qəribə məhsulu yaratdılar. Beləliklə ananas yaranmışdır.
Əsl antiloplar
Əsl antiloplar (lat. Antilopinae) — cütdırnaqlılar dəstəsinin boşbuynuzlular fəsiləsinə aid yarımfəsilə.
Əsl arılar
Əsl arılar (lat. Apidae) — heyvanlar aləminin buğumayaqlılar tipinin həşəratlar sinfinin pərdəqanadlılar dəstəsinə aid heyvan fəsiləsi. 5700-ə yaxın növü əhatə edir. Fəsilə ən çox rast gəlinən bombuslar və bal arıları da daxil olmaqla, az yayılan digər növləri də əhatə edir. Əksəriyyəti təbii senozlarda və kənd təsərrüfatı bitkilərində qiymətli tozlayıcılardır. == Dünyada yayılması == Antarktidadan başqa dünyanının hər yerində yayılıblar.
Əsl ağcaqanad
Əsl ağcaqanad (lat. Culex) — heyvanlar aləminin buğumayaqlılar tipinin həşəratlar sinfinin i̇kiqanadlılar dəstəsinin ağcaqanadlar fəsiləsinə aid heyvan cinsi.
Əsl badyan
Əsl balinalar
Əsl balinalar (lat. Balaenidae) — cetacea dəstəsinə aid heyvan fəsiləsi.
Əsl bayquşlar
Bayquşlar (lat. Strigidae) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin bayquşkimilər dəstəsinə aid heyvan fəsiləsi. Bayquşun bədəni 17–74 sm uzunluğunda, ağırlığı isə 50 qr-dan 3,25 kq-dək olur. Yırtıcı qarmaqdimdik, qüvvətli iri caynaqları olan bayquşlar əsasən gecələr ova çıxırlar. Səssiz uçan bu quşlar dağ yamaclarındakı kolluqlarda, meşədəki ağac koğuşunda, qayalardakı yarıq yerlərdə, köhnə uçuq xarabalıq ərazilərdə və s. yaşayırlar. Dişi bayquş yuvasında qoyduğu 8–10 yumurtadan 2–3 cücə çıxarır. Onlar kənd təsərrüfatına zərər vuran həşəratlar və sünbülqıran gəmiricilərlə qidalanırlar. Bayquşlar əkin sahələrinə, meşədəki ağaclara zərər verən həşərat və xırda gəmiriciləri məhv etdiyindən xeyirli quşlardır. Bayquşlar gecə ov ovlamaq üçün başlarını 270 dərəcə çevirməlidirlər.
Əsl doqquzdon
Adi doqquzdon (lat. Lonicera xylosteum) — bitkilər aləminin fırçaotuçiçəklilər dəstəsinin doqquzdonkimilər fəsiləsinin doqquzdon cinsinə aid bitki növü. == Təbii yayılması == Yabanı halda Avropanın Şimali, Mərkəzi və Şərq vilayətlərində, Şimali Amerikada, Uralda və Qərbi Sibirdə rast gəlinir. == Botaniki xarakteristikası == Hündürlüyü 2,5 m-dək, yarpağıtökülən koldur. Oduncağı yaşılımtıl-ağdır. Cavan zoğları yaşıl və ya qırmızımtıl rəngli, qoca zoğlarının qabığı boz və qonur-bozdur. Tumurcuqları konusvarı, xırda, 1–2 mm-dir. Yarpaqların uzunluğu 3-7 sm, eni 2-5 sm, qarşı-qarşıya düzülmüş ellipsvarı formalı, qısa, ucu biz, kənarları bütövdür. Yarpaq ayasının yuxarı tərəfi tünd-yaşıl, tutqun, alt tərəfi bozumtul, yumşaq sıx tükcüklərlə örtülüdür. Çiçəkləri yarpaqların qoltuğunda cüt yerləşir.
Feil
Feil — ümumqrammatik mənasına görə iş, hal və hərəkəti bildirib, zaman, şəxs və kəmiyyətcə təsriflənən əsas nitq hissəsidir. Feillər müxtəlif forma və zamanlarda işlədilərək "nə etmək?", "nə etdi?", "nə etmişdir?" "nə edir?", "nə edəcək?", "nə edər?" və s. suallarına cavab olur şəxsə və kəmiyyətə görə dəyişir təsdiq və inkar, təsirli və təsirsiz olur. == Feilin mənaca növləri == İş feilləri: yağla(maq), tik(mək), rənglə(mək), kəs(mək),yaz(maq) bişir(mək),qur(maq) və s... Nitq feilləri: danış(maq), dinlə(mək), qulaq as(maq), sus(maq),pıçılda(maq) və s. Hərəkət feilləri: get(mək), düş(mək), en(mək), qalx(maq) gəl(mək) qaç(maq) və s... Təfəkkür feilləri: duy(maq), xatırla(maq), zənn et(mək), duyğulan(maq),sevin(mək),dərk et(mək) və s... Hal-vəziyyət feilləri: ağar(maq), gözəlləş(mək), nərildə(mək), gül(mək),fərəhlən(mək) və s... == Feilin quruluşca növləri == Sadə feillər: Ancaq bir kökdən və qrammatik şəkilçidən ibarət olan feillərə sadə feillər deyilir. Məsələn: al, oxu(yur), get, al(dı), gəl(ir) və s.
Fel
Feil — ümumqrammatik mənasına görə iş, hal və hərəkəti bildirib, zaman, şəxs və kəmiyyətcə təsriflənən əsas nitq hissəsidir. Feillər müxtəlif forma və zamanlarda işlədilərək "nə etmək?", "nə etdi?", "nə etmişdir?" "nə edir?", "nə edəcək?", "nə edər?" və s. suallarına cavab olur şəxsə və kəmiyyətə görə dəyişir təsdiq və inkar, təsirli və təsirsiz olur. == Feilin mənaca növləri == İş feilləri: yağla(maq), tik(mək), rənglə(mək), kəs(mək),yaz(maq) bişir(mək),qur(maq) və s... Nitq feilləri: danış(maq), dinlə(mək), qulaq as(maq), sus(maq),pıçılda(maq) və s. Hərəkət feilləri: get(mək), düş(mək), en(mək), qalx(maq) gəl(mək) qaç(maq) və s... Təfəkkür feilləri: duy(maq), xatırla(maq), zənn et(mək), duyğulan(maq),sevin(mək),dərk et(mək) və s... Hal-vəziyyət feilləri: ağar(maq), gözəlləş(mək), nərildə(mək), gül(mək),fərəhlən(mək) və s... == Feilin quruluşca növləri == Sadə feillər: Ancaq bir kökdən və qrammatik şəkilçidən ibarət olan feillərə sadə feillər deyilir. Məsələn: al, oxu(yur), get, al(dı), gəl(ir) və s.
Feel (şirkət)
Feel (フィール, Fiiru) və ya feel — Yaponiya animasiya studiyası. 26 dekabr 2002-ci ildə Studio Pierrot studiyasının keçmiş əməkdaşları tərəfindən təsis olunmuşdur.
Le-Fel
Le-Fel (fr. Le Fel, oks. Lo Fèl) — Fransada kommuna, Cənub-Pireneylər regionunda yerləşir. Departament — Averon. Antreq-syur-Tryuyer kantonuna daxildir. Kommunanın dairəsi — Rodez. INSEE kodu — 12093. Kommuna təxminən Parisdən 470 km cənubda, Tuluza şəhərindən 145 km şimal-şərqdə, Rodezdən isə 35 km şimalda yerləşir. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 171 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2007-ci ildə əmək qabiliyyətli 99 nəfər arasında (15-64 yaş) 72 nəfər iqtisadi fəal, 27 nəfər fəaliyyətsizdir (fəaliyyət göstərici 72,7%, 1999-cu ildə 65.2%).