Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Faker
Li San Hyok (kor. 이상혁; 7 may 1996, Seul) və ya daha çox tanınan adı ilə Faker (kor. 페이커) – "T1" komandası üçün çıxış edən cənubi koreyalı peşəkar League of Legends oyunçusu. Əvvəlcə Koreya serverində GoJeonPa adı ilə çıxış edən Faker 2013-cü ildə "T1" klubuna cəlb edilmişdir və o vaxtdan komandanın orta koridor oyunçusudur. Bütün dövrlərin ən yaxşı League of Legends oyunçusu hesab olunur. Faker yüksək mexaniki bacarıqları və çoxistiqamətli çempion hovuzuna görə tanınır. Leblank, Zed, Sindra, Azir, Ahri və Rayz ilə performansları məşhurdur. Koreya çempionatında 1000 və 2000 öldürmə sərhədlərinə çatan ilk oyunçu, 500 oyun keçirən ikinci oyunu, 600 oyun keçirən isə ilk oyunçudur. Faker League of Legends Dünya Çempionatını 4 dəfə qazanan yeganə oyunçudur (2013, 2015, 2016, 2023). Dünya çempionatından əlavə 2014-cü ildə All-Star Paris, 2016 və 2017-ci illərdə Mövsümarası Dəvəti, 2016-cı ildə isə IEM turnirini qazanmışdır.
Acer
Ağcaqayın (lat. Acer) — bitkilər aləminin sabunağacıçiçəklilər dəstəsinin sabunağacıkimilər fəsiləsinə aid bitki cinsi. == Arealı == Avropa, Asiya və Şimali Amerikada geniş yayılmışdır. == Botaniki xarakteristikası == Qarşı-qarşıya düzülən yarpaqları dilimli, nadir hallarda lələkvarı mürəkkəb və ya bütövdür; çiçəkləri salxım, yaxud qalxanabənzər çiçək qrupunda toplanmışdır. Meyvəsi ikiqat qanadlıdır. Avropa, Asiya, Şimali Afrika, Şimali Amerika və Mərkəzi Amerikada 150-dək növü məlumdur. Azərbaycanda 8 növü var. Oduncağından mebel, musiqi alətləri və s. hazırlanır. Ağcaqayın dekorativ və ballı bitkidir.
Adam Faver
Adam Fawer (1970[…], Nyu-York, Nyu-York ştatı) — Amerikalı roman yazıçısı. İlk romanı "Ehtimalsızlıq" on səkkiz dilə tərcümə edilmiş və "ən yaxşı roman" müsabiqəsində “2006 International Thriller Writers” mükafatını qazanmışdır. 2008-ci ilin aprel ayında da ikinci romanı olan "Empati" yayımlanmışdır. "Empati" 2008-ci ildə almanca, yaponca ve türkcə yayımlanmışdır. Türkiyədəki yayımcısının israrları nəticəsində tamamladığı üçüncü romanı "Oz", 2016-cı ildə yalnız türkcə olaraq yayımlanmış, ancaq mənfi tənqidlərə məruz qalmışdır. Faver Pensilvaniya Universitetində diplom və magistr dərəcələrini tamamlamışdır. Stanford Graduate School of Business də MBAsini etmişdır. Karyerası zamanı Faver; Sony Music, J.P. Morqan və son olaraq da About.com kimi müxtəlif şirkətlər üçün işləmişdir.
Faber-Castell
"Faber-Castell" — dünyanın ən böyük qələm, karandaş və rəssamlıq ləvazimatları istehsalçısı olan alman şirkətidir. Əsası 1761-ci ildə Kaspar Faber tərəfindən Almaniyada - Nürnberq yaxınlığındakı Ştayn şəhərində qoyulmuşdur. Bu şirkət indiyə qədər də onun nəsli tərəfindən idarə olunur. Hazırda şirkətin 7 000 işçisi var və dünyanın 100-dən çox ölkəsində filialları fəaliyyət göstərir. Məhsullarının çoxu Malayziyada istehsal olunur, lüks məhsulları Almaniyada istehsal edilir.
Farer adaları
Farer Adaları (far. Føroyar) — Atlantik okeanının şimal hissəsində Şotlandiya ilə İslandiya arasında yerləşən adalar qrupu. Danimarka Krallığının tərkibinə daxildir, lakin 1948-ci ildən müdafiə və xarici siyasət məsələləri istisna olmaqla, faktiki olaraq bütün dövlət məsələlərini müstəqil surətdə idarə etmək hüququna malikdir. Keçiləri ilə məşhur olan bu ölkə, "keçi ölkəsi" olaraq da adlanır. == Coğrafi göstəriciləri == Farer Adalarının paytaxtı və əsas liman şəhəri Streymoy adasının cənub-şərq sahillərində yerləşən Torsxavn (əhalisi 2005-ci ilin məlumatına görə 19,2 min nəfər) şəhəridir.Farer Adalarının ikinci ən böyük yaşayış məntəqəsi Klaksvik (4773 nəfər) şəhəridir. Farer Adaları arxipelaqı 18 iri adadan ibarətdir ki, onlardan 17-si insanlar tərəfindən məskunlaşdırılmışdır. Əsas adaları - Streymoy, Esturoy, Suduroy, Voar, Sandoy, Bordoy adalarıdır. Streymoy adasının sahəsi 373,5 kv.km, bütün adaların ümumi sahəsi isə 1395,74 kv.km.-dir. Farer Adalarından İslandiyaya qədər məsafə - 450 km, Norveçə qədər - 675 km, Kopenhagenə qədər - 1117 km.-dir. Farer Adalarının ən hündür nöqtəsi dəniz səviyyəsindən 882 metr yüksəkliyi olan və Esturoy adasında yerləşən Slattaratindur zirvəsidir.
Farer dili
Farer dili (Føroyskt mál [ˈføːɹɪst ˈmɔaːl]) — Skandinaviya dilləri qrupuna aid dil. Danimarkaya məxsus Farer adalarında yayılmışdır. Farer dili Avropada yox olma təhlükəsi olmayan ən azsaylı dildir. Çünki Farer dilində danışılan yerlərin əksəriyyətində bu dildə ədəbiyyatlardan istifadə olunur və eyni zamnada həmin dildə radio və televiziya veilişləri rəsmi statusa malikdir.
Florian Faber
Qacer (Bükan)
Qacer (fars. قاجر‎‎) — İranın Qərbi Azərbaycan ostanının Bükan şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 417 nəfər yaşayır (65 ailə).
Fader Label
Fader Label — 2002-ci ildə Rob Stoun və Con Koen tərəfindən təsis edilmiş ABŞ müstəqil səsyazma leyblı. Şirkətin ofisi Nyu-York şəhərində yerləşir. == Sənətçilər == Binki Charlie Burg Clairo Lewis Del Mar Ella Jane Matt and Kim Slayyyter Neon Indian Yuna Saul Williams The Bots Alan Vega Editors The Cool Kids == Buraxılışlar == The Inevitable Rise and Liberation of NiggyTardust! – Saul Williams (2007) From the Mountain to the Sea – Birdmonster (2008) Grand – Matt and Kim (2009) In This Light and on This Evening – Editors (2009) Sidewalks – Matt and Kim (2010) Decorate (EP) – Yuna (2011) Yuna – Yuna (2012) Lightning – Matt and Kim (2012) We Were the Weirdos – Matt and Kim (2016) Diary 001 (EP) – Clairo (2018) Almost Everyday – Matt and Kim (2018) Immunity – Clairo (2019) August – Lewis Del Mar (2020) Motor Function – Binki (2021) Troubled Paradise – Slayyyter (2021) Sling – Clairo (2021) This Is Not What It Looks Like!
Acer Predator
Acer Predator — oyunçular üçün hazırlanan Acerə məxsus kompüter modelləri seriyası. 2008-ci ildə Acer Aspire Predator adı altında yüksək performanslı stolüstü kompüterləri satışa çıxaran seriyanın adı daha sonradan Acer Predator olaraq dəyişdirilmişdir. Seriya futuristik kompüter şassisi və yüksək performans ilə xarakterizə olunur. 2016-cı ildə notbuk və stolüstü kompüterlərlə yanaşı, oyunçular üçün dizayn edilmiş aksessuarlar da satışa buraxılmışdır. Acer Predator adətən Lenovo Legion, Dell's G seriyası, Alienware, HP-nin Omen və Asus ROG seriyaları ilə müqayisə olunur.
Erigeron acer
Erigeron acer (lat. Erigeron acer) — mürəkkəbçiçəklilər fəsiləsinin xırdaləçək cinsinə aid bitki növü.
Acer campestre
Çöl ağcaqayını (lat. Acer campestre) — bitkilər aləminin sabunağacıçiçəklilər dəstəsinin sabunağacıkimilər fəsiləsinin ağcaqayın cinsinə aid bitki növü. == Botaniki xarakteristikası == Hündürlüyü 15 m-yə qədər olan enli çətirli ağac və yaxud ağacşəkilli hündür koldur. Gövdəsinin qabığı qonura çalan-boz rəngdə olub, uzununa çatlıdır. Yarpaqlarının uzunluğu 4-8 sm, eni 4-10 sm, küt 5-bölümlü, nadir hallarda 3-bölümlüdür, yarpağın qaidə hissəsi ürəkşəkillidir, nazikdir, üst tərəfədən tutqun tünd-yaşıl, alt tərəfədən isə daha açıqdır, sarımtıl-yaşıl rənglidir və tükcüklüdür və yaxud yalnız yarpaqların küncündə saqqalcıqlıdır. Saplaqları eynidir, yarpaq ayasından bir az uzun və ya qısadır. Çiçəkləri xırda, sarımtıl-yaşıl rəngdədir. Çiçək qrupunun oxu, çiçək saplağı, kasa yarpağı və ləçəklər (kənarları) tükcüklüdür. Qanadcıqlarının uzunluğu 2-4 sm-dir, üfüqi xətt üzrə yerləşmiş, bəzən qanadları oraqvari əyilmiş halda olur. Findiqca meyvələri çılpaq və ya yumşaq tükcüklüdür.
Acer ginnala
Qinnal ağcaqayını (lat. Acer tataricum subsp. ginnala) — bitkilər aləminin sabunağacıçiçəklilər dəstəsinin sabunağacıkimilər fəsiləsinin ağcaqayın cinsinin tatar ağcaqayını növünə aid bitki yarımnövü. == Arealı == Uzaq Şərqin оrta və cənub hissələrində çay ətrafı ərazilərdə yabani halda bitir. == Botaniki xarakteristikası == Hündürlüyü 3-7 m-ə çatan kоl və ya ağac bitkisidir. Yarpaq ayası оval-uzunsоv, ucu biz, 3 dilimli, kənarı ikiqat mişar dişlidir. Yarpaqlar açıldıqda əvvəlcə çəhrayı-qırmızı, sоnra tünd-yaşıl оlur. Payızda bitkinin yarpaqları al-qırmızı rəng alır. Çiçəkləri ətirli, sarımtıl, оval, uzunsaplaqlı süpürgələrdə yеrləşir. May ayında çiçəkləyir, qanadcıqlı mеyvələri sеntyabr ayında yеtişir.
Acer heldreichii
Acer heldreichii (lat. Acer heldreichii) — bitkilər aləminin sabunağacıçiçəklilər dəstəsinin sabunağacıkimilər fəsiləsinin ağcaqayın cinsinə aid bitki növü.
Acer hyrcanum
Hirkan ağcaqayını (lat. Acer hyrcanum) — bitkilər aləminin sabunağacıçiçəklilər dəstəsinin sabunağacıkimilər fəsiləsinin ağcaqayın cinsinə aid bitki növü. == Ümumi yayılması == Kiçik Asiya, Rusiya (Dağıstan), Türkiyə, Livan, Balkan ölkələri və İranda təbii arealı vardır. == Azərbaycanda yayılması == Böyük və Kiçik Qafqazda Alazan-Əyriçay vadisində, Naxçıvan MR və Talış dağlarında (Diabar) meşələrin tərkibində təbii halda yayılmışdır. Statusu: Azərbaycanın nadir bitkisidir. NT. == Bitdiyi yer == Aşağı dağ qurşağından yuxarı dağ qurşağına qədər əhəngli və işıqlı quru yamaclarda yayılmışdır. == Təbii ehtiyatı == Təbiətdə arealı geniş deyildir. == Bioloji xüsusiyyətləri == Təbiətdə 18 m-ə qədər hündürlüyü və 30 sm-ə qədər diametri olan ağacdır. Cavan zoğları qırmızımtıl-qəhvəyi, yaşlı budaqları boz-qonur rəngdədir. Tumurcuqları qəhvəyi rəngdədir.
Acer japonicum
Yapon ağcaqayını (lat. Acer japonicum) — bitkilər aləminin sabunağacıçiçəklilər dəstəsinin sabunağacıkimilər fəsiləsinin ağcaqayın cinsinə aid bitki növü. == Təbii yayılması == Vətəni Yapоniyadır. == Botaniki təsviri == Hündürlüyü 8-10 m-ə çatan, qırmızı-bоz budaqlı iri kоldur. Qabığı bоz, hamar оlub, çatlamır. Gözəl, yaşıl yarpaqları yumru fоrmalı,7-11 dilimlidir, kənarları dişli, diamеtri 8-15 sm, saplaqlıdır. Saplaqları tüklü, uzunluğu 3-5 sm-dir. Payızda yarpaqları sarı, narıncı-al qırmızı rəng alır. Çiçəkləri al qırmızı rəngli, diamеtri 1,5 sm-ə qədər оlub, 15-20 ədəd olmaqla sallaq hamaş çiçək qrupuna yığılmışdır. Cavan qanadcıqları tüklü оlur, sоnradan çılpaqlaşır.
Acer monspessulanum
Monpeliya ağcaqayını (lat. Acer monspessulanum) — bitkilər aləminin sabunağacıçiçəklilər dəstəsinin sabunağacıkimilər fəsiləsinin ağcaqayın cinsinə aid bitki növü. == Təbii yayılması == Aralıq dənizindən Qafqaza və Şimali İrana qədər geniş ərazidə yayılmışdır. == Botaniki təsviri == Hündürlüyü 5–10 m-ə, çətirinin еni 4–9 m-ə çatan, yarpağını tökən, assimmеtrik, еnli yumurtavari və ya şarşəkilli kiçik ağac və ya iri kоldur. Bitkinin zоğları əvvəlcə bоz-qоnur, sоnradan tünd-qоnur оlub, qabığı uzun yarıqlıdır. Yarpaqlar qarşılıqlı yеrləşib, parlaq tünd-yaşıl rəngli, uzunluğu 3-6 sm-dir. Aprеl-may aylarında yarpaqları açıldığı dövrdə çiçəkləyir. Çiçək qrupu sarı-yaşıl rəngli çətirdir. Mеyvələri bir-birnə paralеl yеrləşən qanadlara malikdir. == Ekologiyası == İsti, quru yamaclarda, sеyrək kоlluqlarda bitir.
Acer negundo
Amerika ağcaqayını (lat. Acer negundo) — bitkilər aləminin sabunağacıçiçəklilər dəstəsinin sabunağacıkimilər fəsiləsinin ağcaqayın cinsinə aid bitki növü. == Təbii yayılması == Şimali Amеrikada, Yеni Mеksikada, Şərqi Arizоnada dağlıq sahələrdə yayılıb. == Botaniki təsviri == Hündürlüyü 25 m, gövdəsinin diamеtri 1 m-ə qədər оlan sеyrək çətirli ağacdır. Gövdəsinin qabığı bоz, cavan budaqları göyümtül-yaşıl rəngdədir. Yarpaqları 3-5, bəzi hallarda 7-9 ədəd yarpaqcıqdan ibarət оlub, tək lələkşəkillidir. Yarpaqcıqları yumurtavari, еllipisvari, nеştərvari, kənarları dişli, dilimli və ya tamkənarlıdır, qaidəsi dairəvi və ya nizəvaridir, uzunluğu 5-13 sm, еni 2,5 sm-dir. Yarpaqlar hər iki tərəfdən tükcüklərlə örtülü оlur, sоnradan isə çılpaqlaşır. Bitki ikiеvlidir, yarpaq açmazdan qabaq çiçəkləyir. Çiçəkləri yarpaq tumurcuqlarının hər iki tərəfində yеrləşmiş хüsusi çiçək tumurcuğundan inkişaf еdir.
Acer pictum
Acer pictum (lat. Acer pictum) — bitkilər aləminin sabunağacıçiçəklilər dəstəsinin sabunağacıkimilər fəsiləsinin ağcaqayın cinsinə aid bitki növü.
Acer rubrum
Qırmızı ağcaqayın (lat. Acer rubrum) — bitkilər aləminin sabunağacıçiçəklilər dəstəsinin sabunağacıkimilər fəsiləsinin ağcaqayın cinsinə aid bitki növü. == Təbii yayılması == Vətəni Şimali Amerikadır. Cənubi Avropada və Yaxın Şərqdə mədəni əkin şəraitində becərilir. == Botaniki təsviri == Hündürlüyü 15–18 m-ə çatan, enli, yumru və möhkəm çətirli ağacdır. Yarpaqları üzbəüzdür, 5–7 ədəddir, ucu biz, uzunluğu 8–14 sm-dir. Yarpaqlarının rəngi qırmızıdır, yayda yaşıl, payızda isə sarı rəng alır. Maydan iyuna qədər çiçəkləyir. Açıq sarı rəngli çiçəkləri süpürgə çiçək qrupuna yığılmışdır. Meyvələri uzunluğu 3 sm-dən 5 sm-ə qədər olan qanadcıqlardır.
Acer tataricum
Tatar ağcaqayını (lat. Acer tataricum) — bitkilər aləminin sabunağacıçiçəklilər dəstəsinin sabunağacıkimilər fəsiləsinin ağcaqayın cinsinə aid bitki növü. == Təbii yayılması == Rusiyanın Avropa hissəsinin meşə-çöl zonasında, Qafqazda, Qərbi Avropanın cənub-şərqində, Balkanda, İranda, Türkiyədə yayılmışdır. == Botaniki təsviri == Hündürlüyü 9 m-ə qədər olan, geniş ovalşəkilli çətirə malik iri kol və ya kiçik ağacdır. Gövdəsinin qabığı hamar, tünd boz və ya qara rəngdə olub, qırmızımtıl və ya qəhvəyi rəngli cavan budaqlara malikdir. Tumurcuqları yumurtaşəkilli və ya yumru, uzunluğu 4 mm-ə qədərdir, tumurcuq pulcuğu qırmızı-qonur, kənarları ağ tüklüdür. Yarpaqları yumurtavari, enli yumurtavari və dairəvi olub, 6–10 sm uzunluqda, 3–7 sm enindədir. Yarpaq ayasının üst səthi tünd-yaşıl, alt səthi bir qədər açıqdır, damar boyu tükcüklərlə örtülüdür, qaidəsi ürəkvari və ya dairəvi, üçdilimlidir. Çiçəkləri ağ və ətirlidir, salxım çiçək qrupuna yığılmışdır. Çiçək qrupu 5–7 sm uzunluğunda, vəziciklərlə örtülü saplaqlı başcıqlardır.
Acer velutinum
Məxməri ağcaqayın (lat. Acer velutinum) — bitkilər aləminin sabunağacıçiçəklilər dəstəsinin sabunağacıkimilər fəsiləsinin ağcaqayın cinsinə aid bitki növü. == Botaniki xarakteristikası == Hündürlüyü 35–40 m-ə qədər, gövdəsinin diametri 1,4 m-ə qədər olan iri çətiri olan böyük ağacdır. Gövdəsinin qabığı ət rəngi-çəhrayımtıl rəngdə, yaşlı ağacların aşağı hissəsi tünd-boz rəngdədir. Yarpaqları iridir, kağıza bənzər olub, uzunluğu 15-20 (40) sm, 5-bölümlüdür. Yarpağın qaidə hissəsi ürəkşəkilli, bəzən dəyirmi və ya kəsilmiş formadadır, üst tərəfdən tündyaşıl, həmişə çılpaq, alt tərəfdən daha açıq və ya göyümtül rənglidir, çılpaq və yaxud tamamən məxməri-yumşaq tüklcüklüdür; bölümləri sivri, bəzən kütdür, bərabər olmayan və iri dişlidir; təpə bölümləri yan bölümlərdən enli və bir qədər uzundur. Saplaq 12-25 sm uzunluqda olub, adətən yarpaq ayasına bərabər olur və ya ondan uzun olur. Süpürgələr iridir və 12-15 sm uzunluqdadır, düzdurandır, tükcüklü budaqları meyvə verənə yaxın əyiləndir. Çiçəkləri kiçik olub, yaşılımtıl-sarı rənglidir. Meyvə qanadlarının uzunluğu 5 sm-ə qədərdir, çoxsaylıdır, qabarıq, xaricdən çılpaq, daxildən tükcükləri olan fındıqcaları vardır;qanadlar aşağı hissədə daralmış, yuxarıda isə genişlənmiş və düz və ya iti bucaq altında ayrılmışdır.
Ebru Acer
Ebru Acer (2002, Yeniməhəllə ilçəsi) — türk masa tennisçisi, Avropa çempionu. O, Türkiyənin Paralimpiya Oyunlarında iştirak etmiş ilk para masa tennisi idmançısıdır. Acer 2024 Paris Paralimpiya Oyunlarında mübarizə apararaq bürünc medal qazanmışdır.
Acer abchasicum
Çinaryarpaq ağcaqayın — Sabunağacıkimilər fəsiləsinə aid bitki növü. == Təbii yayılması == Rusiya, Qərbi Avropa, İspaniya, Şimali Portuqaliya, Balkan ölkələri, Kiçik Asiya, Türkiyə, Ukrayna, Moldova və Baltikayanı ölkələrdə arealı vardır. == Sinonim == Acer abchasicum Rupr. Acer atropurpureum Dippel Acer bohemicum C.Presl ex Opiz. [Invalid] Acer dittrichii Ortm. Acer erythrocarpum Dippel Acer euchlorum Dippel Acer fieberi Opiz [Invalid] Acer hybridum Bosc Acer majus Gray Acer melliodorum Opiz Acer montanum Garsault [Invalid] Acer opizii Ortmann ex Opiz. Acer opulifolium Thuill. Acer procerum Salisb. Acer pseudoplatanus var. acuminatum Tausch Acer pseudoplatanus f.
Acer atropurpureum
Çinaryarpaq ağcaqayın — Sabunağacıkimilər fəsiləsinə aid bitki növü. == Təbii yayılması == Rusiya, Qərbi Avropa, İspaniya, Şimali Portuqaliya, Balkan ölkələri, Kiçik Asiya, Türkiyə, Ukrayna, Moldova və Baltikayanı ölkələrdə arealı vardır. == Sinonim == Acer abchasicum Rupr. Acer atropurpureum Dippel Acer bohemicum C.Presl ex Opiz. [Invalid] Acer dittrichii Ortm. Acer erythrocarpum Dippel Acer euchlorum Dippel Acer fieberi Opiz [Invalid] Acer hybridum Bosc Acer majus Gray Acer melliodorum Opiz Acer montanum Garsault [Invalid] Acer opizii Ortmann ex Opiz. Acer opulifolium Thuill. Acer procerum Salisb. Acer pseudoplatanus var. acuminatum Tausch Acer pseudoplatanus f.
Hacər
Hacər — İbrahim peyğəmbərin zövcəsi. == Tövratda Həcər == İbranicə Hagər olaraq adlandırılan bu sözün mənası “qaçmaq, qaçış” deməkdir. Həcər isə “getmək, hicrət etmək, şirkdən uzaq olmaq, yaşıdlarından üstün olmaq mənasını verən hecr kökünə aid ola bilər və Cənubi Ərəbistanda məskunlaşma mərkəzi olan Hecerlə əlaqəli olduğu güman edilir. Tövrata görə, Quranda adı çəkilməyən Həcər Misirli cariyədir. Tövratda açıq şəkildə bildirilməsə də, Həcər də Hz.İbrahimə verilən cariyələr arasında olmalıdır. Tövrata görə, uzun müddət övladı olmayan Sara dövrün qaydalarına uyğun olaraq Həcəri ərinə ikinci arvad kimi təqdim edir. Həcər hamilə qalanda Saraya münasibəti dəyişir; Sara onunla pis davranır və onu qaçmağa məcbur edir. == İslama görə == İslami mənbələrdə Həcərin Misir və Kıpt padşahlarından birinin qızı olduğu bildirilir. Atasının Menfis əhlindən olduğu və oranın şahı olduğu bildirildiyi kimi Həcərin Hz. İbrahimin Misirə gəldiyi zaman işdə olan fironun cariyələrindən olduğu da bildirilir.
Əl-Faşər
Əl-Faşər (ərəb. الفاشر‎) — Sudanın qərbində şəhər. Darfur əyalətinin inzibati mərkəzidir. Əl-Faşər vahəsindədir. Hava limanı ar. Kənd təsərrüfatı məhsulları (dənli bitkilər, pamblıq, tütün) becərilir. Şəhər Əl-Faşər vahəsinin mərkəzində yerləşir və Şimali Darfur əyalətinin paytaxtıdır. Nyala şəhərindən 195 kilometr (121 mil) şimal-şərqdə, dəniz səviyyəsindən 752 metr (2,467 ft) yüksəklikdə yerləşir. 2009-cu ildə Əl-Faşərin əhalisi 286,277 nəfər olmuşdur.