Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Dalbergia funera
Dalbergia funera (lat. Dalbergia funera) — paxlakimilər fəsiləsinin dalbergiya cinsinə aid bitki növü.
Faberia
Faberia (lat. Faberia) — astraçiçəklilər sırasının mürəkkəbçiçəklilər fəsiləsinə aid biki cinsi. == Növləri == Faberia cavaleriei H.Lév. Faberia ceterach Beauverd Faberia lancifolia J.Anthony Faberia nanchuanensis C.Shih Faberia sinensis Hemsl.
Fagara
Zanthoxylum (lat. Zanthoxylum) — sədokimilər fəsiləsinə aid bitki cinsi. == Növləri == == İstinadlar == Zanthoxylum:The Plant List saytında takson barədə məlumat.
Faurea
Faurea (lat. Faurea) — proteyakimilər fəsiləsinə aid bitki cinsi.
Galera
Epipogium (lat. Epipogium) – səhləbkimilər fəsiləsinə aid bitki cinsi. == Sinonimləri == Ceratopsis Lindl. Epipogon S.G.Gmel., orth. var. Galera Blume Podanthera Wight == Növləri == Epipogium aphyllum Sw. Epipogium japonicum Makino Epipogium roseum (D.Don) Lindl. == İstinadlar == Epipogium:The Plant List saytında takson barədə məlumat.
Hadera
Hadera (ivr. ‏חֲדֵרָה‏‎ Ḥadera ; ərəb. الخضيرة‎ al-Ḫuḍayrah ) İsrailin Hayfa dairəsində yerləşən şəhərdir. Şaron bölgəsinin şimalında, ölkənin əsas şəhərləri olan Tel-Əviv və Hayfa şəhərlərindən təqribən 45 km məsafədə yerləşir. Şəhər Aralıq dənizi boyunca 7 km uzunluğunda sahilə sahibdir. 2016-cı il hesablamalarına əsasən şəhər əhalisi 91,707 nəfər təşkil edir. 1990-cı ildən bəri Efiopiya və keçmiş SSRİ-dən gələn immiqrantların hesabına əhalinin artım tempi yüksəlmişdir.Hadera şəhəri Rusiya İmperiyası dövründə 1891-ci ildə Litva və Latviyadan gəlmiş Hovevey Zion qruplaşmasının üzvləri tərəfindən inşa olunmuşdur. 1948-ci ildən etibarən 11,800 nəfər əhalisi ilə regional mərkəz rolu oynamağa başlamışdır. Hadera 1952-ci ildə şəhər statusu almışdır. == Demoqrafiya == İsrail Mərkəzi Statistika Bürosunun 2013-cü ilin oktyabr ayına olan məlumatına əsasən Hadera şəhərinin əhalisi 91,634 nəfər təşkil etmişdi.
Manfra
Manfra — manqa stilində olan Fransa-Belçika komiksləri. == Etimologiya == "Manfra" sözü "manqa" və "fransız" sözlərinin birləşməsi nəticəsində yaranmışdır. Bəzən bu sözün əvəzinə franqa, fransızca manqa və qlobal manqa (sonuncusu manqa stilində olan Qərb komikslərini bildirmək üçün də istifadə olunur) sözləri işlədilir.
Mantra
Mantra (sanskr. मन्त्र) — əsasən sanskritcə olan dini heca və ya poeziyadır. İstifadəsi mantra ilə əlaqəli məktəb və fəlsəfəsinə görə dəyişiklik göstərir. Əsasən ruhani kanallar olaraq istifadə edilir, sözlər və yaranan titrəşmələrdən faydalanaraq şəxsin daha yüksək bir şüura çatmasına kömək edirlər. Digər məqsədləri dini mərasimlərdə bolluğa sahib olmaq, təhlükədən uzaq olmaq və ya düşmənləri uzaqlaşdırmaq üçündür. Mantralar Hindistanda Veda Hinduizmi ilə yaranıb və daha sonra Buddistlər, Siqhlər ve Caynistlər tərəfindən mənimsənilmişdir. == Etimologiya == Mantraların ümumi qəbul edilmiş bir tərifi vardır. Sanskritcə mantra- sözü (m. मन्त्रः, həm də n. मन्त्रं) man "düşünmək" (həm də manas "ağıl") və vasitə mənasındakı -tra şəkilçisindən yaranıb, hərfi mənası "fikir vasitəsi" olur.
Matera
Matera (it. Matera) — Cənubi İtaliyada Basilicata bölgəsində yerləşən özü ilə eyni adı olan Matera vilayətinin mərkəzi və 60.757 əhalisi olan bir şəhərdir. == Tarixi == Tuf dağlıq bölgəsində daşları oyaraq tikilən kilisələr ve evlər dünyaca məşhur "Matera Daşları (Sassi di Matera)" adlanır. Bu bölgə 1993'de UNESCO Ümumdünya irsinə salınmışdır. == Avropa mədəniyyət paytaxtı == 2014-cü il Matera və Plovdiv Avropanın mədəniyyət paytaxtı 2019 seçilmişdir. == Yerləşimi == İtaliyanın başqa şəhərlərinə maşın yolu ilə uzaqlığı Potenza (100 km); Bari (65 km); Taranto (75 km); Napoli (251 km); Roma (463 km); Reggio Calabria (391 km) ve Milano (943 km).
Qaneşa
Qaneşa (sanskr. गणेश) — hinduizmdə müdriklik və gözəl sənətlər tanrısı, elmlər hamisi. Dünyada Hindistan panteonunun ən çox pərəstiş edilən tanrılarından biri. Qaneşanı adətən insan bədəni və fil başı ilə siçovulun üstündə təsvir edirlər. Əsatirə görə Qaneşa Şiva və Parvatinin oğludur. Bəzi fərziyələrə görə Qaneşanın başını doğma atası Şiva qoparmış və yerinə yaxınlıqdakı fil balasının başını qoymuş. Digər əsatirə görə isə Şivanın başını onun ad gününə çağırılmamış Şani tanrısı (Saturnun təsviri) baxışı ilə külə döndərmiş. Brahma da Şivaya məsləhət görür ki, Qaneşanın başının yerinə qarşısına çıxan ilk heyvanın başını qoysun. Bu heyvan İndranın Ayravata adlı fili olur. Qaneşanın rəmzi daşı qırmızıdır.
Venera
Venera — qadın adı.
Zandera
Anura
Quyruqsuzlar (lat. Anura) — heyvanlar aləminin xordalılar tipinin suda-quruda yaşayanlar sinfinə aid heyvan dəstəsi. 5600-dən artıq(bəzi mənbələrə görə 2100-ə yaxın) növü var. == Maraqlı məlumatlar == • Hələ XVIII əsrdə italyan alimi L. Qalvani şimşək çaxanda qurbağaların ayaq əzələlərinin yığılıb açılmasını müşahidə etmişdi. Sonralar bu müşahidədən elektrikin təsirinin öyrənilməsində istifadə edilmişdir. • Məşhur rus fizioloqu İ. M. Seçenov (1862) ilk dəfə qurbağa üzərində baş beynin reflekslər əmələ gəlməsində rolunu öyrənmişdir. • Şimali Amerikada bəzi qurbağaların səsi bir neçə kilometrlikdən eşidilir. Onların səsi öküz səsinə oxşadığı üçün öküz qurbağa adlandırılır. • Kamerunda qoliaf adlı qurbağa yaşayır. Bütün dünyada ən iri hesab edilən bu qurbağanın kütləsi 3 kq 300 qr, gövdəsinin uzunluğu isə 32 sm-dir.
Faker
Li San Hyok (kor. 이상혁; 7 may 1996, Seul) və ya daha çox tanınan adı ilə Faker (kor. 페이커) – "T1" komandası üçün çıxış edən cənubi koreyalı peşəkar League of Legends oyunçusu. Əvvəlcə Koreya serverində GoJeonPa adı ilə çıxış edən Faker 2013-cü ildə "T1" klubuna cəlb edilmişdir və o vaxtdan komandanın orta koridor oyunçusudur. Bütün dövrlərin ən yaxşı League of Legends oyunçusu hesab olunur.Faker yüksək mexaniki bacarıqları və çoxistiqamətli çempion hovuzuna görə tanınır. Leblank, Zed, Sindra, Azir, Ahri və Rayz ilə performansları məşhurdur. Koreya çempionatında 1000 və 2000 öldürmə sərhədlərinə çatan ilk oyunçu, 500 oyun keçirən ikinci oyunu, 600 oyun keçirən isə ilk oyunçudur.Faker League of Legends Dünya Çempionatını 3 dəfə qazanan iki oyunçudan biridir (2013, 2015, 2016). Dünya çempionatından əlavə 2014-cü ildə All-Star Paris, 2016 və 2017-ci illərdə Mövsümarası Dəvəti, 2016-cı ildə isə IEM turnirini qazanmışdır. Faker indiyə kimi turnirlərdən 1,254,240.23 ABŞ dolları qazanmışdır və bu, onu ən çox gəlir əldə edən 64-cü e-idmançı edir. Dünya çempionatlarında qalib gəldiyi üçün oyunda ona aid 3 kostyum var: SKT T1 Zed (2013), SKT T1 Rayz (2015), SKT T1 Sindra (2016).
Fanta
Fanta (alm. Fantasie‎) - The Coca Cola kompaniyasına məxsus sərinləşdirici alkoqolsuz içkinin markasıdır. Dünyada "Fanta" içkisinin istehsalına görə 1-ci yeri Braziliya tutur. == Tarixi == 1940-cı ildə Üçüncü Reyxdə müharibənin başlanması ilə əlaqədar Koka Kola firması yeni alkoqolsuz içki düzəltməyə məcbur olur. Bu hazırlanmışyeni sərinləşdirici alkoqolsuz içkinin adı "Fanta" (azərb. Fantaziya‎) qoyulur. Əvvəlcə toz halında, sonradan isə içki halında olur. 1960-cı ildən başlayaraq digər ölkələrdə istehsal olunmağa başlayır. Hal-hazırda Fanta dünyanın 160 ölkəsində istehsal olunur.
Acacia aneura
Acacia aneura (lat. Acacia aneura) — bitkilər aləminin paxlaçiçəklilər dəstəsinin paxlakimilər fəsiləsinin akasiya cinsinə aid bitki növü. == Arealı == Avstraliya üçün endemik növdür. == Sinonimləri == Racosperma aneurum (Benth.) Pedley == Yarımnövləri == Acacia aneura var. aneura Acacia aneura var. argentea Acacia aneura var. fuliginea Acacia aneura var. intermedia Acacia aneura var. macrocarpa Acacia aneura var. major Acacia aneura var.
Aparine tenera
Galium spurium (lat. Galium spurium) — boyaqotukimilər fəsiləsinin qatıqotu cinsinə aid bitki növü. == Sinonim == Aparine spuria (L.) Fourr. Aparine tenera (Gren. & Godr.) Fourr. Aparine vaillantii (DC.) Fourr. Galium adhaerens DC. [Invalid] Galium agreste Wallr. Galium agreste var. echinospermum Wallr. Galium agreste var.
Capsella tenera
Adi quşəppəyi (lat. Capsella bursa-pastoris) — bitkilər aləminin kələmçiçəklilər dəstəsinin kələmkimilər fəsiləsinin quşəppəyi cinsinə aid bitki növü. == Botaniki xarakteristikası == Bir və ya ikiillik bitkidir. Milşəkilli kök sisteminə malikdir. Gövdəsinin uzunluğu 10-40sm, yarpaqlı, sadə və ya budaqlanan, səthi qabırğalı, çılpaq və ya zəif tüklü, çiçəkləri və yetişməmiş meyvələri olur. Kök üzərindəki yarpaqları uzunsov-neştərşəkilli, meyvələrinin bir tərəfi daralaraq üçbucağabənzər dişli girintili-çıxıntılı və ya lələyəbənzər bölümlüdür. Gövdəki yarpaqları növbəli, oturaq, girintili-çıxıntılı dişcikli və ya bütöv, zirvə yarpaqları isə getdikcə azalandir. Çiçəyinin quruluşu K4L4E4+2D1 bərabərdir. Meyvələri sıxılmış çəlləyəbənzər, tərsüçbucağabənzər və ya üçbucaq-ürəkşəkilli formalı, zirvədə isə dişli, uzunluğu 3-8mm, eni 2-5mm-dir. Zəif iyli, özünəməxsus acı dadlıdır.
Daneya Qrandoveç
Daneya Qrandoveç (2 iyul 1984) — Sloveniyanı təmsil edən marafonçu. Daneya Qrandoveç Sloveniyanı 2016-cı ildə Yay Olimpiya Oyunlarında təmsil etdi. == Karyerası == Daneya Qrandoveç birinci dəfə Olimpiya Oyunlarına 2016-cı ildə qatıldı. O, Braziliyanın Rio-de-Janeyro şəhərində baş tutan XXXI Yay Olimpiya Oyunlarında marafon yarışlarında qüvvəsini sınasada, məsafəni sona gədər qət edə bilmədi.
Devi Sandra
Dewi Sandra Kilik (3 aprel 1980, Braziliya) aktyor, aparıcısı və müğənni İndoneziya. Dewi qarışıq qan var İngiltərə və İndoneziya və vətəndaşlığı olmayan qalır İndoneziya. Həmişə onun makiyaj bag içərisində Givenchy ətir və Lady Speed ​​Stik Dezodorant gətirən qadın, adlı bir aktyor evli Surya Saputra. Onlar sonra boşanmış və sonra evli müğənni Dewi Barry Manilow-də 3 aprel 2006, 2009-cu ildə, Barry Manilow boşanma Dewi Sandra üçün sue. On 11 dekabr 2011 Goddess üçüncü dəfə evləndi. O, Agus Rəhman-ci ildə London ilə evlənmişdi.
Emilia tenera
Emilia tenera (lat. Emilia tenera) — mürəkkəbçiçəklilər fəsiləsinin emilia cinsinə aid biki növü.
Ephedra funerea
Ephedra funerea (lat. Ephedra funerea) — acılıqotukimilər fəsiləsinin acılıqotu cinsinə aid bitki növü.
Ever Baneqa
Ever Baneqa (29 iyun 1988 Rosario) Argentinalı futbolçu. Hal-hazırda İspaniyanın Sevilya klubunda oynayır. == Klub karyerası == Futbola Boka Cuniors'un uşaq məktəbində başlamış, peşəkar futbola isə 2006-2007 mövsümündə başlamışdır. O, Boka Cuniors'un heyətində 28 oyuna çıxsa da, qol vura bilməmişdir. 2008-ci ildə Valensiya ilə razılaşan Baneqa, 2008-2009 mövsümündə icarə əsasında Atletikoya keçmışdir. Burada 24 oyuna çıxmış və 1 dəfə fərqlənmişdir. 2014-cü ildə isə icarə əsasında Nevels Old Boyz da oynamış, 14 oyuna 1 qol vurmuşdur. Lakin elə həmin il Sevilyaya transfer olunmuşdur. O, Sevilyanın heyətində 34 oyuna çıxmış və 3 qol vurmuşdur.
Fagara oahuensis
Zanthoxylum oahuense (lat. Zanthoxylum oahuense) — sədokimilər fəsiləsinin zanthoxylum cinsinə aid bitki növü.
Fagara psammophila
Zanthoxylum psammophilum (lat. Zanthoxylum psammophilum) — sədokimilər fəsiləsinin zanthoxylum cinsinə aid bitki növü.
Macəra
Macəra — insanın başına gələn ona həyəcan verən bir hadisə və ya hadisələr zənciri, sərgüzəşt, əyləncədir. Həm də nəticəsi qeyri-müəyyən olan cəsarətli bir təşəbbüs də ola bilər.
Cek fənəri
Cek fənəri (ing. Jack-o'-lantern) — Hellouin bayramının əsas simvolu sayılır. Cek fənəri — içərisi boşaldılmış, göz, burun və ağız qoyulmuş balqabaqdan hazırlanır və balqabağın içinə şam qoyulur. == Tarixi == Britaniyada orta əsrlərdə insanlar evbəev gəzib ölülərin ruhuna dua oxumalarının qarşılığında sakinlərdən yemək istəyirdilər. Onlar əllərində oyuq şalğam fənərlər tuturdular. Hər bir belə fənərlərin içinə məhşərdə ilişib qalan ruhu təmsil edən şam qoyurdular. Digərlərinin fikrincə isə, fənərlər pis ruhları qovmaq üçün istifadə edilirdi. 1800-cü illərdə Şimali Amerikada şalğam balqabaqla əvəz olundu, çünki bu tərəvəz o torpaqlarda geniş yayılmışdı və onu oymaq asan idi.
Cib fənəri
Cib fənəri- əllə saxlanılan portativ elektrik işıq mənbəyidir.Adətən, işıq mənbəyi kiçik bir közərmə ampul və ya LED lampadır.Cib fənərinin içindəki lampa batareyadan aldığı elektrik enerjisini, işıq enerjisinə çevirir və bu sayədə lampadan işıq gəlir.