Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Festival
Festival (fr. festival, lat. festivus — bayram əfval-ruhiyyəli) — kütləvi bayram, musiqi, teatr, estrada, sirk yaxud kino sənətinə aid nailiyyətlərin nümayişi. Amerikada xalq kücə yarmarkaları da festival adı ilə tanınırlar. Onlar həm iri bağlı məkanlarda, həm də müasir formatda, açıq havada — tarla, meydan, park, qəsr və digər görməli yerlərin tarixi interyerlərində keçirilir. Böyük Britaniyada peyda olan ilk festivallar musiqili olublar. XX-ci əsrdən başlayaraq beynəlxalq festivallar populyarlıq qazanır. Gənclər və tələbələr festivallarının bəziləri "Sülh və dostluq naminə" və "Həmrəylik, sülh və dostluq naminə" şüarları altında təşkil olunur. SSRİ-də ilk musiqili festivallar 1930-u illərdə keçirilib. Festival növləri: Kino festivalı, Teatr festivalı, Ədəbiyyat festivalı, Musiqi festivalı, Muğam festivalı, Rok festivalı, Caz festivalı, Rəqs festivalı, Elm festivalı, Kitab festivalı, Kulinariya festivalı, Uşaq festivalı, mədəniyyət festivalı və s.
Çervona ruta (festival)
Çervona ruta (ukr. Червона рута) — 1989-cu ildən bəri hər iki ildən bir keçirilən daimi ikiillik ümumkrayna müasir mahnı və populyar musiqi gənclər festivalı. Bu, "şarovarı" janrı ilə əlaqəli ənənəvi Ukrayna xalq mədəniyyətindən uzaqlaşaraq daha çox Ukrayna populyar musiqisinin təqdim olunduğu bir meyar olmuşdur. Bəzən Ukraynadan sadəcə seçilmiş bir mahnının nümayiş olunduğu SSRİ İlin Mahnısı (Pesnya qoda) festivalından fərqli olaraq, "Çervona ruta" daha çox müğənni və mahnıya icazə vermişdir. Festival məşhur Ukrayna mahnısını olan "Çervona ruta"nın müəllifi və bəstəkarı olmuş ukraynalı bəstəkar və şair Vladimir İvasyuka həsr olunmuşdur. Bu adçiçəkli bitkilərin mifoloji və ya faktiki növlərinə olan "Çervona ruta" ilə əlaqəlidir. == Tarixi == Festivalın ideyası və adı jurnalist İvan Lepşaya məxsusdur. Layihəni onu Taras Melnik, Kiril Stetsenko, Anatoli Kalenıçenko, Oleq Repetski və İvan Malkoviç həyata keçirmişdilər. Festival Ukrayna populyar musiqisinin canlanmasında mühüm rol oynamış və 1990-cı illərin Ukrayna musiqi bumuna töhfə vermişdir.1986-cı ildə SSRİ-də "perestroyka" kimi tanınan islahatlar başlayana qədər "Qlasnost" və "Uskoreniye" ilə birlikdə bütün Sovet İttifaqında rok musiqisi tabu idi. Buna baxmayaraq, 1980-ci il Gürcüstanın "Bahar ritmləri" festivalı kimi bəzi istisnalar da var idi.
Zeia vulgaris var. aestiva
Yumşaq buğda (lat. Triticum aestivum) - buğda cinsinə aid bitki növü. == SInonim == Frumentum triticum E.H.L.Krause Triticum aestivum subsp. aestivum aestivum Triticum aestivum var. albinflatocapitatum Udachin Triticum aestivum var. australianum Udachin & Schachm. Triticum aestivum var. brezhnevii Udachin & Shakhm. Triticum aestivum var. dorofeevii Udachin & Shakhm.
Fəsilə
Fəsilə (bitki aləmində) və ya ailə (heyvanat aləmində) (lat. familia) tərkibində bir cins, yaxud monofilitik (ümumi mənşəli) cinslər qrupu olan və başqa fəsilələrdən və ya ailələrdən kəskin fərqlənən ayrıca ekoloji sahədə yerləşən taksonomik kateqoriya. Fəsilənin özünəməxsus əlamətləri ona müəyyən ekoloji uyğunlaşma zonasında yaşamağa imkan verir. Zoologiyada fəsilənin latınca adının sonunda "dae" yazılır. Botanika və bakteriologiyada fəsilə adı "ceae" ilə qurtarır. Məsələn, Violaceae (bənövşəkimilər). Fəsilə müstəsna olaraq iki alternativ ad daşıyır; bu "Beynəlxalq botanika nomenklaturasının kodeksi" tərəfindən qəbul edilmişdir. Hər hansı bir ərazinin müxtəlif fəsiləri xüsusiləşir və onların arasında aydın fərqlər mövcüd olur. Çox vaxt hər materikdə fəsilələr bir-birindən fərqlənən müxtəlif xüsusiləşmiş qruplara parçalanırlar. Bəzən də elə aralıq formalar meydana çıxır ki, fəsilələr arasındakı kəskin fərqlər itmiş olur.
Acıçiçək (fəsilə)
Acıçiçəkkimilər (lat. Gentianaceae) — bitkilər aləminin acıçiçəklilər dəstəsinə aid bitki fəsiləsi. Yarpaqları qarşılıqlı, sadə, bütövkənarlı, çiçəkləri iri və parlaq olur, meyvəsi qozadır. Bu fəsiləyə aid bitkilərə demək olar ki, bütün qitələrdə rast gəlinir. 70-dən artıq cinsi və 1000-ə qədər növü var. Hamısının tərkibində acı qlükozid olur. Azərbaycanda bu fəsiləyə daxil olan 6 cinsiə aid 23 növ bitir. Bunlardan acıçiçək və isitməotu daha çox əhəmiyyətlidir. Bəzi növlərindən dərman bitkisi kimi, bəzilərindən isə gülçülükdə istifadə edilir.
Aterinlər (fəsilə)
Aterinlər (lat. Atherinidae) — heyvanlar aləminin xordalılar tipinin şüaüzgəclilər sinfinin aterinkimilər dəstəsinə aid heyvan fəsiləsi.
Fırçaotu (fəsilə)
Neobisiidae (fəsilə)
Neobisiidae Yalançıəqrəblər dəstəsinə daxil olan fəsilə. Fəsiləyə daxil növlər əsasən Afrika, Amerika və Avrasiya ərazisində yayılmışlar. == Cinslər == Fəsiləüstünə daxil olan cinslər: Altfəsilə Microcreagrinae Balzan, 1892 : Acanthocreagris Mahnert, 1974 Alabamocreagris Ćurčić, 1984 Americocreagris Ćurčić, 1982 Australinocreagris Ćurčić, 1984 Bisetocreagris Ćurčić, 1983 Cryptocreagris Ćurčić, 1984 Dentocreagris Dashdamirov, 1997 Fissilicreagris Ćurčić, 1984 Globocreagris Ćurčić, 1984 Halobisium Chamberlin, 1930 Insulocreagris Ćurčić, 1987 Lissocreagris Ćurčić, 1981 Microcreagris Balzan, 1892 Minicreagris Ćurčić, 1989 Orientocreagris Ćurčić, 1985 Roncocreagris Mahnert, 1974 Saetigerocreagris Ćurčić, 1984 Stenohya Beier, 1967 Tartarocreagris Ćurčić, 1984 Tuberocreagris Ćurčić, 1978 Altfəsilə Neobisiinae Chamberlin, 1930 : Balkanoroncus Ćurčić, 1975 Ernstmayria Ćurčić & Dimitrijević, 2006 Microbisium Chamberlin, 1930 Neobisium Chamberlin, 1930 Novobisium Muchmore, 1967 Occitanobisium Heurtault, 1977 Paedobisium Beier, 1939 Parobisium Chamberlin, 1930 Protoneobisium Ćurčić, 1988 Roncobisium Vachon, 1967 Roncus L. Koch, 1873 Trisetobisium Ćurčić, 1982 == İstinadlar == == Xarici keçidlər == Chamberlin, 1930: A synoptic classification of the false scorpions or chela-spinners, with a report on a cosmopolitan collection of the same. Part II. The Diplosphyronida (Arachnida-Chelonethida). Annals and Magazine of Natural History, ser. 10, n. 5, p.|1–48 & 585–620.
Neştərçələr (fəsilə)
Neştərçələr (lat. Branchiostomatidae) — Başıxordalılar (lat. Cephalochordata) və ya kəlləsizlər (lat. Acrania) yarımtipinə aid olan yeganə fəsilə. (Branchiostoma lanceolatum (Pallas, 1774) Fəsilənin az-çox tanınmış nümayəndəsidır.
Suzanbağı (fəsilə)
Suzanbağıkimilər (lat. Nymphaeaceae) — ikiləpəlilərə aid bitki fəsiləsi. Çoxillik, kökümsovlu su bitkiləridir. Su üzərində üzən saplaqlı yarpaqları növbəli düzülür. İkicinsiyyətli iri (diametri 35 sm-dək) çiçəkləri tək-tək yerləşir. Arktikada, Antarktikada səpra və hündür dağlardan başqa hər yerdə bitən 4 cinsi (60-dək növü) məlumdur. Evriala və viktoriya cinsini xüsusi fəsiləyə — Euryalaceae fəsiləsinə ayırırlar. Bəzən kabomboları,şanagülləkimiləri və Barclayaceae-nı suzanbağı fəsiləsinə aid edirlər. Viktoriya gülü 50 kq yük götürə bilir. Yarpaqları o qədər böyükdür ki, 3 yaşında bir uşağı rahatlıqla su üzərində gəzdirə bilir.
Zeytun (fəsilə)
Zeytunkimilər (lat. Oleaceae) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinə aid bitki fəsiləsi. Fəsiləyə 30 ağac və kol cinsini özündə birləşdirən bitki fəsiləsi. Göyrüş, zeytun, yasəmən, jasmin fəsiləyə daxil olan ən tanınmış cinslərdir. Fəsiləyə daxil olan növlər demək olar ki, dünyanın hər yerinə yayılmışdır. == Sinonimləri == Bolivariaceae Griseb. Forstiereae( Forstieraceae) Endl. Fraxineae ( Fraxinaceae) S.F. Gray Iasmineae ( Iasminaceae) Link Jasmineae ( Jasminaceae) Juss. Lilacaceae Ventenat Nyctantheae ( Nyctanthaceae) J.G. Agardh Syringaceae Horan.
Əməköməci (fəsilə)
Əməköməcikimilər (lat. Malvaceae) — bitkilər aləminin əməköməciçiçəklilər dəstəsinə aid bitki fəsiləsi. Birillik vә çoxillik ot, kol, liana vә ya ağaclardır. Yarpaqları növbәli, sadә dilimli vә ya barmaqvarı-mürәkkәb, yarpaqaltlıqlıdır. Gövdә vә yarpaqlarında sәciyyәvi ulduzvarı tüklәnmә, yerüstü zoğlarının toxumalarında selikli hüceyrәlәr var. Çiçәklәri iri vә ya orta ölçülü, tәk-tәk, yaxud çiçәk qruplarında toplanmışdır; çiçәk tacı 5 lәçәkli, çox vaxt әlvan rәnglidir; bәzi növlәrinin lәçәklәri burulmuş şәkildәdir. Sütuncuğu әhatә edәn çoxsaylı erkәkciklәri boru şәklindә bitişmişdir: yumurtalığı 5 vә ya daha çox bitişmiş meyvә yarpaqcıqlarından ibarәtdir. Meyvәsi yuvaların sayına görә ayrı-ayrı toxumlara bölünür (mәs., әmәkömәci) vә ya qutucuqdur (hibiskusda, pambıq kolunda vә s.), bәzәn gilәmeyvәdir (malvaviskus – Malvaviscus). Tropiklәrdә xüsusilә çoxsaylı vә müxtәlif olan 100 cinsdә birlәşәn 1200-әdәk növü var; meşә, savanna, bataqlıq vә dәniz sahillәrindә bitir. Azәrbaycanda 9 növü mәlumdur.
Fəsilə (taksonomik kateqoriya)
Fəsilə (bitki aləmində) və ya ailə (heyvanat aləmində) (lat. familia) tərkibində bir cins, yaxud monofilitik (ümumi mənşəli) cinslər qrupu olan və başqa fəsilələrdən və ya ailələrdən kəskin fərqlənən ayrıca ekoloji sahədə yerləşən taksonomik kateqoriya. Fəsilənin özünəməxsus əlamətləri ona müəyyən ekoloji uyğunlaşma zonasında yaşamağa imkan verir. Zoologiyada fəsilənin latınca adının sonunda "dae" yazılır. Botanika və bakteriologiyada fəsilə adı "ceae" ilə qurtarır. Məsələn, Violaceae (bənövşəkimilər). Fəsilə müstəsna olaraq iki alternativ ad daşıyır; bu "Beynəlxalq botanika nomenklaturasının kodeksi" tərəfindən qəbul edilmişdir. Hər hansı bir ərazinin müxtəlif fəsiləri xüsusiləşir və onların arasında aydın fərqlər mövcüd olur. Çox vaxt hər materikdə fəsilələr bir-birindən fərqlənən müxtəlif xüsusiləşmiş qruplara parçalanırlar. Bəzən də elə aralıq formalar meydana çıxır ki, fəsilələr arasındakı kəskin fərqlər itmiş olur.