FESTIVAL

festival1

n 1. bayram, təntənə, şənlik; şadyanalıq; qonaqlıq; harvest ~ məhsul bayramı; 2. festival (incəsənət bayramı); The World Youth ~ Ümumdünya Gənclər Festivalı; film; ~ kinofilm festivalı

festival2

adj bayram; ~ dress bayram paltarı / libası; a ~ atmosphere bayram şəraiti / mühiti

FESTERING
FESTIVE
OBASTAN VİKİ
Festival
Festival (fr. festival, lat. festivus — bayram əfval-ruhiyyəli) — kütləvi bayram, musiqi, teatr, estrada, sirk yaxud kino sənətinə aid nailiyyətlərin nümayişi. Amerikada xalq kücə yarmarkaları da festival adı ilə tanınırlar. Onlar həm iri bağlı məkanlarda, həm də müasir formatda, açıq havada — tarla, meydan, park, qəsr və digər görməli yerlərin tarixi interyerlərində keçirilir. Böyük Britaniyada peyda olan ilk festivallar musiqili olublar. XX-ci əsrdən başlayaraq beynəlxalq festivallar populyarlıq qazanır. Gənclər və tələbələr festivallarının bəziləri "Sülh və dostluq naminə" və "Həmrəylik, sülh və dostluq naminə" şüarları altında təşkil olunur. SSRİ-də ilk musiqili festivallar 1930-u illərdə keçirilib. Festival növləri: Kino festivalı, Teatr festivalı, Ədəbiyyat festivalı, Musiqi festivalı, Muğam festivalı, Rok festivalı, Caz festivalı, Rəqs festivalı, Elm festivalı, Kitab festivalı, Kulinariya festivalı, Uşaq festivalı, mədəniyyət festivalı və s.
Çervona ruta (festival)
Çervona ruta (ukr. Червона рута) — 1989-cu ildən bəri hər iki ildən bir keçirilən daimi ikiillik ümumkrayna müasir mahnı və populyar musiqi gənclər festivalı. Bu, "şarovarı" janrı ilə əlaqəli ənənəvi Ukrayna xalq mədəniyyətindən uzaqlaşaraq daha çox Ukrayna populyar musiqisinin təqdim olunduğu bir meyar olmuşdur. Bəzən Ukraynadan sadəcə seçilmiş bir mahnının nümayiş olunduğu SSRİ İlin Mahnısı (Pesnya qoda) festivalından fərqli olaraq, "Çervona ruta" daha çox müğənni və mahnıya icazə vermişdir. Festival məşhur Ukrayna mahnısını olan "Çervona ruta"nın müəllifi və bəstəkarı olmuş ukraynalı bəstəkar və şair Vladimir İvasyuka həsr olunmuşdur. Bu adçiçəkli bitkilərin mifoloji və ya faktiki növlərinə olan "Çervona ruta" ilə əlaqəlidir. Festivalın ideyası və adı jurnalist İvan Lepşaya məxsusdur. Layihəni onu Taras Melnik, Kiril Stetsenko, Anatoli Kalenıçenko, Oleq Repetski və İvan Malkoviç həyata keçirmişdilər. Festival Ukrayna populyar musiqisinin canlanmasında mühüm rol oynamış və 1990-cı illərin Ukrayna musiqi bumuna töhfə vermişdir. 1986-cı ildə SSRİ-də "perestroyka" kimi tanınan islahatlar başlayana qədər "Qlasnost" və "Uskoreniye" ilə birlikdə bütün Sovet İttifaqında rok musiqisi tabu idi.
Dünya Elm Festivalı (2008)
Dünya Elm Festivalı (2008) — Nyu-York şəhərində baş tutmuş elm festivalıdır. Festival, əsasən, multimedia təqdimatları ilə müşayiət olunan səhnədə söhbət və müzakirələr panelindən ibarətdir. Gənclər geniş küçə yarmarkası daxil olan və elmi prespektivdən idman kimi mövzuları təqdim etdilər. Festivala həmçinin elm, siyasət, idarəetmə və biznes sahəsindən yüksək səviyyəli iştirakçıların görüşü- Dünya Elm Sammiti daxildir. Festivalın əsası bir neçə məşhur elmi kitabların müəllifi Kolumbiya Universitetinin fizika professoru Brayan Qrin və arvadı tərəfindən qoyulmuşdur.
Fəcr Beynəlxalq Film Festivalı
Fəcr Beynəlxalq Film Festivalı və ya Fəcr Film Festivalı (fars. جشنواره بین المللی فیلم فجر‎ və ya sadəcə fars. جشنواره فیلم فجر‎) — İranın illik film festivalı, hər fevral ayında Tehranda keçirilir. 1982-ci ildən başlayan festival, İranın Mədəniyyət nazirliyinin nəzarəti altındadır. Hər il İran İslam İnqilabının ildönümündə baş verir. 2011-ci ildə festivalın 29-cu nəşrində 90 təqdim edilmiş bədii film var idi.
Girokastra Milli Folklor Festivalı
Girokastra Milli Folklor Festivalı (alb. Festivali Folklorik Kombëtar i Gjirokastrës) ― Albaniyanın cənubunda yerıəşən Girokastra şəhərinin eyniadlı qalasında hər beş ildən bir keçirilən sənət festivalı. Festival ilk dəfə 1968-ci ildə baş tutmuşdur və Albaniya mədəniyyətinin ən vacib hadisəsi hesab olunur. Festivalda Albaniya vətəndaşları, diaspora nümayəndələri və Balkanlardan və İtaliyanın cənubundan gələn insanlar alban ənənəvi musiqisi, geyimləri və rəqsləri nümayiş etdirirlər. Girokastra festivalı 1949-cu ildə Tirana şəhərində başlayan Folklor Festivalları ənənəsini təqib edir. == Tarixi == Girokastra Milli Folklor Festivalından əvvəl 1949-cu ildə və daha sonra 25-27 noyabr 1959-cu illərdə Albaniyanın paytaxtı Tirana şəhərində "Milli Mahnı, Musiqi və Rəqs Festivalı" keçirilirdi. On il sonra, 8-16 oktyabr 1968-ci ildə Albaniyanın kommunist lideri və Girokastrada doğulmuş Ənvər Xocanın doğum günü şərəfinə ilk "Milli Folklor Festivalı" keçirildi. Festival hər beş ildən bir 1973, 1978, 1983 və 1988-ci illərdə təkrar təşkil olunurdu. Festival 1995-ci ildə Berat şəhərində keçirildi, 2000-ci ilin sentyabr ayından isə yenidən Girokastrada təşkil olunmağa başladı. Festival doqquzuncu dəfə 2009-cu ilin sentyabr ayında baş tutdu.
Gənclər Festivalı (1969)
Gənclər festivalı (film, 1969)
Gəncə Beynəlxalq Şərab Festivalı
Gəncə Beynəlxalq Şərab festivalı hər il Azərbaycanın Gəncə şəhərində keçirilir. Məqsəd şərab məhsullarını nümayiş etdirmək, yerli şərab bazarı iştirakçılarını birləşdirmək, yerli məhsulların xarici bazarlara çıxarılmasını dəstəkləmək, bu sahədə beynəlxalq əməkdaşlığı təşviq etmək, şərab istehlakı mədəniyyətini formalaşdırmaq, şərab ənənələrini qoruyub saxlamaq və təbliğ etməkdən ibarətdir. == Tarixi == Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 15 dekabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “ 2012-2020-ci illərdə Azərbaycan Respublikasında üzümçülüyün inkişafına dair Dövlət Proqramı” çərçivəsində ilk şərab festivalı 2012-ci il 7 oktyabr tarixində Gəncə şəhərində keçirilmişdir. === I Gəncə Beynəlxalq Şərab Festivalı === İqtisadi İnkişaf Nazirliyinin, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) və Gəncə Şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə ı7 oktyabr 2012-ci il tarixində Azərbaycanın Gəncə şəhərində ilk şərab festivalı təşkil olunmuşdur. === II Gəncə Beynəlxalq Şərab Festivalı === İqtisadiyyat və Sənaye, Kənd Təsərrüfatı nazirliklərinin, Azərbaycanda İxracatın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO), Azərbaycanın Fransadakı səfirliyinin və Gəncə Şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Gəncədə II Beynəlxalq şərab festivalı keçirilmişdir. === III Gəncə Beynəlxalq Şərab Festivalı === Azərbaycan Respublikası Xarici İşlər, İqtisadiyyat və Sənaye, Kənd Təsərrüfatı nazirlikləri, Azərbaycan İxracatın və İnvestisiyanın Təşviqi Fondu, Azərbaycan Respublikasının Fransadakı Səfirliyi və Gəncə Şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə 30 sentyabr-01 oktyabr 2014-cü il tarixində III Gəncə Beynəlxalq Şərab Festivalı təşkil olundu. === IV Gəncə Beynəlxalq Şərab Festivalı === Gəncə şəhərində İcra Hakimiyyətinin təşkilatçılığı, Beynəlxalq Üzümçülük və Şərabçılıq Təşkilatının, Azərbaycan Respublikasının İqtisadiyyat, Kənd Təsərrüfat, Mədəniyyət və Turizm Nazirliklərinin dəstəyi ilə 2016-cı il 18-20 dekabr tarixlərində "IV Beynəlxalq Şərab Festivalı” təşkil olundu. == Adət ənənə == Şərab festivalında əsasən poeziya axşamı və konsertlər, həmçinin Azərbaycanın şərabçılıq ənənəsindən bəhs edən səhnəciklər də təşkil olunur. == Müsabiqə == Festivalda Azərbaycanın yerli şərablarının beynəlxalq standartlara uyğun dequstasiya müsabiqəsi də keçirilir və dequstasiya müsabiqəsinin qalibləri mükafatlandırılır. == Nümayiş == Şərab festivalında Gəncə ilə yanaşı Qəbələ, Şəki, Tovuz, Şəmkir, Ağsu, Göygöl, Abşeron və s.
I Ümumrespublika Dekorativ-tətbiqi sənət Festivalı
Mədəniyyət və Turizm Nazirliyi tərəfindən 2009-cu ilin fevral - dekabr aylarında "I Ümumrespublika Dekorativ-tətbiqi sənət Festivalı" keçiriləcək.Festivalın kçeirilməsində məqsəd qədim tarixi köklərə və zəngin ənənələrə malik Azərbaycan dekorativ-tətbiqi sənətinin müasir dövrdə inkişafı, respublikada gedən bədii yaradıcılıq proseslərinin, qazanılan uğurların, geniş ictimaiyyətə təqdim olunması, istedadlı gənclərin, yüksək sənət meyarlarına cavab verən dekorativ-tətbiqi sənət əsərlərinin aşkarlanmasıdır. Festival respublikanın bütün şəhər və rayonlarını əhatə etməklə beş regional mərkəzdə – Gəncə, Naxçıvan, Lənkəran, Şəki, Xaçmaz şəhərlərində təşkil ediləcək.
Kann Film Festivalı
Kann beynəlxalq kinofestivalı və ya Kann Film Festivalı (fr. le Festival international du film de Cannes və ya qısaca fr. le Festival de Cannes) — dünyanın ən məşhur kinofestivallarından biri. Fransanın cənubunda olan Kann şəhərində təşkil edilir. Əsas mükafatı Qızıl Palma Budağıdır. Kann kinofestivalı ilk dəfə 1946-cı ildə 20 sentyabrdan 5 oktyabra kimi keçirilmişdir. Lakin sonralar may ayında keçirilməyə başladı. Bu festival A kateqoriyasına aiddir. Kann Film Festivalı Avropadakı ən əhəmiyyətli 3 əsas film festivalında biridir. Kann Film Festivalında hər il təxminən 20 film yarışırdı.
Kiyev Musiqi Festivalı
Kiyev Musiqi Festivalı — Kiyev şəhərində 1990-cı ildən başlayaraq, payız aylarıda Mədəniyyət və informasiya siyasəti Nazirliyinin dəstəyi ilə baş tutan beynəlxalq musiqi festivalı. Kiyev Musiqi Festivalının bədii rəhbərləri 1990–2001-ci illərdə İvan Karabis, 2002–2005-ci illərdə Miroslav Shorih, 2006–2012-ci illərdə İvan Nebesnı, 2013–2015-ci illərdə isə Miroslav Shorih olub.
Koaçella Vadisində Musiqi və İncəsənət Festivalı
Koaçella Vadisində Musiqi və İncəsənət Festivalı (ing. Coachella Valley Music and Arts Festival), Həmçinin Koaçella Fest və ya sadəcə olaraq Koaçella bilinir - Daxili İmperatorluqda yerləşən Koaçella Vadisində yerləşən İndio, Kaliforniyadakı Goldenvoice adlı üç günlük (əvvəlki bir-iki gün) musiqi festivalıdır. Kaliforniya Tədbiri ilk dəfə 1999-cu ildə keçirilib və 2001-ci ildən etibarən hər il aprelin üçüncü və ya dördüncü günündə keçirilir. Çıxış edənlərin arasında müxtəlif janr yönümlü qruplar - indi rok, hip-hop, elektron və pop musiqi; Festival çərçivəsində həmçinin bədii və heykəltəraşlıq sərgiləri də var. indi rok ərazisində bir neçə səhnə və ya tentə yerləşdirilir, eyni vaxtda tamaşalar da keçirilir: əsas mərhələ (ing. Coachella səhnəsi), açıq teatr (ing. açıq teatrı), Gobi çadırı, Mojave çadırı və Sahara çadırıdır. 2011-ci ildə tədbirdə 90 mindən çox adam iştirak edib, 2011-ci il mayın 31-də Goldenvoice 2012-ci ildən başlayaraq festivalın iki həftədən üç gün müddətində keçiriləcəyini elan edildi. .
Koreya milli festivalı mədəniyyəti
Koreya Milli Festivalı (Hanqıl: 한국전통축제)- Uzun illər boyu koreya xalqı arasında keçirilən Koreya Milli və Yerli festivallarıdır. Koreya ənənəvi festivalları əsasən kənd təsərrüfatı ayinlərinə və miflərinə əsaslanır. " Seolnal (설날) — Yeni il günü " və " Çusok (추석) — Məhsul festivalı " ən böyük festivallar olaraq bilinir. Digər festivallara " Daeboreum (대보름) , Meoseumnal, Yeongdeungje , Samjinnal (삼짇날) , Hansik (한식) , Chopail (부처님 오신 날) , Dano (단오) , Yudu , Sambok , Chilseok (칠석) , Baekjung , Jungu , Sangdalgosa , Sondolpoong , Dongji (동지) , Seotdal Geumeum , Seotdal Geumeum (섣달그믐) və s. aiddir. Koreyada ilin hər ayına uyğun festival vardır. == 설날 Seolnal == Lunar təqviminə görə qeyd olunan Yeni ildir. Şükran günü kimidə tanınır. 설 sözü tanıdıq olmayan, yeni gələn ilin yeniliyini ifadə edən sözdən qaynaqlanır , 날 isə "gün" deməkdir. Koreyada Seolnalı qeyd etməyə nə vaxt başlandığı bilinmir amma festivalın rituallarının 6-cı əsrə dayandığı güman edilir.
Kürənsaçlılar festivalı
Kürənsaçlılar festivalı (nid. Roodharigendag) — Hər il sentyabrın ilk həftəsonunda minlərlə kürənsaçlı insan Hollandiyanın Breda şəhərində toplaşması == Tarixi == Festival 2005-ci ildən etibarən keçirilir. Həmin vaxt hollandiyalı rəssam Bart Rouvenhorst 15 kürənsaçlının şəklini çəkmək istəyib. Bunun üçün o, kürənsaçlı model axtarışına çıxıb. Onun müraciətinə 150 nəfər müsbət cavab verib. Tədricən bu ənənə festival halını alaraq, 5 minədək kürən insanı bir araya gətirib. Festivala qoşulan kürənlər buraya daha çox Böyük Britaniya, ABŞ, Avstraliya və Almaniyadan gəlirlər. Festivalda musiqi, piknik, dəb nümayişi keçirilir.
Lotaringiya dünya balon festivalı
Lotaringiya Dünya Balon Festivalı (fr. Lorraine Mondial Air Ballons) — 1989-cu ildə qurulan dünyanın ən böyük balon festivalı. Hər tək ildə təşkil edilir və iyul-avqust aylarında 10 gün keçirilir. Festivala onlarla ölkədən balonlar toplanır. Beləliklə, 2007-ci il festivalında dünyanın 67 ölkəsindən balonlar iştirak etdi. Fransız aeronavtika pioneri və Lotaringiya doğma vətəni olan Pilatra de Rosierin (1754–1785) xatirəsinə həsr olunmuşdur. Keçmiş NATO hərbi bazasında, Chamble-Boussieres və yaxınlıqda yerləşən Chamble-Boussieres, Sent-Julien-le-Gorse və Dommartin-la-Highway, Merth və Moselle İdarələrində. == Proqram == Bu unikal Avropa festivalına gecə-gündüz start verilir. Proqrama isti hava balonu yarışması, görüşlər, sərgilər, seminarlar daxildir. Əsas hadisə bir neçə yüz şarın eyni vaxtda göyə qalxmasıdır.
Milli Yaylaq Festivalı
Milli Yaylaq Festivalı (ing. The National Highland Festival) — Azərbaycanda yaylaq və elat ənənələrinin yaşadılması və təbliği, tarixi adət və milli ənənələrə söykənən ən böyük etnoqrafik-mədəni-idman tədbirlərindən birini həyata keçirməklə, ölkənin və regionun sosial, iqtisadi, mədəni inkişafına dəstək məqsədilə ilk dəfə 2019-cu ilin iyulun 26-da Gədəbəy rayonunda keçirilən festival. “Milli Yaylaq Festivalı” - xalqımızın kökü min illərə söykənən zəngin yaylaq ənənələrinin və elat mədəniyyətinin yaşadılması və təbliği məqsədilə genişmiqyaslı el şənliyi formatında düşünülüb hazırlanmış orijinal layihədir. Azərbaycan xalqı olduqca zəngin və çoxşaxəli mədəniyyətə malik bir xalqdır. Zəngin şəhərsalma ənənələri ilə yanaşı, onun yüz illərlə, min illərlə formalaşan həyat tərzi və unikal mədəniyyət nümunələri sırasına yaylaq mədəniyyəti və elat ənənələrini də cəsarətlə aid etmək olar. Əzəldən əsasən əhalimizin heyvandarlıqla məşğul olan hissəsinə xas olan bu maraqlı mövsümi köçərilik ənənəsi bütün tarixi Azərbaycanın torpaqlarında geniş yayılmışdır. Bu ənənələrə uyğun olaraq, hər bir bölgənin özünün ənənəvi yaylaq əraziləri formalaşmışdır. ”Milli Yaylaq Festivalı” - bu zəngin yaylaq ənənələrinin və unikal elat mədəniyyətinin yaşadılması, tanıdılması və təbliği məqsədilə hazırlanmış layihədir. “Milli Yaylaq Festivalı” həm də geniş coğrafi məkanda yaşayan türksoylu xalqların ortaq tarixi ənənələrinin və mədəniyyətlərinin qarşılıqlı tanıdılması və bu istiqamətdə xalqlararası mədəni-etnoqrafik, elmi-praktiki əməkdaşlıq üçün uğurlu və əlverişli platformadır. Festivalın əsas hədəfləri dayanıqlı turizm məkanı olan orijinal etnoqəsəbə yaratmaqla, ölkədə müasir turizm sektoruna yenilik və unikallıq bəxş etmək, eyni zamanda hər il ənənəvi şəkildə “Milli Yaylaq Festivalı”nı təşkil etməklə, ölkəmizin turizm cazibədarlığının artırılmasına və beynəlxalq aləmdə tanıdılmasına töhfə verməkdir.
Montrö Caz Festivalı
Montrö Caz Festivalı (fr. Montreux Jazz Festival) — hər ilin iyul ayında İsveçrənin Montrö şəhərində keçirilən caz festivalı. Montrö Caz Festivalı Montreal Beynəlxalq Caz Festivalından sonra dünyada ikinci ən böyük caz festivalıdır.
Muğam Dünyası Beynəlxalq musiqi festivalı
"Muğam aləmi" Beynəlxalq Muğam Festivalı və ya "Muğam Dünyası" Beynəlxalq musiqi festivalı — Azərbaycanda bir neçə ildən bir keçirilən beynəlxalq muğam festivalı. Heydər Əliyev Fondunun təşəbbüsü ilə ilk dəfə 18–25 mart 2009-cu il tarixində Novruz bayramı ərəfəsində Bakıda keçirilmişdir. İlk dəfə 2009-cu ilin martın 20-də Beynəlxalq Muğam Mərkəzində festivalın rəsmi açılışı olmuşdur. Festival çərçivəsində beynəlxalq elmi simpozium, muğam ifaçılarının mübiqəsi və çoxsalyı opera tamaşaları eləcə də konsertlər təşkil olunur. İlk festival 2009-cu il martın 25-də Heydər Əliyev Sarayında təşkil olunmuş qala-konsert ilə bitmişdir. Muğam festivalının əsas məqsədi, müasir dünyada Azərbaycan muğamının tanıdılması, xalqımızın ənənəvi musiqi sənətininin dünya musiqi irsində layiq olduğu yeri tutması. 2009-cu ildə beynəlxalq musiqi festivalı çərçivəsində üç gün ərzində muğama həsr olunmuş beynəlxalq elmi simpozium keçirilmişdir. Simpoziumun nəticələrinə dair xüsusi kitab nəşr olunmuşdur. Simpoziumun işində ABŞ, Böyük Britaniya, Rusiya, Fransa, İtaliya, Almaniya, Türkiyə, Niderland, Macarıstan, Çin, Tunis, Özbəkistan, İran, Mərakeş, Hindistan, və Tacikistandan olan 30 yaxın elm adamı və musiqiçi iştrak etmişdir. Simpoziumda Nyu-York Universitetinin professoru etnik musiqi üzrə mütəxəssiz YUNESKO-nun eksperti Stiven Blam, Nyu-Yorkdakı Kolumbiya Universitetinin professoru Diter Kristensen, YUNESKO nəznində "Ənənəvi musiqi üzrə beynəlxalq şura"nın vitse prezidenti Umm van Zaten, Fransadan olan professor Jan Durinq, Berlindəki Humbold Universitetinin professoru Yurgen Elsner, Kaliforniya Universitetinin professoru Xiromi Lorreyn Sakata, BBC radiosunda "World Routes" verlişinin aparıcıları Lusi Duran və Ceyms Parkin, Pan Rekords şirkətinin sahibi Bernard Kleykamp, professor Rövşən Yonosov (Özbəkistan), Moskva konservatoriyasının professori Violetta Yunusova, Düşənbədəki "Makoma" akademiyasının direktoru Abduvali Abduraşidov kimi elm adamları və musiqi mütəxəssisləri simpoziumq qatılaraq çıxışlar etmişlər.
Odessa Beynəlxalq Film Festivalı
Odessa Beynəlxalq Film Festivalı(ukr. Одеський міжнародний кінофестиваль) — iyulun ortalarında Odessa şəhərində keçirilən illik film festivalı. İlk dəfə 2010-cu ilin 16–24 iyul tarixlərində keçirilmişdir. Festival ilk iki ili özünü xüsusi bir yumor duyğusuna sahib bir film festivalı olaraq təyin etdi. 2012-ci ildə festivalın istiqaməti genişləndirilmiş, bədii festival elan edilmişdir. Yarış proqramı 2016-cı ildən etibarən üç tam bölmədən ibarətdir: Beynəlxalq müsabiqəli tam metraj filmlər proqramı, Ukrayna milli yarışma proqramı və Avropa sənədli filmlər yarışması.
Opet festivalı
Opet festivalı və ya Opet bayramı (q.misir Ḥb-nfr-n-Jp(3)t) — Qədim Misirdə Amon və Mutun nikahının hər il qeyd edilməsi. Burada həmin tanrıların və onların uşağı Xonsunun (Teben triadası) təsvirləri olan barkalar Karnak məbəd kompleksindən (İpet-İsut və ya İpet-sut) Luksor şəhərinə aparılırdı. Prosesin kulminasiya nöqtəsi İpet-İsutdan olan Amon-Ranın Tebendən olan Amon ilə görüşü olmuşdu. Yenidən doğuş festivalın əsas mövzularından biridir, buna görə də fironun yenidən tacqoyma mərasimi adətən orada keçirilirdi. Bayram Yeni padşahlıq dövründən qeyd olunur. Davies, V. & Friedman R. Egypt, British Museum Press, 1998 Nigel Strudwick and Helen Strudwick. Thebes in Egypt, Cornell University Press, 1999 Darnell, John C. Opet Festival // UCLA Encyclopedia of Egyptology. Jacco Dieleman, Willeke Wendrich. Los Angeles. — 2010.
Qara Qarayev adına Beynəlxalq Müasir Musiqi Festivalı
Qara Qarayev adına Beynəlxalq Müasir Musiqi Festivalı — Azərbaycanın Bakı şəhərində keçirdilən müasir musiqi festivalıdı. Festivalda XX əsrin akademik musiqisi ifa olunur. Festival 1986-cı ildə bəstəkar Fərəc Qarayev, Oleq Felzer və dirijor Rauf Abdullayevin təşəbbüsü ilə başlamışdı. İlk konsertlərdən sonra 1988 və 1990-cı illərdə iki sonrakı festivalların təşkili Bakının musiqi həyatında fenomena çevrilmişdir. Festivalın proqramı XX əsr musiqi klassiklərinin əsərləri ilə dinləyiciyə təqdim edilmişdir (A. Şoenberg, A. Vebern, A. Berg, I. Stravinski, P. Hindemit). 50-ci və 60-cı illərin Avropa və Rusiya avangard bəstəkarları — K. Şockhauzen, S. Bussotti, V. Lutoslavski, T. Berd, A. Şnitke, E. Denisov, S. Qubaydulina, A. Raskatov, həmçinin Amerika musiqi mədəniyyəti — C. Keyc və C. Kramb.. İfaçılar arasında: Liana İsakadze, Oleq Krısa, Tatyana Çexina, Ivan Monigetti, Aleksey Lyubimov, Mark Pekarskinin zərb alətləri ansamblı və s. Festival 20 ildən sonra Mədəniyyət Nazirliyinin dəstəyi ilə Moskva Konservatoriyasının professoru Fərəc Qarayevin təşəbbüsü ilə yenidən keçirilməyə başladı. Festival 2011-ci ildən bəri iki ildə bir dəfə. Festivalın rəsmi saytı Xəlilzadə F. Zənginliklərlə dolu ömür.
Qarabağ şərab festivalı
Qarabağ şərab festivalı (erm. Արցախյան գինու փառատոն) — Azərbaycanın Xocavənd rayonunun Tuğ kəndində Qondarma Dağlıq Qarabağ Respublikası tərəfindən keçirilən festival. İlk dəfə 18 oktyabr 2014-cü ildə keçirilmişdir, İkinci Qarabağ müharibəsindən sonra dayandırılmışdır. Festival təkrarlanan xarakter daşıyırdı və hər sentyabrın üçüncü şənbə günü keçirilirdi. Festival Qondarma Dağlıq Qarabağ Respublikası Mədəniyyət, Turizm və Gənclər Nazirliyinin Turizm və Tarixi Yerlərin Mühafizəsi Departamentinin təşəbbüsü ilə keçirilirdi, regionda turizmi inkişaf etdirmək məqsədi daşımışdır. Bu, Qarabağda şərabçılıq ənənələrini bərpa etmək üçün nəzərdə tutulmuşdu. Festival Dağlıq Qarabağ və Ermənistan şərabçılarına öz məhsullarını satmaq, təcrübə mübadiləsi aparmaq, şərablarını tanıtmaq və s. imkanı verən platforma yaratmışdır. Hər il keçirilən festivalın proqramına üzüm ayaqlama, ənənəvi Qarabağ mətbəxinin dequstasiyası, sənət əsərlərinin sərgisi, Dizaq məlik sarayına aid tarixi artefaktların sərgisi, eləcə də yerli şərabın sərgisi və satışı daxildir. Burada Qarabağ və Ermənistanın 5 müxtəlif bölgəsindən məhsul sərgilənirdi.
Qlastonberi Festivalı
Qlastonberi Festivalı (ing. Glastonbury Festival) — hər il İngiltərənin Pilton bölgəsində, Qlastonberi şəhərində keçirilən üç günlük incəsənət festivalı. Müasir musiqi ilə yanaşı, festivalda rəqs, komediya, teatr, sirk, kabare və digər sənət növləri də yer alır.Bu səbəbdən festival dünyada canlı performansların sərgiləndiyi ən böyük açıq hava festivalıdır.
Qız Qalası Beynəlxalq İncəsənət Festivalı
"Qız qalası" Beynəlxalq İncəsənət Festivalı — İçərişəhərin ərazisində yerləşən Qız qalasının dünyada tanıdılması məqsədilə 2010-cu ildən etibarən keçirilən beynəlxalq incəsənət festivalı. Qız qalası 2000-ci ildə UNESCO-nun ümumdünya irsi siyahısına daxil edilmişdir. Festivalda iştirak edən müxtəlif ölkələrin rəssamları Qız qalasının maketlərini öz milli üslublarında bəzəyərək fərqli mədəniyyət və adət-ənənələrin sintezini əks etdirən əsərlər yaradırlar. Heydər Əliyev Fondu, Azərbaycan Respublikası Nazirlər Kabineti yanında "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi və Müasir İncəsənət Muzeyinin birgə təşkilatçılığı ilə 2010-cu il 26–29 may tarixlərində keçirilən ilk festivalda 18 ölkədən 20-dən çox rəssam. 2011-ci ildə keçirilən II Beynəlxalq incəsənət festivalnda isə 20 ölkədən 25 tanınmış rəssam iştirak edib. 2012-ci ildə 24 ölkədən rəssamların iştirak etdiyi "Qız qalası" III Beynəlxalq incəsənət festivalında, əvvəlki festivallardan fərqli olaraq, nəsli kəsilməkdə olan "Qafqaz beşliyi"nə diqqəti cəlb etmək məqsədilə ceyran maketləri hazırlanmışdır. Həmin maketlər rəssamlar tərəfindən bəzədilmişdir. Bu festival IDEA (Ətraf Mühitin Mühafizəsi Naminə Beynəlxalq Dialoq) İctimai Birliyi təşkilatçılığı iləkeçirilmişdi. 2013-cü il iyulun 4-də Kannın La Kruazet bulvarında "Qız Qalası" IV Beynəlxalq incəsənət festivalının açılışı olub. Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva, Fondun vitse-prezidenti Leyla Əliyeva, Kann şəhərinin meri, deputat Bernar Broşan, o cümlədən BMT baş katibinin müavini Filip Dust-Blazi açılış mərasimində iştirak ediblər.
Qəbələ Beynəlxalq Musiqi Festivalı
Qəbələ Musiqi Festivalı — Azərbaycanın Qəbələ şəhərində 2009-cu ildən başlayaraq ənənəvi olaraq hər il yay aylarında keçirilən musiqi festivalı. Festival Heydər Əliyev fondunun köməyi ilə təşkil olunur. Tədbir Bakı Musiqi Akademiyasının rektoru Fərhad Bədəlbəyli və dirijor Dmitri Yablonskinin təşəbbüsü ilə təşkil olunur. Musiqiçilər açıq səma altında çıxış edirlər. Festivalda, keçmiş SSRİ respublikalarından olan musiqiçilərlə yanaşı Avropa, ABŞ və İsrail musiqiçiləri də iştirak edirlər. 2009-cu ildə, musiqi festivalı ilə eyni vaxtda gənc pianoçular müsabiqəsi keçirilmişdir. Festival çərçivəsində klassik musiqi konsertləri ilə bərabər Caz və Muğam gecələri də təşkil olunmuşdur. 2010-cu ildə Qəbələ festivalı avqust ayında keçirilmişdi. Festivala dünyanın bir çox ölkələrindən sənətçilər toplaşmışdı. YUNESCO-nun baş direktoru, İrina Bokova da festivalın açılışında iştirak etmişdir.
Qəbələ Musiqi Festivalı
Qəbələ Musiqi Festivalı — Azərbaycanın Qəbələ şəhərində 2009-cu ildən başlayaraq ənənəvi olaraq hər il yay aylarında keçirilən musiqi festivalı. Festival Heydər Əliyev fondunun köməyi ilə təşkil olunur. Tədbir Bakı Musiqi Akademiyasının rektoru Fərhad Bədəlbəyli və dirijor Dmitri Yablonskinin təşəbbüsü ilə təşkil olunur. Musiqiçilər açıq səma altında çıxış edirlər. Festivalda, keçmiş SSRİ respublikalarından olan musiqiçilərlə yanaşı Avropa, ABŞ və İsrail musiqiçiləri də iştirak edirlər. 2009-cu ildə, musiqi festivalı ilə eyni vaxtda gənc pianoçular müsabiqəsi keçirilmişdir. Festival çərçivəsində klassik musiqi konsertləri ilə bərabər Caz və Muğam gecələri də təşkil olunmuşdur. 2010-cu ildə Qəbələ festivalı avqust ayında keçirilmişdi. Festivala dünyanın bir çox ölkələrindən sənətçilər toplaşmışdı. YUNESCO-nun baş direktoru, İrina Bokova da festivalın açılışında iştirak etmişdir.

Значение слова в других словарях