TƏNTƏNƏLİ

s. solemn; ceremonial; festive; gala; ~ gün festival, red-letter day; great day, a gala day; ~ gecə a gala night; ~ konsert a gala concert; ~ açılış inauguration (of); ~ iclas grand / great rally / meeting; ~ and solemn vow; ~ görüş grand welcome; ~ qəbul ceremonial reception

TƏNTƏNƏ
TƏNTİK
OBASTAN VİKİ
Təntənəli mərasimlər sarayı
Təntənəli mərasimlər sarayı və ya Nikah sarayı (gürc. ქორწინების სახლი) — 1985-ci ildə Tbilisi şəhərində memarlar Viktor Corbenadze və Vaji Orbeladzenin layihəsi əsasında bionik memarlıq üslubunda inşa edilmiş saraydır. Binanın inşasına 1980-ci ildə Viktor Corbenadze və Vaji Orbeladzenin layihəsi əsasında başlanılmış və inşaat işləri 1985-ci ildə tamamlanmışdır. Bina ilkin olaraq təntənəli nikah mərasimlərinin keçirilməsi üçün nəzərdə tutulmuşdur. Gürcüstanın SSRİ tərkibindən çıxmasından sonra saray istifadəsiz və tərk edilmiş vəziyyətdə qalmışdır. 2002-ci ildə iş adamı Badri Patarkaçişvili sarayı alaraq yaşayış binasına çevirmişdir. Bundan sonra saray sahibinin adı ilə həm də Arkadi sarayı ilə tanınmağa başlamışdır. 2008-ci ildə vəfat edən Patarkaçişvili sarayın bağında dəfn edilmişdir. Sarayın memarlıq üslubunu tez-tez müasir kilsə memarlığı ilə müqayisə edirlər. Məsələn, "Citizen K" jurnalınının baş redaktoru Frederik Şoben yazır: "Tbilisidəki Təntənəli mərasimlər sarayı sanki illüzor dünyadan gəlmiş kafedraldır." Mütəxəssislər Corbenadze və Orbeladzenin sarayın inşası zamanı istifadə etdikləri stilistik həlləri, Le Korbuzye və Oskar Nimeyer modern kafedral tikililəri ilə müzakirə edirlər.
Təntənəli qraflıq (İngiltərə)
Təntənəli qraflıq (ing. ceremonial county) İngiltərədə monarx nümayəndəsi, lord-canişin (lord-leytinant) tərəfindən idarə edilən qraflığa verilən ad. 1997 ci ildən İngiltərədə 48 Təntənəli qraflıq mövcuddur. Təntənəli qraflıqla inzibati qraflıq arasında fərq onun tarixi ilə əlaqəlidir. Təntənəli qraflıq termini anaxronizm olub, xəritədə və özünüidarə qanunvericiliyində 1888 ci ilə qədər mövcud olmuş tarixi qraflıqlara aid edilir. Bütün Böyük britaniya üçün “Təntənəli qraflıq” bəzən “Leytenant ərazi(si)” (ing. Lieutenancy area) termini ilə də ifadə olunur. “Leytenant ərazi(si)nin” inzibati və idarə olunma strukturu “Leytenantlıq Aktı 1997” (ing. Lieutenancies Act 1997) ilə nizamlanır. Hər hansı bir inzibati ərazidə bir və bir neçə “Təntənəli qraflıq” yarana bilər: məsələn, tarixi Yorkşir qraflığı bölünərək yerində üç “Təntənəli qraflıq”: Şimali Yokşir, Qərbi Yokşir və Cənubi Yokşir yaradılmışdır.
Dövlət şurasının təntənəli iclası
Dövlət şurasının təntənəli iclası (rus. Редактирование Торжественное заседание Государственного совета 7 мая 1901 года) — 1903-cü ildə rəssam İlya Repin tərəfindən Rusiya hökumətinin sifarişi ilə çəkilmiş əsər. Əsər hal-hazırda Sankt-Peterburq şəhərində yerləşən Rus Dövlət Muzeyində saxlanılır.

Значение слова в других словарях