Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Arcade Fire
Arcade Fire (Arkeyd Faer) – Kanada Alternativ rok və İndi-rok rok qrupu. Qrup 2003-ci ildə Monrealda evli cütlük Uin Batler və Redjin Şassen'in birgə düetindən sonra yaranmışdır. Qrupun üç albomu yüksək dərəcəli təqdirə layiq görüldü. Qrupun Funeral (2004) albomu MTV'nin "İlin ən yaxşı 50 albomu" (50 Greatest Albums of the Year) siyahısında birinci yeri tutdu və Qremmi mükafatının 2 nominasiyası ilə təltif edildi. Qrupun ikinci albomu Neon Bible (2007) Kanadanın və İrlandiyanın albom siyahılarına başçılıq edirdi. ABŞ'da və Böyük Britaniyada ikinci yerə qədər qalxan albom, 2007-ci ildə Q (jurnal) tərəfindən "İlin ən yaxşı albomları" siyahısında 1-ci yerə layiq görüldü. 2008-ci ildə albom Brit Awards'da namizədliyini irəli sürdü və "Best Alternative Album of the Year" nominasiyasında Juno Awards laureatı aldı. Qrupun üçüncü albomu The Suburbs 2010-cu ildə ən yaxşı albom kimi Qremmi mükafatı aldı.
Eternal Fire
Eternal Fire – 2021-ci ildə Furkan Güven tərəfindən yaradılmış Türkiyə kiberidman klubu. Klubun "League of Legends", "Counter-Strike: Global Offensive" və "Valorant" bölmələri fəaliyyət göstərir. 2023-cü ildə "5 Ronin" klubunun Türkiyə Çempionluq Liqasından kənarlaşdırılmasının ardından "Eternal Fire" öz komandasını yaradacağını və yay splitinə qatılacağını açıqlamışdır. Komandanın heyəti hələ ki, məlum deyil.
Dance of Fire
Dance of Fire — Əzizə Mustafazadənin 1995-ci ildə çıxan üçüncü albomu. Albomun dünya üzrə təqribən 2 milyondan çox nüsxə satışı qeydə alınmışdır.
Start a Fire
Start a Fire — Azərbaycanın 2014 Avroviziya Mahnı Müsabiqəsindəki Dilarə Kazımova tərəfindən ifa edilən mahnı. Mahnının sözlərinin və musiqisinin müəllifləri isveçli Stefan Örn, Yohan Kronlund və Alessandra Günthartdırlar. Dilarə Kazımovanın mahnısında Azərbaycan milli musiqisinin aləti olan balabandan istifadə olunmuşdur və həmçinin klipdə də balaban göstərilmişdir.
The Tortured Poets Department
The Tortured Poets Department (azərb. İşgəncələrə məruz qalmış şairlər departamenti‎) — ABŞ musiqiçisi Teylor Sviftin sayca on birinci studio albomudur. 19 aprel 2024-cü ildə Republic Records tərəfindən yayımlanmış albomun prodüsserliyi Teylor Svift, Cek Antonoff, Aaron Dessner və Patrik Berger tərəfindən edilmişdir. 4 fevral 2024-cü ildə ənənvi Qremmi mükafatı təqdim edilmə mərasimi zamanı "Midnights" adlı (2022) onuncu albomu ilə "Ən yaxşı Pop Vokal Albomu" kateqoriyasında qalib gələn Svift, çıxışı zamanı yeni albomunu elan etmişdir.
Fire of Love (Pali się)
Fire of Love (Pali się) (azərb. Sevgi atəşi (Yan)‎) — Polşanın 2019 Avroviziya Mahnı Müsabiqəsindəki mahnısı. Tulia qrupu "Fire of Love (Pali się)" mahnısı ilə Polşanı İsrailin Tel-Əviv şəhərində keçirilən Avroviziya 2019-da təmsil etmişdir. Mahnının musiqisi və sözləri Sonya Krasnıy, Allan Riç və Cud Fridmana aiddir.
Mount & Blade: With Fire & Sword
Mount & Blade: Odla və qılıncla (İngilis dili ndə: Mount & Blade: With Fire & Sword) orta əsrlər mövzusuna aid bir rol oynamalı videooyundur. TaleWorldsun icazəsi ilə Sich Studio adlı bir rus şirkəti tərəfindən hazırlanmış oyun, 2008-ci ildə buraxılmış oyun Mount & Blade üçün müstəqil bir genişləndirmə paketidir. Paradox Interactive tərəfindən dünyada 3 may 2011-ci ildən istifadəyə verilmişdir. XVII əsr Avropasında baş verən hekayədə bəzi personajlar Nobel mükafatı laureatlı müəllif Henrik Senkeviçin Odla və qılıncla adlı kitabından götürülmüşdür. Hadisələr XVII əsr Avropasında baş verir. Xəritə Qara dənizdən Skandinaviyaya qədər uzanır. Oyunda olan xəritədəki şəhərlər əsl memarlıq formasında miqyasları kiçildilmişdir. Şəhərlər kifayət qədər böyükdür. Binalar və onların daxili strukturları çox xırda detallarına qədər göstərilmişdir. Şəhərlərdə yeraltı zirzəmilər/tunellər mövcuddur.
Burn Your Fire for No Witness
Burn Your Fire for No Witness — ABŞ müğənnisi Encel Olsenin(en) ikinci studiya albomu. 17 fevral 2014-cü ildə Jagjaguwar tərəfindən buraxılıb.
Departament
Departament (fr. département — bölmə): Departament (inzibati-ərazi vahidi) — bir sıra ölkələrdə inzibati-ərazi vahidi: Fransa, Argentina, Kamerun və s. Departament (bölmə) — bir sıra ölkələrdə nazirlik və ya onun baş idarələri.
Firn
Firn (alm. Frin- keçənilki, köhnə‎) — qar sərhəddindən yuxarıda, buzlağın qidalanma sahəsində düşən qarın günəş şüalarının təsiri altında əriməsi, gecə isə donması nəticəsində əmələ gələn buz kristalları (ölçüsü 5–10 mm-ə qədər). Firn tədricən sıxlaşır, bərkiyir və buzlaq buzuna çevrilir. Firn hövzəsi bərk atmosfer çöküntülərinin gəliri buxarlanmaya və əriməyə sərf edilən miqdardan üstün olduğu, qar sərhəddindən yuxarıda yerləşən sahədir. Firn hövzəsinə buzlağın qidalanma sahəsi də deyilir.
Tire
Tire (—) (fr. tiret, tirer - çəkmək) durğu işarəsi. Sintaktik konstruksiyaları bir-birindən ayırmaq, fərqləndirmək üçün istifadə olunur. Adətən, cümlədə fikrin istiqamətini (gedişini) dəyişdirmək və ya kəsmək, eləcə də aydınlaşdırıcı şərhi seçdirmək üçün istifadə olunan punktuasiya işarəsi (––). Bu ingilis terminində bəzi şriftlərdə baş M hərfinin eninə bərabər olan mətbəə ölçüsü vahidinin (em) adından istifadə olunub; eynienli (MONOSPACE) şriftlərdə uzun tireni göstərmək üçün çox zaman iki ardıcıl defisdən istifadə olunur.
Bekuy (departament)
Bekuy — Burkina-Fasonun Tuy vilayətinə daxil olan departament. İnzibati mərkəzi Bekuy qəsəbəsində yerləşir.
Bolivar (departament)
Bolivar (isp. Bolívar) — Kolumbiya departamentlərindən biri, ölkənin şimal hissəsində yerləşir. Şimalda Karib dənizi ilə sərhəddir. İnzibati mərkəzi - Kartaqena şəhəridir.
Drom (departament)
Drom (fr. Drôme, oks. Droma) — Fransa cənub-şərqində yerləşən Overn-Rona-Alp regionun departamentlərindən biri. Sıra nömrəsi — 26. İnzibati mərkəzi — Valans. Əhalisi — 499.313 nəfər (departamentlər arasında 53-cü yer, 2010-cu ilin məlumatları). Ərazisi — 6530 km². Rona və Drom çayları departamentdən axır. Departamentə 3 rayon, 36 kanton və 369 kommun daxildir. Drom departamentinə 3 rayon daxildir: Valans (Valence) Di (Die) Nyon (Nyons) Drom — 1790-cı ilin martında Böyük Fransız İnqilabı dövründə yaranan ilk 83 departamentdən biridir.
Du (departament)
Du(fr. Doubs) — Fransa şərqində departament, Burqundiya-Franş-Konte regionun departamentlərindən biridir. Sıra nömrəsi— 25. Departamentin inzibati mərkəzi və bütün bölgənin prefekturası Bezanson şəhəridir. Əhalisi — 542,509 nəfər (departamentlər arasında 50-ci yer, 2010-cu ilin məlumatları). Ərazisi — 5234 km². Yura dağ sisteminin yaxınlığı ilə müəyyən edilir. Departamentdə 3 rayon, 35 kanton və 594 kommun daxildir. Du — 1790-cı ilin martında Böyük Fransız İnqilabı dövründə yaranmış ilk 83 departamentdən biridir. Keçmiş Franş-Konte əyalətinin ərazisində yerləşir.
Dənizaşırı departament
Dənizaşırı departament (fr. Département d’outre-mer et région d’outre-mer) — Fransanın dənizaşırı ərazilərədə yerləşən torpaqları ifadə edən termin. Sözügedən ərazilər, əvvəllər Fransanın müstəmləkələri olub, II Dünya müharibəsindən sonra ölkənin departamentlərinə çevirilmişdir. Avropa qitəsində, Fransaya tabe olan Korsika adası dənizaşırı departament statusunda sayılmır. Dənizaşırı departamentlər eyni zamanda Avropa Birliyinin bir parçası hesab olunur. Pul vahidləri avrodur. Buna baxmayaraq, dənizaşırı bölgələri şengen razılaşmasına daxil deyildir. Avropa Parlamentində üç millət vəkili ilə təmsil olunmaqdadırlar.
En (departament)
En (fr. və oks. Ain) — Fransanın şərqindəki Overn-Rona-Alp regionunun departamentlərindən biri. Sıra nömrəsi — 1. İnzibati Mərkəzi —Burk-an-Bres. Sahəsi — 5762 km². Departament Yura dağlarının cənub sahilləri üzərində Rona və Sona çayları arasında yerləşir. En - 1790-cı ilin mart ayında Böyük Fransız İnqilabı dövründə yaranmış ilk departamentlərdən biridir. Adı En çayından gəlir. VikiSəyahətdə En (departament) haqqında səyahət məlumatları var.
Ena (departament)
Ena departamenti Fransanın şimalında O-de-Frans regionunda yerləşir. Əhalisi 539 783 nəfərdir (2014). Departamentin ərazisindən Ena çayı keçir ki, departamentdə onun şərəfinə adlandırılıb. Əvvəllər onun adı Esko, Marna, Uaza, Somma olmuşdur. Ümumi sahəsi 7369 kv.km-dir. Departamentin əsas şəhərləri Sen-Kanten, Sason, Lan, Şato-Terri, Şoni, Viller-Kotredir. Əhali əsasən fransız dilində danışır. Bəzən onlar pikard ləhcəsi ilə də danışıllar, cənubunda isə şampan dialekti üstünlük təşkil edir. Parisin əsas kənd təsərrüfat sahəsidir. Əsasən şəkər çuğunduru, taxıl və kartof əkilir.
Dire Straits
Dire Straits — Böyük Britaniya rok-qrupu. 1977-ci ildə jurnalist və müəllim olan Mark Nopfler, qardaşı Devid Nopfler , Con İllsli və Pik Uizers tərəfindən yaradılmışdır. Ən çox satılan albomları Brothers in Arms albomudur (30 milyondan çox kopyası satılıb). Həmçinin, dünyanın ən çox albom satan qrupudur, ümumi satış 120 milyonu keçirdi. Qrup ilk illərdə pub-rock ifa edirdi. Qrupun musiqisinə bir çox janrlar təsir etmişdir (caz, kantri, folk, blyuz) və bit-musiqiyə yaxınlaşmışdır. Mahnılarının çoxu melanxolik idi. Qrupun məşhurlaşmasında əsasən Mark Nopflerin rolu olmuşdur. Dire Straits qrupunu Nopfler qardaşları, Con İllsli və Pik Uizers 1977-ci ildə yaratdılar. Qrupun adını Uizersin musiqiçi dostu təklif etmişdir.
Fira Cəlilova
Fira Cəlilova (Firuzə Ümid qızı İskəndərova; 26 iyun 1983, Bakı şəhəri, Azərbaycan SSR) — Azərbaycan jurnalisti Firuzə Ümid qızı İskəndərova 1983-cü ildə Bakı şəhəridə anadan olub. 2000-ci ildə Bakı Dövlət Universitetinin jurnalistika fakültəsinə daxil olub. 2004–2006 Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsi, magistr dərəcəsi, 2006–2007 ​Bakı Pedaqoji Kadrların İxtisasartırma və Yenidən Hazırlanma İnstitutunun Məktəbəqədər Təhsil fakültəsində. Təhsil fakültəsi. İxtisas pedaqoq–psixoloq təhsilini başa vurub. Sonradan 2008–2013 ​ Təhsil Problemləri İnstitutunun Məktəbəqədər bölməsinin pedaqogika üzrə fəlsəfə doktoru proqramı üzrə Doktoranturada təhsil alaraq "Məktəbəqədər təhsil müəssisələrində interaktiv təhsil metodlarından istifadə" mövzusunda dissertasiya işi müdafiə edərək pedaqogika üzrə fəlsəfə doktoru elmi dərəcəsi alınmışdır. 2000 – 2004 ​Space Müstəqil Teleradio şirkətinin müxbir və teleaparıcısı kimi fəaliyyətə başlayıb. 2004 – 2005 ​Sabunçu rayonu 105 saylı körpələr və uşaq bağçasının metodisti. 2005 – 2012 ​Sabunçu rayonu 105 saylı körpələr və uşaq bağçasının müdiri. 2012 – 2014​ Bakı şəhər İcra Hakimiyyəti tabeliyində olan Məktəbəqədər Təhsil Müəssisələri və Uşaq Evləri İdarəsinin sektor müdiri.2014 – 2016 ​Azad Azərbaycan Müstəqil Teleradio şirkətinin layihə rəhbəri və teleaparıcısı 2016 – 2018​ Xəzər Media Mərkəzinin layihə rəhbəri və teleaparıcısı.
Fira Rüstəmbəyova
Fira Rüstəmbəyova — Azərbaycanın Əməkdar memarı. Yasamal rayonu, C. Cabbarlı küçəsində yaşayış binası. 1974-cü il (Nazim Hacıbəyov və Vadim Şulgin ilə ortaqlı) 2018-ci ildə "Azərmarka" tərəfindən buraxılmış Azərbaycan Memarlar İttifaqına həsr olunmuş "Markalı kitabda"kı 12 markadan biri Fira Rüstəmbəyovaya həsr edilmişdir.
Firn hövzəsi
Firn hövzəsi — (rus. фирновый бассейн, ing. region of alimentation of glasier, zone of snow supply) buzlağın qidalanma sərhəddindən yuxarıda yerləşən hissəsi. Burada sülb atmosfer çöküntülərinin miqdarı onların ərimə və buxarlanma sərfindən çoxdu.
Jargon file
Jargon File- proqramçı slenqindən ibarət sözlük. Haker slenqinə və haker mədəniyyətinə aid 2300 söz və icmal məqalələrdən ibarətdir. İlk tərtibçi Rafael Finkel (Raphael Finkel) olmuşdur. İsmayıl Calallı. İnformatika terminlərinin izahlı lüğəti. 2017, “Bakı” nəşriyyatı, 996 s.
Laissez-faire
Laissez-faire (azərb. buraxın etsinlər‎) — iqtisadiyyati sistem, harda ki, dövlət iqtisadiyyata müdaxilə etməməlidir. Adam Smit qanununu mənimsəmişdir. Dövlətin müdaxiləsi xüsusi sektorun çıxara bilmədiyi və ya edə bilmədiyi mövzularda olmalıdır; müdafiə etmə, təhlükəsizlik, ədalət kimi. Əgər dövlət çox vergi alsa, vergilər istehsalı qısacağından ötəri ölkə durğunluqla qarşı-qarşıya qala bilər. Bu müdaxilə həm iç həm də xarici iqtisadiyyat üçün etibarlıdır. Əgər dövlət vergilərlə bir malın idxalatını azaltsa bu, içəridə o malın istehsalının təkəlləşməsini artırmaqdadır. Beynəlxalq əmək bölgüsündən faydalanmaq üçün məhsulların ölkələr arasında sərbəstcə mübadilə edilməsi lazımdır.
Necla Fide
Necla Fide (1958-ci il, İstanbul) – Türk aktrisasıdır. Müxtəlif erotik və macəra janrlı filmlərdə iştirak etmişdir. Həmçinin, Necla bir neçə müddət modellik karyerasında çalışmışdır. 1986-cı ildən başlayaraq film karyerasına bir müddət ara verir. 2008-ci ildə televiziyaya qayıdaraq "Son cəllad" filmində rol almışdır. Məşhur türk serialları olan "Akasya durağı", "Eşref saati", "Kiçik qadınlar", "Dodaqdan qəlbə", "Yarpaq tökümü" seriallarında iştirak etmişdir.
Qabriel Fore
Qabriel Urben Fore (fr. Gabriel Urbain Fauré; 12 may 1845[…], Pamye[d] – 4 noyabr 1924[…], Paris) — fransız bəstəkar və müəllim. Qabriel Fare 12 may 1845-ci ildə Fransanın Pamye şəhərində müəllim ailəsində dünyaya gəlmişdir. 9 yaşı olanda Lui Nidermeyerin rəhbərlik etdiyi Kilsə musiqi universiteti nəzdində olan məktəbə daxil olmuşdur. Burada kilsəyə lazım olan orqan və xor ifaçılarını yetişdirirdilər. 1870-ci ildə Fransa-Prussiya müharibəsinin başlanması ilə Fore əsgərliyə çağırılmış və Parisin müdafiəsində iştirak etmişdir. Daha sonra Kilsə musiqi universiteti ilə birlikdə İsveçrəyə getmişdir. Qayıtdıqdan sonra əvvəlcə Sen-Lyulpis, 1874-cü ildə isə Madlen kilsəsində işləməyə başlamışdır. 1898-ci ildə Londona səfər etmiş və orada Moris Meterlink pyesi əsasında olan tamaşaya öz musiqisi ilə dirijorluq etmişdir.1905-ci ildə Paris konservatoriyasının direktoru olmuşdur. Ömrünün axırlarında eşitmə qabiliyyətini itirmiş və 1920-ci ildə direktor vəzifəsindən imtina etmişdir.
Uzun tire
Tire (—) (fr. tiret, tirer - çəkmək) durğu işarəsi. Sintaktik konstruksiyaları bir-birindən ayırmaq, fərqləndirmək üçün istifadə olunur. Adətən, cümlədə fikrin istiqamətini (gedişini) dəyişdirmək və ya kəsmək, eləcə də aydınlaşdırıcı şərhi seçdirmək üçün istifadə olunan punktuasiya işarəsi (––). Bu ingilis terminində bəzi şriftlərdə baş M hərfinin eninə bərabər olan mətbəə ölçüsü vahidinin (em) adından istifadə olunub; eynienli (MONOSPACE) şriftlərdə uzun tireni göstərmək üçün çox zaman iki ardıcıl defisdən istifadə olunur.
İssiaka Cire
Fine Line
Fine Line — İngiltərə müğənnisi Harri Staylsın ikinci studiya albomu. 13 dekabr 2019-cu ildə Columbia Records tərəfindən buraxılıb.
Er (departament)
Ör (fr. və norm. Eure) — Fransanın şimalında yerləşən, Normandiya regionun departamentlərindən biri. Sıra nömrəsi — 27. İnzibati mərkəzi — Evrö. Əhalisi — 598 347 nəfər (departamentlər arasında 43-cü yer, 2014-cü ilin məlumatları.). Ör Dənizkənarı Sena, Uaza, Val-d’Uaz, İvelin, Ör və Luar, Orn və Kalvados departamentləri ilə sərhəddir. Ərazisi — 6040 km². Sena çayı və onun qolları Ör, Ept, Andel və digərləri departament vasitəsilə axır. Departamentin əsas şəhərləri Bove, Kompyen, Krey, Nojan-sür-Uaz, Sanlis, Krepi-an-Valua, Meryü, Nuayon, Montater, Klermon.
Ero (departament)
Ero (fr. Hérault [eʁo],, oks. Erau [eˈraw], kat. Erau) — Fransa cənubunda yerləşən Oksitaniya regionun departamentlərindən biri. Sıra nömrəsi — 34. İnzibati mərkəzi — Monpelye. Əhalisi — 1,062,617 nəfər (departamentlər arasında 21-ci yer, 2010-cu ilin məlumatları). Ərazisi — 6101 km². Şimalda Sevenna dağ massivi yerləşir. Od, Orb, Ero, Vidurl və s.
Jer (departament)
Jer (fr. Gers, oks. Gers) — Fransa cənub-qərbində, Pireney dağətəyində yerləşən, Oksitaniya regionunun departamenlərindən biri. Sahəsi — 6257 km². İnzibati mərkəzi — Oş. Adı Jer çayından gəlir. Departamentə 31 kanton daxildir. Cənub hissəsi və şimaldan tədricən cənubdan şimala qədər, Qaron vadisinə və şərqdən qərbə qədər gedən buzlaq və çay çöküntülərindən ibarət olan Armanyak platosudur. Plato Adur, Jer, Jemon, Baiz və Qaron hövzəsinə aid olan çayların vadilərini kəsişir. Torpağı gil-silikondur.
Kalvados (departament)
Kalvados — Fransanın şimal-qərbində yerləşən Aşağı Normandiya regionunun tərkibinə daxil olan departament. İnzibati mərkəzi Kan şəhəridir. Kalvados departamentinin tərkibinə 4 dairə, 49 kanton və 706 kommuna daxildir.
Birə
Birə — müxtəlif bakteriyaların, virusların, parazit qurdların və xəstəlik törədən ibtidailərin daşıyıcılarıdır. Onlar məməlilər, quşlar va digər heyvanların üzərində və yuvalarında yaşayır. Birələr qanla qidalanır. Bəzi növləri qansormadan 18 aya qədər yaşaya bilir. Fəallığından asılı olaraq onları qış və yay birələri adlandırırlar. Taun xəstəliyinin yayılması yetkin birələr vasitəsilə həyata keçirilir. Onlar gəmiricilər üzərində yaşayıb xəstəliyin yayılmasına (epidemiyalara) səbəb olur. Birələr həm də tulyaremiya, qarayara, bruselyoz, cüzam və s. xəstəliklərin törədicilərini də daşıyır. Birələr - qansoran həşəratlar qrupuna daxildir.
Cirə
Cirə (lat. Cuminum) — bitkilər aləminin çətirçiçəklilər dəstəsinin çətirkimilər fəsiləsinə aid bitki cinsi. Bu cinsə 4 qəbul edilmiş növ daxildir. Cins 1753-cü ildə Karl Linney tərəfindən Species Plantarum-da təsvir edilmişdir. Tipik növü adi cirədir (lat. Cuminum cyminum). Cuminum borszczowii (Regel & Schmalh. ) Koso-Pol. Adi cirə (Cuminum cyminum L.) Cuminum setifolium (Boiss. ) Koso-Pol.
FIDE
FİDE (fr. Fédération Internationale des Échecs, FIDE) — beynəlxalq şahmat federasiyası, idman təşkilatı. Şahmatın inkişafı və populyarlaşması ilə məşğul olur. Əsası 1924-cü ilin 20 iyulunda Parisdə qoyulmuşdur. 158 milli federasiya, o cümlədən Azərbaycan Şahmat Federasiyası FİDE-nin üzvüdür (2011). Bayrağı, himni və devizi ("Gens una sumus" –"Biz hamımız bir ailəyik") vardır. 1980 ildən YUNESKO-nun üzvüdür. Mənzil qərargahı Afinadadır. Rəsmi dilləri: fransız, rus, ingilis, alman və ispan. FİDE kişilər və qadınlar arasında dünya və Avropa çempionatları (şəxsi və komanda), Ümumdünya şahmat olimpiadaları (1927 ildən kişilər və 1957 ildən qadınlar arasında) və başqa böyük yarışlar keçirir.
Lirə
Türk lirəsi — Türkiyə Respublikasının pul vahidi. Kipr lirəsi — Kipr Respublikasının pul vahidi. Livan lirəsi — Livanın pul vahidi. Malta lirəsi — Maltanın pul vahidi.
Tirə
Tirə (rus. гряда, ing. ridge) — müxtəlif mənşəli uzunsov, nisbətən alçaq, müsbət relyef formalarının ümumi adı /mis: moren, oz, qum, sualtı, ada tirələri və s./.
Şirə
Şirə və ya Meyvə suyu — maye halında olan qida məhsuludur, demək olar ki, dünyanın bütün ölkələrində məşhurdur. Ən yeməli, keyfiyyətli, yetişmiş meyvələrdən və tərəvəzlərdən hazırlanan şirələr daha çox yayılmışdır, lakin elə şirələrdə var ki, bitkilərin gövdələri, kökləri, yarpağlarından alinir (məsələn, şəkər qamışı şirəsi, kərəviz şirəsi). İstehlakçıların nöqteyi-nəzərindən, şirələr ənənəvi olaraq üç növə bölüşürlər: Təzə sıxılmış şirə — istehlakçıların iştirakı ilə istehsal edilən şirə. Birbaşa sıxılmış şirə — ən yaxşı yetişmiş meyvə və tərəvəzdən hazırlanmış, pasterizə olunub və asseptik paketlərə, şüşə qablarina doldurulmuş şirə. Bərpa edilmiş şirə — qatılaşdırılmış şirəni içməli su ilə qarışdıraraq istehsal edib, asseptik qablara doldurulan şirə.
Zirə
Zirə (Xəzər) — Bakı şəhərinin Xəzər rayonu ərazisində qəsəbə. Zirə bələdiyyəsi — Azərbaycan Respublikasının Bakı şəhəri Xəzər rayonunda bələdiyyə. Zirə (bitki) — Çətirçiçəklilər fəsiləsindən çoxillik ot bikisi cinsi. Zirə şərbəti — Azərbaycanda içki Zirə FK - Futbol klubu Böyük Zirə — Xəzər dənizinin Azərbaycana aid hissəsində yerləşən ada. Kiçik Zirə — Xəzər dənizinin Bakı körfəzində eyni adlı arxipelaqa aid olan ada Xərə Zirə — Xəzər dənizində, Bakı arxipelaqında ada. Daş Zirə — Xəzər dənizində, Abşeron yarımadasının şərq küncündə yerləşən ada. Adi zirə — zirə cinsinə aid bitki növü. Qara zirə — Əkin qaraçörəkotu Qara zirə yağı — müalicəvi xüsusiyyətə malik bitki yağı.
Kaketa (departament)
Kaketa (isp. Caquetá) — Kolumbiyanın departamentlərindən biri, inzibati mərkəzi - Florensiya şəhəri, departamenti 1982-ci ildə prezident Xulio Sezar Turbay Ayalo tərəfindən yaradılmışdır.
Kordova (departament)
Kordova (isp. Córdoba) — Kolumbiyanın departamentlərindən biri, ölkənin şimalında, Karib düzənliyində yerləşir. Şimaldan Karib dənizi, şimali-şərqdə Sukre departamenti, şərqdə Bolivar departamenti və cənubda isə Antokiya departamenti ilə sərhəddir. İnzibati mərkəzi Monteriya şəhəridir. Departamentin adı, Kolumbiyanın müstəqilliyi üçün çalışan General Xose Maryia Kordovanın adından götürülmüşdür.
Lo (departament)
Lo (fr. Lot, tələffüzü «lot»; oks. Òlt, Òut) — Fransa cənub-qərbində yerləşən, Oksitaniya regionun departamentlərindən biri. Sıra nömrəsi — 46. İnzibati mərkəzi — Kaor. Ərazisi — 5217 km². Departamentin ərazisində Lo və Sele çayları axır. Region şərabçılıq ənənələri ilə məşhurdur (rus. Cahors şərabının adı Kaor şəhərindən gəlir). Departamentə 3 rayon, 31 kanton və 340 kommun daxildir.
Luara (departament)
Luara (fr. Loire, oks. Léger) — Fransa şərqində yerləşən, Overn-Rona-Alp regionun departamentlərindən biri. Sıra nömrəsi — 42. İnzibati mərkəzi — Sent-Etyen. Əhalisi — 766 729 nəfər (departamentlər arasında 28-ci yer, 2010-ci ilin məlumatları). Ərazisi - 4781 km². Departament keçmiç Luar vadisində yerləşir. Departamentə 3 rayon, 40 kanton və 327 kommun daxildir. Luara departamenti 1793-cü il martın 4-dən etibarən mövcud olan Rona-Luara departamentinin bölünməsi nəticəsində 1993-cü il noyabrın 19-da yaradılmışdır .
Luare (departament)
Luare ( fr. Loiret) — Fransada yerləşən, Mərkəz-Luara vadisi regionun departametindən biri. Sıra nömrəsi — 45. İnzibati mərkəzi — Orlean. Əhalisi — 674 913 nəfərdir (2010). Ərazi — 6,775 km² əhatə edir. Luare — 1790 mart ayında Böyük Fransız İnqilabı əsnasında yaradılan ilk 83 departamentdən biridir. Keçmiş Orlean vilayətinin ərazisində yerləşir. Adı Luare çayından gəlir. Departament 1,669,335 hektar (675,555 hektar) ərazisində 975,000 hektar (395 min hektar) əkilir, 100 min hektar (40 min hektar) üzüm, 60 min hektar (24,000 hektar) otlaq, 280 min hektar 110.000 hektar) 16.000 hektar (6.500 hektar) əkin və bağlar 140.000 hektar (57.000 hektar) məhsuldar bataqlıqlar və çirkab sulardır.
Manş (departament)
Manş (fr. Manche, norm. Maunche) — Fransanın şimal-qərbindəki Normandiya regionun departamentlərindən biri. Prefekturası — Sen-Lo. Manş, Normandiyanın inzibati regionun bir hissəsidir və Kalvados, Orn, Mayen, İl və Vilen departamentləri ilə sərhəddir. Kotanten yarımadasında yerləşən departamentin ərazisi ingilis kanalının bütün qərb sərhədində, eləcə də şimal və şimal-şərqdə yuyulur. Sahilinin uzunluğu 350 kilometrdir. Geologiya baxımından, depatamentin ərazisi Armorican Rise yerləşir. Departament mənzərəsi əsasən Norman aiddir. Departamentdə əsasən kənd əhalisi yaşayır.
Maqdalena (departament)
Maqdalena (isp. Magdalena) — ölkənin şimal hissəsində yerləşən, Kolumbiya departamenti. İnzibati mərkəzi - Santa Marta şəhəridir.