Kirəç-Muğanlı
Kirəç Muğanlı — Marneuli rayonunda kənd adı. Anaxatır çayının sahilində, Marneuli düzənliyində yerləşir. Dəniz səviyyəsindən 280 m hündürlükdədir. Marneuli şəhərinə olan məsafə 40 kilometrdir.
== Toponimkası ==
Kirəç Muğanlı- Marneuli rayonunda kənd adı.Gürcücə yazılışı Kiraç Muqonlo.Azərbaycanda Kirəcbulaq (Qax rayonu,Tasmalı kəndində), Kirəçbulaq (Zaqatala rayonunda Ələskər kəndində) adları ilə mənşəcə eynidir.Muğanlı elinin məskunlaşması nəticəsində yaranmış məntəqələrdəndir.İrəvan əyalətində Kiraşlu (Kirəcli) ,Qars əyalətinin Oltin dairəsində Kiraşlı - Koltəpə (dağ adı),Kiraşli göl və Batum əyalətinin Artvin dairəsində Kiraç dağ toponimləri ilə eynidir.Azərbaycan dilində "kirəc"sözündəndir.Azərbaycanda Qazax qəzasında (indi Ermənistanın Noyemberyan rayonunda) Kirəşdərə qışlaq adı ilə eynidir.
== Əhali ==
Əhalisi 2002-ci il siyahıalınmasına görə 1155 nəfərdir, 99% tərkibi azərbaycanlılardan ibarətdir. 2014-cü il göstəricilərinə görə əhalinin sayı azalaraq 1102 nəfər təşkil edib.
== İqtisadiyyatı ==
Əhali əsasən kənd təsərrüfatı, qoyunçuluq və maldarlıqla məşğul olur. Kəndin drenaj sisteminin yararsız olması səbəbindən yağışlar nəticəsində tez-tez kəndi sel basır.
2019-cu ilin dekabr ayında ilk dəfə olaraq Kirəс-Muğanlı kəndinə təbi qaz verilib.