Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Fliqeli burnu
Fliqeli burnu — Rudolf adasının ucqar şimak-şərq nöqtəsidir. Burun Frans-İosif Torpağına daxil olan adada yerləşir (Rusiya, Arxangelsk). Burun istər Rusiya və Avropa istərsə Avrasiyanın adada yerləşən ucqar nöqtəsi hesab edilir. Burun avstriyalı kartoqraf Avqust fon Fliqelinin şərəfinə adlandırılır (1811—1879). İlk dəfə 12 aprel 1874 ildə «Teqetrof» gəmisində aşkarlanmışdır. Burunda olan ilk insanlar matros Antoniyo Zaninoviç, miçman Eduard Orel və ekspedisiya rəhbərlərindən biri olan Yolius Payer olmuşdur. 2003-ci ildə burunda 300 kq-lıq xaç abidəsi qoyulmuşdur.
İrina Fliqe
İrina Anatoliyevna Fliqe (rus. Ирина Анатольевна Флиге; 25 yanvar 1960, Leninqrad) — Sovet və Rusiya hüquq müdafiəçisi, repressiyalar tarixinin tədqiqatçısı, uzun müddət Sankt-Peterburq Memorial Araşdırmalar Mərkəzinin direktoru (2002-ci ildən). İrina Anatoliyevna Fliqe 25 yanvar 1960-cı ildə Leninqradda anadan olub. 1977-ci ildə məktəbi bitirdikdən sonra Leninqrad Dövlət Universitetinin riyaziyyat-mexanika fakültəsinə daxil olub. Bir il sonra Gəmiqayırma İnstitutuna daxil olanda oranı tərk edib, lakin sonradan orda da tədrisə başlamayıb. 1976-1979-cu illərdə “Sol müxalifət” marksist gənclər qrupunun üzvü olub. 1978-ci ildə İrina Venyamin İofe ilə tanış olub. 1978-ci ildə dissident Andrey Reznikovla nigaha girib. 1981-ci ildə İrina Flieqe ikinci övladına hamilə olarkən Leninqrad Dövlət Universitetinin coğrafiya fakültəsinə daxil olur. İrina Flieqe 1988-ci ildə universiteti bitirib, rəsmi olaraq dördüncü və beşinci övladına qulluq etmək üçün iki akademik məzuniyyət götürmək məcburiyyətində qalıb.
Flotel
Flotel (üzən otel) — su hövzələrinin mərkəzlərində, gəmidə yerləşən mehmanxana. Flotellər daha çox neft sənayesində, liman bölgələrində və s. kimi yerlərdə çalışan işçilər üçün nəzərdə tutulur. Flotel ideyası ilk dəfə irəli sürüləndə ekipajın qazma işlərini fasiləsiz həyata keçirə bilməsi üçün dəniz qurğusunun yaxınlığında yerləşdirilmiş yarıdalma platforma kimi hazırlanmışdır.
Flüger
Flüger — küləyin istiqamətini təyin etmək üçün işlədilən avadanlıq. Flügerlər bir sıra hallarda binaların hündür hissələrində memarlıq ornamenti olaraq istifadə olunur.
Üliger
Üliger (Monqol: Улгэр), monqol və buryat xalq mədəniyyətində nağıllara və mifoloji əhvalatlara verilən ümumi bir addır. Buryatlar və digər sibir qəbilələri arasında şifahi ənənələrinin əhəmiyyətli bir hissəsidir və digər funksiyaları arasında, Buddist əhvalatlarını şifahi olaraq çatdırmaq üçün də istifadə edilmişdir. Şifahi ənənə göz önünə alındığında, monqol ədəbiyyatında ağızdan ağıza köçürülən hekayələrin əhəmiyyətli bir qisimini meydana gətirərlər. Bu əhvalatlar, "Ülgerci" və ya "Üligerçin" (İngilis: ulgerchi və ya uligershin) deyilən kəslər tərəfindən xüsusilə yaylı alətlər yoldaşlığında oxunur. Üliger (Türkçe "Ülger") sözü şeir şəklindəki nağıl, fövqəladə öykü mənasını verər. Nəsilə nəsilə köçürülən əhvalatlardan ibarətdir. Monqolustanda 1960-ci ildə Üligerləri yığmaq üçün "Üliger Evi" (Monqol: Улгэрийн танхим, Rus: Палата Ульгэров) adı verilən xüsusi bir müəssisə yaradıldı. Burada hal-hazırda 250dən çox Üliger'in olduğu bilinməkdədir. Üligerler ümumiyyətlə tarixi və mifolojik qəhrəmanların əfsanələrini izah edərlər. Ümumiyyətlə qış aylarında tonqal ətrafında izah edilən bu əhvalatlarda ortaq bir motiv olaraq şəri ümumiləşdirən "Manqus" adlı bir əjdaha var.
Beigel
Beyql (ing. Bagel; idiş בײגל‎, translit: beygl; pol. bajgiel; həmçinin beigel) — ABŞ, Kanada və Böyük Britaniyada geniş şəkildə istehlak edilən mayalı xəmirdən hazırlanmış qalın və halqa şəkilli çörək növü. İlk dəfə 17-ci əsrdə Aşkenazi yəhudiləri Polşada ortaya çıxarılan beyqlın istehsalında maya, un, şəkər, duz və su istifadə edilir. Dad baxımından küncütsüz simiti xatırladır. İlk zamanlar yəhudilər tərəfindən istehlak edilən bagel, sonralar ABŞ və Kanadaya yayılmışdır. Amerikada xüsusilə, Nyu-York və Kaliforniya ştatlarında çox istehlak edilir. Simitdən fərqli olaraq suda qaynadılan bagelin küncütlü, çörəkotulu, sarımsaqlı, soğanlı, xaş-xaşlı növləri vardır.
Fisel
Fisel (fr. Ficelle)- Bagetə oxşar, lakin çox incə çörək növüdür. Fisel (ficelle) sözü Fransızca "sim" deməkdir. Baget kimi, bu çörək növünündə sərt, qəhvəyi rəngli qabığı və çoxlu hava boşluğu var.
Rigel
Riqel ulduzu Beta Orion bürcünün ulduzu kimi təyin olunmuşdur, gecə səmasında 17-ci parlaq ulduzdur və eyni zamanda Orion bürcünün ən parlaq ulduzudur. Görünən ulduz ölçüsü 0.13-dür, parlaq ulduz Yerdən təxminən 863 işıq ili qədər uzaq məsafədədir. Ulduz əslində Yerdən 3 və ya 5 ulduzdan ibarət misilli ulduz sistemi kimi görünür, əsas ulduz Riqel A xüsüsiyyətlərini hesablamaq üçün istifadə olunan üsuldan asılı olaraq hər yerdə 120,000 −279,000 Günəş parlaqlığı dəfə parlaq olan mavi-ağ rəngli ifratnəhəng olduğu hesab edilir. Nüvəsindəki hidrogen tükənmişdi və 79–115 Günəş radiusuna kimi artır. Kvazi-perodikliyə pulsasiya edir və dəyişən Alfa Siqney ulduzuna təsnif edilir. Digər komponenti olan Riqel B-nin parlaqlığl Riqel A-dan 500 dəfə zəifdir və ancaq teleskop vasitəsilə görünür. Riqel B özünü spektroskopik qoşa sistem kimi aparır, 2 əsas ulduzdan spektral sinfi B9V olan kütləsi Günəş kütləsindən 3.9 və 2.9 dəfə böyük açıq mavi ulduzlardan ibarətdir. Riqel Bb özü də qoşa ulduz ola bilər. Riqel B demək olar ki, eyni görünüşdə olan Riqel C-nin çox yaxın qoşa ulduzu kimi görünür. Rigelin ənənəvi adı ilk olaraq 1252 alfonsini hesabatlarında (Alfonsine Tables) yazılmışdır.
Fridrih Şlegel
Fridrix Şleqel (alm. Karl Wilhelm Friedrich von Schlegel‎; 10 mart 1772[…], Hannover[…] – 12 yanvar 1829[…] və ya 11 yanvar 1829, Drezden) — alman əsilli filosof, yazıçı, şair, ədəbi tənqidçi və tərcüməçi idi. O böyük qardaşı Avqust Vilhelm Şleqel ilə birlikdə "Yena romantizminin", həmçinin müasir humanitar elmlərin yaradıcılarındandır. == Həyatı == Fridrix Şleqel 10 mart 1772-ci ildə lüteran keşişi ailəsində dünyaya gəlir. Uşaqlığının böyük hissəsini əmisi və böyük qardaşı Avqust Vilhelm Şleqelin yanında keçirir. Verilən yazılara görə kiçik yaşlarında çox dəcəl uşaq olan Fridrix özünə qapanmış davranış tərzi ilə fərqlənmişdir. Vlideynlərinin arzusu ilə ticarət fəzaliyyətinə hazırlaşan Şleqel sonralar Göttingendə hüquq üzrə təhsilə başlayır. Təhsilini Leypsiqdə davam etdirən Fridrix orada əvvəlcə tibb, sonra isə riyaziyyat, fəlsəfə, həmçinin klassik filologiya ilə maraqlanmağa başlayır. Getdikcə onun ədəbiyyata, incəsənət nəzəriyysəinə və tarixə olan marağı artır. == Yazıçılıq fəaliyyəti == 1792-ci ildə o Fridrix Hardenebrq (Novalis) ilə tanış olur.
Hans Şlegel
Hans Şlegel (alm. Hans Wilhelm Schlegel‎; 3 avqust 1951) — alman fiziki və astronavtı, Avropa Kosmik Agentliyinin kosmonavtı.
Nicolas Flamel
Nikolas Flamel (təq. 1340, ehtimal ki, Pontuaz – 22 mart 1418, Paris) — XV əsrdə yaşamış Fransız kimyagər. Kimyagərlərin iki böyük xəyalı olan ölümsüzlüyü və Fəlsəfə daşını tapdığı iddia edilir. Abraham adlı bir yəhudidən aldığı sirli bir kitabdan məlumatlarını əldə etdiyi söylənir. Əlavə olaraq, onun adı C. K. Roulinqin yazdığı Harri Potter seriyasının ilk kitabı "Harri Potter və Fəlsəfə Daşı"nda dəfələrlə çəkilir. 1418-ci ildə öldüyü və basdırıldığı deyilir, lakin məzarı açıldığında tapılmamışdır. 1700-cü illərdə bir operada dövrün kimyagərləri tərəfindən görüldüyü və qaçdığı da rəvayət edilir. Və bu da Flamelin yaşadığına işarədir. 2014-cü ilin ABŞ istehsalı Dərin Kabus (As Above, So Below) filmində Nikolas Flameldən və fəlsəfə daşından bəhs edilir.
Qriqori Şpigel
Qriqori Oyzeroviç Şpigel (rus. Григорий Ойзерович Шпигель; 24 iyul 1914, Samara – 28 aprel 1981, Moskva) — SSRİ kino və teatr aktyoru. RSFSR-in əməkdar artisti. O, Leninqradda boya fabrikində işləyib. Moskvada həvəskar teatr rejissorluq fakültəsində təhsil almışdır. 1940-cı ildə o, "Mosfilm"də fəaliyyət göstərən məktəbi bitirmiş, daha sonra isə teatr və film aktyoru kimi çalışmışdır. Kişilər üçün qeyri-adi yüksək xarakterik səsi olmuşdur. "Uzaq sahillərdə" filmində mayor Şults rolunu canlandırıb.
Spayk Şpigel
Spayk Şpigel (スパイク・スピーゲル, Supaiku Supīgeru) — 1998-ci ildə yaranan Cowboy Bebop anime seriyasının əsas personajı. Spayk cinayət təşkilatı olan Qırmızı Əjdaha Sindikatının keçmiş üzvüdür, hansı ki, Culia adlı qadını sevəndən sonra öz ölümünü saxtalaşdırır. O, ilk olaraq Bebop kosmik gəmisinin kapitanı, Cet Blekin ortağı kimi təqdim olunur: hər ikisi leqallaşdırılmış kəllə ovçuları kimi cinayətkarları Günəş sistemində məskunlaşan aləmlərə səyahət edirlər. Bebopda idarə sərgüzəştləri ərzində, O, sindikat rəqibi olan Vişez ilə acı ədavət yaşayır, hansı ki, onu öldürmək istəyir. Spayk Hacime Yatate istehsal müəssisənin hissəsi olaraq, Şiniciro Vatanabe və Toşihiro Kavamoto tərəfindən yaradılmışdır. Vatanabenin güzgü görüntüsü kimi yaradılan və Yusaku Matsudanın Tantei Montogarinin personajı üzərində qurulan Spayk, digərlərinin onun göstərişlərinin yerinə yetirməsi kimi yaradılmışdır. Kavamoto qəsdən tamaşaçılar üçün əks effekt yaratmaq üçün onu "soyuqqansız" görünüşlü kimi hazırlamışdır. Onun Vişezlə yekun qarşıdurması əvvəlcədən planlaşdırılmışdır. Onun sonrakı filmdə adaptasiyası, Spaykın yumşaq tərəfini və daxili fikirlərini göstərirdi. Spayk yapon dilində Koiçi Yamadera tərəfindən səsləndirilmişdir.
Fidel Kastro
Fidel Alexandro Kastro Ruz ( audio) (isp. Fidel Alejandro Castro Ruz; 13 avqust 1926[…], Biran – 25 noyabr 2016[…], Havana) — Kuba inqilabçısı, 1959–2008-ci illərdə Kuba lideri. == Həyatı == Fidel Kastro 1926-cı ildə Kubanın Mayarı şəhərində anadan olub. Bu, Kastronun doğum tarixi barədə məlumatlardan yalnız biridir. Çünki onun hansı ayda və ildə doğulduğu məxfi saxlanılır. Bəzi məlumatlara görə, Kastro əslində 1927-ci ildə anadan olub. Atası İspaniyadan gələn mühacir-fəhlədir və Kubada iri şəkər plantasiyalarına sahib olub. Kastro və qardaşı Raul nikahdan kənar doğulublar. Sonradan onları atası rəsmi övladlığa qəbul edib. == İlkin illəri (1926–1945) == === Uşaqlıq dövrü === Fidel Alexandro Kastro Ruz 13 avqust 1926-cı ildə Kubada Biran şəhərində (Oriyente vilayəti) İspaniyanın Qalisiya vilayətindən olan Anxelya Kastronun ailəsində anadan olmuşdur.
Figen Han
Figen Han (5 fevral 1950-ci il, İstanbul) – Əsl adı Nevval Karpuz olan türk aktrisasıdır. == Həyatı == Figen Han 5 fevral 1950-ci il tarixində Türkiyənin İstanbul şəhərində doğulmuşdur. 1966-cı ildə ilk filmi olan "Göylərdəki sevgili" filminə çəkilir. 1974-cü ildə "Atını Seven Kovboy", 1975-ci ildə isə "Hababam Taburu" adlı filmlərdə rol alır. Figen Han əvvəlcə fantastik filmlərdə, sonradan isə erotik məzmunlu filmlərdə çəkilməyə başlayır. Onun son filmi 1983-cü ildə çəkilən "Bir zamanlar qardaş idilər" adlı filmidir.
Manon Flier
Manon Nummerdor-Flier (d. 8 fevral, 1984, Uithoorn, Niderland) — Niderlandlı qadın voleybolçu. == Karyerası == Manon Flier 2009 Avropa çempionatının gümüş mükafatçısı və ən dəyərli oyunçusudur. 2012-ci ildən Azərreyl Bakının formasını geyinir, 2013-cü ildə isə digər bir Bakı klubu İqtisadçıya transfer olmuşdur.
Migel Aziz
Migel Adedayo Aziz (22 sentyabr 2002, İngiltərə) — İngiltərə Premyer Liqası təmsilçilərindən olan "Arsenal" klubundan icarə əsasında "Portsmut" klubunda yarımmüdafiəçi kimi çıxış edən peşəkar İngiltərə futbolçusu. Aziz futbolçu karyerasına 5 yaşı olarkən "Arsenal" akademiyasında başlamışdır. 24 sentyabr 2019-cu ildə Aziz klub ilə ilk peşəkar müqaviləsini imzalamışdır. O, peşəkar karyerasında debütünü 10 dekabr 2020-ci ildə İrlandiya təmsilçisi olan "Dandolk" klubuna qarşı Avropa Liqası görüşündə etmişdir. O, 83-cü dəqiqədə Co Villokun əvəzinə meydana daxil olmuş və komandası rəqibinə 4-2 hesabı ilə qalib gəlmişdir. 30 avqust 2021-ci ildə Aziz Birinci Liqa təmsilçilərindən olan "Portsmut" klubuna mövsüm sonuna qədər icarəyə verilmişdir. O, klub ilə debütünü 18 sentyabr 2021-ci ildə "Kembric Yunayted" klubuna qarşı liqa görüşündə etmişdir. Həmin görüşdə komandası rəqibinə 1-2 hesabı ilə məğlub olmuşdur. Aziz İngiltərədə anadan olmuşdur. Atası Nigeriya, anası isə İspaniya vətəndaşıdır.
Migel Benqoleya
Migel Benqoleya (13 sentyabr 2000-ci ildə Boliviyada anadan olub) — Boliviya Futbol Liqası təmsilçilərindən olan Vilstermann klubunda hücumçu kimi çıxış edən peşəkar Boliviyalı futbolçudur. Benqoleya Vilstermann akademiyası vasitəsilə inkişaf etmişdir. Benqoleya öz peşəkar karyerasında debütünü 15 dekabr 2016-cı ildə Petrolero Yakuiba klubuna qarşı oyunda etmişdir. O, 83-cü dəqiqədə Migel Suarezi əvəz etmişdir. Həmin görüşdə Vilstermann liqa görüşündə rəqibinə 2-0 hesabı ilə qalib gəlmişdir. 30 May 2017 tarixində yenilənib 1Libertadores Kuboku görüşləri daxildir. 2Boliviya Superkuboku görüşləri daxildir.
Migel Ernandes
Migel Ernandez Gilabert (isp. Miguel Hernández Gilabert (Orihuela, 30 oktyabr 2010 – Alikante, 28 mart 1942)- XX əsr ispan ədəbiyyatının xüsusi önəmə sahib şair və dramaturqudur. Baxmayaraq ki, onun adı 1936-cı nəsil ədəbiyatında çəkilir, əslində Damoso Alonso hesab edir ki , o 1927-ci nəsil ədəbiyyatına aiddir Migel Ernandez 1910-cu ildə Orihuelada doğulmuşdur. Migel Hernandez Sançezin 7 uşağından üçüncüsü, oğlan uşaqlarından isə ikincisi idi. Onun ailəsi keçi saxlamaqla məşğul idi , buna görə də onlar tezliklə Migelin doğulduğu evdən (San Xuan küçəsi N 82 ) şəhər ətrafında yerləşən, lakin daha böyük birr evə (Arriba küçəsi N 37) köçürlər. Atası bələdiyyə başçısı seçildi və vəzifəsi yüksəldi, anası isə yataq xəstəsi olduğundan vaxtının çoxunu yataqda keçirməli olurdu. O zamandan sonra, daha önce de getdiyi xalq kitabxanalarına ziyaretlerini daha da sıxlaşdırdı. Bundan sonra aralarında dostu Karlos Fenollun da olduğu bir qrup gənclə ədəbiyyat qrupu yaratdı. İlk toplantılarda Miguel ve Karlos Fenolla yanaşı gələcək vəkil ve həvəskar yazıçı Ramon Sixe qrupa qoşuldu. Qızıl dövrün ən böyük yazıçılarından olan Migel de Servantes, Lope de Veqa, Pedro Calderon de la Barka, Qarsilaso de la Vega ve ən önəmli Luis de Qongora onun əsas tələbələri olacaq.
Migel Mena
Migel Mena (7 iyul 1997) — Nikaraqualı üzgüçü. Migel Mena Nikaraquanı 2016-cı ildə XXXI Yay Olimpiya Oyunlarında təmsil etdi. Migel Mena birinci dəfə Olimpiya Oyunlarına 2016-cı ildə qatıldı. O, Rio-de-Janeyroda baş tutan XXXI Yay Olimpiya Oyunlarında kişilər 100 m sərbəst stildə, təsnifat mərhələsində iştirak etdi. 53.40 saniyəlik nəticəsi ilə 55-ci yeri tutdu və yarımfinala vəsiqə qazana bilmədi.
Migel Murilyo
Migel Murilyo (29 sentyabr 1993) — Kosta-Rikalı cüdoçu. Migel Murilyo Kosta-Rikanı 2016-cı ildə XXXI Yay Olimpiya Oyunlarında təmsil etdi. Migel Murilyo birinci dəfə Olimpiya Oyunlarına 2016-cı ildə qatıldı. O, Rio-de-Janeyroda baş tutan XXXI Yay Olimpiya Oyunlarında kişilər 73 kq çəkidə, 1/8 final mərhələsində Yaponiyanın nümayəndəsi Şohey Ono ilə üz-üzə gəldi. Həmin görüşdə Andryu Tomas Mluqu rəqibinə 0:100 hesabı ilə uduzdu.
Migel Nassimento
Migel Servet
Migel Servet (ing. Michael Servetus; 29 sentyabr 1511 – 27 oktyabr 1553, Cenevrə, Cenevrə Respublikası[d]) — teoloq, həkim və hümanist alim. Servet bir çox elm sahəsində fəaliyyət göstərmişdir. Astronomiya, meteorologiya, coğrafiya, hüquq və incil kimi müxətlif sahələrdə çalışmışdır. Migel Servetin əsas fəaliyyət sahəsinə teologiya və həkimlik daxil olub. Migel Servet Villanueva se Sijena şəhərciyində, İspaniyada 1511-ci ildə anadan olmuşdur. Doğum tarixi haqqında, dəqiq məlumat yoxdur. Bəzi qaynaqlarda 1509-cu ildə, doğuldu göstərilmişdir. Servetin atası Araqon krallığının zadəganlarından olan Sərveto nəslindəndir. Anası Monzon bölgəsində keçmiş yahudi ailəsindən idi.
Migel Valente
Migel Valente (16 iyul 1993) — Braziliyalı üzgüçü. Migel Valente Braziliyanı 2016-cı ildə XXXI Yay Olimpiya Oyunlarında təmsil etdi. Migel Valente birinci dəfə Olimpiya Oyunlarına 2016-cı ildə qatıldı. O, Rio-de-Janeyroda baş tutan XXXI Yay Olimpiya Oyunlarında kişilər 1500 m sərbəst stildə, təsnifat mərhələsində iştirak etdi. 15:22.57 saniyəlik nəticəsi ilə 31-ci yeri tutdu və finala vəsiqə qazana bilmədi.
Robert Fogel
Robert Fogel (ing. Robert William Fogel; d. 1 iyul 1926 - ö. 11 iyun 2013) — amerikalı iqtisadçı. İqtisadi tarix və yeni iqtisadi tarixlə bağlı tədqiqatları ilə tanınır. 1993-cü ildə Duqlas Nortla birlikdə İqtisadiyyat üzrə Nobel mükafatına layiq görülmüşdür. İsveç Kral Elmlər Akademiyası İqtisadiyyat üzrə Nobel mükafatının Duqlas Nort və Robert Fogelə verilməsinin səbəbini belə izah etmişdir: "İqtisadi və nəzəri dəyişmələri izah etmək üçün iqtisadi nəzəriyyə və kəmiyyət metodları tətbiq edərək iqtisadi tarix mövzusundakı tədqiqatları yenilədikləri üçün təltif olunurlar". Robert Fogel Nyu York şəhərində rus-yəhudi əsilli ailənin övladı kimi anadan olub. Robert Fogel 1944-cü ildə məşhur məktəb olan Stuyvesent Yüksək Məktəbindən məzun oldu. Sonra Kornell Universitetinə daxil olaraq burada tarix üzrə təhsil alıb.
Migel Miramon
Migel Qreqorio de la Lus Atenogenes Miramon i Tarelo (isp. Miguel Gregorio de la Luz Atenógenes Miramón y Tarelo; 29 sentyabr 1832, Mexiko – 19 iyun 1867, Santyaqo-de-Keretaro[d]) — Meksika hərbi və siyasi xadimi, 2 fevral 1859-cu ildən 12 avqust 1860-cı ilə qədər Meksika Prezidenti. Hərbi məktəbdə təhsil almış, ABŞ ilə müharibədə iştirak etmiş, 1855-ci ildə polkovnik rütbəsi almışdır. Liberallarla qarşıdurmada iştirak etmişdir. 1860-cı ilin dekabrında liberal qoşunlar Mexiko şəhərini işğal edəndə Miramon Kubaya, oradan da Avropaya qaçmışdır. Orada o, III Napoleon ilə Meksikada monarxiya qurmaq məqsədi ilə danışıqlara başlamışdır. Miramon 1863-cü ildə İmperator I Maksimilianın marşalı kimi Meksikaya gəlmişdir. O, 1864–1866-cı illərdə Almaniyada Meksika nümayəndəsi kimi xidmət etmiş, lakin Maksimilian taxtdan əl çəkməyə hazır görünəndə geri qayıtmışdır. Miramon imperatoru döyüşü davam etdirməyə inandırmış və imperator ordusunun komandirlərindən biri təyin edilmişdir. Keretaronu ələ keçirildikdən sonra Miramon Maksimilianla birlikdə tutulmuş və güllələnmişdir.
Alıqul Osmonov
Alıqul Osmonov ( 21 mart 1915, Aulie-Ata qəzası[d], Rusiya Türkistanı general-qubernatorluğu – 12 dekabr 1950, Bişkek) — Qırğız əsilli şair, dramaturq və tərcüməçi. Əsas uğurları daxili duyğu, gündəlik həyat və milliyyətçiliyə vurğu edərək dünyəvi mövzulara yönəlmiş şifahi xalq şeirinin qeydidir. Uilyam Şekspirin, Şandor Petöfinin və Aleksandr Puşkinin əsərlərini qırğız dilinə tərcümə edib. == Həyatı == 21 mart 1915-ci ildə Qırğızıstanın Panfilov kəndində dünyaya gəlmişdir. Kiçik yaşındaykən yetim qalmış və uşaqlığını Bişkek uşaq evində keçirtmişdir. İlk təhsilini 1929-cu ildə Bikşeş Pedaqoji məktəbində almışdır. Ancaq keçirtdiyi xəstəliyə görə təhsilini yarımçıq saxlamışdır. Buna baxmayaraq, jurnalistik karyerasına başlayaraq Sovet dövründə erkən qırğızdilli bir neçə qəzetdə, o cümlədən "Çabul" ("Hücum"), "Leninçil Yaş" ("Lenin Gəncliyi") və "Qızıl Qırğızıstan" da çalışdı. "Qırğızıstan Qırğızıstan", "Qırğızıstan Tusu" adı altında bu günə qədər də mövcuddur. 1939-1940-cı illərdə Qırğızıstan Milli Yazıçılar Birliyində baş katib vəzifəsində çalışmışdır ("Bu gün də mövcuddur.
Fridrih Şleqel
Fridrix Şleqel (alm. Karl Wilhelm Friedrich von Schlegel‎; 10 mart 1772[…], Hannover[…] – 12 yanvar 1829[…] və ya 11 yanvar 1829, Drezden) — alman əsilli filosof, yazıçı, şair, ədəbi tənqidçi və tərcüməçi idi. O böyük qardaşı Avqust Vilhelm Şleqel ilə birlikdə "Yena romantizminin", həmçinin müasir humanitar elmlərin yaradıcılarındandır. == Həyatı == Fridrix Şleqel 10 mart 1772-ci ildə lüteran keşişi ailəsində dünyaya gəlir. Uşaqlığının böyük hissəsini əmisi və böyük qardaşı Avqust Vilhelm Şleqelin yanında keçirir. Verilən yazılara görə kiçik yaşlarında çox dəcəl uşaq olan Fridrix özünə qapanmış davranış tərzi ilə fərqlənmişdir. Vlideynlərinin arzusu ilə ticarət fəzaliyyətinə hazırlaşan Şleqel sonralar Göttingendə hüquq üzrə təhsilə başlayır. Təhsilini Leypsiqdə davam etdirən Fridrix orada əvvəlcə tibb, sonra isə riyaziyyat, fəlsəfə, həmçinin klassik filologiya ilə maraqlanmağa başlayır. Getdikcə onun ədəbiyyata, incəsənət nəzəriyysəinə və tarixə olan marağı artır. == Yazıçılıq fəaliyyəti == 1792-ci ildə o Fridrix Hardenebrq (Novalis) ilə tanış olur.
Fridrix Şleqel
Fridrix Şleqel (alm. Karl Wilhelm Friedrich von Schlegel‎; 10 mart 1772[…], Hannover[…] – 12 yanvar 1829[…] və ya 11 yanvar 1829, Drezden) — alman əsilli filosof, yazıçı, şair, ədəbi tənqidçi və tərcüməçi idi. O böyük qardaşı Avqust Vilhelm Şleqel ilə birlikdə "Yena romantizminin", həmçinin müasir humanitar elmlərin yaradıcılarındandır. == Həyatı == Fridrix Şleqel 10 mart 1772-ci ildə lüteran keşişi ailəsində dünyaya gəlir. Uşaqlığının böyük hissəsini əmisi və böyük qardaşı Avqust Vilhelm Şleqelin yanında keçirir. Verilən yazılara görə kiçik yaşlarında çox dəcəl uşaq olan Fridrix özünə qapanmış davranış tərzi ilə fərqlənmişdir. Vlideynlərinin arzusu ilə ticarət fəzaliyyətinə hazırlaşan Şleqel sonralar Göttingendə hüquq üzrə təhsilə başlayır. Təhsilini Leypsiqdə davam etdirən Fridrix orada əvvəlcə tibb, sonra isə riyaziyyat, fəlsəfə, həmçinin klassik filologiya ilə maraqlanmağa başlayır. Getdikcə onun ədəbiyyata, incəsənət nəzəriyysəinə və tarixə olan marağı artır. == Yazıçılıq fəaliyyəti == 1792-ci ildə o Fridrix Hardenebrq (Novalis) ilə tanış olur.
Gigəl (Germi)
Gigəl (fars. گيگال‎) — İranın Ərdəbil ostanının Germi şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 82 nəfər yaşayır (19 ailə).