Robert Fogel (ing. Robert William Fogel; d. 1 iyul 1926 - ö. 11 iyun 2013) — amerikalı iqtisadçı. İqtisadi tarix və yeni iqtisadi tarixlə bağlı tədqiqatları ilə tanınır. 1993-cü ildə Duqlas Nortla birlikdə İqtisadiyyat üzrə Nobel mükafatına layiq görülmüşdür. İsveç Kral Elmlər Akademiyası İqtisadiyyat üzrə Nobel mükafatının Duqlas Nort və Robert Fogelə verilməsinin səbəbini belə izah etmişdir: "İqtisadi və nəzəri dəyişmələri izah etmək üçün iqtisadi nəzəriyyə və kəmiyyət metodları tətbiq edərək iqtisadi tarix mövzusundakı tədqiqatları yenilədikləri üçün təltif olunurlar".
Robert Fogel | |
---|---|
ing. Robert William Fogel | |
Doğum adı | Robert William Fogel |
Doğum tarixi | |
Doğum yeri | Nyu York ABŞ |
Vəfat tarixi | (86 yaşında) |
Vəfat yeri | İllinoys ABŞ |
Milliyyəti | ABŞ |
Elm sahələri | iqtisadi tarix, yeni iqtisadi tarix |
İş yerləri | Con Hopkins Universiteti, Roçester Universiteti, Çikaqo Universiteti |
Təhsili | |
Elmi rəhbərləri | Saymon Kuznes |
Tanınır | iqtisadi tarix, yeni iqtisadi tarix |
Üzvlüyü | |
Mükafatları | İqtisadiyyat üzrə Nobel mükafatı (1993) |
Vikianbarda əlaqəli mediafayllar |
Robert Fogel Nyu York şəhərində rus-yəhudi əsilli ailənin övladı kimi anadan olub. Robert Fogel 1944-cü ildə məşhur məktəb olan Stuyvesent Yüksək Məktəbindən məzun oldu.[2] Sonra Kornell Universitetinə daxil olaraq burada tarix üzrə təhsil alıb. Həmin illərdə Gənc Amerikan Demokratlar birliyinin universitet yataqxanasında olan üzvlərinin rəhbəri olub. 1948-ci ildə məzun olduqdan sonra Kommunist partiyasının peşəkar təşkilatçısı oldu. 1960-cı ildə Kolumbiya Universitetində magistr, 1963-cü ildə isə Con Hopkins Universitetində doktorluq dərəcəsinə yüksəlir. Robert Fogel Con Hopkins Universitetində (1958-1959), Roçester Universitetində (1960-1965; 1968-1975), Çikaqo Universitetində (1964-1975; 1981) və Harvard Universitetində (1975-1981) mühazirələr dedi.
Robert Fogel İnid Kassandra Morqanla 1949-cu ildə evləmiş, 2 övlad sahibi olmuşdu.