Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Morbid Angel
Morbid Angel — 1984-cü ildə Floridada yaranmış death metal qrupu. == Qrup haqqında == Morbid Angel 1984-cü ildə Floridada yaranmış death metal qrupudur. Qrupun 1989-cu ildə hazırladığı Altars of Madness adlı albomu Böyük Britaniyanın Terrorizer musiqi jurnalının "Top 40 ən böyük death metal albomu" siyahısında ilk sırada yer almışdır. Decibel jurnalı isə "ən yaxşı death metal gitaristi" siyahısında Trey Azagthoth'u birinci sıraya layiq görmüşdür. Morbid Angel ABŞ'da albomları ən çox satan üçüncü (445.000, Cannibal Corpse və Deicide'dan sonra) death metal qrupudur. Qrupun üçüncü albomu "Covenant" 127.000 satış ilə bütün dövrlərin ən çox satan death metal albomu olmuşdur. Qrupun orijinal musiqi bəstələri Satanizm, akkultizm və Anti-Xristian mövzusu üzərində qurulmuşdur. 1991-ci ildə alman jurnalı Rock Hard-ın keçirdiyi sorğuda, qrupun "Altars of Madness" albomu bütün dövrlərin ən yaxşı metal albomları siyahısında 12-ci yeri tutmuşdur.
Forbes
Forbes — ABŞ-də iki həftədə bir nəşr olunan bir biznes jurnalı. 1917-ci ildə Şotlandiyadan ABŞ-yə köç edən BC Forbes tərəfindən qurulmuşdur. Onun ölümündən sonra oğlu Bruce şirkətin başçısı olmuşdur. Bruce'un da ölümündən sonra sırası ilə jurnalı Malcolm Forbes, Steve Forbes, Timothy C. Forbes idarə etmişdir. Jurnalın bu günkü redaktoru William Baldwin, Nəşr etdirən isə Riçard Karlgaard'dır. Forbesin mərkəzi Nyu-Yorkda 5-ci Küçə adlanan yerdədir. Şirkətin Forbes jurnalından başqa ForbesLife, Forbes Asia, American Heritage, American Legacy və American Heritage of Invention & Technology adlı jurnalları də nəşr olunmaqdadır. Forbes, İngiliscə dilindən başqa yeddi dildə nəşr olunmaqdadır. Steve Forbes və jurnalın bəzi yazarları Fox TV üçün Forbes on Fox və Forbes On Radio proqramlarını da hazırlamaqdadırlar. Forbesin internet saytı,Forbes.com özünü dünya iş adamlarının ana səhifəsi olaraq bilinməkdədir.
Forki
Forki, Forkis, Fork (q.yun. Φόρκυς q.yun. Φόρκυς Φόρκυς) — qədim yunan mifologiyasında dəniz xthonik tanrısı, fırtınalı dəniz tanrısı, möcüzələr tanrısı. Pontla və Geyanın oğlu və ya Uran və Geyanın oğlu və ya Pontla Tefidanın oğlu . Dəniz tanrısının qardaşı və əri, uçurumun qəddar tanrısı Keto . Birlikdə bütün dəniz fırtınalarına əmr verir, dəniz bədheybətləri ilə dənizçilərdə qorxu yaradırdılar. əmr verdilər, dəniz canavarlarını meydana gətirdilər. Qorgon və Qrayalar ; Hesperidlər (versiyaya görə); hesperidlərin qızıl alma qəyyumu yüz başlı əjdaha Ladon, ; sirenalar (versiyaya görə) və Yexidna onların övladlarıdır. (versiyaya görə). Həm də Forki həm də şəhərin sərhədlərini qoruyan tanrıya Troya çarının minnətdarlıq etmədiyinə görə Poseydonun sakinlər üzərində nəzarət üçün qoyduğu Troya dəniz əjdahasının atası olmuşdur.
Forli
Forli — (Romangna ləhcəsi: furl, Latınca: Forum Livin) İtaliyanın Emilia-Romagna regionunun və Forli-Cesena vilayətinin mərkəzidir.
Fərid
Fərid — kişi adı.
Orbit
Orbít (lat. orbita — yol, cığır) və ya Mədar — səma cisminin hərəkət trayektoriyası. Böyük obyektlərin qravitasiya təsiri altında orbit fərqli formalarda ola bilər (dairəvi, elliptik, hiperbolik, parabolik). Bundan əlavə bir neçə obyektin qravitasiya təsiri nəticəsində mürəkkəb formalı orbitləri də mövcuddur.
Aleurites fordii
Vernicia fordii (lat. Vernicia fordii) — bitkilər aləminin malpigiyaçiçəklilər dəstəsinin südləyənkimilər fəsiləsinin vernicia cinsinə aid bitki növü. Əsasən Çində dəniz səviyyəsindən 200-1500 m hündürlükdə, dağ yamaclarında, meşələrdə yayılmışdır. ABŞ-da mədəni şəraitdə geniş əkilib-becərilir. Bu növə Çində tunq ağacı da deyilir. == Botaniki təsviri == Hündülüyü 8-13 m-ə çatan, açıq-boz qabıqlı, budaqları cərgələrlə yerləşən, seyrək çətirli, yarpağınıtökən ağacdır. Yarpaqları yumurtavari, uzanmış, ucu iti və 3 ayalı, qaidədən ürəkvarı və ya iki kəsimlidir, uzunluğu 10-12 sm, eni 6-18, bəzən 25 sm-dir, dərivaridiiir, qalın saplaqlıdır, üst tərəfdən tünd-yaşıl, alt tərəfdən bir qədər açıq rəngdədir. Cavan yarpaqların altı kürən, sıx tükcüklərlə örtülü, saplaqlarının uzunluğu 5-20 sm olur. Yarpağın saplağından qaidəsinə yaaxın olan hissədə 2 ədəd qırmızı rəngli vəz vardır. Çiçəkləri ağ ləçəkli, çoxçiçəkli süpürgəyə və ya çətirə toplanaraq budaqların uclarında yerləşmişdir.
Bulbophyllum fordii
Bulbophyllum fordii (lat. Bulbophyllum fordii) — səhləbkimilər fəsiləsinin bulbofillium cinsinə aid bitki növü.
Ceremi Korbin
Ceremi Bernard Korbin (ing. Jeremy Bernard Corbyn) — Böyük Britaniyanın Leyboristlər Partiyasının lideri. Özünü demokratik sosialist sayır. == Siyasəti və baxışları == === Milli və konstitusiya məsələləri === Korbinin şəxsi istəyi Britaniyanın respublika olmasıdır. Lakin, o deyib ki, monarx ailəsinin populyarlığı nəzərə alaraq, "bu mənim vuruşduğum döyüş deyil". === İqtisadiyyat === Korbin British Rail və enerji şirkətlərin kimi ictimai infrastrukturunun yenidən milliləşdirməsinin tərəfdarıdır. === Xarici siyasət === Korbin özünü tam pasifist saymır. Onun sözlərinə görə, İspaniya vətəndaş müharibəsi, Britaniya qul alverçiliyi durdurmaq üçün törətdiyi blokadası və BMT-nin 1999-cü ilin Şərqi Timordaki konfliktdəki rolu haqq qazandırıla bilən konfliklər olduğunu deyib. Halbuki, müharibə və zorakılığa müqavimət "həyatının tam mənasıdır". O, 2003-cü ilin İraq müdaxiləyə, Əfqanıstan müharibəsinə, 2011-ci ilin Liviyaya müdaxiləyə, Suriyada Əsədə qarşı hücumlara və DAİŞ-ə qarşı hərbi hərəkətlərə qarşı çıxırdı və Stop the War Coalition hərəkətinin sədri olmuş.
Corbin Bleu
Korbin Blyu (ing. Corbin Bleu Reivers; 21 fevral 1989, Bruklin, Nyu-York ştatı). Amerikalı kino aktyoru və film prodüseri və model və müğənnisi. O hit Disney Channel orjinal filmidir, "Orta məktəb tamaşası" (2006)-ci ildə Çad Danforth rolu qazandı. == Həyatı == Korbin Blyu 1989-ci ildə ABŞ-nin Nyu-York ştatının Bruklin şəhərində dünyaya gəlmişdir. O uşaqlıqdan musiqi alətlərinə maraq göstərmişdir. Özləri də sənət adamları olduqlarına görə valideynləri Nikə həmişə dəstək olmuşlar. Korbin artıq 4 yaşında istedadlı aktyor kimi tanınmışdır. == Filmoqrafiya == == Diskoqrafiya == === Albomlar === 2006 — Digər Tərəfdən (Another Side) 2009 — Speed of Light === Sinqllar === 2006 — "Push It to the Limit" 2007 — "Deal with It" 2008 — "Run It Back Again" 2009 — "Moments That Matter" 2009 — "Celebrate You" === Saundtreklər === 2006: Orta məktəb müzikli 2007: Tullan, görüm!
Florid Buləkov
Florid Buləkov (başq. Флорид Миңлемулла (Миңнулла) улы Бүләков 23 fevral 1948, Bolşiye Şadı[d], Başqırd MSSR – 18 yanvar 2015, Ufa) — Başqırd dramaturqu. Başqırdıstan Respublikasının xalq yazıçısı, ədəbiyyat və incəsənət sahəsində Rusiya Federasiyası Dövlət Mükafatı laureatı və Başqırdıstan Respublikası Dövlət Salavat Yulaev adına mükafatı, Başqırdıstan Respublikasının Əməkdar İncəsənət Xadimi. == Bioqrafiyası == Ordudan qayıtdıqdan sonra 1969–1973-cü illərdə Mişkində "Erveya" xalq rəqs ansamblının təşkilatçısı və musiqi rəhbəri olmuşdur. Eyni zamanda Birsk Pedaqoji İnstitutunda qiyabi təhsil alır. 1973–1989-cu illərdə ədəbi işçi, şöbə müdiri, Mişkin regional "Drujba" qəzetinin müxbiri, daha sonra respublika Leninets və Sovet Başqırdıstanı qəzetlərində işləmişdir. İyirmidən çox pyesin və ilk Başqırd serialının müəllifidir. Onun "Sevgi Qeydiyyatı", "Unudulmuş Dua" dram nümunələri, "Nadinc qız" faciəsi, "Şaimuratov-General" dram-rekvizamı və "Nənələr ərə gedirdi" xalq komediyası çox populyardır. Layihənin müəllifi və ilk Başqırd rok operasının librettosu ("Sevgi ulduzu", bəstəkarı Salavat Nizametdinov). Tamaşaları Rusiya, Ukrayna, Qazaxıstan, Belarus, Monqolustan, Türkmənistan (Yekaterinburq, Vladimir, İrkutsk, Xabarovsk, Kirov, Penza, Kazan, Nijni Novqorod, Mahaçqala, Çerkessk, Yakutsk, Ulan-Ude, Ufa, Alma-Ata, Astana, Brest, Bobruisk, Çerniqov, Tambov və s.) kimi ölkələrin teatr səhnələrində ifa edilmişdir.
Forbak (rayon)
Forbak (fr. Forbach) — Fransanın Lotaringiya regionun rayonlarından (fr. Arrondissement) biri. Departamenti — Mozel. Suprefektura — Forbak. Rayon əhalisi 2006-cı ildə 171 779 nəfər təşkil edirdi. Əhalinin sıxlığı — 306 nəf / km². Rayon sahəsi — 561 km².
Forbes (jurnal)
Forbes — ABŞ-də iki həftədə bir nəşr olunan bir biznes jurnalı. 1917-ci ildə Şotlandiyadan ABŞ-yə köç edən BC Forbes tərəfindən qurulmuşdur. Onun ölümündən sonra oğlu Bruce şirkətin başçısı olmuşdur. Bruce'un da ölümündən sonra sırası ilə jurnalı Malcolm Forbes, Steve Forbes, Timothy C. Forbes idarə etmişdir. Jurnalın bu günkü redaktoru William Baldwin, Nəşr etdirən isə Riçard Karlgaard'dır. Forbesin mərkəzi Nyu-Yorkda 5-ci Küçə adlanan yerdədir. Şirkətin Forbes jurnalından başqa ForbesLife, Forbes Asia, American Heritage, American Legacy və American Heritage of Invention & Technology adlı jurnalları də nəşr olunmaqdadır. Forbes, İngiliscə dilindən başqa yeddi dildə nəşr olunmaqdadır. Steve Forbes və jurnalın bəzi yazarları Fox TV üçün Forbes on Fox və Forbes On Radio proqramlarını da hazırlamaqdadırlar. Forbesin internet saytı,Forbes.com özünü dünya iş adamlarının ana səhifəsi olaraq bilinməkdədir.
Fərşid Rostami
Fərşid Rüstəmi (7 iyul 1985, Zəncan) – Peşəkar boksda WBCA dünya kəmərinin sahibidir. == Həyatı == Fərşid Rüstəmi 7 iyul 1985-ci ildə İranın Zəncan şəhərində anadan olub. Rio Olimpiyadasına Dünya Boks Federasiyasının (AIBA) prezidenti tərəfindən dünyanın tanınmış peşəkar bokusçular sırasında dəvət olunmuşdur. İdmana uşaqlıq illərində giminastika idman növü ilə başlamışdır. Sonradan atasının idman növü olan boksa üzv gətirilmişdir. Az vaxt ərzində İranın yeni yetmə və sonra gənclər yığmasına dahil olunmuşdur. Müxtəlif nailiyyətlər qazandıqdan sonra kişilər arasında Pakistan ölkəsində keçirilən Asiya çemiyonatının 1-ci fəxri kürsüsünə nail olunmuşdur. Azərbaycana sevgisi olduğu üçün bu ölkəyə gəlmiş və uğurlarını burada davam etdirmişdir. Yığma komandanın baş məşqçisi Nəriman Abdullayevin keçirdiyi telim,meşq toplantılarında müxtəlif beynəlxalq turinirlərdə (Türkiyyə cumhuriyyəti ve Ənvər Çodri) yaxsi nəticələr əldə etmişdir. Fərşid Azərbaycan boks yığmasında 64kq çəki dərəcəsində London Olimpiyadasına vəsiqə qazanan favoritlərdən 1-i sayılırdı.Lakin qəza nəticəsində bu şansı əldən verdi və onun çəkisində Heybətulla Hacıəliyev bu vəsiqəni qazandı.
Fərşid Rüstəmi

Korbin Blyu
Korbin Blyu (ing. Corbin Bleu Reivers; 21 fevral 1989, Bruklin, Nyu-York ştatı). Amerikalı kino aktyoru və film prodüseri və model və müğənnisi. O hit Disney Channel orjinal filmidir, "Orta məktəb tamaşası" (2006)-ci ildə Çad Danforth rolu qazandı. == Həyatı == Korbin Blyu 1989-ci ildə ABŞ-nin Nyu-York ştatının Bruklin şəhərində dünyaya gəlmişdir. O uşaqlıqdan musiqi alətlərinə maraq göstərmişdir. Özləri də sənət adamları olduqlarına görə valideynləri Nikə həmişə dəstək olmuşlar. Korbin artıq 4 yaşında istedadlı aktyor kimi tanınmışdır. == Filmoqrafiya == == Diskoqrafiya == === Albomlar === 2006 — Digər Tərəfdən (Another Side) 2009 — Speed of Light === Sinqllar === 2006 — "Push It to the Limit" 2007 — "Deal with It" 2008 — "Run It Back Again" 2009 — "Moments That Matter" 2009 — "Celebrate You" === Saundtreklər === 2006: Orta məktəb müzikli 2007: Tullan, görüm!
Natrium florid
Natrium florid (NaF) — NaF formullu qeyri-üzvi birləşmədir. İçməli suyun, diş pastasının istehsalında, metallurgiyada, pestisidlərdə və siçan zəhərində istifadə olunur. Suda asanlıqla həll olan rəngsiz və ya ağ rəngli bir qatı maddədir. Dərman istehsalında geniş tətbiq olunan florid mənbəyidir və diş boşluğunun qarşısını almaq üçün istifadə olunur. 2017-ci ildə, ABŞ-də bir milyondan çox resepti olan, ən çox verilən 247-ci dərman idi. == Tətbiqi == Natrium florid diş boşluğun qarşısını almaq üçün tablet şəklində satılır. === Diş çürükləri === Diş sağlamlığını qorumaq üçün florid duzları tez-tez bələdiyyə içməli suyuna (bəzi ölkələrdə bəzi qida məhsullarına) əlavə olunur. Ftor, diş emalında təbii olaraq meydana gələn, dişin əsas hissəsi olan flüorapatiti meydana gətirərək dişlərin gücünü artırır. Natrium florid suyun flüoridləşdirilməsi üçün istifadə olunsa da və digər su-floridasiya birləşmələrinin ölçüldüyü standart olsa da, heksaflorosilikat turşusu (H2SiF6) və onun duzu natrium heksaflorosilikat (Na2SiF6) ABŞ-də daha çox istifadə olunan qatqılardır. === Osteoporoz === Postmenopozal osteoporozun müalicəsi üçün florid əlavəsi geniş tədqiq edilmişdir.
Robin Forbes
Robin Forbes (d. 24 aprel 1972; Brisben, Avstraliya) — Avstraliyanı təmsil edən batut gimnastı. Robin Forbes, 2000-ci ildə Avstraliyanı XXVII Yay Olimpiya Oyunlarında təmsil edib. == Karyerası == Robin Forbes, 2000-ci ildə Avstraliya bayrağı altında elə Avstraliyanın Sidney şəhərində baş tutan XXVII Yay Olimpiya Oyunlarına qatıldı. Yarışların təsnifat mərhələsində Forbes, 60.70 xal topladı və 12 idmançı sırasında 10-cu yeri tutaraq mübarizəni dayandırdı.
Vernicia fordii
Vernicia fordii (lat. Vernicia fordii) — bitkilər aləminin malpigiyaçiçəklilər dəstəsinin südləyənkimilər fəsiləsinin vernicia cinsinə aid bitki növü. Əsasən Çində dəniz səviyyəsindən 200-1500 m hündürlükdə, dağ yamaclarında, meşələrdə yayılmışdır. ABŞ-da mədəni şəraitdə geniş əkilib-becərilir. Bu növə Çində tunq ağacı da deyilir. == Botaniki təsviri == Hündülüyü 8-13 m-ə çatan, açıq-boz qabıqlı, budaqları cərgələrlə yerləşən, seyrək çətirli, yarpağınıtökən ağacdır. Yarpaqları yumurtavari, uzanmış, ucu iti və 3 ayalı, qaidədən ürəkvarı və ya iki kəsimlidir, uzunluğu 10-12 sm, eni 6-18, bəzən 25 sm-dir, dərivaridiiir, qalın saplaqlıdır, üst tərəfdən tünd-yaşıl, alt tərəfdən bir qədər açıq rəngdədir. Cavan yarpaqların altı kürən, sıx tükcüklərlə örtülü, saplaqlarının uzunluğu 5-20 sm olur. Yarpağın saplağından qaidəsinə yaaxın olan hissədə 2 ədəd qırmızı rəngli vəz vardır. Çiçəkləri ağ ləçəkli, çoxçiçəkli süpürgəyə və ya çətirə toplanaraq budaqların uclarında yerləşmişdir.
Ford
Ford Motor Şirkəti (ing. Ford Motor Company) – ABŞ-nın ən böyük avtomobil şirkətlərindən biri. == Tarixi == Ford Motor Şirkəti 1903-cü ildə səhmlərin 25,5%-ə sahib olan Henri Ford başda olmaqla, Miçiqan ştatından 12 nəfər biznesmen tərəfindən təsis edilmişdir. Şirkətin vitse-prezident və baş mühəndis vəzifələrini də o icra edirdi. Avtomobil zavodu adı altında Detroyt ştatı Mek Avenyuda keçmiş furqon fabriki yenidən təchiz edilmişdi. Fordun birbaşa rəhbərliyi altında iki-üç işçidən ibarət briqadalar digər müəssisələrin sifarişi əsasında hazırlanan ehtiyat hissələrindən avtomobil yığırdılar. 1906-cı ildə Henri Ford şirkətin prezidenti və əsas sahibkarına çevrildi. Şirkətin mərkəzi Miçiqanda yerləşir. == Fəaliyyəti == İlk Ford avtomobili 23 iyul 1903-cü ildə satılmışdır. Şirkət məşhur T modelini 1908-1926-cı illər arasında istehsal etməyə başladı.
Baba Fərid
Fəridəddin Gəncşəkər və ya Baba Fərid (fars. حضرت بابا فرید الدّین مسعود گنج شکر‎, pənc. حضرت بابا فرید الدّین مسعود گنج شکر, ਫ਼ਰੀਦ-ਉਦ-ਦੀਨ ਗੰਜਸ਼ਕਰ) (1173–1266) və ya (1188 (584 Hicri) – 7 may, 1280 (679 Hicri)) — Pakistan və Hindistanın görkəmli din xadimi, şair, filosof, alim. == Həyatı == Baba Fərid adı ilə tanınmış Fəridəddin Məsud Şəkərgənc 1173-cü ildə Hindistanın Pəncab əyalətində nüfuzlu ailədə dünyaya göz açmışdır. Onun nəsil şəcərəsi bir versiyaya əsasən, Həzrət Əliyə (ə), digərinə görə isə, Həzrət Ömərə (r.a.) çəkir. Kiçik yaşlarından etibarən ailəsi tərəfindən dini qanunlara uyğun tərbiyə edilmişdir. "Şəkərgənc" təxəllüsü almasının səbəbi haqqında xalq arasında rəvayətlər mövcuddur. Onlardan birində qeyd edilir ki, anası Məryəm Bibi ona namaz qılmağı öyrədərkən, səccadənin altına bir qədər şəkər qoyur və namaz bitdikdən sonra şəkəri ona mükafat verirmiş. Lakin bir gün "şəkər qoymaq" ananın yadından çıxsa da, orada şəkər peyda olur. Məhz bu hadisədən sonra ona "Şəkərgənc" (şəkər xəzinəsi) adı verilmişdir.
Fordi tunqağacı
Fordi yağlıağacı
Vernicia fordii (lat. Vernicia fordii) — bitkilər aləminin malpigiyaçiçəklilər dəstəsinin südləyənkimilər fəsiləsinin vernicia cinsinə aid bitki növü. Əsasən Çində dəniz səviyyəsindən 200-1500 m hündürlükdə, dağ yamaclarında, meşələrdə yayılmışdır. ABŞ-da mədəni şəraitdə geniş əkilib-becərilir. Bu növə Çində tunq ağacı da deyilir. == Botaniki təsviri == Hündülüyü 8-13 m-ə çatan, açıq-boz qabıqlı, budaqları cərgələrlə yerləşən, seyrək çətirli, yarpağınıtökən ağacdır. Yarpaqları yumurtavari, uzanmış, ucu iti və 3 ayalı, qaidədən ürəkvarı və ya iki kəsimlidir, uzunluğu 10-12 sm, eni 6-18, bəzən 25 sm-dir, dərivaridiiir, qalın saplaqlıdır, üst tərəfdən tünd-yaşıl, alt tərəfdən bir qədər açıq rəngdədir. Cavan yarpaqların altı kürən, sıx tükcüklərlə örtülü, saplaqlarının uzunluğu 5-20 sm olur. Yarpağın saplağından qaidəsinə yaaxın olan hissədə 2 ədəd qırmızı rəngli vəz vardır. Çiçəkləri ağ ləçəkli, çoxçiçəkli süpürgəyə və ya çətirə toplanaraq budaqların uclarında yerləşmişdir.
Forik əlaqələr
Forik əlaqələr — bioloji aləmdə bir növün digər növün yayılmasında iştirakı. Hər hansı bioloji növün toxumlarının daşınması rolunda heyvanlar çıxış edir. Heyvanların bitki toxumlarını, sporlarını, tozcuqları bir yerdən başqa yerə aparması zooxoriy, digər daha xırda heyvanları daşıması foreziya adlanır. Bitki növlərinin daşınması adətən xüsusi və müxtəlif uyğunlaşmalar vasitəsilə baş verir.Heyvanlar bitki toxumlarını – passiv və aktiv üsullarla daşıyırlar. Passiv üsul — heyvanın bədəninin təsadüfən bitkiyə toxunması ilə baş verir. Bitkinin toxumu və ya hamaş meyvəsi xüsusi ilişik qarmaq, tikan (üçbarmaq, pıtrax, fıstıq) heyvanın bədəninə (tükünə) ilişərək aparılır. Aktiv üsul – heyvanların (ən çox məməlilər və quşlar) bitkilərin meyvə və giləmeyvəsini yeməklə baş verir. Həzm olunmayan toxumları heyvanlar peyinlə birlikdə müxtəlif yerlərə daşıyırlar. Bu üsulla bitki növləri 100 kilometrlərlə uzağa yayıla bilirlər.
Fəranək Fərid
Fəranək Fərid 1961, Təbriz — azərbaycanlı şairə, tərcüməçi, qadın və insan haqları və çevrə mudafiəçisi. == Həyatı == Fəranək Fərid 1961-ci ildə Təbriz şəhərində anadan olub. O, ibtidai və orta təhsilini Təbrizdə alıb. Ali təhsilini isə iki ixtsas üzrə: 1983-cü ildə Təbriz Universitetinin laboratoriya elmləri və 2004-cü ildə ingilis dili dilmanclığı üzrə alıb. O, etiraz aksiyası gedə-gedə, küçədə saxlanılıb. == Yaradıcılığı == Fəranək Fərid ədəbiyyatda şeir, nəsr, tərcümə və tənqid kimi fərqli sahələrdə yazıb yaratmaqdadır. O, bir çox əsərlərini "İpək" təxəllüsü ilə nəşr etdirmişdir. 1998-ci ildə təşkil olunan Birinci Şimali-Qərb Jurnallar Festivalında "Ana" adlı şeiri ilə birinci yeri tutub. İctimai fəal 2001-ci ildə 8 Mart Dünya Qadınlar Günü münasibətilə Təbriz qadınlar zindanı amfi-teatrında təşkil olunan proqramın aparıcısı olmuşdur.Ədibin 2009-cu ildə "Yuxuda ayılmaq", 2010-cu ildə "Cızıq" adlı şeir kitabları, 2013-cü ildə "Xanıməli", "Bağlı otaq", "Afrika macərası", 2015-ci ildə "Brilyant gözlər" adlı nəsr kitabları nəşr olunmuşdur. == Fəaliyyəti == Fəranək Fərid 1985-ci ildən başlayaraq ictimai-mədəni, o cümlədən qadın hüquqları sahəsində aktiv fəaliyyətə qoşulub.
ORCID
ORCID və ya Open Researcher and Contributor ID (ingilis dilindən "Tədqiqatçı və iştirakçının açıq identifikatoru") — elm adamları və akademik şəxsiyyətləri bənzərsiz olaraq tanıdan 16 rəqəmli koddan ibarət beynəlxalq sistemdir. Bu sistem qısaca olaraq "ORCID" adlanır. İngilis dilində tam adı "Open Researcher and Contributor ID"dir. Azərbaycan dilində o "Azad tədqiqatçılar və yazarların ID kodu" kimi xarakterizə edilir. == Həmçinin bax == ResearchGate Academia.edu AcademyGate Metafizika Jurnalı == İstinadlar == == Xarici keçidlər == Rəsmi saytı Məlikov.
Bruno Körbi
Bruno Körbi (ing. Bruno Kirby; 28 aprel 1949) — ABŞ aktyoru, "Oskar" mükafatı laureatı.