Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Frilanser
Frilanser (ing. freelancer) – ştatdankənar işçi ya da sərbəst işçi mənasını ifadə edən ingilis mənşəli ifadə. Bu termin daha çox təkbaşına işləyən və sərbəst iş rejiminə sahib şəxslər üçün istifadə olunur. Müasir dövrdə geniş yayılmış iş üslublarından biridir. Frilanserlər işləri daha çox hər hansı bir 3-cü dərəcəli agentliklərdən və ya veb-səhifələrdən əldə edirlər. Frilanserlər bu iş rejimini daha çox sərbəst iş saatlarına, rahat və azadlığı üçün üstünlük verirlər. Bir başqa səbəb isə daimi iş yeri tapa bilməyən və ya əlavə gəlir əldə etmək istəyən şəxslər tərəfindən seçilir. Frilanserlərin üstünlük təşkil etdiyi sahələr: musiqi, yazı, kompüter proqramlaşdırması, veb dizayn, qrafik dizayn, tərcümə kimi peşələrdir. Frilanser çox vaxt xidmətlərini özü təklif edir — ixtisaslaşmış onlayn resurslarda, qəzet reklamları vasitəsilə və ya ağızdan-ağıza, yəni şəxsi əlaqələrdən istifadə etməklə. Freelancing xüsusilə jurnalistika (və mətnlərin yazılması ilə bağlı digər fəaliyyət formaları), hüquq, kompüter proqramlaşdırması, memarlıq, bütün təzahürlərində dizayn (reklam, veb dizayn, interyer dizaynı və s.), tərcümə, fotoqrafiya və digər sahələrdə geniş yayılmışdır, video çəkilişi, müxtəlif növ ekspert və konsaltinq fəaliyyətləri, lakin freelancing də tikinti sənayesində çox yaygındır.
Friqana
Friqana (lat. phryqanon-çırpı) — əsasən Aralıq dənizi ölkələrində yayılmış efemerlər olan kserofit tikanlı kol və yarımkollardan ibarət şiblək qrupudur. == Ümumi məlumat == Azərbaycan respublikası üçün friqana xarakterik deyildir. Lakin dağətəyi zonada bitki örtüyünün məhv olması, yamaclarda hədsiz mal-qara otarılması nəticəsində friqana tipli şibləklər yaranır. Belə bitki qruplaşması əsasən arid meşələrin antropogen deqradasiyasının son mərhələsi sayılır. O, seyrək bozqır və yarımsəhra ot bitkisi fonunda tək-tək və qrup halında açılıq, gəvən, pallas murdarçasından ibarət olur, bəzən orda-burda ardıc, dağdağan, iydəyarpaq armud və saqqızağacına da təsadüf edilir.
Frans
Frans — ad. Frans (müğənni) — İsveç müğənnisi və bəstəkarı.
İbn Firnans
İbn Firnans — IX əsr müsəlman mütəxəssisi. 880-ci ildə İbn Firnans dünyada ilk dəfə təyyarə tipli uçan cihaz ixtira etmişdir. Adıçəkilən müsəlman alim quş tükü və qumaşdan istifadə etməklə hazırladığı qurğuda uzun müddət havada dövr etdikdən sonra sağ-salamat yerə enmişdi.
Friman boğazı
Friman boğazı - Şpitsbergen arxipelaqına daxil olan Barens adasını Egj adasından ayırır. Barens dənizi hövzəsində yerləşir. İlin böyük hissəsi buzla örtülü olur. Uzunluğu 32 km, eni isə 6 km təşkil edir. Boğaz adını Rolf Rrimanın adından götürülmüşdür. XVII əsrdə İngilis kit ovçusu olmuşdur. Boğazı ağ ayılar tez-tez ziyarət edirlər.
Keti Friman
Keti Friman—400 metr məsafəyə qaçış üzrə ixtisaslaşmış sabiq Avstraliyalı sprinter. O, 2000-ci il Sidney Yay Olimpiya Oyunlarında 400 metr məsafəyə qadınların yarışında birinci olmuşdur. Keti Friman həmçinin 2000-ci ildə Yay Olimpiya Oyunlarında Olimpiadanın məşəlini də yandırmışdı. Friman 1990-ci ildə 16 yaşında ilk dəfə Aborigen Birlik Oyunlarının qızıl mükafatçısı olub. 1994-cü il onun karyerasının yüksəliş dövrü idi. Kanadada təşkil olunmuş 1994-cü il Birlik Oyunlarında, Friman 200 metr və 400 metrlik məsafələrin hər ikisində qızıl medal qazanıb. O, həmçinin 1996-cı il Olimpiya Oyunlarında gümüş medal qazanıb və 1997-ci il Dünya Çempionatında 400 metr məsafyə yarışlarda birinci olub. 1998-ci ildə zədə səbəbindən Friman qaçış yarışlarından bir müddət ayrıldı. O, idmana 1999-cu il Dünya Çempionatında 400 m məsafəyə yarışda birinci yeri tutmaqla qayıdıb. Keti Friman 2003-ci ildə karyerasını bitirdiyini elan edib.
Morqan Friman
Morqan Friman (1 iyun 1937[…], Memfis, Tennessi) — ABŞ aktyoru. Friman 2005-ci ildə "Milyon dollarlıq gözəlçə" filmiylə Ən yaxşı ikinci plan kişi roluna görə Oskar mükafatını qazandı. "Xanım Daisy'nin sürücüsü", "Şouşenkdən qaçış", "Məğlubedilməz" filmləri ilə Oskar mükafatına namizəd oldu. O həm də Qızıl qlobus və Ekran Aktyorları Dərnəyi mükafatının sahibi oldu. Özündən böyük üç bacı-qardaşı var. Uşaq ikən nənəsinin yanına, Carleston, Missisipiyə göndərildi. Friman ilk səhnəyə çıxışını 9 yaşında, bir məktəb tədbirində gerçəkləşdirdi. Məşhur kinoaktyor Morqan Friman The Human Factor adlı yeni filmdə, Cənubi Afrika Respublikasının keçmiş dövlət başçısı Nelson Mandelanın rolunu oynayır. Frimanın şirkəti "Revelations Entertainment" tərəfindən çəkiləcək filmin senarisini Cənubi Afrikalı yazıçı Antoni Pekham yazmışdır. Oskar mükafatçısı olan aktyor Morqan Friman, keçən il Cənubi Afrika Respublikasına gedərək proekti Mandela ilə məsləhətləşdiyini deyərək, bu gün 88 yaşında olan Mandelanı canlandırmaq onun üçün çox fəxr olduğunu bildirmişdir.
Orrin Friman
Orrin Erastus Friman (ing. Orrin Erastus Freeman; 9 sentyabr 1830, Boston – 16 avqust 1866, Yokohama) – ABŞ fotoqrafı. Çin və Yaponiyada fəaliyyət göstərmişdir. Yaponiyada məskunlaşmış ilk peşəkar fotoqraf olmaqla yanaşı, Yaponiyada ilk fotostudiyanı açmış şəxsdir. Orrin Friman 1830-cu ildə ABŞ-nin Boston şəhərində doğulmuşdur. Friman 1857-ci ilə aid bir şəhər kataloqunda bar sahibi kimi göstərilmişdir. 1859-cu ildə ailəsi ilə birlikdə Çinin Şanxay şəhərinə gəlmiş və özü ilə ambrotipik kamera gətirmişdir. Suçjou şəhərində fotostudiya açmış və çinlilərin fotoportretlərini çəkərək pul qazanmağı planlaşdırmışdır. Lakin Suçjou şəhərində uğursuz olduqdan sonra studiyanı 1859-cu ilin iyulunda Şanxaya köçürmüşdür. Burada daha uğurlu olsa da, Yaponiyaya köçməyə qərar vermişdir.
Qordon Friman
Qordon Friman — Half-Life seriyasının əsas personajıdır. Massaçusets Texnologiya İnstitutu (MIT) tərəfindən ona verilən nəzəri fizika üzrə fəlsəfə doktoru dərəcəsinə (elmlər namizədinin qərb ekvivalenti) malikdir. Black Mesa Tədqiqat Mərkəzində nəzəri fizik kimi çalışarkən o, alimlər İsaak Kleiner , Eli Vans və Arnold Maqnussonla birlikdə anomal materiallar üzərində eksperimentdə iştirak edib. Təcrübə zamanı nasazlıq baş verdi ki, bu da Zen paralel dünyasına ölçülərarası bir qapı açdı və orada yaşayan canlıların Yerə hücumunun başlanğıcını qeyd etdi . Qordon Friman Vaşinqton ştatının Sietl şəhərində anadan olub . Kiçik yaşlarından o, kvant mexanikası və nisbilik nəzəriyyəsi ilə maraqlanırdı ; Onun bütləri Eynşteyn , Hawking və Feynman idi . 1990-cı illərin sonlarında İnsbruk Universitetində qonaq tələbə kimi Qordon Eksperimental Fizika İnstitutu tərəfindən aparılan erkən teleportasiya təcrübələrində iştirak etdi. O vaxtdan bəri teleportasiyanın praktik tətbiqi gənc fizikin həvəsinə çevrildi. 1999-cu ildə Friman Massaçusets Texnologiya İnstitutu tərəfindən fəlsəfə doktoru (PhD) dərəcəsinə layiq görülmüşdür . İnsbruk Universitetində akademik tədqiqatlarda iştirak edərkən, Qordon inkişaf tempinin ləng olması və kifayət qədər maliyyə olmaması səbəbindən məyus oldu.
Martin Friman
Martin Con Kristofer Friman (8 sentyabr 1971[…], Olderşot[d], Hempşir qraflığı[d]) — BAFTA mükafatına layiq görülmüş İngilis aktyor. O həmçinin, 2 dəfə Emmi mükafatı və Ekran Aktyorları Gildiyası Mükafatı qazanıb və Qızıl Qlobus Mükafatına namizəd olub.
Nyu-Frisland yarımadası
Nyu-Frisland (norv. Ny-Friesland — «Yeni Frislandiya») — Qərbi Şpisbergen adasının (Şpitsbergen, Norveç) Nyu-Frisland öz növbəsində bir yarımadadır. Qərbdən Viyedeford və şərqdən Hinlopen boğazı ilə əhatələnmişdir. Ərazi Niderlandın Frisland vilayətinin şərəfinə adlandırılmışdır.
Frans Babinger
Frans Babinger (alm. Franz Babinger‎; 15 yanvar 1891, Vayden, Bavariya — 23 iyun 1967, Durres, Albaniya) — Alman tarixçi, türkoloqu və şərqşünası. Hindşünaslıq və sami filologiyası üzrə doktor (1914), Berlin Universitetinin Şərq dilləri üzrə professoru (1921). == Həyatı == Frans Babinger 15 yanvar 1891 Almaniyanın Veyden şəhərində doğuldu. Ali təhsilini Münhen Ludviq-Maximilan Universitetində oxudu və 1914-cü ildə Fəlsəfə fakültəsində təqdim etdiyi "Gottlieb Siegfried Bayer (1694-1738), Ein Beitrag zur Geschichte der Morgenländischen Studiən im 18 Jahrhundərt (Gottliəb Siegfriəd Bayer (1694-1738), XVIII əsrdə Şərqi araşdırmalarına bir qatqı) München 1915"; adlı dissertasжyla doktor oldu. Bir neçə ay sonra başlayan Birinci Dünya Müharibəsinə topçu ehtiyatda olan zabit kimi qatıldı. 1915-ci ildə Türkiyədəki Alman qərargahında vəzifələndirildi, İstanbula gəldi və bir müddət Çanaqqala savaşlarında oldu. Buradan savaşla əlaqəli olaraq göndərdiyi yazıları "Frankfurter Zeitung" qəzetində nəşr olundu. Özü Çanaqqalada miralay Mustafa Kamalla tanış olduğunu və rabitə xidməti zabiti olaraq vəzifələndirildiyini ifadə edirsə də, rütbəsi kiçik olan bir gəncin Mustafa Kamala nə qədər yaxınlaşmış olduğu bilinmir. Savaşın sonlarına doğru, Şamda yayımlanmaqda olan "Armée-Zeitung Jildirim" da bir neçə yazısı çıxdı.
Frans Babinqer
Frans Babinger (alm. Franz Babinger‎; 15 yanvar 1891, Vayden, Bavariya — 23 iyun 1967, Durres, Albaniya) — Alman tarixçi, türkoloqu və şərqşünası. Hindşünaslıq və sami filologiyası üzrə doktor (1914), Berlin Universitetinin Şərq dilləri üzrə professoru (1921). == Həyatı == Frans Babinger 15 yanvar 1891 Almaniyanın Veyden şəhərində doğuldu. Ali təhsilini Münhen Ludviq-Maximilan Universitetində oxudu və 1914-cü ildə Fəlsəfə fakültəsində təqdim etdiyi "Gottlieb Siegfried Bayer (1694-1738), Ein Beitrag zur Geschichte der Morgenländischen Studiən im 18 Jahrhundərt (Gottliəb Siegfriəd Bayer (1694-1738), XVIII əsrdə Şərqi araşdırmalarına bir qatqı) München 1915"; adlı dissertasжyla doktor oldu. Bir neçə ay sonra başlayan Birinci Dünya Müharibəsinə topçu ehtiyatda olan zabit kimi qatıldı. 1915-ci ildə Türkiyədəki Alman qərargahında vəzifələndirildi, İstanbula gəldi və bir müddət Çanaqqala savaşlarında oldu. Buradan savaşla əlaqəli olaraq göndərdiyi yazıları "Frankfurter Zeitung" qəzetində nəşr olundu. Özü Çanaqqalada miralay Mustafa Kamalla tanış olduğunu və rabitə xidməti zabiti olaraq vəzifələndirildiyini ifadə edirsə də, rütbəsi kiçik olan bir gəncin Mustafa Kamala nə qədər yaxınlaşmış olduğu bilinmir. Savaşın sonlarına doğru, Şamda yayımlanmaqda olan "Armée-Zeitung Jildirim" da bir neçə yazısı çıxdı.
Frans Bekkenbauer
Frans Anton Bekkenbauer (alm. Franz Anton Beckenbauer‎; 11 sentyabr 1945[…] – 7 yanvar 2024, Zalsburq) — Almaniya futbolçusu və məşqçisi. Almaniya millisinin oyunçusu olub. FİFA 100 siyahısına daxildir. Frans bütün turnirlərdə 620 oyun keçirib, 74 qol vurub və 75 məhsuldar ötürmə edib. O, tez-tez müasir müdafiəçi (libero) rolunu icad etmiş kimi qəbul edilir. O, FIFA Dünya Kubokunu, Avropa Çempionlar Kubokunu və Qızıl Topu qazanan doqquz oyunçudan biridir. 2024-cü ilin yanvar ayında vəfat edib. == Ədəbiyyat == Beckenbauer, Franz, Cramer, Dettmar: Nicht nur ein Spiel!. Rowohlt, Reinbek 2006, ISBN 3-498-00640-1.
Frans Boas
Frans Boas (Tam adı: alm. Franz Uri Boas‎; 9 iyul 1858[…] – 21 dekabr 1942[…], Nyu-York, Nyu-York ştatı) — amerikan dilçisi, etnoqraf və antropoloq.Eskimoslar və Şimali Amerikanın şimal qərb sahillərində yaşayan hindilərin dil və mədəniyyəti sahəsində mütəxəsis. Boas Amerika Dilçilik Cəmiyyətinin banisi və prezidenti olmuşdur(1928). Amerikanın antropologiya və arxeologiyasına dair əsərlərinin böyük əhəmiyyəti olmuşdur. Boas irqçilik nəzəriyyəsini ifşa edirdi. O, konkret ictimai hadisələrin təhlilində çox zaman kortəbii materializm mövqeyində dayanırdı. Boas antifaşist kimi də məşhurdur.
Frans Ferdinand
Frans Ferdinand Karl Lyüdviq İosif fon Habsburq — Estenin böyük hersoqu (ershersoq) (alm. Franz Ferdinand von Österreich-Este; 18 dekabr 1863-cü il, Avstriya imperiyası, Qrats-28 iyun 1914-cü il, Avstriya-Macarıstan, Sarayevo)- Avstriyanın böyük hersoqu, 1896-cı ildən Avstriya taxt-tacının vəliəhdi. Süvari generalı (1899). Danila İliç tərəfindən koordinatlandırılan 6 nəfərlik terror qrupunun üzvü (beşi serb, biri bosniyalı), serb millətçisi Qavrilo Prinsip tərəfindən öldürülmüşdür. Frans Ferdinandın ölümü formal olaraq Birinci Dünya müharibəsinin başlanmasına bəhanə olmuşdur. == Həyatı == Böyük hersoq Karl Lyudviqin (1833-1896) böyük oğlu—imperator İosifinin və hər iki Siciliyanın şahzadəsi Mariya Annunsiatin (1843-1871) qardaşı. O, 1875-ci ildə Modensk hersoqu, Habsburqlar sülaləsinin digər qolunun nümayəndəsi V Françeskodan Este adını və külli miqdarda miras əldə etdi. 1896-cı ildə, atasının ölümündən sonra Avstriya-Macarıstan taxt-tacının vəliəhdi oldu. Lakin faktiki olaraq onu taxt-taca 1889-cu ildən, dayısı Frans İosifin yeganə oğlu, tac şahzadəsi Rudolfun intiharindan sonra hazirlamağa başlamışdilar. Frans Ferdinand 1893-cü ildə hərbi təhsil aldıqdan sonra böyük dünya səyahətinə çıxır, Avstraliyada “Kayzerin Yelizaveta” kreyserini ziyarət etdikdən sonra Yeni Zelandiya, Solomon adaları, Yeni Qvineya, Tailand və Yaponiyanı dolaşır.
Frans Hals
Frans Hals (1591, 1582 və ya ən tezi 1582 və ən geci 1583, Antverpen, Brabant hersoqluğu[d][…] – 26 avqust 1666[…], Harlem[d][…]) — holland rəssam, holland rəssamlığının qızıl dövrünün nümayəndəsi. == Yaradıcılığı == Hals daha çox üç dəfə çəkdiyi Piter van den Broeke və İsaak Massa kimi varlı vətəndaşların portretləri ilə məşhurdur. O, həmçinin yerli vətəndaş mühafizəçiləri və yerli xəstəxanaların regentləri üçün böyük qrup portretləri çəkmişdir. O, radikal şəkildə azad yanaşma ilə realizm tətbiq edən rəssam idi. Onun rəsmləri cəmiyyətin müxtəlif təbəqələrini təsvir edir: zabitlərin, gildiyaların, bələdiyyə başçılarından tutmuş katiblərə qədər yerli şura üzvlərinin, səyyar oyunçu və müğənnilərin, cənabların, balıq arvadlarının və meyxana qəhrəmanlarının ziyafətləri və ya yığıncaqları. 1627-ci ildə Müqəddəs Adrian Milis Şirkətinin Zabitlərinin Ziyafəti kimi qrup portretlərində Hals hər bir personajı fərqli şəkildə çəkir, sifətlər ideallaşdırılmır və aydın şəkildə seçilir, şəxsiyyətlər müxtəlif pozalarda və üz ifadələrində aşkarlanır. Hals gün işığını və gümüşü parıltını sevirdi, Rembrandt isə ölçüyəgəlməz qaranlıqda zəif işığın süni kontrastlarına əsaslanan qızıl parıltı effektlərindən istifadə edirdi. Hals nadir intuisiya ilə təbəələrinin həyatında bir an ələ keçirdi. Təbiətin o anda göstərdiklərini o, incə bir rəng miqyasında və hər bir ifadə formasında ustalıqla təkrarladı. O, məşhur portret rəssamı oldu və xüsusi hallarda Haarlem varlılarını çəkdi.
Frans II
II Frans (alm. Franz II. Joseph Karl‎; 12 fevral 1768[…], Florensiya – 2 mart 1835[…], Vyana) — sonuncu Müqəddəs Roma İmperatoru (1792–1806) və I Frans kimi 1804–1835-ci illərdə Avstriyanın ilk İmperatoru idi .Napoleonun fransızların imperatoru kimi tacqoymasına cavab olaraq özünü ilk Avstriya İmperatorunu elan etdi. Napoleon Reyn Konfederasiyasını yaratdıqdan qısa müddət sonra Fransi Müqəddəs Roma İmperatoru kimi taxtdan əl çəkdi . O , Macarıstan , Xorvatiya və Bohemiya kralı idi . O, həm də Almaniya Konfederasiyasının ilk prezidenti kimi fəaliyyət göstərib. II Frans Napoleon müharibələrində Napoleon Fransasının rəqibi kimi aparıcı rolunu davam etdirdi və Austerlitzdən sonra daha bir neçə məğlubiyyətə uğradı. 1810-cu il martın 10 — da qızı Avstriyalı Mari Luiza ilə Napoleonla evlənməsi onun ən ağır şəxsi məğlubiyyəti idi.
Frans Kafka
Frans Kafka (alm. Franz Kafka‎;3 iyul 1883[…], Praqa, Bohemiya krallığı, Avstriya-Macarıstan[…] – 3 iyun 1924[…]) — almandilli əşkinazi yəhudisi romançı və hekayə yazarı. XX əsr ədəbiyyatının görkəmli nümayəndələrindən biridir. Realizm ilə fantastika elementlərini birləşdirdiyi əsərlərində əsasən tənha qalmış baş personajlar qəribə, sürrealistik vəziyyətlərlə və başa düşülməyən sosial-bürokratik qüvvələrlə üzləşirlər. Kafkanın əsərlərində yadlaşma, narahatlıq, günahkarlıq və absurdluq kimi elementlərlə qarşılaşmaq mümkündür. Ən tanınmış əsərləri "Çevrilmə" (alm. Die Verwandlung‎), "Məhkəmə" (alm. Der Process‎), "Qəsr" (alm. Das Schloss‎) və "Milenaya məktublar"(alm. Briefe an Milenas‎) hesab olunur.
Frans Klayn
Frans Klayn (ing. Franz Kline; 23 may 1910, Uilks-Barre, Pensilvaniya — 13 may 1962, Nyu-York) — ABŞ rəssamı, abstrakt ekspressionizm cərəyanının və Mücərrəd Rəssamlıq Formasının nümayəndəsi.
Frans List
Ferens List (mac. Liszt Ferenc, 22 oktyabr 1811[…] – 31 iyul 1886[…], Bayroyt, Bavariya Krallığı, Almaniya imperiyası[…]) — Macarıstan bəstəkarı, virtuoz pianoçusu, dirijoru, həssas pedaqoqu, fəal musiqi-ictimai xadimi. XIX əsrin ən məşhur pianoçularından biri olan Ferens List, həm də simfonik şeir tərzinin banisidir. == Həyatı == Ferens List 22 oktyabr 1811-ci ildə Macarıstanın Doborjan qəsəbəsində (1921-ci ildən Avstriya, Raydinq) anadan olmuşdur. Atası Adam List piano, violoençel, violin kimi bir çox musiqi alətində ifa etməyi bacarırdı. Listin musiqi ilə tanışlığı da məhz atasının təşəbbüsü illə olmuşdur. Atası ona pianoda ifa etməyi öyrətmiş və hələ 7 yaşı olan List kiçik bəstələr yazmağa başlamışdı. Sonralar macar əsilzadələr tərəfindən 6 il müddətində təqaüdlə təmin edilərək təhsilini davam etdirmək üçün Vyanaya yola düşmüşdür. Burada Antonio Salieri və Ludoviq van Bethovenin tələbəsi olan Karlo Çernidən təhsil almışdır. 12 yaşında Ferens List artıq krallar, əsilzadələr tərəfindən rəğbət bəslənən bir musiqiçi idi, lakin 15 yaşında ikən atasının vəfat etməsi ilə onun musiqiyə olan həvəsi azalmış, ədəbiyyat və dinlə maraqlanmağa başlamışdı.
Frans Merinq
Frans Mehrinq (alm. Franz Mehring‎; 27 fevral 1846, Şlave — 29 yanvar 1919, Berlin) — alman fəhlə hərəkatı xadimi, marksist filosof və tarixçi, ədəbiyyat tənqidçisi. == Həyat və Fəaliyyəti == Frans Mehrinq 27 fevral 1846-cı ildə Polşada ölkənin Slava şəhərində anadan olmuşdur. 1882-cı ildən fəlsəfə doktoru. Əvvələr burjuya radikalizmi mövqeyindən çıxış etmişdir. 1890-cı ildən proletar sosializmi mövqeyinə keçmiş (1891 ildə Almaniya S-D partiyasına daxil olmuşdur), alim və publisist kimi marksist dünyagörüşünün təbliğində mühüm rol oynamağa başlamışdır. Birinci dünya muharibəsi zamanı proletar beynəlmiçiliyinə sadiq qalmışdır. Mehrinq Böyük oktyabr sosialist inqilabı ideyalarının Qərbdə ilk müdafiəçisi və təbliğatçılarından idi. Mehring "Spartak ittifaqı"nın və Almaniya Kommunist Partiyasının yaradılmasında fəal rol oynamışdır. Mehrinqin elmi irsi zəngindir.
Frans Qalder
Frans Qalder (alm. Franz Halder‎; 30 iyun 1884[…], Vürtsburq – 2 aprel 1972[…]) — alman hərb xadimi, general-polkovnik, 1938–1942-ci illərdə Vermaxtın quru qoşunları Baş qərargahının (Oberkommando des Heeres) rəisi.
Frans Rayxelt
Frans Karl Rayxelt (alm. Franz Karl Reichelt‎, Almanca tələffüz: [fʁants kaʁl ˈʁaɪ̯çl̩t]; 16 oktyabr 1878, Şteti[d] – 4 fevral 1912, Paris) — Avstriya doğumlu dərzi, ilk paraşütün ixtiraçısı. Bəzən özünün düzəltdiyi paraşütlə Eyfel qülləsindən tullanaraq həyatını itirdiyi üçün uçan dərzi ləqəbi ilə də yad edilir. Rayxelt təyyarəçilərin təyyarələrini tərk etmək məcburiyyətində qalması halında onların sağ-salamat yerə enməsini təmin edəcək bir alət düzəltməyə çalışırdı. binanın 5-ci mərtəbəsindən kuklalar ilə testlər uğurlu olsa da sonrakı əlavələrində bəzi uğursuzluqlar oldu. Kifayət qədər hündür test platformasının olmamasını ən böyük problem hesab edən Rayxelt dəfələrlə icadını Eyfel qülləsində test etmək üçün Paris polisindən icazə istəmişdi. Nəhayət 1912-ci ilin əvvəllərində icazə almasına baxmayaraq Fevralın 4-də artıq test üçün qülləyə çatanda testi kukla yerinə özü edəcəyi qərarını aldı. Dostlarının və onu izləməyə gələnlərin Rayxelti qərarından daşındırmaq istəməsinə baxmayaraq o Eyfel qülləsinin ilk mərtəbəsindən tullandı. Paraşüt müvazinətini itirdi və Rayxelt buz kimi yerə yapıştı. Yerə dəyərək öldüyü aşıq-aydın görünməsinə baxmayaraq Rayxelti ən yaxın xəstəxanaya aparıb həkimlər tərəfindən ölü olması elan edildi.
Frans Riçelt