Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Bos frontalis
Qaur (lat. Bos gaurus) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin cütdırnaqlılar dəstəsinin boşbuynuzlular fəsiləsinin əsl öküz cinsinə aid heyvan növü. Qaur (Bos Bibos Frontalis Gaurus) hazırda Hindistanda və Zond adalarında yayılmışdır. Bəzi alimlərin rəyinə görə qaur özündən fərqli olan qayalın törəməsinə səbəb olmuşdur. Prof. A.A.Brauner burnu buğa yarımailəsinin törəməsi tarixinə dair təklif etdiyi sxemdə təsdiq etmişdir. Əslində isə qayal və qaur müxtəlif formalardır. Qaurun buynuzları uzun və çox əyilmişdir, dibləri enli, ucları isə sivridir. İstiqaməti yuxarıya, azacıq dala və içəriyə tərəfdir. Qaurun ilk təsviri 1827-ci ildə verilmişdir.
Nonnula frontalis
Nonnula frontalis (lat. Nonnula frontalis) — nonnula cinsinə aid heyvan növü.
Fraktal
Riyaziyyatın əsas qolu olan həndəsə insanın yaşadığı dünyanı öyrənməsi üçün vacibdir. Ancaq kainatın mükəmməl görünüşü Evklid həndəsəsi və ya klassik həndəsə ilə açıqlanmayacaq qədər mürəkkəbdir. Çünki klassik həndəsədəki formalar düz xətt, müstəvi, üçbucaq və konuslardan ibarətdir və dünyanın mürəkkəb quruluşunu anlamaq və modelləşdirmək üçün bu formalar kifayət etmir. Latın dilində “fraktus” (sınmış, qırılmış) sözündən əmələ gələn və fransız riyaziyyatçı Benua Mandelbrot tərəfindən 1975-ci ildə əsası qoyulmuş həndəsənin bu yeni sahəsi qarışıq, ancaq mükəmməl uyğunluq və gözəllikdəki dünyanın qüsursuz quruluşunu öyrənir. Fraktal həndəsənin əsasını təşkil edən başlıca xüsusiyyətlər Allah’ın yaratdığı varlıqlardakı ölçünü və dəqiq hesablamanı göstərir. Başlanğıc forma. Cismin forması, əslində, bir formanın iç-içə keçmiş kiçik surətləri şəklində ardıcıl təkrar olunur. Ölçüləri kiçilən və bir-birini izləyən formalar zəncirvarı şəkildə davam edir. Ancaq bu formalar çox simmetrik düzülürlər. Buna ən yaxşı misal qar dənəcikləri və ilbiz qabığıdır.
Fronton
Fronton (fr. fronton, lat. frons, frontis — alın, divarın ön hissəsi) — üfüqi və iki maili karnizdən yaranan üçbucaqdır.
Fraktal sıxılma
Fraktal, müxtəlif miqyaslı və ölçülü oxşar forma və rəsmlərdə təşkil olunmuş strukturdur. İlk dəfə olaraq bu termini Benua Mandelbrot, bir çox strukturlarda rast gəldiyi təkrar olunan rəsmləri təsvir etmək üçün işlətmişdir. O, müəyyən etdi ki, fraktalları riyazi təsvir etmək mümkündür və onları çox sadə alqoritmlərlə yaratmaq olar.Əgər hər hansı bir döşəməyə nəzər salsaq, orada çoxlu sayda oxşar, təkrar olunan fraqmentlərə rast gəlmək olar. Bu halda, döşəmənin səthinin necə olması heç bir əhəmiyyət kəsb etmir. Döşəmənin parketdən, betondan olmasından, xalçayla döşənməsindən və s. asılı olmayaraq, şəkillər ən kiçikdən tutmuş, lap böyüyə qədər təkrarlanacaq. Əgər döşəmənin səthinin bir hissəsinin üzünü köçürsək, demək olar ki, eynilə bu hissədən döşəmənin başqa yerində də tapmaq olar. Bundan başqa, əgər bir hissənin ölçülərini dəyişsək, firlatsaq və ya güzgü əksini alsaq, onda oxşar hissələrin sayı daha da çox olacaq. Onda bütün oxşar sahələri və kopyanın üzərində aparılmış bütün (riyazi) çevirmələri saymaq olar. Alınmış verilənlərər (tənliklər sisteminə) adətən, fraktal kodlar deyilir.
Quru fontan
Quru fontan - İrəvan quberniyasının Yeni Bayazid qəzasında, indi Axta (Razdan) rayonunda kənd. == Tarixi == Rayon mərkəzindən 12 km cənub-qərbdə yerləşir. Toponim quru və fontan sözlərinin birləşməsindən əmələ gəlmişdir. Quruluşca mürəkkəb toponimdir. == Əhalisi == Kənddə tarixən azərbaycanlılar yaşamışdır. Sonralar -1828-ci ildən sonra burada ruslar yerləşdirilmişdir. 1897-ci ildə burada 162 nəfər rus, 8 nəfər azərbaycanlı yaşamışdır. XX əsrin əvvəllərində, 1905-1906-cı illərdə azərbaycanlılar qovulmuşdur.
Alois Leksa von Erental
Alois Leksa von Erental (27 sentyabr 1854[…] – 17 fevral 1912[…] və ya 1912, Vyana) — Avstriya-Macarıstan siyasi xadimi və diplomatı. 1895–1898-ci illərdə Buxarestdə diplomatik elçi, 1899–1906-cı illərdə Peterburqda səfir, 1906–1912-ci illərdə xarici işlər naziri olmuşdur. Bosniya və Herseqovinanın Avstriya-Macarıstan tərəfindən işğalının hazırlanmasında mühüm rol oynamışdır.
Front Line Defenders
Front Line Defenders və ya The International Foundation for the Protection of Human Rights Defenders (ing. Front Line Defenders "Beynəlxalq İnsan Hüquqları Müdafiəçilərinin Müdafiəsi Fondu") — Ümumdünya İnsan Hüquqları Bəyannaməsində qeyd olunduğu kimi başqalarının insan hüquqlarını məcburi olmadan müdafiə edənlərə dəstək olmaq üçün 2001-ci ildə İrlandiyanın Dublin şəhərində qurulmuş irlandiyalı insan haqları təşkilatıdır. == Tarix == Təşkilat Amnesty İnternational İrlandiyanın keçmiş direktoru Meri Lovlor tərəfindən iş adamı və xeyriyyəçi Denis O'Brayenin 3 milyon dollar ianəsi ilə təsis edilib. Front Line Defenders Birləşmiş Millətlər Təşkilatının İqtisadi və Sosial Şurasında xüsusi məsləhətçi statusuna və Afrika İnsan və Xalqların Hüquqları Komissiyasında müşahidəçi statusuna malikdir. Fond 2007-ci ildə King Boduin Beynəlxalq İnkişaf Mükafatına və 2018-ci ildə Birləşmiş Millətlər Təşkilatının İnsan Hüquqları Mükafatına layiq görülüb. Front Line Defenders praktiki təhlükəsizlik ehtiyacları, təlim və tədris materialları, sığınacaqlar, şəbəkə imkanları, onların hüquqlarını hökumətlərdən qorumaq üçün hüquqi yardım, bir neçə dildə 24 saatlıq təcili telefon xətti üçün bütün dünyada alıcılara qrantlar verir. Xüsusi şəraitdə bu təşkilat hüquq müdafiəçilərinin daha təhlükəsiz yerlərə köçürülməsinə kömək edə və mümkünsə onların xərclərini ödəyə bilər. == Görkəmli işləri == 2021-ci ilin oktyabrında Front Line Defenders, İsrail tərəfindən qadağan edilmiş insan haqları qruplarına mənsub müxtəlif Fələstin vətəndaşlarının İsrail texnologiya şirkəti NSO Group tərəfindən yaradılmış casus proqramlar tərəfindən hədəf alındığına dair sübutlar üzə çıxardır. == Front Line Defenders mükafatı == Mükafat 2005-ci ildə təsis edilmişdir. Mükafat böyük şəxsi risk altında öz icmalarının hüquqlarının qorunmasına unikal töhfə edənlərə verilir.
Front Mission media məhsullarının siyahısı
Front Mission (フロントミッション, Furonto Misshon) — əvvəllər "Square", daha sonralar isə "Square Enix" tərəfindən yayımlanan strateji rol videooyunları seriyası. Seriyanın ilk oyunu 1995-ci ildə çıxmışdır və sonradan "Square" tərəfindən mənimsənilən bir studiya olan "G-Craft" tərəfindən hazırlanmışdır. "G-Craft" "Front Mission Series: Gun Hazard" ("Omiya Soft"), "Front Mission Evolved" ("Double Helix Games") və "Front Mission 2089: Border of Madness" (h.a.n.d.) oyunları istisna olmaqla digər bütün "Front Mission" oyunlarını istehsal etmişdir. Orijinal oyun yayımlanandan sonra filmlər, manqalar, romanlar, radio şouları və oyuncaqlar da daxil olmaqla bir çox medya məhsulları çıxmağa başlamışdır. Seriyadakı videooyunlar strateji rol videooyunlarından başqa skroll-şuter, real zamanda strategiya və üçüncü şəxs atıcı oyunlarına da böyük təsir göstərdi. Seriyanın əsas hekayəsini yeddi fərqli oyun əhatə edir. Bunlara əlavə olaraq hekayəsi əsas oyunlardakı ilə eyni kainatda və ya altenativ dünyalarda keçən yan məhsul kimi beş əlavə oyun istehsal edilmişdir. "Front Mission" oyununun satılma səbəblərindən ən əsası onun süjet xəttinə sahib olmasıdır. 21-ci və 22-ci əsrlərdə baş verən hadisələr əsasən hərbi münaqişə və güclü millətlərarası birliklərin və onların üzv ölkələri arasındakı siyasi gərginlik haqqındadır. Hər bir "Front Mission" videooyunu özünəməxsus, müstəqil hekayələrdən istifadə etsə də, əslində oyunlar bütün seriyanı əhatə edən daha böyük bir hekayə xəttinə bağlıdır.