Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Bronxit
Bronxit (lat. bronchitis, bronx + -itis — iltihab) — bronx divarları selikli qişasının iltihabıdır. Bronxlar udulan havanı ağciyərlərə aparan müxtəlif diametrli şaxələnmiş boru şəbəkələrindən ibarət olaraq bronxial ağac adlanır. Bronxit tamamilə müstəqil xəstəlik olaraq inkişaf edə bilər (birincili bronxit), lakin o çox vaxt kəskin respirator infeksiyanın və ya soyuqdəymənin (ikincili bronxit) ağırlaşmasıdır və bronxların iltihabının bir xüsusiyyəti də ondan ibarətdir ki, bakterial infeksiyanın qoşulma təhlükəsi var. Tənbəki tüstüsü və toz bronxit xəstəliyi risqini artırırlar. Hətta "passiv siqaret çəkmə" xəstəlikdən sonra zəifləmiş orqanizm üçün son faktor olaraq bronxların iltihabını törədə bilər. Xüsusən də bu valideynləri siqaret çəkən uşaqlara aiddir. Bu halda bronxitdən əlavə uşaqlarda bronxial astma və pnevmoniya yaranması risqi artır. Orqanizmin immun sisteminin vəziyyəti də az rol oynamır, əgər immunitet zəifləmişsə, adətən payızda və ya yazda, "onun qapısı bütün küləklərə" açıqdır, başqa sözlə bronxitlə xəstələnmə təhlükəsi xeyli artır. == Simptomlar və gedişat == Bronxitin əsas əlaməti açıq, sarı, boz və ya yaşıl rəngli bəlğəmli öskürəkdir.
Fronton
Fronton (fr. fronton, lat. frons, frontis — alın, divarın ön hissəsi) — üfüqi və iki maili karnizdən yaranan üçbucaqdır.
Bulbophyllum frostii
Bulbophyllum frostii (lat. Bulbophyllum frostii) — səhləbkimilər fəsiləsinin bulbofillium cinsinə aid bitki növü.
Domain fronting
Domain fronting — HTTPS bağlantısı sahəsi ləngitməklə internet senzurasını işə salan üsul. Tətbiqetmə qatında işləyərkən, domain fronting istifadəçiyə DNS, IP və ya dərin paket yoxlama yolu ilə bloklana bilən bir xidmətə qoşulmağa imkan verir. == Texniki məlumatlar == Bir konfiqurasiyada, Amazon S3 və ya Google App Engine kimi böyük bir hosting xidməti, ümumi və hədəf HTTPS domenlərini ehtiva paylaşılan SNI sertifikatını istifadə edir. Həqiqi, bloklanmış son nöqtənin domen adı yalnız şifrəli HTTPS bağlantısı yaradıldıqdan sonra HTTP Host başlığında senzorlara görünməz hala gətirilir. Bu, bloklanmış və zərərsiz saytların həm Google App Engine kimi eyni böyük provayderi tərəfindən yerləşdirildiyi təqdirdə edilə bilər.. Digər konfiqurasiyalar bir məzmun çatdırılması şəbəkəsinin ümumi HTTPS sertifikatına və infrastrukturuna hədəf serverə bir reflektor kimi çıxış etməyə imkan verir. Bu texnikalar, müxtəlif ünsiyyət təbəqələrində müxtəlif domen adları istifadə edərək işləyirlər. Bir zərərsiz saytın domen adını əlaqələndirmək üçün istifadə olunur. Bu domen adı DNS sorğunun bir hissəsi və TLS Server adı göstəricisi kimi aydın mətndə senzora məruz qalır. Hər hansı bir domen adı üçün, senzuralar adətən qanunsuz trafikdən trafiki trafiki fərqləndirə bilmirlər.
Fallen Frontier
Fallen Frontier (azərb. Ölmüş Sərhəd‎) — "Moonshot Games" tərəfindən hazırlanan və atıcılıq və sayd-skroller janrlarında olan ləğv edilmiş videooyunu. Oyun Xbox 360, PlayStation 3 və Microsoft Windows platformaları üçün hazırlanırdı. Oyun 2009-cu ildə keçmiş "Bungie" işçiləri tərəfindən qurulan "Moontshot Games" şirkətinin ilk videooyunu olacaqdı. Oyunun demosu 2011-ci ildə keçirilən PAX East tədbirində buraxılmışdır. Oyun 2013-cü ilin yanvar ayında ləğv olunmuşdur.
Kəskin bronxit
Kəskin bronxit - bronxların məhdud iltihabıdır. Öskürək və bəlğəm ən önəmli klinik əlamətləridir. Adətən yuxarı tənəffüs yollarının infeksiyası fonunda başlayır. Kəskin bronxitdə öskürəyin 5 gündən artıq davam etməsi ilə yuxarı tənəffüs yolu infeksiyasından fərqlənir. Kəskin bronxitin törədiciləri yuxarı tənəffüs yolu infeksiyasına səbəb olan viruslardır. İnfluenza A və B, parainfluenza, koronavirus (tip1-3), rinovirus, respirator sinsisityal virus ve insan metapnevmovirusu ən sıx rastlanan törədicilərdəndir. Xroniki başqa ağciyər xəstəlikləri olmayan normal insanlarda aparılan araşdırmaların çox azında törədicinin bakterial olduğu aydınlaşdırılmışdır. Törədicilər viruslar hesab olunur. Mycoplasma pneumoniae və Chlamydophila pneumoniae nadir hallarda - əsasən kollektivdə olan yoluxmalarda kəskin bronxitə səbəb olurlar. Belə hallarda öskürək daha az müddətli (≥3 gün) olur.
Zombie Frontier
Zombie Frontier (ing. Zombie Frontier, azərb. Zombi Sərhəddi‎) — FT Games tərəfindən yaradılmış, Android əməliyyat sistemli mobil telefon və planşet kompyuterlər üçün nəzərdə tutulmuş, hərbi-fantastik janrda olan oyun. Zombie Frontier oyunlar seriasının birincisi, ilkidir. 8 iyun 2013-cü ildə oyunun davamı - Zombie Frontier 2:Survive buraxılmışdır. == Yaradılma == Oyun Zombie Frontier oyunlar seriasının ilk oyunudur. 21 yanvar 2014-cü ildə 1.20 versiyası çıxmışdır. Oyunun tutumu 20 mb-dır. == Süjet == Oyunda hadisələr 2020-ci ildə naməlum bir ölkədə müxtəlif şəhərlərin quduzlaşmış insanlar-zombilər tərəfindən basılmasından bəhs edir. Oyunu oynayan oyunçu bu şəhərləri keçərkən ya verilmiş vaxt ərzində ölməməli ya da tapşırıqda verilən miqdara uyğun zombi öldürməlidir.
Electronic Frontier Foundation
Electronic Frontier Foundation (EFF) və ya Elektron Sərhəd Fondu — San-Fransiskoda yerləşən beynəlxalq qeyri-kommersiya rəqəmsal hüquqlar fondu. Fond 10 iyul 1990-cı ildə Con Qilmor, Con Perri Barlou və Mitç Kapor tərəfindən elektron vətəndaş azadlıqlarını təşviq etmək üçün yaradılmışdır. EFF məhkəmədə hüquqi müdafiə üçün vəsait təmin edir, amicus curiae brifinqləri təqdim edir, fərdləri və yeni texnologiyaları hüquqi təhdidlərdən müdafiə edir, hökumətin sui-istifadəsini ifşa etmək üçün çalışır, hökumətə və məhkəmələrə bələdçilik edir, siyasi aksiyalar və kütləvi göndərişlər təşkil edir, şəxsi azadlıqları və onlayn vətəndaş azadlıqlarını qoruduğuna inandığı bəzi yeni texnologiyaları dəstəkləyir, müvafiq xəbər və məlumatların bazasını və internet saytlarını idarə edir, şəxsi azadlıqları və ədalətli istifadəni poza biləcəyinə inandığı potensial qanunvericiliyə nəzarət edir və ona etiraz edir və qanunsuz hesab etdiyi patentləri ləğv etmək niyyəti ilə sui-istifadə edən patentlərin siyahısını tələb edir.
Zombie Frontier (oyun, 2012)
Zombie Frontier (ing. Zombie Frontier, azərb. Zombi Sərhəddi‎) — FT Games tərəfindən yaradılmış, Android əməliyyat sistemli mobil telefon və planşet kompyuterlər üçün nəzərdə tutulmuş, hərbi-fantastik janrda olan oyun. Zombie Frontier oyunlar seriasının birincisi, ilkidir. 8 iyun 2013-cü ildə oyunun davamı - Zombie Frontier 2:Survive buraxılmışdır. == Yaradılma == Oyun Zombie Frontier oyunlar seriasının ilk oyunudur. 21 yanvar 2014-cü ildə 1.20 versiyası çıxmışdır. Oyunun tutumu 20 mb-dır. == Süjet == Oyunda hadisələr 2020-ci ildə naməlum bir ölkədə müxtəlif şəhərlərin quduzlaşmış insanlar-zombilər tərəfindən basılmasından bəhs edir. Oyunu oynayan oyunçu bu şəhərləri keçərkən ya verilmiş vaxt ərzində ölməməli ya da tapşırıqda verilən miqdara uyğun zombi öldürməlidir.
Zombie Frontier 2:Survive
Zombie Frontier 2:Survive (ing. Zombie Frontier 2:Survive, azərb. Zombi Sərhəddi 2:Sağ qalmaq‎) — FT Games tərəfindən yaradılan, Android proqram təminatlı mobil telefon və planşet kompyuterlər üçün nəzərdə tutulan, hərbi-fantastik janrda olan oyun. Zombie Frontier oyunlar seriasının ikincisidir. 17 sentyabr 2012-ci ildə çıxmış Zombie Frontier oyunun davamı olaraq buraxılmışdır. == Yaradılma == Oyun Zombie Frontier oyunlar seriasının ikinci oyunudur. 8 iyun 2013-cü ildə 1.3 versiyası çıxmışdır. Oyunun tutumu 26 mb-dir. == Məzmun == Oyun məzmun baxımından da Zombie Frontier oyunun davamı missiyasını daşıyır. Hadisələr 2020-ci ildə naməlum bir ölkədə müxtəlif şəhərlərin quduzlaşmış insanlar-zombilər tərəfindən basılmasından bəhs edir.
Zombie Frontier 2: Survive
Zombie Frontier 2:Survive (ing. Zombie Frontier 2:Survive, azərb. Zombi Sərhəddi 2:Sağ qalmaq‎) — FT Games tərəfindən yaradılan, Android proqram təminatlı mobil telefon və planşet kompyuterlər üçün nəzərdə tutulan, hərbi-fantastik janrda olan oyun. Zombie Frontier oyunlar seriasının ikincisidir. 17 sentyabr 2012-ci ildə çıxmış Zombie Frontier oyunun davamı olaraq buraxılmışdır. == Yaradılma == Oyun Zombie Frontier oyunlar seriasının ikinci oyunudur. 8 iyun 2013-cü ildə 1.3 versiyası çıxmışdır. Oyunun tutumu 26 mb-dir. == Məzmun == Oyun məzmun baxımından da Zombie Frontier oyunun davamı missiyasını daşıyır. Hadisələr 2020-ci ildə naməlum bir ölkədə müxtəlif şəhərlərin quduzlaşmış insanlar-zombilər tərəfindən basılmasından bəhs edir.
Front Line Defenders
Front Line Defenders və ya The International Foundation for the Protection of Human Rights Defenders (ing. Front Line Defenders "Beynəlxalq İnsan Hüquqları Müdafiəçilərinin Müdafiəsi Fondu") — Ümumdünya İnsan Hüquqları Bəyannaməsində qeyd olunduğu kimi başqalarının insan hüquqlarını məcburi olmadan müdafiə edənlərə dəstək olmaq üçün 2001-ci ildə İrlandiyanın Dublin şəhərində qurulmuş irlandiyalı insan haqları təşkilatıdır. == Tarix == Təşkilat Amnesty İnternational İrlandiyanın keçmiş direktoru Meri Lovlor tərəfindən iş adamı və xeyriyyəçi Denis O'Brayenin 3 milyon dollar ianəsi ilə təsis edilib. Front Line Defenders Birləşmiş Millətlər Təşkilatının İqtisadi və Sosial Şurasında xüsusi məsləhətçi statusuna və Afrika İnsan və Xalqların Hüquqları Komissiyasında müşahidəçi statusuna malikdir. Fond 2007-ci ildə King Boduin Beynəlxalq İnkişaf Mükafatına və 2018-ci ildə Birləşmiş Millətlər Təşkilatının İnsan Hüquqları Mükafatına layiq görülüb. Front Line Defenders praktiki təhlükəsizlik ehtiyacları, təlim və tədris materialları, sığınacaqlar, şəbəkə imkanları, onların hüquqlarını hökumətlərdən qorumaq üçün hüquqi yardım, bir neçə dildə 24 saatlıq təcili telefon xətti üçün bütün dünyada alıcılara qrantlar verir. Xüsusi şəraitdə bu təşkilat hüquq müdafiəçilərinin daha təhlükəsiz yerlərə köçürülməsinə kömək edə və mümkünsə onların xərclərini ödəyə bilər. == Görkəmli işləri == 2021-ci ilin oktyabrında Front Line Defenders, İsrail tərəfindən qadağan edilmiş insan haqları qruplarına mənsub müxtəlif Fələstin vətəndaşlarının İsrail texnologiya şirkəti NSO Group tərəfindən yaradılmış casus proqramlar tərəfindən hədəf alındığına dair sübutlar üzə çıxardır. == Front Line Defenders mükafatı == Mükafat 2005-ci ildə təsis edilmişdir. Mükafat böyük şəxsi risk altında öz icmalarının hüquqlarının qorunmasına unikal töhfə edənlərə verilir.
Front Mission media məhsullarının siyahısı
Front Mission (フロントミッション, Furonto Misshon) — əvvəllər "Square", daha sonralar isə "Square Enix" tərəfindən yayımlanan strateji rol videooyunları seriyası. Seriyanın ilk oyunu 1995-ci ildə çıxmışdır və sonradan "Square" tərəfindən mənimsənilən bir studiya olan "G-Craft" tərəfindən hazırlanmışdır. "G-Craft" "Front Mission Series: Gun Hazard" ("Omiya Soft"), "Front Mission Evolved" ("Double Helix Games") və "Front Mission 2089: Border of Madness" (h.a.n.d.) oyunları istisna olmaqla digər bütün "Front Mission" oyunlarını istehsal etmişdir. Orijinal oyun yayımlanandan sonra filmlər, manqalar, romanlar, radio şouları və oyuncaqlar da daxil olmaqla bir çox medya məhsulları çıxmağa başlamışdır. Seriyadakı videooyunlar strateji rol videooyunlarından başqa skroll-şuter, real zamanda strategiya və üçüncü şəxs atıcı oyunlarına da böyük təsir göstərdi. Seriyanın əsas hekayəsini yeddi fərqli oyun əhatə edir. Bunlara əlavə olaraq hekayəsi əsas oyunlardakı ilə eyni kainatda və ya altenativ dünyalarda keçən yan məhsul kimi beş əlavə oyun istehsal edilmişdir. "Front Mission" oyununun satılma səbəblərindən ən əsası onun süjet xəttinə sahib olmasıdır. 21-ci və 22-ci əsrlərdə baş verən hadisələr əsasən hərbi münaqişə və güclü millətlərarası birliklərin və onların üzv ölkələri arasındakı siyasi gərginlik haqqındadır. Hər bir "Front Mission" videooyunu özünəməxsus, müstəqil hekayələrdən istifadə etsə də, əslində oyunlar bütün seriyanı əhatə edən daha böyük bir hekayə xəttinə bağlıdır.