Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Kris Frit
Kris Frit (ing. Chris Frith, tam adı — Kistofer Donald Frit ing. Christopher Donald Frith; 16 mart 1942[…], İngiltərə[…]) — İngilis nevroloq və neyropsixoloq. PhD, London Universitet Kolleci Neyrodiaqnostika Mərkəzində fəxri professor və Danimarka, Orhus Universitetinin qonağı professor. London Kral Cəmiyyətinin üzvü (2000), British Academy (2008), Amerika Elminin İnkişafı Dərnəyinin üzvü. Kembric Universitetində təbiət elmləri oxumuş, 1969-cu ildə eksperimental psixologiyada doktorluq dissertasiyasını müdafiə etmişdir. 2003-cü ildə Tibb üzrə İqnobel mükafatına layiq görülən məqalənin müəlliflərindən biri. Əsas elmi maraq insanın daha yüksək idrak funksiyalarının öyrənilməsində funksional neyro görüntülərin istifadəsidir. Zehni proseslərin öyrənilməsi üçün beyin taramasının istifadəsində öncüllərdən biridir. Xüsusilə autizm və şizofreniya xəstəliyi olan insanların düşüncə tərzini araşdırması ilə məşğul olduğu üçün məşhur idi.
Qrover Klivlend
Stiven Qrover Klivlend (ing. Stephen Grover Cleveland; 18 mart 1837, Kolduel, Nyu-Cersi, ABŞ — 24 iyun 1908, Prinston, Nyu-Cersi, ABŞ) — Amerika Birləşmiş Ştatlarının 22-ci və 24-cü prezidenti (1885–1889, 1893–1897). Prezident vəzifəsini fasiləylə iki dəfə tutmuş yeganə şəxsdir. Klivlend həmçinin, respublikaçıların tam ağalığı ilə keçən 1860–1912-ci illər aralığında Demokratlar partiyasından seçilmiş yeganə ABŞ Prezidentidir. 1928–1946-cı illərdə çap olunan 1000 dollarlıq əskinasın üzərində Qrover Klivlendin portreti təsvir olunmuşdu. Qrover Klivlend Ağ Evdə evlənmiş yeganə ABŞ prezidentidir. O, birinci prezidentlik dövründə, 1886-cı ilin iyununda Ağ Evin Mavi Zalında 21 yaşlı Fransez Folsomla ailə həyatı qurmuşdur.
Brukit
Brukit — mineral, TiO2 == Haqqında == Brukit - rombik. Kristalları lövhəvari. Ayrılma: {110} üzrə qeyri-mü­kəm­məl. Rəngi sarı, yaxud qara. Parıltısı almazı. Sərtliyi 5-6. Xüsusi çəkisi 4,0. Alp tipli damarlarda, qızıllı və başqa səpintilərdə. Növ müxtəlifliyi: arkanzit. == İstinadlar == == Mənbə == Geologiya terminlərinin izahlı lüğəti.
Brusit
Brusit (yun. νῆμα — sap, λίθος — daş) — triqonal sinqoniya. Rast gəlmə tezliyi şkalası: çox da tez-tez rast gəlməyən. == Növ müxtəliflikləri == Manqanbrusit (18%-dək MnO), ferrobrusit (16%-dək FeO), nemalit – lifli brusit. == Xassələri == Rəng – ağ, bəzən yaşılımtıl-ağ, sarımtıl, boz, qəhvəyi; Mineralın cizgisinin rəngi – ağ; Parıltı – şüşə, ayrılma səthində sədəfi, nemalitdə – ipəyi; Şəffaflıq – şəffafdan yarımşəffafadək, Sıxlıq – 2,47; S – 2,5; Kövrəkdir; Ayrılma – {0001} üzrə tam mükəmməl; Sınıqlar – hamar; nemalitdə – tikanlı; Morfologiya – kristallar: yastı lövhəcik şəkilli, iynəvarı; Mineral aqreqatları: vərəq - və pulcuqvari, incəlifli (liflərin uzunluğu bəzən 0,5 m-dən çox olur), bütöv sıx, nisbətən az – dənəvər kütlələr, axın formaları, periklaz üzrə psevdomorfozalar. == Mənşəyi və yayılması == Metamorfik və hidrotermal proseslər zamanı əmələ gəlir. Metamorfik brusitə metamorfikləşmiş dolomit və əhəngdaşlarında periklaz və dolomitin dəyişilmə məhsulu kimi rast gəlinir. Habelə yaşıl şistlərdə və karbonatlı fillitlərdə qeyd edilir. Brusitə maqnezial skarnlarda da rast gəlinir. Hidrotermal brusit serpentinləşmiş massivlərin kəskin qələvi mühitdə hidrolizi zamanı əmələ gəlir.
Druid
Druid (vall .derwydd, irl. druí, şot.kelt Draoidh) — Qərb xalqlarında yəni keltlərdə(Qədim İspaniya, Fransa, İngiltərə, Uels, İrlandiya, Belçika və İtaliya xalqları) din xadimi, ruhani. Druid kəlməsi çox ehtimal ki, Keltlərin ağac cadusu vaxtından əvvəlki zamana gedib çatır."Deru" kəlməsi "sabit olmaq,bərk qalmaq" deməkdir.
FRİTL
Fizika-riyaziyyat və informatika təmayüllü lisey (FRİTL) — Bakıda lisey. İstedadlı uşaqların seçilməsi üçün keçmiş Sovet İttifaqında SSRİ Maarif Nazirliyinin qərarı ilə internat məktəblər təşkil edilmişdir. Onların yaradılmasında Azərbaycanın ayrı-ayrı rayonlarından istedadlı uşaqları müsabiqə yolu ilə qəbul etmək, dövlət hesabına yataqxana və yeməkxana ilə təmin etmək, əsas fənlərdən dərinləşdirilmiş proqramla dərslər keçirmək əsas məqsəd kimi qarşıya qoyulmuşdur. 1964-cü ildə 1 nömrəli internat məktəbin bazasında 1 nömrəli Fizika-Riyaziyyat və Kimya-Biologiya təmayüllü internat məktəbi yaradılmışdır. 1969-cu ildə kimya-biologiya bu bazadan ayrılmış, 5 nömrəli kimya-biologiya təmayüllü internat məktəbi kimi fəaliyyət göstərməyə başlamışdır. Bu bazada isə 1 nömrəli Fizika-Riyaziyyat təmayüllü internat məktəbi fəaliyyətini davam etdirmişdir. Nazirlər Kabinetinin 2 noyabr 1991-ci il tarixli 472 nömrəli əmrinə əsasən məktəbin adı dəyişdirilib, Respublika Fizika-Riyaziyyat və İnformatika təmayüllü (internat tipli) lisey adlandırılmışdır və hal hazırda lisey bu adla fəaliyyət göstərir. Hazırda Liseydə 600 şagird təhsil alır. Onlardan 300 nəfəri dövlət hesabına yataqxanada qalır. Təhsil ocağına qəbul 5-ci, 6-ci, 7-ci, 8-ci və 9-cu siniflərdən aparılır.
Faust
Faust və ya Faustus məşhur alman əfsanəsinin qəhrəmanı şeytanla müqavilə bağlamış, kimyagər obrazdır. Fausta və buna oxşar obrazlara təkcə alman xalq ədəbiyyatında deyil, eləcə də həmin regiona xas olan ədəbi nümunələrdə də rast gəlinir. Fasutla bağlı əfsanə bir sıra məşhur əsərlərin mövzusuna çevrilmişdir. Məsələn Kristofer Marlou, Tomas Man, Berlioz, Frans List, Oskar Vayld kimi müəlliflər bu obraza dəfələrlə müraciət etmişlər. 1540-1585-ci illər arasında Almaniyada Faust haqqında yazılan yarı gerçək, yarı əfsanəvi yazılarda İohann Faustus adında bir adamın sehrbazlıqla məşğul olması və bu sahədə böyük şöhrətə malik olması göstərilir. Belə ki, 1488-ci ildə anadan olan bu şəxs gəncliyində sehrbazlığa həvəs göstərmiş, Wittenberg və ya Heidelberg üniversitetində həkimlik ixtisasına yiyələndikdən sonra kəndbəkənd gəzərək öz bacarıqlarını xalqa nümayiş etdirmişdir. Rəvayətə görə, şeytan onun qaynı imiş. Başqa bir rəvayətdə isə Faustun daim yanında gəzdirdiyi itin şeytan olduğu bildirilir. Öz bacarıqları ilə böyük şöhrət qazanan Faust bir gecə Würtembergdə qaldığı mehmanxanada şeytan tərəfindən öldürülmüş,səhər üzü qorxunc bir vəziyyətdə tapılmışdır. Faustun bu şəkildə qorxunc bir vəziyyətdə ölümü xalqda onun həqiqətən də ruhunu şeytana satdığı ilə bağlı düşüncələr yaratmışdır.
Fruvil
Fruvil (fr. Frouville) — Fransada bələdiyyə, region — İl-de-Frans, departament — Val-d'Uaz, rayon — Pontuaz, kanton — Valle-dü-Sosseron. Əhalisi — 372 nəfər (2006). Bələdiyyə Paris şəhərinin təxminən 36 km şimal-qərbində, Serji bələdiyyəsinin 15 km şimal-şərqində yerləşir.
Furiy
Furiy (fr. Fourilles) — Fransada kommuna, Overn regionunda yerləşir. Departament — Alye. Şantel kantonuna daxildir. Kommunanın dairəsi — Mulen. INSEE kodu — 03116. 2008-ci ildə əhalinin sayı 207 nəfər təşkil edirdi. 2007-ci ildə əmək qabiliyyətli 122 nəfər (15-64 yaş) arasında 83 nəfər iqtisadi fəal, 39 nəfər fəaliyyətsizdir (fəaliyyət göstəricisi 68.0%, 1999-cu ildə 73.1%). Fəal olan 83 nəfərdən 74 nəfər (41 kişi və 33 qadın) işləyir, 9 nəfər işsizdir (4 kişi və 5 qadın). 39 hərəkətsiz 7 nəfər arasında şagird və ya tələbə, 21 nəfər - təqaüdçü, 11nəfər digər səbəblərə görə fəaliyyətsizdir.
Orbit
Orbít (lat. orbita — yol, cığır) və ya Mədar — səma cisminin hərəkət trayektoriyası. Böyük obyektlərin qravitasiya təsiri altında orbit fərqli formalarda ola bilər (dairəvi, elliptik, hiperbolik, parabolik). Bundan əlavə bir neçə obyektin qravitasiya təsiri nəticəsində mürəkkəb formalı orbitləri də mövcuddur.
Ortit
Ortit — mineral, (Ce, Ca)2(Fe2+, Fe3+, Mg)Al2 [OïOHïSiO4ïSi2O7] Ortit - monoklinik. Kristalları prizmatik, lövhəcikvari. Aqreqat dənəvər qeyri-düzgün ayrılmalar. Rəngi qonur, qara. Parıltısı qatranı. Sərtliyi 6-dək. Xüsusi çəkisi 3,2-4. Radioaktivdir. Qranitlərdə, qranitli peqmatitlərdə, bəzən qələvi peqmatitlərdə; hidrotermal, qreyzen və başqa yataqlarda məlumdur. Növ müxtəlifliyi: naqatelit, ittriumlu ortit Qurğuşun üsulu ilə mütləq yaşın təyinində istifadə edilir.
Qrunt
İrbit
İrbit — Rusiya Federasiyasında yerləşən şəhər Sverdlovsk vilayətinə daxildir
Ərkit
Ərkit – Rusiya Federasiyasının Dağıstan Respublikasının Tabasaran rayonunda yerləşən kənd. Ərkit kəndi «„Ərkit kənd sovetliyinə“» daxildir. Milli tərkibi: Azәrbaycan türkləri və Tabasaranlılar. Dini baxımdan islam dininin sünni məzhəbində etiqad edirlər. 2010-cu ildə əhalisi 608 nəfər təşkil etmişdir. Xuçni kəndindən 6 km şərqdə yerləşir.
Furin
Furin (風鈴, azərb. "külək zəngi"‎) – Yaponiyada istifadə olunan ənənəvi külək zəngləri. Əsasən, şüşə və metaldan, bəzən isə keramika və bambukdan hazırlanır. Furinlər binaların pərvazından asılır və külək əsəndə səs çıxarırlar. Yayın simvollarından biri hesab olunur. Küləki tutması üçün aşağı hissəsinə lələk və ya kiçik dördbucaqlı kağız yapışdırılır. Furinlərin mənşəyi Çində istifadə olunmuş, senfutaku adlı fal əşyası ilə bağlıdır. Çində istifadə olunmuş bu külək zəngi meşəyə aparılaraq bambukdan asılırdı və çıxardığı səsə əsasən öncəgörmələr edilirdi. Heyan dövründə bu əşya Yaponiyaya çatmış və buddist məbədlərinin elementinə çevrilmişdir. Tezliklə Heyan dövrünün zadəganları şər ruhları qovmaq üçün qoruyucu tilsim kimi evlərində furin asmağa başlamışdırlar.
Froot
Froot — Uels müğənnisi Marina Diamandisin üçüncü studiya albomu. Bu onun Marina and the Diamonds adı altında buraxdığı sonuncu albomudur. Albom 3 aprel 2015-ci ildə işıq üzü görüb.
Fraxt
Fraxt (alm. "Fracht", ingilis "freight") - Ölkədaxili və beynəlxalq yük daşımaları istənilən dövlətin iqtisadi fəaliyyətinin tərkib hissəsidir. Göndərən və daşıyıcı arasındakı münasibət müqavilə ilə tənzimlənir ki, onun mühüm məqamlarından biri də ödəniş şərtləridir. Əgər daşıma dəniz və ya hava yolu ilə həyata keçirilirsə, onda xidmətlərin dəyəri “fraxt” anlayışı ilə göstərilir. Əslində bu, malların daşınması üçün ödənişdir. Yükün miqdarı tərəflərin razılığı ilə müəyyən edilir. Tərəflər arasında razılaşma olmadıqda, yükün məbləği yükün yükləndiyi yerdə və yükün yüklənməsi zamanı tətbiq edilən tariflər əsasında hesablanır. Əgər yük gəmiyə müqavilədə nəzərdə tutulduğundan artıq miqdarda yüklənərsə, fraxtın miqdarı müvafiq olaraq artır. Su ilə kommersiya daşınması sahəsində fraxt termini çox vaxt bir ton yükün daşınması xərclərini ifadə edir. Müvafiq olaraq, kirayəçi daşınma müqaviləsində nəzərdə tutulmuş minimum miqdarda yükün yüklənməsini təmin etmədikdə, gəmi sahibi itirilmiş mənfəəti kompensasiya etmək üçün kirayəçidən “ölü fraxt” almaq hüququna malikdir.
Broker
Broker (ing. broker — dəllal, broker, vasitəçi) — satıcı ilə alıcı arasında, yaxud sığorta olunanla sığorta edən arasında (sığorta brokeri), eləcə də əmlak sahibi ilə kirayəniş arasında vasitəçəlik xidməti yerinə yetirən hüquqi və ya fiziki şəxs. Broker — qiymətli kağızlar bazarında birja əqdlərinin müəyyənləşdirilmiş qaydada müştərinin adından onun hesabına, müştərinin adından öz hesabına, yaxud öz adından müştərinin hesabına bağlanmasını həyata keçirən birja vasitəçisidir. Broker, müştəri ilə broker xidməti haqqında müqavilə bağlayır. Əqdin yerinə yetirilməsi haqqında broker əqdin əks tərəfə göndərilən təsdiqnaməsini tərtib etməklə dərhal müştərini məlumatlandırmalıdır. Brokerlər tərəfkeşlik etməməli və öz vəzifələrini heç kəsə ötürə bilməz. Brokerin kurtaj adlanan xidmət muzdu onun vasitəçiliyilə bağlanmış hər bir əqdin ümumi məbləğinin müəyyən faizindən, yaxud əvvəlcədən müəyyən edilmiş məbləğdən ibarətdir. Həmçinin, broker birjadakı hər bir alqı-satqını təsdiqləyən və bordero adlanan haqq-hesab qeydləri edir. Borderonu əqdin hər iki tərəfi imzalayır. Brokerlər hüquqi şəxs yaratmadan fərdi sahibkar kimi fəaliyyət göstərə bilər.
Gromee
Andjey Qromala (pol. Andrzej Gromala; d. 14 dekabr 1978, Krakov, Polşa) və ya səhnə adı ilə Gromee — Polşa DJ-i, prodüseri və bəstəkarı. O Kingztown Music albom şirkətinin rəhbəridir. 2016-cı ildə Gromee Sony Music şirkəti ilə anlaşma imzalamışdır. 2017-ci ildə o Polşanın Eska Music Awards mükafatlandırma mərasimində "Ən yaxşı DJ/prodüser" kateqoriyasında mükafata layiq görülmüşdür. Gromee Lukas Meyer ilə birlikdə "Light Me Up" mahnısı ilə Polşanı 2018 Avroviziya Mahnı Müsabiqəsində təmsil etmişdir.
Browser
Brauzer (ing. Browser), daha dəqiq sözlə Veb brauzer — istifadəçilərin veb-serverlər üzərindəki HTML səhifələrini açmasına imkan verən proqram təminatıdır. Bu proqram təminatları Azərbaycan dilində bəzən Veb səyyah da adlandırılır. Hazırda ən çox istifadə edilən brauzerlər Google Chrome, Mozilla Firefox, Internet Explorer (IE) / Microsoft Edge, Opera , Safari və Galeondur. Veb-sayt hazırlarkən ortaya çıxan əsas problemlərdən biri, müxtəlif brauzerlərdə səhifə elementlərinin fərqli təsvir olunmasıdır. W3C standartlarına uyğun kodlaşdırmanın aparılması bu problemi sadəcə qismən ortadan qaldırır. Heç bir brauzer W3C standartlarına tam uyğun deyil. Belə problemlərin ortaya çıxması brauzer istehsalçılarının, uzun illərdir müzakirə edilməsinə baxmayaraq, hələ də eyni standartların tətbiq etməməsidir. Əksər veb masterlər dizayn və kodlaşdırma işlərində, hal hazırda brauzerlər arasında ən çox istifadə olunan İE6 və istifadəçi sayı getdikcə artan İE7 brauzerlərini əsas alırlar. Bəzi hallarda Mozilla Firefox və Opera brauzerləri də nəzərə alınır.
Rover
Rover — planetin və ya başqa səma cisminin səthində hərəkət etmək üçün hazırlanmış kosmik kəşfiyyat gəmisidir.
Friz
Friz — tikilinin hər hansı hissəsini bəzəyən, qabartmalarla işlənmiş üfüqi zolaq və ya lent şəklindəki dekorativ kompozisiya. Antik Roma və yunan memarlığında geniş istifadə olunmuşdur. Klassik memarlıqda friz deyərkən antablementin arxitrav və karniz arasında yerləşən mərkəzi hissəsi nəzərdə tutulur. Dorik orderdə friz zolağı ardıcıl gələn triqlif və metopalarla hissələrə ayrılır.
Krit
Krit (yun. Κρήτη / Kriti) və ya Kirid (osman. گريد / Girid) — Yunanıstanın tərkibində, Aralıq dənizində ada. Sahəsi 8,3 min km², əhalisi 537,2 min nəfərdir. Krit qədim egey mədəniyyətinin mərkəzlərindən biridir. E.ə. 67-ci ildə Krit Roma tərəfindən işğal edilmişdi. 395–823, 961–1204-cü illərdə Bizansa, 823–961-ci illərdə ərəblərə məxsus idi. 1204-cü ildə səlibçilər Kriti zəbt etmiş və Venetsiyaya satmışdılar. 1715-ci ildən Osmanlı imperiyasının tərkibində idi.
Drust Qurdinmox
Drust Qurdinmox və ya II Drest — müasir Şotlandiya ərazisində V əsrin əvvəlləri - 843-cü illərdə hakimiyyətdə olmuş Piktlər sülaləsinin kralı. "Piktlərin xronikası"na əsasən Drust Qurdinmox və ya II Drest VI əsrdə I Nextanla Qalanan arasında on üç il hakimiyyətdə olmuşdur. Bu tarixi mənbəyə görə o, mənası bu vaxta qədər dəqiqi məlum olmayan "Gurthinmoch" epitetini daşıyırdı, lakin bu sözün birinci hissəsini Valliy (Uels) dilindəki "gwrdd" sözü ilə izahına cəhd göstərildikdə "Böyük" mənasında işlənildiyi ehtimal olunur. Хендерсон Изабель. Пикты. Таинственные воины древней Шотландии / Перевод с англ. Н. Ю. Чехонадской. — М.: ЗАО Центрополиграф, 2004 Anderson A.O. Early Sources of Scottish History, Vol. I. — 1922. Anderson M.O. Kings & Kingship in Early Scotland.
Faduit adası
Faduit adası — Seneqalın qərb hissəsində Joel-Fadiut şəhərinin ərazisində ada Adası tamamilə balıqqulağından təşkil olunub. Burada tikililərdən tutmuş, torpaq qatına kimi hər şey balıqqulağından ibarətdir. Adanı manqo, baobab ağacları və kolluqlar möhkəm saxlayır. Əslində isə, bu ada XIX əsrin sonlarına kimi mövcud olmamışdır. Belə ki, ada tədricən yaranmışdır. Yerli əhali molyusklarla qidalanmış və onun balıqqulağı olan hissəsi gətirilərək bu əraziyə tökmüşdür. Nəticədə də, süni Faduit adası peyda olmuşdur. Ada yarandıqdan sonra Joel-Faduit şəhərinin sakinləri buraya köç etmiş və materiki ada ilə birləşdirən körpü də tikilmişdir. Hazırda bu adada məşhur bir qəbiristanlıq yerləşir ki, onun məzarları da balıqqulağından hazırlanıb. Hazırda Faduit adası şəhərdə turistlərin ən çox sevdiyi məkanlardan biridir.
Faust (opera)
"Faust" ya "Marqarita" (fr. Faust) — fransız bəstəkarı Şarl Fransua Qunonun 4 pərdəli opera əsəri. Operanın librettosu Jül Barbye, Mişel Karre tərəfindən Yohann Volfqanq Götenin "Faust" dram poemasının birinci hissəsinin süjeti əsasında yazılmışdır. "Faust" operasının ilk primyerası Parisin “Teatr lirik” səhnəsində 19 mart 1859-cu ildə oynanılmışdır. Götenin “Faust” dram-poemasının süjeti əsasında Qunonun opera yazmaq fikiri hələ 1839-cu ildə olmuşdur. Lakin həyata keçirmək 17 il sonra mümkün olmuşdur. Librettonu yazmaq üçün Jül Barbye, Mişel Karre böyük həvəslə razılıq verirlər. Bəstə üzərində iş bitər-bitməz Parisin teatrlarında melodram Faust peyda olur. Sifarişçi rəqabətdən ehtiyatlanaraq operanı tamaşaya qoymaqdan imtina edərək Qunoya yeni bir opera yazmağı təklif edir. Bundan ruhdan düşməyən Şarl Quno operanın üzərində axıra qədər işləyərək bitirir və 19 mart 1859-cu ildə Parisdə səhnəyə qoymağa müfəssəl olur.
Prüin
Prüin (fr. Pruines, oks. Prunas) — Fransada kommuna, Cənub-Pireneylər regionunda yerləşir. Departament — Averon. Marsiyak-Vallon kantonuna daxildir. Kommunanın dairəsi — Rodez. INSEE kodu — 12193. Kommuna təxminən Parisdən 490 km cənubda, Tuluza şəhərindən 135 km şimal-şərqdə, Rodezdən isə 21 km şimalda yerləşir. 2008-ci ildə əhalinin sayı 273 nəfər təşkil edirdi. 2007-ci ildə əmək qabiliyyətli 148 nəfər (15-64 yaş) arasında 107 nəfər iqtisadi cəhətdən fəal, 41 nəfər fəaliyyətsizdir (fəaliyyət göstərici 72.3%, 1999-cu ildə 71.2%).
Qruyer
Qruyer (fr. Gruyères); (alm. Greyerz‎)- İsveçrənin Friburq əyalətinin Qruyer rayonunda şəhər. Orta əsr şəhəri, Saane çayının yuxarı dərəsində mühüm turist yeridir və adını tanınmış Qruyer pendirinə vermişdir. Bu şəhərdə, izsiz qatar - piyadalara aid küçələrdə icazə verilən yeganə nəqliyyat vasitəsidir.
Qrole
Qrole (Val-d'Uaz)