Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Gülağası Mirzəyev
Gülağası Ağahüseyn oğlu Mirzəyev (18 aprel 1978, Bakı) — Azərbaycan balet solisti, Azərbaycan Respublikasının xalq artisti (2013). == Həyatı == Mirzəyev Gülağası Ağa Hüseyn oğlu 1978-ci il aprel ayının 18-də Bakı şəhərində anadan olub. 1984-cü ildən 1987-ci ilədək 6 saylı orta məktəbdə təhsil alıb. 1987-ci ildə Bakı Xoreoqrafiya Məktəbinin klassik şöbəsinə daxil olmuş və 1995-ci ildə balet artisti ixtisası ilə həmin məktəbi bitirib. Əmək fəaliyyətinə 1994-cü ildə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının balet truppasında balet artisti vəzifəsində başlayıb. 1999-cu ildən indiyə kimi kimi teatrın aparıcı səhnə ustası vəzifəsində çalışır. Dəfələrlə Azərbaycan Respublikasının Opera və Balet teatrının balet truppasının tərkibində xarici ölkələrdə qastrol səfərlərində iştirak edib, və beynəlxalq festivallarında Azərbaycan Respublikasını təmsil etmişdir. 2006–2012-ci illərdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində çalışıb. 2015-ci ildə Moskva Müasir Humanitar Akademiyasını (sənətşünaslıq bakalavr pilləsi) bitirib. 2015-ci ilin noyabr ayından 2016-cı ilin fevral ayına kimi Bakı Xoreoqrafiya Akademiyasının bədii rəhbər vəzifəsində işləmişdir.
Funabaşi
Funabaşi (yap. 船橋市) — Yaponiyanın Kanto regionunda yerləşən Çiba prefekturasında şəhər.
Qucarati
Qücərat dili Hind-avropa dil ailəsindən bir dildir və Hindistanın Qücərat əyalətində, Pakistan, Keniya, Tanzaniya və Uqandada bu dildə danışılır.
Quşadası
Quşadası — Türkiyədə yerləşən istirahət zonası. Bu, Türkiyənin mənzərəli və səfalı kurort şəhəridir. O, Egey dənizi sahilində yerləşir və üç tərəfdən dağlarla əhatə olunub. Şəhərin gözəl təbiəti və dənizə açılan panoraması insana bir anlıq kiçik cənnəti xatırladır. Quşadası insanın tərk etmək istəmədiyi bir yerdir. Burada demək olar ki, bütün otellər dənizin sahilində yerləşir. Bu kiçik şəhər hər il minlərlə müxtəlif növ quşların bura uçub gəlməsi və yuva qurması səbəbindən Quş adası adlandırılıb. Şəhərdən bir qədər aralıda kiçik Göyərçin adası yerləşir. Şəhərlə adanı dar torpaq bənd birləşdirir. Ada hər tərəfdən qədim qala divarları ilə əhatə olunub.
Suarası
Suarası — Azərbaycan Respublikasının Laçın rayonu Səfiyan kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Ali Sovetinin 7 fevral 1991-ci il tarixli, 54-XII saylı Qərarı ilə Laçın rayonunun Aşağı Fərəcan kənd Sovetindən Suarası kəndi Səfiyan kənd Sovetinin tərkibinə verilmişdir. 1992-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. 1 dekabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələrinin nəzarətindədir. Yaşayış məntəqəsini XIX əsrdə həmin rayondakı Səfiyan kəndindən köçüb gəlmiş ailələr Binələr adlı sahədə salmışlar. Kəndin adı onun coğrafi mövqeyini əks etdirir. Oykonim su və arası sözlərindən ibarət olub, kəndin iki kiçik çay (sağda Vəlilər suyu və solda Noxudlu suyu) arasında yerləşdiyini bildirir. Hər iki su Xanalılar kəndinin yaxınlığında birləşərək Həkəri çayının qolu olan Zurdərə çayını əmələ gətirir. Kənd Qarabağ silsiləsinin ətəyində yerləşir. 2006-cı ilin statstikasına görə kəndin əhali sayı 250 nəfər olmuşdur.
Əl qumbarası
Əl qumbarası — içi partlayıcı və ya kimyəvi maddələrlə doldurulan və bir partlama xüsusiyyəti daşıyan kiçik bir partlayıcı növüdür. Bu partlayıcı əksər hallarda əl ilə atılır. Əl qumbaraları 3 növdən ibarətdir: Ziyanverici qumbaralar Kimyəvi qumbaralar Təlim qumbaraları Bu qumbaralar tərkibində çoxlu plastik partlayıcı və çox qəlpə mövcuddur. Kimyəvi qumbaralarda , ednatol (etilen di nitro amin)və pirik asit turşusu mövcuddur . Bombanın qəlibini civə fülminat və ya qurğuşun azodürden əmələ gətirilir və partlamanın təsirini artırır. Təlim qumbarası hərbi təlim zamanı istifadə olunur. Tərkibində çox vaxt barıt və ya C2 olur ziyanverici gücü digərlərinə nisbətən daha azdır . Müdafiə tipli qumbaralar hücum tipli qumbaralara nəzərən daha təsirlidir və tərkibində çoxlu metal olduğuna göre daha ağırdır. Hücum tipli qumbaralarının qəlpə təsiri demək olar ki yoxdur. Hücum tipli qumbaralar mudafiə tipli qumbaralara nisbətən daha çox səs çıxarır və ses düşməniöldürməkdən daha çox ses üzündən şoka salamaqdır .
Şok qumbarası
Çaxnaşma, ildırım çaxması və ya səs bombası kimi də tanınan heyrətləndirici qumbara düşmənin hisslərini müvəqqəti olaraq yönünü dəyişmək vəya diqqətini yayındırmaq üçün istifadə edilən daha az öldürücü partlayıcı qurğudur . Partlayış zamanı heyrətləndirici qumbara göz qamaşdıran işıq parıltısı və son dərəcə yüksək səsli bir "bang" yaradır. Onlar tez-tez düşmənləri çaşdırmaq və ya diqqətini yayındırmaq üçün yaxın döyüşlərdə, qapıların arxasından və iğtişaşlara nəzarətdə-də istifadə olunur. Şok qumbaraları ilk dəfə 1970-ci illərin sonlarında Britaniya Ordusu Xüsusi Hava Xidmətinin antiterror qanadı tərəfindən istifadə edilmişdir və o vaxtdan bəri bütün dünyada polis və hərbi qüvvələr tərəfindən geniş istifadə olunur. Daha az öldürücü təbiətinə baxmayaraq, heyrətləndirici qumbaralar hələ də zərər verə bilir və yaxınlıqda partlayan zaman yaralaya və ya öldürə bilər. Onlar həmçinin yanğınlar törətməyə qadirdirlər. Heyrətləndirici qumbaralar təqribən 7 meqakandela (Mcd) və 170 desibeldən (dB) çox yüksək səsli "partlayış" yaratmaq üçün nəzərdə tutulmuşdur. Flaş gözün bütün fotoreseptor hüceyrələrini müvəqqəti olaraq aktivləşdirir və onu təxminən beş saniyə ərzində kor edir. Bundan sonra qurbanlar görmə qabiliyyətini zəiflədən bir görüntü hiss edirlər. Partlamanın həcmi də qurbanda müvəqqəti karlığa səbəb olur və qulağın içindəki mayeni narahat edir, tarazlığın itirilməsinə səbəb olur.
Horasio Quarani
Eraklio Katalin Rodrigez Sereyyo, — Daha çox Horasio Quarani (May 15, 1925 – Yanvar 13, 2017) adı ilə tanınan Argentina folklorunun görkəmli musiqiçi nümayəndələrindən biridir. O, həm də yazıçı idi. Quarani 13 yanvar 2017-ci ildə 91 yaşında vəfat etmişdir. == İstinadlar == == Xarici keçidlər == Vikianbarda Horasio Quarani ilə əlaqəli mediafayllar var.
Quarani dili
Quarani dili, Ava dili (avañe'ẽ), və ya Paraqvay Quarani dili- Cənubi Amerikanın yerli dillərindən ki Tupian dillərinin Tupi-Quarani yarımqrupuna məxsusdur.Paraqvayın rəsmi dillərindən biridir (İspan dili ilə birlikdə) və əhalinin çoxluğunun danışdığı dildir və kənd əhalisinin yarısı tək dillidir. Bu dil qonşu ölkələrdə o cümlədən Argentinanın şimal-şərq hissələrində, cənub-şərq Boliviyada və cənub-qərb Braziliyada quarani icmaları tərəfindəndə danışılır və 2004-cü ildən Argentinanın Korrientes vilayətində ikinci rəsmi dildir, həmçinin Merkosurun rəsmi dilidir.
Quarani müharibəsi
Quarani müharibəsi (isp. Guerra Guaranítica, port. Guerra Guaranítica) — 1754-1756-ci illər ərzində Quarani qəbilələri və İeuzit reduksiya ailələri ilə İspan və Portuqal birləşmiş qüvvələri arasında baş vermişdir. Müharibənin nəticəsi olaraq Madrid anlaşması bitmiş və bununla da Cənubi Amerikada müstəmləkələrin sərhədləri dəqiqləşmişdir. 1750-ci ildə bağlanmış Madrid anlaşmasına görə Cənubi Amerikada müstəmləkə sərhədləri müəyyənləşir. Sərhəd Uruqvay çayı olaraq götürülür. Portuqaliya çayın şərq sahillərində torpaq sahələri əldə edir. Çayın bu hissəsində olan İezuit ailələri (San-Miqel-das-Misoys, Santu-Anjelo, San-Lorenso-Martir, San-Nikolas, San-Xuan-Baustisa, San-Luis-Qonzaqa və Barjo) 29 000 əhali ilə çayın qərb sahilinə köçürülməli idi. Bu əhalinin cəmi bir il ərzində köçürülməsi təmin edilməli idi. Quaraniləri dirənişlərindən çəkinən və bundan istifadə edə bilərək itirilmiş bölgələrdə tax-tacdan kənar dövlət qura bilmələrindən çəkinən krallar, İspaniya və Portuqaliya dövlətləri arasında gizli anlaşma imzalayırlar.
Qunars Astra
Qunars Astra (latış. Gunārs Astra‎; 22 oktyabr 1931, Riqa – 6 aprel 1988, Leninqrad) — Latviya milli müqavimət hərəkatının üzvü, siyasi məhbus, sovet dissidenti, radio mühəndisi. Qunars Astra Larion Astra və Elza Ernestina Astra ailəsində ikinci uşaq olaraq anadan olub. Hariys və Leon qardaşları. 1947-ci ildə Riqa şəhərində 48 saylı ibtidai məktəbi bitirib. 1952-ci ildə Riqa Elektromexanika Texnikumunu radio mühəndisi ixtisası üzrə bitirmişdir. 1952–1953-cü illərdə Ümumittifaq Qiyabi Hüquq İnstitutunun Latviya filialında təhsil alıb. 1958-ci ildə qiyabi olaraq Riqa Pedaqoji İnstitutunun Dillər və Ədəbiyyat fakültəsinə daxil olmuş, lakin 1958-ci ilin sentyabrında Latviya Dövlət Universitetinin tarix və filologiya fakültəsinə köçürülmüş və 1961-ci ilin fevralında həbs olunana qədər burada qiyabi ingilis dilini öyrənmişdir. 1961-ci ildə Qunars Astra casusluq, dövlətə xəyanət və antisovet təşviqat və təbliğatda ittiham olunurdu. O, 15 il müddətinə azadlıqdan məhrum edilib, cəzasını Mordoviya SSR-də və Perm vilayətində çəkib.
Bahadır şah Qucarati
Sultan Qütbəddin Bahadır şah Qücərati (1500-cü illər, Qucarat sultanlığı – 5 aprel 1526) — Qücərat sultanlığının hökmdarı. == Həyatı == Mahmud Bəgranın nəvəsi, II Müzəffər şahın oğludur. II Müzəffər şah arvadının basqısı ilə böyük oğlu İskəndəri vəliəhd elan edincə Bahadır şah gizlincə Qücəratdan qaçaraq öncə Dunqarpurda Udai Sinqhə, sonra da Çitorda Məvar hakiminə sığındı. Onlardan yardım görəməyincə daha güclü olduğunu duyduğu Dehli Sultanı İbrahim şah Ludinin yanına getdi. Ancaq bu sırada Ludi ölkəsi də Sultan Babur təhlükəsinə məruz qalmışdı. Panipat səhrasında ikən bu dəfə gizlincə Babura müraciət etdi. Babur savaş sonrası uyğun bir zamanda onunla görüşə biləcəyini bildirdi. Bahadır, Panipat savaşından öncə bilinməyən bəzi səbəblərlə Ludi qərargahından ayrıldı və Qücərat tərəfı getdi (1526). Bu sırada II Müzəffər şah öldü və yerinə İskəndər sultan elan edildi. Səltənətinin başlanğıcında xalq üzərində basqı quran və vəzirləri də hər zaman xor görən İskəndər bir saray zərbəsiylə ortadan qaldırıldı.
Gözümün qarası (mahnı)
Gözümün qarası - 2006-cı ildə Azərbaycanda ən populyar mahnılardan biri. Sözləri İsmayıl Dadaşovun, musiqisi Hüseyn Abdullayevindir. == Mahnı haqqında == Mahnı ilk dəfə 2006-cı ilin yazında Zülfiyyə Xanbabayeva tərəfindən oxunmuşdur. Mahnı efirə getdiyi gündən bütün hitparadlarda 1-ci oldu. Mahnı 2006-cı ildə ilin mahnısı seçildi. Mahnı Zülfiyyə xanımın 2009-cu ildə işıq üzü görən Dəniz albomuna daxil edildi. == Video == Mahnının videosu əvvəlki Zülfiyyə Xanbabayeva kliplərindən fərqli olaraq Gürcüstanda çəkildi. Videoda hər hansı bir sujet xətti yoxdu.
Gözümün Qarası (Zülfiyyə Xanbabayeva mahnı)
Gözümün qarası - 2006-cı ildə Azərbaycanda ən populyar mahnılardan biri. Sözləri İsmayıl Dadaşovun, musiqisi Hüseyn Abdullayevindir. == Mahnı haqqında == Mahnı ilk dəfə 2006-cı ilin yazında Zülfiyyə Xanbabayeva tərəfindən oxunmuşdur. Mahnı efirə getdiyi gündən bütün hitparadlarda 1-ci oldu. Mahnı 2006-cı ildə ilin mahnısı seçildi. Mahnı Zülfiyyə xanımın 2009-cu ildə işıq üzü görən Dəniz albomuna daxil edildi. == Video == Mahnının videosu əvvəlki Zülfiyyə Xanbabayeva kliplərindən fərqli olaraq Gürcüstanda çəkildi. Videoda hər hansı bir sujet xətti yoxdu.