Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Munis Agahi
Munis Xarəzmi (1778–1829) — Özbəkistan şairi. Munis Xarəzmi (1778–1829) yüksək təhsil almış, böyük klassiklərin əsərlərini öyrənmişdir. O ziyalı ailədəanadan olmuşdur. Munis klassik şeir vəzni olan əruz vəznində gözəl əsərlər yazmışdr. Qəzəlləri, qəsidələri, tərkibbəndləri, qitələri ilə şeirin müxtəlif formalarda cığatay ədəbiyyatının gözəl poetik nümunələrini yaradan şair ədəbi dil zənginliyi ilə də fərqlənirdi. Onun yaradıcılığı "Həmsöhbət sevgililər" divanında toplanmışdır. Divana "Bilik haqqında traktat" və "Xoşbəxtlik bağı" adlı tarixi əsərləri də əlavə olunmuşdur. Munis Xarəzmi və Məhəmmədrza Agahi (1809–1874) tərəfindən Xivə tarixləri öz poetik ifadəsini tapmışdır. Ənvər Çingizoğlu, Orta əsr qaynaqları oğuz-türkmən tayfaları haqqında, Sumqayıt, SDU-nun nəşriyyatı, 2012, 136,-səh.
Məhəmmədrza Agahi
Məhəmmədrza Agahi (1809[…], Xivə – 1874[…], Xivə) — Özbək yazıçısı, tarixçisi və tərcüməçisi. Məhəmmədrza Agahi 1809-cu ildə Xivədə anadan olmuşdu. Məhəmmədrza Agahi "Riyazüddövlə" ("Xeyrxahlıq bağları"), "Zübdətüttəvarix" ("Tarixin qaymağı"), "Cami ül-vaqiyyəti sultani" ("Sultan hadisələrinin məcmusu"), "Gülşəni-dövlət" ("Səadət gülşəni") и "Şahid ül-iqbal" ("İqbal şahidi") adlı əsərlərin müəllifidir. Munis Agahinin qardaşı oğlu Məhəmmədrza "Agahi tarixi" adlı əsərlə onun faaliyətlərini davam etdirmiş və əsəri bitirmişdir. Munis və Agahi tarixi hadisələri anlatmaqda bir tərəfə yaxınlaşmış olsalar belə, yənə türkmənlərin tarixini öyrənməkdə ən qiymətli əsərlərdən biri olmağı haqq qazanmışdır. Məhəmmədrza Agahi 1874-cü ildə Xivədə vəfat edib. Ənvər Çingizoğlu, Otra əsr qaynaqları oğuz-türkmən tayfaları haqqında, Sumqayıt, SDU-nun nəşriyyatı, 2012, 136,-səh.
Ophrys oestrifera subsp. montis-gargani
Atmilçək qaş səhləbi (lat. Ophrys oestrifera) — bitkilər aləminin qulançarçiçəklilər dəstəsinin səhləbkimilər fəsiləsinin ofris cinsinə aid bitki növü. IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu "Nəsli kəsilmək təhlükəsində olanlar" kateqoriyasına aiddir – EN B1ab(iii)+2ab(iii). Endemik növdür. Çoxillik ot bitkisidir. Gövdə 20-40 sm hündürlükdədir. Soğanaqları şarvari və ya xırda-ellipsvaridir. Yarpaqları gövdənin qaidəsində yerləşir, uzunsov-lansetvari və ya uzunsov-ellipsvari, eni 2-3 sm, uzunluğu 5-10 sm-dır. Çiçək qrupu seyrəkdir, 5-6 çiçəkdən ibarətdir. Çiçəkyanlığının kənar ləçəkləri 12-14 mm uzunluğunda açıq-bənövşəyi rənglidir.
Qarğalı
Qarğalı - İrəvan xanlığının Dərəçiçək mahalında kənd adı. XIX əsrin ortalarından sonra adı çəkilmir. Toponimin mənşəyi barədə iki fikir ola bilər: Karqa tayfasının adını əks etdirir. Toponim türk dillərində karqa "üst-üstə düşmüş buzlaq daşları" sözündəndir. XIX əsrdə Qars əyalətinin Qars dairəsində Qarqaluq kənd xarabalığı, Zaqatala rayonundanunda Qarqalı dağı, Naxçıvanda Qarqalıq kəndi, Qazaxıstanda Karqalı toponimləri ilə mənşəcə eynidir.
Qağayı
Qağayı (lat. Larus) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin çovdarçıkimilər dəstəsinin qağayılar fəsiləsinə aid heyvan cinsi. Onlar həm dəniz kənarlarında həmdə göllərdə yayılmışlar. Bir çox növləri sinantrop həyat sürərək insanla birgə yaşayışdan fayda əldə edir. Bir qayda olaraq bu cinsə daxil olan növlərdə ya boz ya da qara rəngli ləkələr müşahidə edilir. İri və orta ölçülərə malik olurlar. Qağayılar üçün növlər arası çütləşmə xarakterikdir.
Maak qanqalı
Maak qanqalı (lat. Cirsium maackii) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin qanqal cinsinə aid bitki növü.
Qalqaçı (Urmiya)
Qalqaçı (fars. قالقاچي‎) — İranın Qərbi Azərbaycan ostanının Urmiya şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 269 nəfər (73 ailə) yaşayır. Kəndin əhalisi şiədir və azərbaycanca danışır.
Qaudalup qarqarı
Qaudalup qarqarı (lat. Caracara lutosa) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qızılquşkimilər dəstəsinin qızılquşlar fəsiləsinin qarqar cinsinə aid heyvan növü.
Vlasov qanqalı
Vlasov qanqalı (lat. Cirsium vlassovianum) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin qanqal cinsinə aid bitki növü.
Şam qarğası
Şam qarğası (lat. Nucifraga caryocatactes), qarğalar (Corvidae) ailəsindən bir quş növüdür.
Ərəb qanqalı
Baham qarqarı
Baham qarqarı (lat. Caracara creightoni) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qızılquşkimilər dəstəsinin qızılquşlar fəsiləsinin qarqar cinsinə aid heyvan növü.
Yer qarqarı
Yer qarqarı (lat. Caracara tellustris) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qızılquşkimilər dəstəsinin qızılquşlar fəsiləsinin qarqar cinsinə aid heyvan növü.
Şimal qarqarı
Şimal qarqarı (lat. Caracara cheriway) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qızılquşkimilər dəstəsinin qızılquşlar fəsiləsinin qarqar cinsinə aid heyvan növü.
Ağ qağayı
Ağ qağayı (lat. Pagophila) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin çovdarçıkimilər dəstəsinin qağayılar fəsiləsinə aid heyvan cinsi.
Güləyən qağayı
Güləyən qağayı və ya böyük qarabaş qağayı – qağayıkimilər fəsiləsinə aid quş növüdür. == Təsviri == Olduqca iri ölçülü qağayı növüdür. Uzunluğu 58–67 sm, qanad açıqlığı isə 146–162 sm olur. Qamışlıqlarda, göl adalarında, dəniz sahilində iri koloniyalar halında yerdə 2–4 yumurta qoyaraq yuvalayır. == Ekologiyası == Bu quşlar balıqla, xərçəngkimilərlə, həşərat və hətta kiçik məməlilərlə qidalanır. Güləyən qağayı "Afrika-Avrasiya köçəri su quşunun qorunması haqqında saziş ("AEWA") tətbiq olunan növlərdən biridir.
Labrador qaqası
Labrador qaqası (lat. Camptorhynchus) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qazkimilər dəstəsinin ördəklər fəsiləsinə aid heyvan cinsi.
Qarabaş qağayı
Qağalı (Xudafərin)
Qağalı (fars. قاقالو‎) - İranın Şərqi Azərbaycan ostanının Xudafərin şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 77 nəfər yaşayır (25 ailə).
Qağayı abidəsi
"Qağayı" abidəsi və ya "Qağayı" heykəli — Sumqayıt şəhərinin girəcəyində Bakı-Quba yolunun üzərində ucaldılmış abidə. Abidə 24 ədəd üst-üstə spiral şəklində qoyulan daş və onların üzərində olan qağayı qanadlarından ibarətdir. Abidə 1964-cü ildə Süleyman Hacıyev tərəfindən hazırlanmışdır. İlk əvvəllər abidə 15 daş blokdan ibarət idi. Bu isə memarın şəhərin 15 illiyi münasibətilə sumqayıtlılara ərmağanı olmuşdur. Abidənin üzərində əvvəllər Sumqayıt yazısı olmuşdur. Sonrakı illərdə aparılan dəyişikliklər zamanı isə 15 daş blok prinsipinə əməl edilməmişdir. Üstəlik abidə alüminium konstruksiyalı bloklarla əvəzlənmişdir. Hazırda abidənin hündürlüyü 13 metr təşkil edir. Blokların sayı isə 24 ədədə çatdırılmışdır.
Qütb qaqarı
Qütb qaqarı (lat. Gavia immer) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qaqarkimilər dəstəsinin qaqarlar fəsiləsinin qaqar cinsinə aid heyvan növü.
Çəhrayı qağayı
Çəhrayı qağayılara nadir hallarda rast gəlmək mümkündü, belə ki, onlar sayca azdılar və Arktikanın çətinliklə gedilə bilən yerlərində yaşayırlar. Onlar - böyük olmayan (qarğadan yekə deyillər) quşdurlar. Bu qağayılar son dərəcə gözəldilər: dimdikləri qara, beli və quyruğu göyümtraq, ayaqları qırmızı, boyunlarının ətrafı - qara həmail (yalnız yayda!), başı, sinəsi və qarıncığında lələkləri isə xəfif çəhrayı çalara boyanıb. Şimal yarımkürəsində olan köçəri quşların heç də hamısı qış aylarında cənuba doğru uçmurlar. Şimal-şərqi Sibir və Qrenlandiyada yaşayan çəhrayı qağayılar şaxta düşən kimi, əksinə, şimala doğru uçurlar. Şimal Buzlu okeanın sahil boyunca çox yerləri var ki, su buzla tam örtülmür və burada çəhrayı qağayılar xərçəng və balıqla qidalanaraq qışlayırlar.
Adi çaqqal qanqalı
Ağ qağayı (cins)
Adi ağ qağayı
Adi ağ qağayı (lat. Pagophila eburnea) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin çovdarçıkimilər dəstəsinin qağayılar fəsiləsinin ağ qağayı cinsinə aid heyvan növü. Yetkinləri ağ, körpələri tund ləkələri mövcuddur, göz ətrafinda qırmızı halqa var, ayaqları qaradır. Bədən uzunluğu 45 sm. == Yayılması == Ağ qağayı əsasən Arktik zonada yayılmışdır və Şimali Amerika və Avrasiyanın arktik və subartik iqlim qurşağda təsadüf edilir. Rusiya ərazisində Şimal Torpağı, Frans-İosif Torpağı və Kara dənizinin adalarında rast gəlinir. вов Карского моря. Yeni Torpaq adalarında bir yuva aşkarlanmışdır ki, oda qərbdə müşahidə edilmişdir. Vrangel adasında isə aşkarlanmamışdır. Qışlama dövrü onlar əsasən Barens dənizi və Berinq dənizi sahillərinə üz tuturlar.
Hüseynabad-i Qarğalı (Əbhər)
Hüseynabad-i Qarğalı (fars. حسين ابادقارقالو‎) — İranın Zəncan ostanı Əbhər şəhristanının ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 52 nəfər yaşayır (10 ailə).