Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Amblyseius carnis
Amblyseius carnis (lat. Amblyseius carnis) — phytoseiidae fəsiləsinin amblyseius cinsinə aid heyvan növü. == İstinadlar == Amblyseius carnis Catalogue of Life saytında Mites GSDs: PhytoseiidBase.
Jefferson Parish
Jefferson County və ya Jefferson Parish (fransız: Paroisse de Jefferson, ispan: Parroquia de Jefferson) — Amerika Birləşmiş Ştatlarının Luiziana ştatında yerləşən bir mahaldır. 2010-cu il siyahıyaalınması məlumatlarına əsasən vilayətin əhalisi 440,781 nəfər təşkil etmişdir. Vilayətin idarə etmə mərkəzi Qretna şəhəridir.
Arnis Litsitis
Arnis Alfredoviç (8 yanvar 1946, Riqa – 21 yanvar 2022, Riqa) – Sovet və Latviya teatr və kino aktyoru. == Həyatı == Arnis Alfredoviç Lisitis 8 yanvar 1946-cı ildə anadan olub. Latviya Dövlət Konservatoriyasnın aktyorluq fakültəsində təhsil alıb (1970). Milli Teatrda, Valmir Teatrında, Riqa Gənc Tamaşaçılar Teatrında, 1996-cı ildən Rus Dram Teatrında çalışıb. Musiqi ilə məşğuldur. 150-dən çox filmə çəkilib.
Danish Singles Chart
Qaraisa
Qaraisa — Tiflis quberniyasının Loru-Pəmbək qəzasında, indi Kalinino rayonunda kənd. Rayon mərkəzindən 10 km cənub-qərbdə yerləşir. 1937-ci ilə kimi Cəlaloğlu (Stepanavan) rayonunun tərkibində olmuşdur. 1937-ci il dekabrın 31-də Kalinino rayonu yarandıqdan sonra Cəlaloğlu (Stepanavan) rayonunun indiki ərazi bölgüsündən çıxarılmışdır. Toponim üçoxlara mənsub qara isalı türk tayfasının adı əsasında əmələ gəlmişdir. Etnotoponimdir. Quruluşca sadə toponimdir. Ermənistan prezidentinin 19. IV.1991-ci il fərmanı ilə kəndin adı dəyişdirilib Meğvahovit qoyulmuşdur. Kənddə 1922-ci ildə 128 nəfər, 1926-cı ildə 163 nəfər, 1931-ci ildə 196 nəfər azərbaycanlı yaşamışdır.
Qarnir
Qarnir (fr. garnir — bəzəmək, doldurmaq, əlavə etmək) — əsas xörəyə (və ya içkiyə) əlavə. Boşqabın bəzədilməsi, yeməyə əlavə dad vermək üçün istifadə olunur. Sovet mətbəxində adətən ətdən hazırlanmış quru yeməklərə daxil edilən, əti müşayiət edən köməkçi yemək - kartof, makaron məmulatları və yarmadan hazırlanmış əlavə.
Qarış
Qarış — keçmiş zamanlardan bu günümüzəcən işlədilən təxmini uzunluq ölçü vahidi. Azərbaycanda geniş yayılmış xalq uzunluq ölçüsü vahidlərindən biri də qarış adlanır. Qarış da türk sözüdür. Diqqəti cəlb edən məqamlardan biri bəşər sivilizasiyasının inkişafında əvəzsiz rol oynayan şumerlərin də dilində torpaq ölçmək üçün eyni sözün olmasıdır. Məşhur Amerika şumerşünası S.N.Kramer şumerlərə məxsus "Əkinçinin təqvimi" mətnini tərcümə edərkən torpaq ölçü vahidi kimi qaruş//qareş sözünü eynilə saxlamışdır. Sonralar onun əsəri ("Tarix Şumerdən başlayır") rus dilinə tərcümə edilərkən qareş sözünə heç bir dəyişiklik edilməmişdir. S.N.Kramerin əsərində qareş sözü 6–7 m uzunluğunda torpaq zolağı kimi şərh edilmişdir. Bir qareşin şumerlərdə 6–7 m-ə bərabər götürüldüyü o qədər də inandırıcı görünmür. Hazırda çox da dəqiqlik tələb olunmayan yerlərdə xalq qarışdan istifadə edir. Qarış əli açıq vəziyyətdə tutduqda baş barmağın ucundan çeçələ barmağın ucuna qədər olan uzunluğu bildirir və bu da orta hesabla 0,213 m-ə, yəni təqribən 20 sm-ə bərabərdir.
Qarbis Zakaryan
Qarbis Zakaryan (2 iyun 1930, İstanbul – 25 yanvar 2020, İstanbul) — Türkiyənin ilk peşəkar boksçusu, erməni əsilli idmançı. İstanbulda doğulmuş Zakaryan Türkiyənin 50-ci və 60-cı illərdə rinqlərdə bir-birinin ardınca yalnız qələbə qazanmış ilk peşəkar boks idmançısı hesab olunur. 1949-cu ildə Türkiyə və İspaniya arasında keçirilmiş boks yarışında idman forması geyinmiş Zakaryan daha sonra 1950-ci ildə Almaniyadan tutmuş, Argentina, Misir, Livan, Fransa, Braziliya kimi ölkələrdə Türkiyənin idman şərəfini qoruyub. 1964-ci ildə isə o, Yaxın Şərq çempionu olub. 22 il idman karyerası yaşamış Zakaryan peşəkar olaraq 51 dəfə pinqə çıxıb. 1966-cı ildən təqaüdə çıxaraq məşqçiliyə başlayıb. Avropa çempionu Camal Kamaçi onun yetirməsidir. Zakaryan italyan əsili xanımı Esiliya ilə hazırda Sislidə qocalıq həyatını yaşayır.
Qarisi döyüşü
Qarisi döyüşü — gürcülərdən təşkil edilmiş ordu bölmələri ilə Səfəvi ordusu arasında müasir Gürcüstanın Tetritsqaro məntəqəsində 1556-cı ildə baş tutmuş döyüş. Hələ XVI əsrin birinci rübündə Səfəvilər Kartli və Kaxetiyanı tabe etməyə cəhd göstərmişdilər. Lakin onlar Gürcüstanın fəth olunması uğrunda ardıcıl mübarizəyə I Şah Təhmasibin dövründə başladılar. 1540–1554cü illərdə I Şah Təhmasib Gürcüstana dörd dəfə yürüş etmişdi. Farsdilli mənbələrə o, o cümlədən Həsən bəy Rumlunun məlumatına görə, I Şah Təhmasibin Gürcüstana yürüşləri 1540–1541, 1546–1547, 1551 və 1554-cü illərə təsadüf edir. Münaqişənin əsası Amasya sülh müqaviləsindən dərhal sonra qoyuldu. Beləki, bu sülh müqaviləsinə görə əsasən gürcülərdən ibarət torpaqlar bu iki imperiya arasında nüfuz dairələrinə bölünürdü. Qərb torpaqları Osmanlı imperiyasının nüfuz dairəsində olmaqla birlikdə, şərqdəki Kartli və Kaxetiya çarlıqları, habelə Samtsxe knyazlığının şərq hissəsi Səfəvi imperiyasının nüfuz dairəsinə daxil olurdu. Lakin bu müqavilə imzalanan zamana qədər artıq uzun illər idi ki, Səfəvi ordusu gürcülərin paytaxtı hesab edilən Tiflis şəhərində yerləşdirilmişdi. Kartlidəki hökmdar I Luarsab tabe olmaq fikrində deyildi və Amasya sülhünün şərtləri bəlli olduqdan sonra onu tanımadığını elan etdi.
Qarmiş-Partenkirhen
Qarmiş-Partenkirhen (alm. Garmisch-Partenkirchen‎, bav. Garmasch-Partakurch) — Almaniyanın cənubunda Bavariyada Qarmiş-Partenkirhen inzibatın mərkəzi.
Rino Harniş
Rino Harniş (1949) — ABŞ-nin Azərbaycandakı səfiri (2003–2006). Rino Harniş San-Dieqo Ştat Universitetinin siyasi elmlər fakültəsini bitirib. 1975-ci ildə Amerika Universitetində beynəlxalq münasibətlər üzrə magistr dərəcəsini alıb. R. Harniş iqtisadiyyat elmləri üzrə də magistr dərəcəsinə malikdir. Təhsilini başa vurandan sonra ən əvvəl Amerika Sənaye Universitetində tədqiqatçı köməkçisi vəzifəsində çalışıb. Bundan sonra ABŞ-nin Xəzinədarlıq Departamentində beynəlxalq iqtisadçı vəzifəsini tutub. Daha sonra Nebraska ştatından seçilmiş konqresmen Deyv Martinin köməkçisi olub. Karyerasının növbəti illərində R. Harniş ABŞ-nin İtaliyadakı səfirliyində ətraf mühit, elm və texnologiya məsələləri üzrə, ABŞ-nin Almaniya Demokratik Respublikasındakı səfirliyində isə iqtisadiyyat və ticarət məsələləri üzrə müşavir vəzifələrində işləyib. Sonrakı dövrdə Dövlət Departametinin İnkişaf Etmiş Ölkələrlə Ticarət üzrə Departamentində çalışıb, ABŞ-nin Avstriyadakı səfirliyində iqtisadi məsələlər üzrə müşavir işləyib. R. Harniş ABŞ-nin Nigeriyadakı səfirliyində də müşavir qismində çalışıb.
Quran qarisi
Qari (ərəb. قارئ‎) — təcvid elmini yaxşı bilən alim, Quran oxuyucusu.
Garıs Əyribənd
Garis Əyribənd (əvvəlki adı: Qarıs Əyribənd) — Azərbaycan Respublikasının Kürdəmir rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 1 sentyabr 2004-cü il tarixli, 727-IIQ saylı Qərarı ilə Kürdəmir rayonunun Karrar kənd inzibati ərazi dairəsi tərkibindəki Qarıs Əyribənd kəndi Garıs Əyribənd kəndi adlandırılmışdır. == Toponimikası == == Coğrafiyası və iqlimi == Kənd Şirvan düzündə yerləşir. == Əhalisi == 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 719 nəfər əhali yaşayır. == İqtisadiyyatı == Əhalinin əsas məşğuliyyətini kənd təsərrüfatı — əkinçilik, maldarlıq və heyvandarlıq təşkil edir.
Qarış (dəqiqləşdirmə)
Qarış — Azərbaycanda geniş yayılmış xalq uzunluq ölçüsü vahidlərindən biri. Yuxarı Qarış (Baltas) — Başqırdıstan Respublikasının Baltas rayonunda yerləşən kənd. Aşağı Qarış (Baltas) — Başqırdıstan Respublikasının Baltas rayonunda yerləşən kənd.
Qarni döyüşü
Qarni döyüşü — 1225-ci ildə Gürcüstan çarlığı və Xarəzmşahlar arasında baş vermiş döyüş. Döyüş nəticəsində Gürcüstan çarlığı məğlub edildi və Gürcüstan çariçası Rusudan qərargahını Tiflisdən Kutaisiyə köçürməyə məcbur oldu. Bu dövrdə Cəlaləddin Mənguberdi çariça Rusudana məktub yazaraq tabelik göstərməsini istədi. Lakin Rusudan tabe olmaqdan imtina etdi və Cəlaləddinə Monqol imperiyasına məğlub olduğunu xatırladan məktub yazdı. Bundan sonra 1225-ci ildə Xarəzmşah ordusu sərhədi keçərək Gürcüstana daxil oldu və qısa bir müddət sonra iki tərəf arasında ağır döyüş baş verdi. Çariça Rusudan əsgər toplamaq üçün Gürcüstan çarlığının bütün bölgələrinə elçilər göndərdi. Bu dövrdə çarlıq muzdlu əsgərlər də daxil olmaqla 100,000 yaxın əsgər toplamaq potensialına sahib idi. Bununla yanaşı gürcülər təhlükəsizlik səbəbindən qüvvələrinin bəzi hissələrini ayırdılar. Beləliklə, Cəlaləddinə qarşı gürcülərin əlində 60–70,000-ə qədər qüvvə var idi. Xarəzmşah ordusunun sayı isə gürcülərdən daha çox idi.
Aşağı Qarış (Baltas)
Aşağı Qarış (rus. Нижнекарышево, başq. Түбәнге Ҡарыш) — Başqırdıstan Respublikasının Baltas rayonunda yerləşən kənd. Kənd, Aşağı Qarış kənd şurasının tərkibindədir. == Coğrafi yerləşməsi == Məsafələr: rayon mərkəzindən (Starobaltas): 20 km., kənd sovetliyindən (Yuxarı Qarış): 4 km. ən yaxın dəmiryol stansiyasından (Kueda stansiyası): 90 km. == Əhali == === Milli tərkibi === 2002-ci ildə keçirilən Ümumrusiya əhalinin siyahıya alınmasına əsasən kəndidə Başqırdlar (60 %), tatarlar (37 %) üstünlük təşkil edir.
Yuxarı Qarış (Baltas)
Yuxarı Qarış (rus. Верхнекарышево, başq. Юғары Ҡарыш) — Başqırdıstan Respublikasının Baltas rayonunda yerləşən kənd. Kənd, Aşağı Qarış kənd şurasının tərkibindədir. Məsafələr: rayon mərkəzindən (Starobaltas): 22 km., ən yaxın dəmiryol stansiyasından (Kueda stansiyası): 92 km. 2002-ci ildə keçirilən Ümumrusiya əhalinin siyahıya alınmasına əsasən kəndidə Başqırdlar (71 %), tatarlar (28 %) üstünlük təşkil edir. Filarit Abdulqazimoviç Bakirov (1950—2013) — teatr aktyoru, Başqırdıstanın Respublikası Xalq Artisti (1995). Teatr İşçiləri Birliyinin üzvü (1976). Flora Davletxanovna Axmerova (1928—2004) — yazıçı, diyarşunas, müəllim. RSFSR xalq təhsilində əla işçi (1964).
Sonuncu qarış (film, 1958)
"Sonuncu qarış" (rus. Последний дюйм) — rejissorlar Teodor Vulfoviç və Nikita Kurixinin filmi. Sahilboyu Şimali Afrika. Müharibədən sonrakı illər. İşsiz təyyarəçi Ben Esliyə yüksək məbləğə təhlükəli iş olan köpək balıqlarının sualtı çəkilişini tapşırırlar. Benin oğlu Devi atasına yalvarır ki, bu səfərinə onu da aparsın. Ben və onun oğlu Devi uzaq kimsəsiz sahilə gedirlər. Sualtı çəkilişlərin birində Ben ağır zədə alır və bütün işlər Devinin öhdəsinə düşür. Devi atasının və eləcə də özünün həyatını xilas etmək naminə təyyarəni idarə etməli olur. Ben oğluna təyyarəni necə idarə etməyi bir-bir başa salır.
Karib dənizinin quldurları: Qara mirvarinin qarğışı (film, 2003)