Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
General-leytenant
General-leytenant — hərbi rütbə. == Azərbaycan == Azərbaycan Silahlı Qüvvələrində ali hərbi rütbə. Azərbaycan Hərbi Dəniz Qüvvələrindəki ekvivalent rütbə vitse-admiral rütbəsidir.
General-leytenant (Azərbaycan)
General-leytenant — Azərbaycan hərbi birləşmələrində və dövlət orqanlarında verilən ali rütbə. Hərbi və xüsusi rütbə olmaqla iki əsas qrupa bölünür. General-leytenant rütbəsi Azərbaycan Respublikasının Prezidenti tərəfindən, əsasən, hərbi birləşmə və dövlət orqanı rəhbərlərinin müavinlərinə verilir. == Tarixi == SSRİ dövründə general-leytenant rütbəsi 7 may 1940-cı ildə təsis edilmiş və Fəhlə-Kəndli Qırmızı Ordusunun ali zabit heyətinə verilmişdir. Böyük Vətən müharibəsində və sonrakı illərdə bu rütbə müxtəlif kateqoriyalara bölünərək ittifaq respublikalarındakı, habelə Azərbaycan SSR-dəki şəxslərə SSRİ Nazirlər Sovetinin qərarı ilə verilmişdir. Azərbaycan 1991-ci ildə SSRİ-nin tərkibindən çıxaraq müstəqillik əldə etdikdən sonra general-leytenant rütbəsinin verilməsini Azərbaycan Respublikasının Prezidenti həyata keçirmişdir. == Təsnifatı == "Xüsusi, hərbi və diplomatik rütbələrin ixtisas dərəcələri ilə qarşılıqlı uyğunlaşdırılması Qaydası"na əsasən general-leytenant rütbəsi hərbi dəniz donanmasındakı vitse-admiral ali hərbi rütbəsinə, prokurorluq və ədliyyə orqanlarındakı II dərəcəli dövlət ədliyyə müşaviri, miqrasiya orqanlarındakı II dərəcəli dövlət miqrasiya xidməti müşaviri, vergi orqanlarındakı 2-ci dərəcəli dövlət vergi xidməti müşaviri ali xüsusi rütbələrinə, birinci dərəcəli fövqəladə və səlahiyyətli elçi diplomatik rütbəsinə, eləcə də dövlət qulluğundakı 2-ci dərəcə dövlət müşaviri ixtisas dərəcəsinə uyğundur. Azərbaycanda hərbi birləşmələr və dövlət orqanlarında general-leytenant rütbəsi aşağıdakı kimi təsnifatlaşdırılır: Azərbaycan Ordusu və digər silahlı birləşmələrdə — general-leytenant ali hərbi rütbəsi; Silahlı birləşmələrdə və dövlət orqanlarında — tibb xidməti general-leytenantı ali hərbi və ali xüsusi rütbələri; Ədliyyə və prokurorluq orqanlarında — ədliyyə general-leytenantı ali hərbi və ali xüsusi rütbələri; Gömrük orqanlarında — gömrük xidməti general-leytenantı ali xüsusi rütbəsi; Daxili işlər orqanlarında — polis general-leytenantı ali xüsusi rütbəsi; Fövqəladə hallar orqanlarında — daxili xidmət general-leytenantı ali xüsusi rütbəsi; Feldyeger rabitəsi orqanlarında — feldyeger xidməti general-leytenantı ali xüsusi rütbəsi. == Fərqlənmə nişanları == === Poqonlar === Rəhbər vəzifədə çalışan şəxslərin poqonları sünbül təsviri ilə haşiyələnir. Mərasim geyimlərində isə poqonların üzərinə qızılı rəngdə naxışlı örtük çəkilir.
Aydın Əliyev (general-leytenant)
Aydın Əli oğlu Əliyev (28 may 1957, Bakı) — Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin sədri (2006–2018), gömrük xidməti general-polkovniki. == Həyatı == Aydın Əliyev 28 may 1957-ci ildə Bakı şəhərində anadan olub. 1979-cu ildə Azərbaycan Dövlət Universitetinin hüquq fakültəsini fərqlənmə diplomu ilə bitirmişdir. Əmək fəaliyyətinə 1979-cu ildə Azərbaycan Dövlət Universitetində müəllim vəzifəsindən başlamışdır. 1980–1992 illərdə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində böyük məsləhətçi, nazirin köməkçisi, kadrlar şöbəsinin rəis müavini, şöbə rəisi, Azərbaycan Respublikası Dövlət Arbitrajında arbitr, Azərbaycan Respublikasının Ali Məhkəməsində şöbə rəisi vəzifələrində çalışmışdır. 1992–1999-cu illərdə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsində inspektor, şöbə rəisi, aparıcı mütəxəssis, Baş İdarə rəisi vəzifələrində çalışmışdır. 1999-cu ilin fevral ayından 2006-cı ilin 6 fevralına qədər Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi sədrinin 1-ci müavini vəzifəsində çalışmışdır. 6 fevral 2006-cı ildən Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin sədri vəzifəsində çalışır. 27 yanvar 2017-ci ildə Azərbaycan Respublikasının Prezidentinin Sərəncamı ilə gömrük xidməti general-polkovniki ali xüsusi rütbəsi verilmişdir. 23 aprel 2018-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti tərəfindən vəzifəsindən azad edilib.
Ceyhun Həsənov (general-leytenant)
Ceyhun Əkbər oğlu Həsənov (5 dekabr 1962, Salyan rayonu) — Azərbaycan Respublikası Ədliyyə Nazirinin müavini və Penitensiar xidmətin rəisi (2016-2023), ədliyyə general-leytenantı. == Həyatı == Həsənov Ceyhun Əkbər oğlu 5 dekabr 1962-ci ildə Salyan rayonunda anadan olmuşdur. 1981–1983-cü illərdə Silahlı Qüvvələrin sıralarında hərbi xidmət keçmişdir. 1994-cü ildə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Polis Akademiyasını bitirmişdir. 1984–2004-cü illərdə daxili işlər orqanlarında müxtəlif məsul və rəhbər vəzifələrdə çalışmışdır. 2004–2016-cı illərdə Daxili İşlər Nazirliyinin Nəqliyyatda Baş Polis idarəsinin rəisi vəzifəsində işləmişdir. Azərbaycan Respublikası Prezidentinin 10.06.2016-cı il tarixli Sərəncamı ilə Azərbaycan Respublikası Ədliyyə Nazirinin müavini — Penitensiar xidmətin rəisi vəzifəsinə təyin olunmuşdur. Ədliyyə general-leytenantıdır. Azərbaycan Respublikası Prezidentinin 10.07.2023-cı il tarixli Sərəncamı ilə Azərbaycan Respublikası Ədliyyə Nazirinin müavini — Penitensiar xidmətin rəisi vəzifəsindən azad olunub Daxili işlər orqanlarında uzun illər ərzində qüsursuz xidmətinə görə Daxili İşlər naziri tərəfindən dəfələrlə müxtəlif təltiflərə layiq görülmüşdür. Azərbaycan Respublikası Prezidentinin 01.07.2009-cu il tarixli, 364 nömrəli Sərəncamı ilə Qanunçuluğun qorunmasında, cinayətkarlıqla mübarizədə igidlik və şücaət göstərdiyinə görə "İgidliyə" görə medalı ilə təltif olunmuşdur.
Fuad Məmmədov (general-leytenant)
Fuad Məmmədov (31 yanvar 1968, Bakı – 2020, Bakı) — Azərbaycan Silahlı Qüvvələrinin general-leytenantı, 2018–2020-ci illərdə Müdafiə nazirinin maddi-texniki təminat üzrə müavini — Maddi-Texniki Təminat Baş İdarəsinin sabiq rəisi.221 nömrəli məktəbdə təhsil alıb. == Həyatı == Fuad Məmmədov 31 yanvar 1968-ci ildə Bakı şəhərində anadan olub. 1985-ci ildə Cəmşid Naxçıvanski adına Hərbi Liseyi bitirib. 1990-cı ildə Riqa Ali Hərbi Aviasiya Mühəndislər məktəbini bitirmiş və həmin ildən 1992-ci ilədək Zaqafqaziya Hərbi Dairəsində xidmətini davam etdirmişdir. 1992-ci il aprel ayında Müstəqil Dövlətlər Birliyinə məxsus Sitalçay hərbi aeroduromundan Su-25 markalı hərbi təyyarənin Azərbaycan tərəfinə qaçırılmasının təşəbbüskarı və iştirakçısı olub. Düşmənə qarşı aparılan hərbi əməliyyatlarda həmin təyyarədən istifadə edilmişdir. Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak edib və dəfələrlə döyüş uçuşları keçirib. 1992-ci ildən Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Hərbi Hava Qüvvələrində qrup rəhbəri, eskadrilya komandirinin müavini, baş mühəndis, Hərbi Hava Qüvvələri Komandanının MTT üzrə müavini vəzifələrində xidmət edib. Müdafiə Nazirinin 25.06.2018-ci il tarixli sərəncamı ilə vəzifəsinə təyin olunub. 9 iyul 2020-ci ildə prezident İlham Əliyevin müvafiq sərəncamı ilə general-leytenant Fuad Məmmədov Müdafiə nazirinin maddi-texniki təminat üzrə müavini – Maddi-Texniki Təminat Baş İdarəsinin rəisi vəzifəsindən azad edilib.
Nazim Məmmədov (general-leytenant)
Nazim Xeyrulla oğlu Məmmədov (8 oktyabr 1951, Ordubad – 26 avqust 2022) — Azərbaycan Respublikası fövqəladə hallar nazirinin müavini, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi sədrinin müavini (2007–2018), gömrük xidməti general-leytenantı (2010), daxili xidmət general-leytenantı (2018). Məmmədov Nazim 1951-ci il oktyabrın 8-də Naxçıvan Muxtar Respublikası Ordubad şəhərində anadan olub. Əmək fəaliyyətinə 1973-cü ildə Ordubad şəhərində baytarlıq stansiyasında başlamışdır. 1976–1995-ci illərdə Ordubad şəhərində müxtəlif təşkilatlarda işləmişdir. 1995-ci ildən Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsində çalışmışdır. 1999-cu ildə isə Təfəkkür Universitetinin hüquq fakültəsini bitirmişdir. Ailəli idi, 3 övladı var. Nazim Məmmədov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 28 dekabr 2007-ci il tarixli 2607 nömrəli sərəncamı ilə Dövlət Gömrük Komitəsinin sədr müavini təyin olunmuşdur. Nazim Məmmədov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 6 iyul 2018-ci il tarixli 289 nömrəli sərəncamı ilə Dövlət Gömrük Komitəsinin sədr müavini vəzifəsindən azad edilmişdir. O, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 6 iyul 2018-ci il tarixli 290 nömrəli sərəncamı ilə fövqəladə hallar nazirinin müavini təyin edilmişdir.
Çingiz Məmmədov (general-leytenant)
Çingiz Mustafa oğlu Məmmədov (15 fevral 1951, Bakı – 9 avqust 2020, Bakı) — Azərbaycan və SSRİ hərbçisi, general-leytenant, Azərbaycan Respublikası Müdafiə nazirinin sabiq şəxsi heyət üzrə müavini — Şəxsi Heyət Baş İdarəsinin sabiq rəisi. Çingiz Mustafa oğlu Məmmədov 15 fevral 1951-ci il tarixində SSRİ respublikalarından olan Azərbaycan SSR-in paytaxtı Bakı şəhərində anadan olmuşdur. O, 1968-ci ildə orta məktəbi qurtardıqdan sonra Rostov Ali Hərbi məktəbinin mühəndis fakultəsi qəbul olmuş, 1973-cü ildə oradan strateji raketlər, onların mühərrikləri və texnoloji avadanlığı ixtisası üzrə məzun olmuş və leytenant rütbəsi almışdır. O, 1975-ci ildə baş leytenant rütbəsi almış və 1976-cı ilə qədər həmin məktəbin kursantı olmuşdur. Məmmədov 1976–1978-ci illərdə Türküstan Hərbi Dairəsi divizionun raket silahları xidmətinin baş mühəndisi olmuş, həmin il kapitan rütbəsi almışdır. O, 1978–1979 Türküstan Hərbi Dairəsi h/h qrup komandiri, 1979–1981-ci illərdə isə Ural Hərbi Dairəsinin h/h qrup komandiri olmuşdur. Məmmədov 1981–1983 Dzerjinski adına Hərbi Akademiyanın dinləyicisi olmuş, 1983–1984-cü illərdə Pribaltika Hərbi Dairəsi h/h divizion komandiri kimi xidmət etmişdir. O, 1983-cü ildə F. E. Dzerjinski adına Hərbi Akademiyanın komandanlıq fakultəsini bitirmişdir. Bundan sonra Məmmədov 1984–1985-ci illərdə Sibir Hərbi Dairəsi h/h divizion komandiri vəzifəsində çalışmış, həmin il polkovnik-leytenant rütbəsi alaraq 1987-ci ilə qədər hərbi hissənin Qərargah rəisi-komandir müavini olmuşdur. O, 1987–1989-cu illərdə hərbi hissənin Komandiri kimi çalışmışdır.
Şahin Məmmədov (general-leytenant)
Şahin İsgəndər oğlu Məmmədov (10 yanvar 1961, Zəlimxan, Ağstafa rayonu) — Azərbaycan hərbi xadimi, Azərbaycan Respublikası daxili işlər nazirinin müavini, Daxili Qoşunların komandanı, general-leytenant. Şahin İsgəndər oğlu Məmmədov 10 yanvar 1961-ci ildə Qazax rayonu, Yenikənd kəndində (indiki Ağstafa rayonu, Zəlimxan kəndi) anadan olub. O, 1986-cı ildə DİN-in Saratov Ali Hərbi Komandanlıq Məktəbini və 1999-cu ildə Silahlı Qüvvələrin Hərbi Akademiyasının Strateji Tədqiqatlar və Dövlət Müdafiəsini İdarəetmə Akademik kursunu bitirib. Ş. Məmmədov 1979–1981-ci illərdə SSRİ DİN Daxili Qoşunlarında müddətli həqiqi hərbi xidmətdə olub. 1982–1986-cı illərdə SSRİ DİN-in Saratov Ali Hərbi Komandanlıq Məktəbində təhsil alıb, 1986–1992-ci illərdə isə SSRİ DİN-in Daxili Qoşunlarında zastava rəisinin siyasi hissə üzrə müavini, zastava rəisi, tabor komandirinin müavini — qərargah rəisi vəzifələrinədək yüksəlib. Azərbaycan müstəqilliyini yenidən bərpa etdikdən sonra isə Şahin Məmmədov 9 iyun 1992-ci ildə xidmətini davam etdirmək üçün Azərbaycan Respublikası DİN-in Daxili Qoşunlarının Baş İdarəsinin sərəncamına göndərilib. O, 1992–1997-ci illərdə Azərbaycan Respublikası DİN-in Daxili Qoşunlarında hərbi hissə (əlahiddə tabor) komandiri, hərbi hissə (briqada) komandirinin müavini — qərargah rəisi, hərbi hissənin (alay) komandiri vəzifələrində xidmət edib. Xidməti ərzində 1998-ci ildən 15 noyabr 2013-cü ilədək Azərbaycan Respublikası DİN-in Daxili Qoşunlarının Baş İdarəsində Qərargah rəisinin müavini, Qərargah rəisinin müavini — Əməliyyat və döyüş hazırlığı İdarəsinin rəisi, Daxili Qoşunların Qərargahı rəisinin 1-ci müavini vəzifələrinədək yüksəlib. Azərbaycan Respublikası Prezidentinin 9 mart 2011-ci il tarixli 1384 nömrəli Sərəncamı ilə Şahin Məmmədova "general-mayor" hərbi rütbəsi verilib. Azərbaycan Respublikası Prezidentinin 15 noyabr 2013-cü il tarixli 64 nömrəli Sərəncamı ilə isə Daxili İşlər Nazirinin müavini — Daxili Qoşunların Komandanı vəzifəsinə təyin edilib.
Əsgər Abdullayev (general-leytenant)
Əsgər Həsən oğlu Abdullayev (26 iyul 1963, Nehrəm, Naxçıvan rayonu) — Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi sədrinin müavini (2006–2022), gömrük xidməti general-leytenantı (2007), "Vətənə xidmətə görə" ordeninin tam kavaleri. Əsgər Həsən oğlu Abdullayev 1963-cü il iyulun 26-da Naxçıvan MSSR Babək rayonunun Nehrəm kəndində anadan olmuşdur. 1980-ci ildə orta təhsilini Nehrəm kəndindəki məktəbi qızıl medalla başa vurmuşdur. Ali təhsilini Kiyev İnşaat Mühəndisləri İnstitutunda alaraq buranı 1985-ci ildə bitirmişdir. Əsgər Abdullayev 1985–1996-cı illərdə Yaşıllaşdırma Müəssisəsinin Baş İstehsalat İdarəsində iqtisadçı, mühəndis, böyük mühəndis, şöbə rəisi, trest rəisi vəzifələrində işləmiş, 1996–2006-cı illərdə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsində idarə rəisi və və Baş Gömrük İdarəsinin rəisi vəzifələrində çalışmışdır. Azərbaycan Respublikası Prezidentinin 21 iyun 2006-cı il tarixli Sərəncamı ilə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi sədrinin müavini vəzifəsinə təyin edilmiş və 27 dekabr 2022-ci ildə azad edilənədək bu vəzifədə işləmişdir. Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamları ilə Əsgər Abdullayevə 23 yanvar 2006-cı ildə gömrük xidməti general-mayoru, 24 yanvar 2007-ci ildə isə gömrük xidməti general-leytenantı ali xüsusi rütbələri verilmişdir. Ailəlidir və 2 övladı var.
Yaşar Əliyev (general-leytenant)
Yaşar Ədilxan oğlu Əliyev (8 sentyabr 1960, Bakı) — general-leytenant. Yaşar Ədilxan oğlu Əliyev 8 sentyabr 1960-cı ildə Bakı şəhərində anadan olmuşdur. 1981-ci ildə Daxili İşlər Nazirliyinin Ali Siyasi Məktəbini bitirmişdir. 1981-ci ildə SSR daxili qoşun hissələrində, Tbilisi şəhərində yerləşən 69-cu diviziyada, daha sonra Bakı şəhərin DİO-da müxtəlif məsul vəzifələrdə işləmişdir. 2011-ci ilin may ayınadək Bakı Şəhər Baş Polis İdarəsi rəisinin müavini vəzifəsində çalışmışdır. 2011-ci ildən 2020-ci ilə kimi Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Mühafizə İdarəsinin rəisi işləyib. 15 may 2020-ci ildə Prezident Aparatının Hərbi məsələlər şöbəsinin müdir müavini vəzifəsinə təyin edilib, həqiqi hərbi xidmətə çağırılaraq rütbəsi general-leytenanta qaldırılıb. Ailəlidir, bir övladı var.
İsrafil bəy Yadigarov (general-leytenant)
İsrafil bəy Mustafa bəy oğlu Yadigarov (15 dekabr 1815, Tiflis quberniyası – 1885) — Rusiya Çar Ordusunda xidmət etmiş Azərbaycanlı əsilli ilk yüksəkrütbəli hərbçi, general-leytenant. Yadigarlı Qarapapaq sülaləsinə mənsub Borçalı ağası. İsrafil bəy Mustafa bəy oğlu Yadigarov 1815-ci il dekabrın 15-də, Borçalı qəzasının Təkəli kəndində Qarapapaq sülaləsi olan Yadigarlı ailəsində dünyaya gəlib. 1825-ci ildən 1830-cu ilədək Qaçağan kəndindəki Kərbəlayi Hüseyin Mikayılın dini məktəbində ilk təhsili alıb 1831-ci Tiflisdə rus gimnaziyasında təhsil alan İsrafil bəy Yadigarov 1834-cü il sentyabrın 1-də Zaqafqaziya bəylərindən təşkil olunmuş Müsəlman Süvari alayına könüllü qəbul olunub. Bir il sonra praporşik olan İsrafil bəyə 1839-cu il dekabrın 23-də dağlılara qarşı döyüşlərdə fərqləndiyinə görə podporuçik rütbəsi verilib. Əlahiddə Qafqaz korpusunun qərargahında xidmətini davam etdirib. 1841-ci il yanvarın 2-də Əlahəzrət İmperatorun şəxsi təşəbbüsü ilə təşkil olunmuş Müsəlman Süvari alayına təyin olunub. Üç il sonra (1846-cı il) ştabs-rotmistri, 1849-cu il aprelin 3-də rotmistr rütbəsi alan İsrafil bəy üsyan etmiş macarlara qarşı döyüşlərdə iştirak edir. 1851-ci il yanvarın 29-da podpolkovnik İsrafil bəy Peterburqdan Tiflisə qayıdır, Əlahiddə Qafqaz süvari korpusunda xidmətini davam etdirir. 1853-cü ildə Krım müharibəsi başlananda podpolkovnik İsrafil bəy Yadigarov azərbaycanlılardan ibarət min nəfərlik süvari Müsəlman briqadası komandirinin müavini olub.
General
General (lat. generālis — ümumi; tarixi Azərbaycandilli mənbələrdə سرتیب Sərtib sözü işlənirdi) — polkovnikdən sonra və marşala qədər quru və hava qüvvələrində yüksək rütbəli zabitlərə verilən hərbi rütbədir. Donanmadakı ekvivalenti “admiral”dır. Müraciət edərkən yalnız general-leytenanta və dörd ulduzlu generala “general” deyə müraciət edilərkən, briqadir və general-mayor rütbəli zabitlər birbaşa bu rütbələri ilə çağırılırlar. Ümumi olaraq general rütbələri bunlardır: Briqada generalı: Briqada komandiri General-mayor: Diviziya komandiri General-leytenant: Korpus komandiri Dörd ulduzlu general: Ordu komandiri Marşal və ya Böyük Admiral: Ordu Komandiri olaraq üç döyüşdə qalib gələn generallara verilən tituldur. Bununla birlikdə, hərbi vəzifələrdən əlavə təşkilati vəzifələrə təyinatlarla əlaqədar olaraq hər Briqadir bir briqada komandiri və ya hər general-mayor bir diviziya komandiri deyildir.
Leytenant
Leytenant (fr. lieutenant) — Azərbaycan Silahlı Qüvvələrində zabit rütbəsi. Azərbaycan Hərbi Dəniz Qüvvələrində də eyni cür adlanır — leytenant. 1909–1911-ci illərdə Rusiya imperiyasında IX sinif hərbi dərəcəsi, 1912-ci ildən — VIII sinif. Yalnız donanmada mövcuddur. Piyada, kapitan, süvarilərdə kapitan, kazak qoşunlarında kapitan və dövlət qulluğunda kollegial qiymətləndirici rütbələrinə uyğundur. Hal hazırda — leytenantdan və aşağı leytenant-komandirdən (Hərbi Dəniz Qüvvələrində) və ya kapitandan (digər hərbi hissələrdə) kiçik bir zabit rütbəsi. Oktyabr Sosialist İnqilabından sonra ləğv edildi. 1935-ci ilin noyabrında Qırmızı Orduda yenidən meydana gəldi. 1943-cü ilin yanvar ayına qədər, yaxası nişanlarında üç "kub" tərəfindən təyin edildi.
General-feldmarşal
General-feldmarşal (alm. Generalfeldmarschall‎) — alman və rus ordusunda quru qoşunlarında ali hərbi rütbə, dünyanın bir çox ölkələrində anoloji rütbə -feldmarşal. General-feldmarşal rütbəsi ilk dəfə XVII əsrdə — 1620-ci ildə Bohemiyada tətbiq edilmişdir.. Sonralar bu rütbədən (1657-ci ildən) Brandenburqda (Prussiyada) istifadə olunmuş və eyni zamandau bu rütbə digər alman dövlətlərində (Bavariyada, Saksoniyada, Hannoverdə, həmçinin Avstriyada və Niderlandda feldmarşal variantında hərbi rütbələr sırasına daxil edilmişdir. Rusiyada general-feldmarşal rütbəsi 1699-cu ildə I Pyotr tərəfindən tətbiq edilmişdir. Fransada və bir sıra digər ölkələrdə general-feldmarşal rütbəsinə uyğun olan marşal rütbəsindən istifadə olunmuşdur.
General-mayor
General-mayor — Azərbaycan Silahlı Qüvvələrində ali hərbi rütbə. Azərbaycan Hərbi Dəniz Qüvvələrindəki ekvivalent rütbə kontr-admiral rütbəsidir.
General-polkovnik
General-polkovnik — Azərbaycan Silahlı Qüvvələrində ən yüksək hərbi rütbə. Azərbaycan Hərbi Dəniz Qüvvələrindəki ekvivalent rütbə admiral rütbəsidir.
General (1970)
== Məzmun == Film tanınmış azərbaycanlı general, hərbi xadim, artilleriya general-leytenantı, Rusiya-Yaponiya müharibəsinin iştirakçısı, Port Arturun müdafiəsində göstərdiyi igidliyə görə qızıl qılıncla mükafatlandırılmış, Nikolay ordusunda "artilleriyanın allahı" hesab olunan Əliağa Şıxlinskinin həyat və fəaliyyətindən bəhs edir. == Film haqqında == Film-tamaşa yazıçı Qılman İlkinin eyniadlı povestinin motivləri əsasında çəkilmişdir. == Filmin heyəti == === Film üzərində işləyənlər === Quruluşçu rejissor: Rauf Kazımovski Ssenari müəllifi: Qılman İlkin Quruluşçu operator: Nəriman Şıxəliyev Səs rejissoru: İsgəndər Kərimov === Rollarda === Yusif Vəliyev — Əliağa Şıxlinski Süleyman Ələsgərov Yusif Yulduz Ətayə Əliyeva — Nigar Məmmədağa Dadaşov Hacıbaba Bağırov Nadir Əsgərov Sadıq Hüseynov Muxtar Avşarov Bahadur Əliyev Məmməd Məcidov Məmmədsadıq Nuriyev Məmməd Sadıqov Əliheydər Həsənzadə == Mənbə == “Humay”ın laureatları. [Onların arasında mərhum televiziya rejissoru Rauf Kazımovskinin də adı vardır] //Xalq.- 2002.- 3 dekabr.
General (dəqiqləşdirmə)
General — Hərbi rütbə. General (film, 1970) — Əliağa Şıxlinskinin həyat və fəaliyyətindən bəhs edən film. General Aslanov (film, 1970) — Həzi Aslanovun şanlı döyüş yoluna həsr olunmuş film. General Motors — ABŞ şirkəti.
General Dynamics
General Dynamics: Amerika Birləşmiş Ştatlarına məxsus olan müdafiə sənayesi şirkətidir. Türk Hava Qüvvələri və başqa ölkələrin istifadə etmiş olduğu F-16 hərbi təyyarəsinin əsil istehsalçısıdır. Bir çoxları F-16 layihəsi Lockheed Martin şirkətinin hesab etsə də, əslində bu təyyarənin ilkin dizaynı və elektron sistemləri General Dynamics şirkətinə məxsusdur.
General Motors
General Motors — rəsmi adı General Motors Corporation olan bu şirkətin əsası Uliyam Dyurant tərəfindən qoyulmuşdur. Uliyam Dyurant həmin vaxt artıq Buick şirkətinin sahibi idi. İlk vaxtlar şirkətin binası Flint şəhərində olsa da daha sonra sənaye mərkəzi olan Detroyt şəhərinə köçürülmüşdür, elə həmin il 1897-ci ildə yaradılan Oldsmobile şirkəti satın alınmışdır. 1909-cu ildə Dyurant Cadillac, Elmore, Oakland şirkətlərini də GM tərkibinə daxil edərək şirkəti daha da gücləndirdi. 1910-cu ildə Dyurant böyük miqdarda borclar və satışların az olma səbəbindən bankirlərin etibarını itirdi. Bir neçə il sonra "Dyurant Chevrolet Motor car" şirkətinin əsasını qoyur və həmin şirkət vasitəsi ilə gizli olaraq General Motorsun səhmlərini satın alır. 1920-ci ildə şirkətin başına keçən Alfred Sloyen General Motors şirkətini dünyanın ən böyük sənaye şirkəti etdi. 1931-ci ildən 2008-ə qədər dünyanın ən böyük avtomobil istehsalçısı olub. == Azərbaycanda fəaliyyəti == Azərbaycanda General Motorsun istehsalı olan maşınları Performans Centerdən əldə etmək olar. 2002-ci ildə şirkət Tolyati şəhərində daha yeni bir şərikli zavod açdı.
General Tanaka
General-Qubernatorluq
General-Qubernatorluq (alm. Generalgouvernement‎; pol. Generalne Gubernatorstwo) — İkinci Dünya müharibəsi illərində Almaniyanın Polşa kampaniyası zamanı Polşanın hərbi işğalı zamanı Polşa ərazisinin bir hissəsini ifadə edən "Böyük Almaniyanın" ayrı bir hissəsi idi. 1941-ci ildə, Barbarossa əməliyyatından sonra, Şərqi Qalisiyada Adolf Hitlerin (əsasən ukraynalılar) verdiyi bir sərəncamla Ümumi İdarəetməyə əlavə edildi. Hans Frank bu işğal olunmuş ərazilərə general qubernator təyin edildi. Bu yeni administrasiyanın rəsmi adı olan Frankın sərəncamı adı, 31 iyul 1940-cı ildə General-Qubernatorluq olaraq dəyişdirildi. Sovetlər 1944-cü ildə Polşanı aldılar və General-Qubernatorluq dağıldı. Frank 1945-ci ilin may ayında Amerika əsgərləri tərəfindən tutuldu və Nürnberq məhkəməsində mühakimə olunaraq edam edildi.
Kapitan-leytenant
Kapitan-leytenant — Azərbaycan Hərbi Dəniz Qüvvələrində zabit rütbəsi. Quru qoşunları və Azərbaycan Hərbi Hava Qüvvələrindəki ekvivalent rütbə kapitan rütbəsidir.
Kiçik leytenant
Kiçik leytenant (fr. lieu tenant — müavin, lieu — yer və tenant — mövqe tutan) — Azərbaycan Silahlı Qüvvələrinin kiçik zabit heyətində ilkin hərbi rütbə və bir çox dövlətlərin digər güc strukturlarında (bir qayda olaraq əlavələrlə, məsələn: kiçik milis leytenantı, kiçik polis leytenantı və s.) xüsusi rütbə.
Leytenant (HDQ)
Leytenant — Azərbaycan Hərbi Dəniz Qüvvələrində zabit rütbəsi. Quru qoşunları və Azərbaycan Hərbi Hava Qüvvələrindəki ekvivalent rütbə leytenant rütbəsidir. 1909–1911-ci illərdə Rusiya imperiyasında IX sinif hərbi dərəcəsi, 1912-ci ildən — VIII sinif. Yalnız donanmada mövcuddur. Piyada, kapitan, süvarilərdə kapitan, kazak qoşunlarında kapitan və dövlət qulluğunda kollegial qiymətləndirici rütbələrinə uyğundur. Hal hazırda — leytenantdan və aşağı leytenant-komandirdən (Hərbi Dəniz Qüvvələrində) və ya kapitandan (digər hərbi hissələrdə) kiçik bir zabit rütbəsi. Oktyabr Sosialist İnqilabından sonra ləğv edildi. 1935-ci ilin noyabrında Qırmızı Orduda yenidən meydana gəldi. 1943-cü ilin yanvar ayına qədər, yaxası nişanlarında üç "kub" tərəfindən təyin edildi. 1943-cü ilin yanvarından bu yana üç ulduz bir boşluq ilə üçbucağa düzülmüşdü.