Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Geosiyasi dəyişikliklərin qrafiki (2000-indiki)
Bu, 2000-ci ildən bəri dünyanın" ölkələrdə və paytaxtlarda dəyişikliklərin qrafiki " dir. Buraya müstəqillik, ölkə adının dəyişdirilməsi, paytaxt və ya adın dəyişdirilməsi və ərazinin dəyişdirilməsi ilhaq, güzəşt, güzəşt, işğal və ya ayrılma Torpaq. Müharibə nəticəsində ərazi fəthləri hərbi kampaniya başa çatdıqdan sonra zaman çizelgesine daxil edilir, lakin xüsusi döyüşlərdə və gündəlik əməliyyatlarda dəyişikliklər ümumiyyətlə daxil edilmir. Hava məkanında və dəniz ərazisində dəyişikliklər yalnız mübahisə mövzusu olduqda daxil edilir.
Geosiyasət
Geosiyasət — siyasi fikrin istiqaməti, əraziyə nəzarət anlayışı. == Geosiyasət anlayışı == Elmi ədəbiyyatda “geosiyasət” anlayışı dəqiq və tam formalaşdırılmamışdır. Bu, bütün formalaşan elm sahələrinin xarakterik cəhətidir. Geosiyasət elminin obyekti və subyekti haqqında mübahisələr 100 ilə yaxındır ki, davam edir. Bir çox tədqiqatçılar geosiyasət elmini bir-biri ilə qarşılıqlı əlaqədə olan və dövlətin strateji potensialına böyük təsir göstərən coğrafi, tarixi, siyasi və digər faktorların kompleksi kimi görürlər. SSRİ-də uzun müddət geosiyasət elmi imperialist dövlətlərin ərazi ekspansiyasına bəraət qazandıran burjuaziyanın yalançı elm sahəsi kimi nəzərdən keçirilirdi. XX əsrin 80-ci illərində elmə dair baxışlarda böyük dəyişikliklər yarandı. Belə ki, 1989-cu ildə nəşr olunmuş sovet fəlsəfi ensiklopediyasında geosiyasət elminə negativ münasibət bəslənilmirdi. Bununla belə, geosiyasət qərbi politoloji konsepsiya kimi göstərilərək bildirilirdi ki, “dövlətlərin siyasəti, xüsusən də xarici siyasət müxtəlif coğrafi faktorlar vasitəsilə müəyyən olunur: məkan faktoru, təbii resursların mövcudluğu və ya çatışmazlığı iqlim faktoru və s.” İsveç alimi 'Rudolf Çellen' elmə “geosiyasət” anlayışını gətirmişdir. Bu ad altında çıxış edən elmi o, “dövləti coğrafi orqanizm və ya məkan fenomeni kimi nəzərdən keçirən doktrina” kimi qiymətləndirir.
Şimal və Cənub (geosiyasət)
Şimal və cənub müxalifəti — dünyanın empirik bir şəkildə zəngin şimal və yoxsul cənub ölkələrinə bölünməsi, inkişaf etmiş və inkişaf etməkdə olan ölkələr arasındakı qlobal ziddiyyət. Dünyanın ən zəngin 20 ölkəsində adambaşına gəlirlər yoxsul 20 ölkədən 37 dəfə çoxdur və bu fərq son 40 ildə iki dəfə artmışdır. Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramının analitiklərinə görə, XXI əsrin əvvəllərində. planetin 225 ən varlı adamının ümumi sərvəti 1 trilyon dolları keçdi, bu da dünya əhalisinin% 47-ni təşkil edən 2,5 milyard kasıb insanın illik gəlirinə bərabər gəldi. Forbes siyahısından dünyanın ən varlı 500 nəfərinin gəliri dünyanın ən kasıb insanların 416 milyonunun ümumi gəlirlərini üstələyir. Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramına görə dünyanın ən zəngin ölkələrinin ÜDM-dəki payı 86%, orta ölkələrin payı 13%, kasıb ölkələrin payı cəmi 1% -dir. İqtisadi artım templərinin fərqli dəyərləri zəngin və yoxsul ölkələr arasındakı uçurumun artmasına səbəb olur. Məsələn, 1960-cı illərdə. Orta Latın Amerikası ölkəsində adambaşına gəlir səviyyəsi orta inkişaf etmiş ölkənin gəlirlərinin təxminən üçdə birini təşkil edirdi; bu gün bu rəqəm 20% -dən azdır. 1960-cı illərdə tipik inkişaf etməkdə olan bir ölkənin gəliri tipik inkişaf etmiş bir ölkənin gəlirinin təxminən 12% -ni təşkil edirdi; indi bu rəqəm 5% -ə yaxındır.
Kral Ceyms versiyası
"Kral Ceymsin Bibliyası" (ing. King James Bible, abr. KCB) və ya "Kral Ceyms versiyası" (ing. King James Version, abr. KCV) — Bibliyanın anqlikan kilsəsi üçün 1604-cü ildə yazılmağa başlanmış, 1611-ci ildə tamamlanmış və İngiltərə kralı VI və I Ceymsin maliyyəsi ilə nəşr edilmiş ingilis dilinə tərcüməsi. "Kral Ceymsin Bibliyası" bu vaxta qədər təsdiqlənmiş "İcazə verilmiş versiya" (ing. Authorized Version, abr. AV) statusunu daşıyırdı. "Kral Ceymsin Bibliyası" işinin kitablarına Yəhudi Bibliyasından 39 kitab, Apokrifdən 14 kitabdan ibarət bir vəsiyyətnamələrarası hissə və Əhdi-Cədiddən 27 kitab daxildir. Tərcümə yazısı "üslub əzəməti"nə görə qeyd edilir.
Mona Liza (Prado versiyası)
Mona Lizanın Prado versiyası (isp. Mona Lisa del taller de Leonardo da Vinci) — Leonardo Da Vinçinin Luvr muzeyində saxlanan "Mona Liza" adlı portretinin Madriddəki Prado muzeyində saxlanan versiyasıdır. Portret Prado muzeyində 1819-cu ildən nümayiş etdirilsə də, onillər ərzində əhəmiyyətsiz kopya hesab edilmişdir. Lakin, 2012-ci ildə həyata keçiriən bərpa işlərindən sonra Prado Mona Lizasının Leonardonun məşhur şah əsərinin ən erkən versiyalarından biri olduğu elan edilmişdir."Mona Liza"nın XVII–XVIII əsrlərə aid olan və dövrümüzə çatmış onlarla nüsxələrinin olmasına baxmayaraq, Prado Mona Lizası elmi baxımdan tarixi əhəmiyyətə malik ən mühüm nüsxə hesab edilir. Həmçinin müəyyən edilmişdir ki, Prado Mona Lizası Leonardonun öz əsərini işlədiyi vaxtda və onun studiyasında, tələbələrindən biri tərəfindən çəkilmişdir. Leonardonun tələbələri arasında Salai və Françesko Melli Prado Mona Lizasının mümkün müəllifləri arasında əsas namizədlər kimi qeyd edilsələr də, bəzi tədqiqatçılar əsərin müəllifinin Leonardonun ispan tələbələrindən biri olması ehtimalını da irəli sürmüşlər. == Tarixi == Prado Mona Lizasının mənşəyi Leonardonun "Mona Liza"sı ilə eyni köklərə malikdir, çünki, onlar ehtimal ki, eyni studiyada və eyni vaxtda işlənmişlər. Madriddəki Alkazar Mediodia Qalereyasının 1666-cı il invertarına aid olan sənəddə əsər haqqında ilk dəfə məlumat verilir və o, "Mujer de mano de Leonardo Abince" (Leonardonun əlli qadını) kimi qeyd edilir. Lakin, əsərin İspaniya Kral Kolleksiyasına nə vaxt daxil olması bu günə kimi naməlum qalmaqdadır, lakin, XVII əsrin əvvəllərində portret artlq İspaniyada ola bilərdi. 1819-cu ildə Prado muzeyinin yaradılmasından sonra əsər muzeyin kolleksiyasına verilməklə, daimi ekspozisiyaya əlavə edilmişdir.
Vroom-un gözlənti teoriyası
Vroom- un gözlənti teoriyasına əsasən bir işçi ona verilən tapşırığı yerinə yetirdikdə, onların fikirlərinə aşağıdakılar təsir edir: Tapşırığı yerinə yetirmə ehtimalı Tapşırığı yerinə yetriməyin mümkün nəticəsi Gözlənti teoriyasına görə fərdlər özlərinə xeyir verəcək və ya zərəri azaldacaq fəaliyyətləri seçirlər. Bu teoriyaya əsasən “məqsəd” fərdlər üçün önəmli deyildir, əksinə həmin məqsədə çatanda, önəmli olan çatdıqları məqsədin onlar üzərində formalaşdırdığı təsirdir. İşçilərin fikirlərinə təsir edən faktorlar: Vroom-un gözlənti teoriyasına görə fikirlər aşağıdakı faktorlar tərəfindən təsir altına düşür: Gözlənti – Fərd özü tapşırığı yerinə yetirə biləcəyinə inanır? Dəyərlik – Tapşırığı yerinə yetirdiyi təqdirdə fərd üçün xeyir və ya zərərli olacağını anlayır? İnstrumentallıq – Tapşırığı yerinə yetirərkən fərd tərəfindən tapşırığın arzulanan nəticəyə çatmasının ehtimalı nə qədərdir? Gözlənti (Subyektiv Ehtimal) Gözlənti bir fərdin tapşırığı yerinə yetirəcəyi ilə bağlı inancıdır. Buna təsir edən bir sıra faktorlar: – Tapşırıq üçün ehtiyac olunan bacarıqlar – Həmkar və rəhbərlərin dəstəyi – Təchizat və ləvazimatlar – Uyğun informasiyaya çıxış Gözləntiyə təsir edən faktorlardan biri də əvvəlki iş təcrübəsidir. Əgər əvvəlki təcrübələrdə tapşırıq uğurla yerinə yetirilibsə, gözlənti yüksək olacaqdır, əgər əksi olmuçdursa, o zaman gözlənti aşağı olacaqdır. Dəyərlilik (Şəxsi Xeyir/Şəxsi Zərər) Dəyərlilik – bir işçinin tapşırığı yerinə yetirdikdə, onun nəticəsinin hansı səviyyədə bilməsini ölçür. Əgər tapşırığı yerinə yetirmə, fərd tərəfindən arzuladığı nəticə verirsə, o zaman dəyərlilik pozitiv olur.
VASXNİL-in avqust sessiyası (1948)
VASXNİL-in 1948-ci il avqust sessiyası (rus. Августовская сессия ВАСХНИЛ 1948 года) — 31 iyul–7 avqust 1948-ci il tarixlərində Moskvada, Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin təsdiqi ilə Trufim Lısenko və onun tərəfdarları tərəfindən təşkil edilən Lenin adına Ümumittifaq Kənd Təsərrüfatı Elmləri Akademiyasının (VASXNİL) geniş iclası. "Miçurin aqrobiologiyası" ilə klassik genetika arasında qarşıdurmada əsas hadisə hesab edilir. Sessiyada qəbul edilən qərar SSRİ-də biologiya elmlərinin normal inkişafı üçün mənfi nəticələr vermişdir. Klassik genetika diskreditasiya edilmiş, bu tədqiqatlarla məşğul olan alimlər təhsil və elm müəssisələrindən qovulmuş və ya başqa sahələrə köçürülmüşdülər. == İstinadlar == == Əlavə ədəbiyyat == О положении в биологической науке: Стенографический отчёт сессии Всесоюзной академии сельскохозяйственных наук имени В. И. Ленина, 31 июля — 7 августа 1948 г. (200000 nüs.). М.: ОГИЗ-Сельхозгиз. Ред. коллегия: В. Н. Столетов, А. М. Сиротин, Г. К. Объедков.
Nə? Harada? Nə zaman? (idman versiyası)
Nə? Harada? Nə zaman? (NHN) (rus. Что? Где? Когда?, qısaca ЧГК)) oyununun idman versiyası rəsmi olaraq 1989-cu ildə SSRİ-də IAC-nin Mariupoldakı ilk təsis qurultayından sonra meydana gəlmişdir, 1983-cü ilin sonunda Odessanın "Erudit" klubunda oxşar qaydalara uyğun oynanılmağa başlanmışdı . Oyun, 1975-ci ildə Vladimir Voroşilov və Natalia Stetsenko tərəfindən yaradılan"Nə? Harada? Nə zaman?"oyununun əsasında yaradılmışdı, lakin bir çox fərqlər mövcuddur: məsələn, eyni suallar üzrə komandaların bir-birinə qarşı yarışması dünyanın bir çox ölkəsində eyni vaxtda həyata keçirilir.
Azərbaycan SSR Ali Sovetinin II sessiyası (film, 1939)
Azərbaycan SSR Ali Sovetinin II sessiyası qısametrajlı sənədli filmi 1939-cu ildə Azərfilmdə istehsal edilmişdir. Kinolent respublikamızda Azərbaycan SSR Ali Sovetinin II sessiyasının işi və onun qəbul etdiyi qərarlar haqqındadır. == Məzmun == Kinolent respublikamızda Azərbaycan SSR Ali Sovetinin II sessiyasının işi və onun qəbul etdiyi qərarlar haqqındadır. Burada deputatların Azərbaycanda kiril əlifbasına keçidlə əlaqədar çıxışları verilmişdir.