Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Joe & Jake
Joe & Jake — Co Vulford (ing. Joe Woolford; d. 6 oktyabr 1994) və Ceyk Şeykşaftın (ing. Jake Shakeshaft; d. 25 iyul 1995) təşkil etdiyi Britaniyalı musiqili duet. Onlar "You're Not Alone" mahnısı ilə Böyük Britaniyanı "You're Not Alone" mahnısı ilə 2016 Avroviziya Mahnı Müsabiqəsində təmsil etmişdirlər. == Karyera == === 2015: The Voice UK === Co və Ceyk ilk dəfə 2015-ci ildə Böyük Britaniyanın The Voice səs yarışmasında iştirak edərkən tanış olmuşdurlar. Onların hər ikisi yarışmada ilkin mərhələni uğurla keçmişdir. Co Rita Oranın, Ceyk isə Amerikan musiqiçisi will.i.am-in komandasında yer almışdır. Yarışmada iştirak etdikləri müddət ərzində Co Elli Qoldinq, Ceyson Mraz və Kris Braun mahnıları ilə çıxış etmiş, Ceyk isə Ed Şiran, Coldplay və Castin Biber mahnılarını səsləndirmişdir.
Joe Cocker
Con Robert "Co" Koker (ing. John Robert "Joe" Cocker;20 may 1944[…], Şeffild, İngiltərə – 22 dekabr 2014[…]) — ingilis rok və blüz ifaçısı, bəstəkar və aktyor. Britaniya imperiyası ordeninin kavaleri. Xırıltılı bariton səsi sayəsində böyük məşhurluq qazanmışdır. Onun ən məşhur mahnıları Summer in the City, My Father’s Son, Unchain My Heart, You Can Leave Your Hat On, Now That the Magic Has Gone, N`oubliez jamais və Kokerə ilin ən yaxşı musiqisi kateqoriyasında "Oskar" mükafatını qazandıran Up Where We Belong blüz və rok balladalarıdır. 2008-ci ildə müğənninin adı "Rolling Stone" jurnalının tərtib etdiyi "Bütün zamanların 100 ən böyük müğənnisi" siyahısında 97-ci yerdə qərarlaşmışdır. Həyatının son illərində tez-tez xəstələnirdi. 2014-cü ilin 17 sentyabrında Billi Coel səhnədə çıxış edərkən Kokerin səhhətinin qənaətbəxş olmadığını və onun adının "Rok-n-rol şərəf zalı"na daxil edilməli olduğunu bildirmişdi. Müğənni 22 dekabr 2014-cü ildə ABŞ-nin Kolorado ştatının Krouford şəhərində ağciyər xərçəngindən vəfat etmişdir. == Diskoqrafiya == == İstinadlar == == Xarici keçidlər == Vikianbarda Co Koker ilə əlaqəli mediafayllar var.
Joe Dassin
Co Dassen (fr. Joe Dassin; tam adı Jozef Ayra Dassen, 5 noyabr 1938 — 20 avqust 1980) — ABŞ əsilli Fransa müğənnisi və bəstəkarı. == Həyatı == Co Dassen 5 noyabr 1938-ci ildə Nyu-Yorkda yəhudi əsilli amerikalı rejissor Jül Dassen və skripkaçı Beatris Loner Dassen ailəsində dünyaya göz açıb. Əsasən 60-cı illərdə dünya şöhrəti qazanmışdır. Oxuduğu mahnılar hələ də dillər əzbəridir. 20 avqust, 1980-ci ildə Taitidə qastrol səfərindəykən ürək çatışmazlığından vəfat etmişdir.
Joe Navarro
Co Navarro (ing. Joe Navarro; 26 may 1953) — Kuba əsilli Amerikalı yazıçı, ictimai natiq, keçmiş FTB agenti və nəzarətçisi. Navarro şifahi olmayan ünsiyyət və bədən dili sahəsində ixtisaslaşmışdır və çoxsaylı kitablar, o cümlədən Hər Bədənin Dedikləri, Təhlükəli Şəxsiyyətlər, Sözlərdən Uca Səs, Qiyamətə Üç Dəqiqə və Bədən Dili kitabının müəllifidir. == Həyatı == Co Navarro Kubada Donuzlar Körfəzinin işğalından qısa müddət sonra ailəsi ilə birlikdə 8 yaşında ABŞ-a köçdü. Brigham Young Universitetində Ədliyyə İdarəçiliyi üzrə bakalavr dərəcəsi və Slippery Rock Universitetində Beynəlxalq Münasibətlər üzrə Magistr dərəcəsi qazandıqdan sonra o, 25 il ərzində FTB-nin xüsusi agenti və əks-kəşfiyyat və davranışların qiymətləndirilməsi sahəsində nəzarətçi kimi çalışıb. O, FTB-nin elit Davranış Analizi Proqramının qurucu üzvlərindən biridir və o, həmçinin SWAT Komandası Komandiri və Büro Pilotu kimi fəaliyyət göstərib. FTB-dən təqaüdə çıxdıqdan sonra Navarro insan davranışı haqqında biliklərini bölüşmək üçün kitablar və mühazirələr yazır. O, Sent-Leo Universitetində əlavə bir fakültədədir və Harvard Biznes Məktəbində dəfələrlə mühazirə oxuyub. 2003-cü ildən Navarro Dövlət Departamentlərində məsləhətçi olub və Hökumətlərarası Tədqiqatlar İnstitutunun əməkdaşıdır. 2005-ci ildə Navarro World Series of Poker Academy-də iştirak etdi, yalanların aşkarlanması haqqında Discovery Channel proqramında Annie Duke ilə təsadüfi görüşdən sonra poker üzrə oyunçuları öyrətdi.
.gi
.gi — Cəbəli-Tariqin internet kodu.
G.I. Joe: Retaliation
C.İ. Co: Qisas (ing. G.I. Joe: Retaliation) — Jon M. Çu tərəfindən 2013-cü ildə çəkilmiş döyüş filmidir. 2009-cu ildə çəkilmiş olan G.I. Joe: The Rise of Cobra filminin davamıdır. Film Şimali Amerikada 29 mart 2013-cü ildə buraxılmışdır. Filmin süjet xəttinin müəllifləri Zombilənd filminin süjet xəttinin yazılmasında da iştirak etmiş olan Rhett Reese və Paul Wernick olmuşdur. Filmdə ilk filmdəki aktyor heyətindən Çenninq Tatum, Arnold Vosloo, Rey Park, Conatan Prays və Li Byunq-hun, əlavə olaraq isə yeni rollarda Dueyn Conson və Brüs Uillis kimi məşhur simalar iştirak etmişdir. == Süjet xətti == Film Coların (Joe) düşməni olan Kobra komandasının hökuməti ələ keçirməsi və özlərini xüsusi təyinatlılar kimi təqdim etmələri ilə başlayır və elə bundan sonra, bir-birləri ilə əməkdaşlıq edən qəhrəmanlarımızın qollarını çırmalayıb oyuna müdaxiləsi ilə filmin əsas süjet xətti başlayır.
Gi Molle
Gi Alsid Molle (fr. Guy Mollet; 31 dekabr 1905[…] – 3 oktyabr 1975[…], VII arondisman (Paris)) — Fransa siyasi və dövlət xadimi. O, 1946–1969-cu illərdə Fəhlə İnternasionalının Fransa Bölməsinə (FİFB) rəhbərlik etmiş və 1956–1957-ci illərdə Fransanın Baş naziri olmuşdur. Baş nazir olaraq Molle bəzi əhəmiyyətli ölkədaxili islahatlar keçirmiş və Fransa-Britaniya Birliyi layihəsi ilə Avropaya inteqrasiya üçün səy göstərmişdir. O, xüsusilə də Süveyş böhranı və Əlcəzair müharibəsi zamanı apardığı siyasətə görə Fransanın həm solçu, həm də sağçı cəbhəsində mənfi bir fiqur kimi qarşılanmışdır. == Həyatı == 1946–1969-cu illərdə Fəhlə İnternasionalının Fransa Bölməsi (FİFB; sonradan Fransa Sosialist Partiyası; FSP) baş katibi, 1951–1969-cu illərdə Sosialist İnternasionalı sədrinin müavini, 1954–1956-cı illərdə Avropa İttifaqı Məsləhət Şurasının sədri, 1956–1957-ci illərdə Fransanın Baş naziri olmuşdur. O, Əlcəzairdə müstəmləkəçilik mübarizəsini davam etdirmiş, Fransanı 1956-cı il Süveyş böhranına sürükləmişdir. Molle 1958-ci ildə de Qollun hakimiyyətə gəlməsinə kömək etmiş, onun təşkil etdiyi hökumətə daxil olmuş, sonradan Beşinci respublikaya qarşı müxalifətə keçmişdir. 1969-cu ildən Sosialist Tədqiqatları Universitet Mərkəzinin sədri idi. Molle 1956-cı ildə baş nazir, 1963-cü ildə isə FSP nümayəndə heyətinin başçısı kimi SSRİ-də olmuşdur.
Gi Rouz
Gi Rouz (ing. Guy Rose; 3 mart 1867[…], San Qabriel[d], Kaliforniya – 17 noyabr 1925[…], Pasadena, Kaliforniya) — ABŞ-ni rəssamı, Kaliforniya impressionizminin görkəmli nümayəndələrindən biri.
Gi Ru
Gi Ru — Fransalı futbol mütəxəssisi. == Həyatı == === "24 yaşlı iddia" nəhəng kluba çevrildi === 1938-ci il oktyabrın 18-də Fransanın Kolmar şəhərində anadan olan Gi Ru 14 yaşında ikən "Oser"də çıxış etməyə başlayır. O, vaxt bu klub Runun yaşadığı meşəliklərlə örtülmüş Oser şəhərini həvəskarlar liqasında təmsil edirdi. 9 il burada forma geyinir. Son dörd ildə isə komandasının kapitanlıq sarğısını daşıyır. Hər il həvəskarlar arasında çempion olsalar da, bu, komandanın üzvlərinə heç nə qazandırmır. Vəziyyəti belə görən 24 yaşlı Ru bir gün klubun rəhbərliyi ilə görüşür və deyir: "Bezmişik artıq. Hər il çempion olsaq da, irəliyə gedə bilmirik". Daha sonra isə o, rəhbərlikdən xahiş edir ki, onlara 3 ot örtüklü meydança və klub binası versinlər və gerisi ilə işləri olmasın. Klub bossları 24 yaşlı Runun dediklərini yerinə yetirirlər.
Gi Orlando Rouz
Gi Rouz (ing. Guy Rose; 3 mart 1867[…], San Qabriel[d], Kaliforniya – 17 noyabr 1925[…], Pasadena, Kaliforniya) — ABŞ-ni rəssamı, Kaliforniya impressionizminin görkəmli nümayəndələrindən biri.
Gi de Mopassan
Anri Rene Alber Gi de Mopassan (fr. Henri René Albert Guy de Maupassant; 5 avqust 1850 – 6 iyul 1893, Pasi[d], Paris, Üçüncü Fransa Respublikası) — Fransa yazıçısı. == Həyatı == Anri Rene Alber Gi de Mopassan 5 avqust 1850-ci ildə Fransanın Dənizkənarı Sena departamenti, Turvilyasur-Ark yaxınlığındakı Miromenil qəsrində anadan olmuşdur. Atası yoxsullamış zadəgan, anası mədəni burjua ailəsindən idi. O, Ruan liseyini bitirmiş, 1869-cu ildə bakalavr adı almışdır. Mopassan ömrünün son ilərində dərin mənəvi böhran keçirmişdir. O, 1891-ci ildə ruhi xəstəliyə tutulmuş, tədriclə görmə qabiliyyətini, yaddaşını itirmiş, 2 yanvar 1892-ci ildə intihar etməyə cəhd göstərmişdir. 6 iyul 1893-cü ildə Parisdəki psixiatriya xəstəxanasında beyin iflicindən vəfat etmişdir. == Yaradıcılığı == Yaradıcılığa 1870-ci illərdə anasının uşaqlıq dostu Qüstav Floberin bilavasitə köməyi ilə başlamış, onun vasitəsilə fransız yazıçıları, habelə ikinci müəllimi hesab etdiyi İvan Turgenevlə tanış olmuşdur. İlk hekayə kitabını ("Telyenin müəssisəsi", 1881) Turgenevə ithaf etmişdir.
Pan Gi Mun
Pan Gi Mun və ya Ban Ki Mun (kor. 반기문, 13 iyun 1944[…]) — Birləşmiş Millətlər Təşkilatının sayca səkkizinci sədri. Səlahiyyətlərinin icrasına 1 yanvar 2007-ci ildən başlamışdır. Əslən Cənubi Koreyalı olan Pan Gi Mun bu vəzifədə Qanalı Kofi Annanı əvəz etmişdir.
Son Cun-gi
Song Joong-ki (kor. 송중기; 19 sentyabr 1985, Tecon) Cənubi Koreyalı aktyordur. Tarixi yetkinlik dramı Sunkyunkvan Qalmaqlı-da (2010) və Qaçan adam estrada şousunda (2010–2011) orijinal aktyor heyətindən biri kimi şöhrət qazandı.O vaxtdan bəri o, "Günahsız Adam" (2012), "Günəşin nəsilləri" (2016), "Arthdal Salnamələri" (2019) və Vincenzo (2021) seriallarında, eləcə də "Canavar Oğlan" (2012), Döyüş gəmisi adası (2017) və Kosmik Təmizləyicilər (2021) kimi hit filmlərdə müxtəlif spektrli rollar oynayıb. Son 2012-ci ildə və 2017-ci ildə Gallup Koreyada "İlin Televiziya Aktyoru" seçildi. O, ilk dəfə 2013-cü ildə yeddinci, daha sonra 2017-ci ildə ikinci, 2018-ci ildə yeddinci yeri tutaraq Forbes Koreya Güclü Məşhurlar siyahısına daxil edildi. Onun serial və filminin uğuru beynəlxalq miqyasda onu əyləncə sənayesində ən yaxşı Hallyu ulduzu kimi təyin etdi. == Erkən həyat və təhsil == Son ailədəki üç övladın ikincisidir (və ya ortanca uşaqdır) və Deconun (ing. Daejeon) kənd kənarında böyüyüb. O, şort-trekdə yarışıb və doğma Decon şəhərini milli səviyyədə təmsil edib; onun konkisürmə keçmişi Triple serialında milli komandanın skater rolu üçün faydalı olardı. Orta məktəbdə oxuduğu ilk ildə aldığı zədə onu idmandan əl çəkməyə məcbur etdi.
Gi və Estopanın sərgüzəştləri
"Gi və Estopanın sərgüzəştləri" (port. As Aventuras de Gui & Estopa) — Cartoon Network, TV Cultura və Boomerang üçün Mariana Kaltabiano tərəfindən hazırlanan Braziliya cizgi-serialı. == Səsləndirənlər == Mariana Kaltabiano - Gi "İguinyo" / Kraket Spaniel / Dona İguilda / Fifivelinya / Roket Spaniel Eduardo Jardim - Estopa / Pitiburro Arli Kardoso - Ribaldo "Riba" == İstinadlar == == Xarici keçidlər == iguinho.com.br/gui-estopa.html — Gi və Estopanın sərgüzəştlərinin rəsmi saytı Gi və Estopanın sərgüzəştləri — Internet Movie Database saytında.
G.I. Joe: Kobranın Yüksəlişi
G.I. Joe: Kobranın Yüksəlişi (ingiliscə orijinal adı: G.I. Joe: The Rise of Cobra) 2009-cu ildə çəkilmiş triller, elmi fantastika, döyüş filmidir. Film Paramount Pictures və Hasbro tərəfindən istehsal olunmuşdur. Film G.I. Joe: A Real American Hero (G.I. Joe: The Real Amerika qəhrəmanı) kitabından ilhamlanaraq çəkilmişdir. Filmin rejissoru Stiven Sommersdir. O, dünya üzrə təxminən 301 milyon dollar gəlir əldə etmişdir. Filmin davamı G.I. Joe: Retaliation adlanır.
Job
JOB ~ задание ~ iş ~ iş, tapşırıq-kompüterin yerinə yetirdiyi müəyyən həcmli iş.Termin meynfreymlər meydana çıxanda yaranıb: o zaman müxtəlif proqramlar tərəfindən emal edilən verilənlər paket-paket, çox zaman perfokartlarda verilirdi və informasiyanın işlənməsi ayrıca əməliyyat və ya iş kimi planlaşdırılıb yerinə yetirilirdi. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov). İnformatika terminlərinin izahlı lüğəti. “Bakı” nəşriyyatı, 2017, 996 s.
Moe
Moe (萌え, «cazibə, dəlicəsinə sevgi») — otakuların jarqon sözü. Manqa, anime və ya videooyun qəhrəmanına fetiş dərəcəsində fanatlıq deməkdir. Məsələn, meqanekko-moe (眼鏡っ娘萌え, «eynəkli qıza moe») termini insanın eynəkli qızlardan xoşu gəldiyini bildirir. Sonradan bu söz hər hansı bir hobbi və qeyri-seksual fetiş mənasını daşımağa başladı, məsələn, tetsudo-moe (鉄道萌え, «dəmiryolu» + «moe») — dəmiryolu ilə maraqlanmaq.
Joze Mauru di Vaskonselos
Joze Mauru di Vaskonselos (port: José Mauro de Vasconcelos; 24 fevral 1920 və ya 26 fevral 1920, Rio-de-Janeyro – 24 iyul 1984, San Paulo) — Braziliyalı yazıçı. == Həyatı == XX əsr Braziliya Ədəbiyyatının öncüllərindən sayılan Joze Mauru di Vaskonselos 26 fevral 1920-ci ildə Rio de Janeyroda, portuqal - yerli hindu qarığışı bir ailədə doğulmuşdur. Ailəsi kasıb olduğu üçün, hələ uşaq yaşlarında, Rio Qrande du Norte ştatının mərkəzi Natal şəhərində, əmisigildə yaşamalı olur. Onun uşaqlıq və gənclik illəri burada keçir. Paulu Setubal, Qrasiliano Ramos və Joze Linj du Requ kimi yazarlar başda olmaq üzrə Braziliya ədəbiyyatından müxtəlif müəlliflərin romanlarını zövqlə oxumuşdur. Natalda iki il tibb fakültəsində oxuduqdan sonra təhsilini yarımçıq saxlayıb, Rio de Janeyroya qayıdır. Burada müxtəlif işlərlə məşğul olur: boks məşqçisi, banan satışı, balıqçı, müəllim, ofisiant… Bütün bu həyat təcrübəsi, onun yaddaşı, qeyri-adi xəyal gücü və hekayələri möhtəşəm üslubda çatdırmaq qabiliyyəti ilə birləşərək, dünya səviyyəsində keyfiyyətli əsərlərin meydana çıxmasına səbəb oldu. Əsərləri tərcümə edilərək Avropaya, ABŞ-a, Yaponiyaya, digər Latın Amerikası ölkələrinə yayıldı. Hətta bəzi əsərləri əsasında kino və teatr əsərləri ortaya çıxdı. Ona ilk məşhurluq gətirən əsər, 1942-ci ildə nəşr edilən “Cır Banan” (Banana Brava) əsəri olmuşdur.
Ak Jol
Ak Jol (qırğ. Ак жол — "Ağ yol") — Qırğızıstanda siyasi partiya. 2007-ci ilin dekabrında keçiriləcək parlament seçiləri ərəfəsində Qırğızıstan prezidenti Kurmanbek Bakiyev tərəfindən yaradılmışdır. Seçkilər nəticəsində 90 yerdən 71-nə sahib olan "Ak Jol" parlamentə daxil olmuş 3 partiyadan biri idi.
Alex Roe
Aleksandr Maykl Rou-Braun (ing. Alexander Michael Roe-Brown; 18 iyun 1990[…], Vestminster[d], Böyük London) — Britaniya aktyorudur. O, daha çox Qaçaqlar serialında Cey Kiton, Kəsik filmində Elliott Biden və Siren-də Ben rolları ilə tanınır. O, həmçinin bir sıra filmlərdə, o cümlədən İsti yay gecələri, Üzüklər və Həmişəlik mənim sevgilim filmlərində əsas rollar oynamışdır. == Həyat və təhsil == Rou Londonda anadan olub və Ladbroke Grove-da böyüyüb. Atası santexnik, anası isə balet artisti idi. O, 2009-cu ilə qədər oxuduğu Hammersmitdəki Latymer Upper School-da altıncı sinif təqaüdü qazanmışdı. İdmandan, xüsusən də hücumçu kimi oynayan assosiasiya futbolundan zövq alır. O, 16 yaşında ikən İkinci Divizion futbol klubuna qoşulub, sonra bir il İspaniyada oynayıb. İngiltərədəki məktəbə qayıtdıqdan sonra və aktyorluq karyerası başlamazdan əvvəl Chalfont St Peter ilə yarı peşəkar futbol oynadı.
Coe Kinq
Coui Linn Kinq (ing. Joey Lynn King; 30 iyul 1999, Los-Anceles, Kaliforniya, ABŞ) — Amerikalı aktrisa və müğənni. Ən çox tanınan rolu Ramona & Beezus filmindəki Ramona Quimby olmuşdur. Joey King Horton Hears A Who, Beaver Girl, Ice Age, Dawn of the Dinosaurs filmlərinin səsləndirm əsini etmişdir. Disney Channel'in komediya seriallarından biri The Suite Life of Zack and Cody'da rol aldı.
Joel-Fadiut
Joel-Fadiut (fr. Joal-Fadiouth) — Seneqalın qərb hissəsində şəhər == Coğrafiyası == Şəhərin bir hissəsi ada üzərində yerləşir. == Əhalisi == == Turizm == Şəhərdə turistlərin ən çox sevdiyi məkanlardan biri Faduit adasıdır. Belə ki, bu ada tamamilə balıqqulağından təşkil olunub. Burada tikililərdən tutmuş, torpaq qatına kimi hər şey balıqqulağından ibarətdir. == Qardaşlaşdığı şəhərlər == Nojan-syür-Sen Venisye Qranbi Brikama Fuenlabrada Baker == Tanınmış şəxsləri == Leopold Sedar Senqor — Seneqalın ilk prezidenti.
Joey King
Coui Linn Kinq (ing. Joey Lynn King; 30 iyul 1999, Los-Anceles, Kaliforniya, ABŞ) — Amerikalı aktrisa və müğənni. Ən çox tanınan rolu Ramona & Beezus filmindəki Ramona Quimby olmuşdur. Joey King Horton Hears A Who, Beaver Girl, Ice Age, Dawn of the Dinosaurs filmlərinin səsləndirm əsini etmişdir. Disney Channel'in komediya seriallarından biri The Suite Life of Zack and Cody'da rol aldı.
Jog şəlaləsi
Jog (Gersoppa) — Hindistanda şəlalə. Şəlalə Hindistan yarımadasının qərbində ki Qərbi Qat dağlarında yerləşir. Jog Şaravati çayının mənsəbin yaxınlığındadır (40 km). Şəlalə Karnataka ştatının görməli yerlərindən biri hesab edilir. == Ümumi məlumat == O dörd hissədən ibarətdir. Şəlalənin ümumi eni 472 metrdir. Hündürlüyünə görə ölkədə ikinci (Nohkalikai şəlaləsindən sonra), dünyada isə 120-ci yerdədir. Digər şəlalələrdə fərqli olarq su kəskin olaraq yerə tökülür. Jog Şaravatı çayında yerləşir və hər dörd hissənin öz adı var. Adlar axınların xarakterinə görə verilib.
Jon Lord
Con Lord (ing. Jonathan „Jon” Douglas Lord) — Deep Purple rok-qrupunda klavişdə ifası ilə məşhurlaşmış əfsanəvi musiqiçi. == Həyatı == Con Lord 1941-ci ildə Böyük Britaniyanın Lester qraflığında anadan olub. 5 yaşından pianoda çalmağa başlayıb. Dram məktəbinin məzunu olsa da, aktyor peşəsinə meyl göstərməyib və karyerasını bar və pablarda rok musiqinin ifası ilə davam etdirib. 1968-ci ildə həmkarı Kris Körtislə əfsənavi qrupun təməlini qoyan Con Lordun yaradıcılığına klassik musiqi ilə caz və blyuzun böyük təsiri olub. Belə ki, musiqiçi rok kompozisiyalarını yazmaqla yanaşı, klassik müsiqi əsərlərini də bəstələyib. 1969-cu ildə Londonun dəbdəbəli Albert Hall səhnəsinə qalxan Deep Purple qrupunun repertuarında klassik musiqinin çalarlarını açıq-aydın eşitmək mümkün idi. Lakin 70-ci illərdən başlayaraq getdikcə daha çox nəzərə çarpan rok elementi kollektivin özünəməxsus musiqi dəst-xəttinin təməlini qoyur. 1976-ci ildə qrup şəklində fəaliyyətini dayandırmış Deep Purple 8 il sonra yenidən birləşərək qlobal turnelərə çıxmağa başlayır.
Jon Vilela
Joao Pedro Ferreyra Vilela (port. João Pedro Ferreira Vilela; 9 sentyabr 1985, Lissabon, Portuqaliya) — Portuqaliya futbolçusu, hücumçu, yarımmudafiəçi. Vilela 2012-ci ilin may ayında Təbrizin Traktor Sazi klubuna qoşulmuşdur. O Traktor Sazi klubuna gələndən öncə Portuqaliyanın S.L. Benfika (Benfika klubunun gəncləri) və Gil Visente klublarında oynamışdır.
Jose Napoles
José Ángel Napoles və ya Mantequilla (qüsursuz boks tərzinə görə "Yağ" adlanır) (13 aprel 1940, Santyaqo-de-Kuba[d] – 16 avqust 2019, Mexiko) — Kuba əsilli Meksikalı peşəkar boksçu idi. O, yüngül orta ağır çəkidə boks üzrə dünya çempionu idi.
Jose Saramago
Joze Saramaqo (port. José de Sousa Saramago [ʒuˈzɛ ðɨ ˈsozɐ sɐɾɐˈmaɣu]; 16 noyabr 1922[…] – 18 iyun 2010[…], Lansarote, Kanar adaları) — Portuqaliya yazıçısı, şairi, Ədəbiyyat üzrə Nobel mükafatı laureatı (1998). == Həyatı == Portuqaliya yazıçısı Joze Saramaqo Lissabon yaxınlığındakı kəndlərin birində, torpaqsız kəndli ailəsində doğulmuşdu. Onun iki yaşı olanda Saramaqo ailəsi daha yaxşı qismət ardınca paytaxta köçmüşdü. Əslində, ailənin əsl soyadı Sousa idi, lakin kənddə onları Saramaqo kimi tanıyırdılar. Atası doğum şəhadətnaməsi alanda dərman bitkisi (yabanı turp) anlamında olan bu sözü oğluna soyad kimi yazdırmışdı. Valideynlərinin imkansızlığı ucbatından Joze Saramaqo normal təhsil ala bilməmişdi. Sadəcə texniki peşə məktəbini bitirmişdi. Bir neçə il avtomobil təmiri emalatxanalarında mexanik işləmişdi. Daha sonra jurnalist və tərcüməçi kimi həyatda yerini tapmağa çalışmışdı.
Joy Division
Joy Division 1975-ci ildə Salford şəhərində yaradılan ingilis rok qrupudur. İlk əvvəl "Warsaw" adlandırılan bu qrup ifaçı Yan Körtis, gitarist Bernard Samner, bassist Piter Huk və barabançı Stiven Moris tərəfindən təşkil olunmuşdur. Uşaqlıq dostları Samner və Huk tərəfindən "Sex Pistols" konsertindən sonra yaradılan "Joy Division" qrupu öz pank kökünü aşıb post-punk hərəkatının aparıcılarından oldu. Onların hazırladığı birinci çıxış EP albomu "An Ideal for Living" Mançester televiziyasının və şəxsən Toni Vilsonun diqqətini çəkdi. Onların seçdiyi alman adı qrupun siyasi düşüncələri haqqında spekülyasiyalara və tənqidlərə yol açdı və bu qrupun adını dəyişməsindən sonra da dəyişmədi. "Joy Division"-ın debüt albomu 1979-cu ildə Vilsonun müstəqil leybl şirkəti Factory Records da çıxarıldı. Martin Hannetin köməyi ilə bu albom Britaniya musiqi mətbuatında ciddi uğur əldə etdi. Bu uğurlara baxmayaraq, Körtis ağır depressiyadan, epilepsiya və boşanma kimi şəxsi problemlərdən əziyyət çəkirdi. Xüsusi olaraq o canlı ifa zamanı əziyyət çəkirdi və sudurğa tuturdu. 1980-ci ilin mayında, qrupun Amerika qastrolu zamanı Körtis 23 yaşında intihar etdi.
Joze Altafini
Joze Juan Altafini (port. José João Altafini; 24 iyul 1938) — Braziliya və İtaliya vətəndaşı olan keçmiş futbolçu. Mövqeyi hücumçu olub. Braziliya millisi ilə 1958 Dünya çempionu olub. Daha sonra İtaliya millisində oynayıb. İtaliya A Seriyasında ən çox qol vuran futbolçuların siyahısında 3-cü yerdə qərarlaşır. Braziliyada 1940-cı illərin tanınmış italiyalı hücumçusu olan Valentino Matsolanın şərəfinə Mazzola (it. Mazzola.Mazzola) ləqəbi ilə oynayıb. == Tərcümeyi-hal == Joze Altafini, sənaye şəhəri olan Pirasikabada Coakkino Altafini (it. Gioacchino Altafini) və Maria Marçesonin(it.
Joze Marsole
Joze Marsole (d. 20 noyabr 1973) — Kanadanı təmsil edən su poloçusu. == Karyerası == Joze Marsole, Kanada yığmasının heyətində 2000-ci ildə Avstraliyanın Sidney şəhərinin ev sahibliyində baş tutan XXVII Yay Olimpiya Oyunlarında mübarizə apardı. Qrup mərhələsində beş görüşün sadəcə birində qalib gələn Kanada yığması, Sidney Olimpiadasını beşinci pillədə başa vurdu.
Joze Mourinyo
Joze Mario dos Santos Mourinyo Feliks və ya qısaca Joze Mourinyo (26 yanvar 1963, Setubal[d]) — portuqaliyalı baş məşqçi və keçmiş futbolçu. Artıq Tottenhemin baş məşqçisidir. Bir çox oyunçu, məşqçi və idman şərhçiləri tərəfindən dünyanın ən yaxşı və ən uğurlu baş məşqçisi hesab edilir. 2015-ci ildə Portuqaliya Futbol Federasiyası tərəfindən Portuqaliyada "Əsrin məşqçisi" adına layiq görülüb. 2017-ci ildə UEFA-nın əsasının qoyulduğu 1954-cü ildən indiyə qədərki dövr ərzində fəaliyyət göstərmiş ən yaxşı 10 baş məşqçinin siyahısına düşməyi bacarmışdır. Elə həmin il futbol tarixində transferlərə 1 milyard funt-sterlinqdən çox xərcləyən ilk məşqçi olmuşdur. Mourinyo peşəkar futbolçu karyerasına Portuqaliya İkinci Diviziyasında başlamışdır. O, Lissabon Texniki Universitetində "idman elmləri" ixtisası üzrə təhsil aldıqdan sonra Britaniyada məqşçilik kurslarında iştirak etmişdir. Lissabonda bədən tərbiyəsi müəllimi, gənclərdən ibarət klubda məşqçi, skaut və köməkçi məşqçi kimi işləmişdir. 1990-cı illərin əvvəllərində Portuqaliyanın Sportinq və Portu, həmçinin İspaniyanın Barselona klublarında baş məşqçi Ser Bobbi Robsonun tərcüməçisi olmuşdur.
Joze Saramaqo
Joze Saramaqo (port. José de Sousa Saramago [ʒuˈzɛ ðɨ ˈsozɐ sɐɾɐˈmaɣu]; 16 noyabr 1922[…] – 18 iyun 2010[…], Lansarote, Kanar adaları) — Portuqaliya yazıçısı, şairi, Ədəbiyyat üzrə Nobel mükafatı laureatı (1998). == Həyatı == Portuqaliya yazıçısı Joze Saramaqo Lissabon yaxınlığındakı kəndlərin birində, torpaqsız kəndli ailəsində doğulmuşdu. Onun iki yaşı olanda Saramaqo ailəsi daha yaxşı qismət ardınca paytaxta köçmüşdü. Əslində, ailənin əsl soyadı Sousa idi, lakin kənddə onları Saramaqo kimi tanıyırdılar. Atası doğum şəhadətnaməsi alanda dərman bitkisi (yabanı turp) anlamında olan bu sözü oğluna soyad kimi yazdırmışdı. Valideynlərinin imkansızlığı ucbatından Joze Saramaqo normal təhsil ala bilməmişdi. Sadəcə texniki peşə məktəbini bitirmişdi. Bir neçə il avtomobil təmiri emalatxanalarında mexanik işləmişdi. Daha sonra jurnalist və tərcüməçi kimi həyatda yerini tapmağa çalışmışdı.
Joze Saramaqu
Joze Saramaqo (port. José de Sousa Saramago [ʒuˈzɛ ðɨ ˈsozɐ sɐɾɐˈmaɣu]; 16 noyabr 1922[…] – 18 iyun 2010[…], Lansarote, Kanar adaları) — Portuqaliya yazıçısı, şairi, Ədəbiyyat üzrə Nobel mükafatı laureatı (1998). == Həyatı == Portuqaliya yazıçısı Joze Saramaqo Lissabon yaxınlığındakı kəndlərin birində, torpaqsız kəndli ailəsində doğulmuşdu. Onun iki yaşı olanda Saramaqo ailəsi daha yaxşı qismət ardınca paytaxta köçmüşdü. Əslində, ailənin əsl soyadı Sousa idi, lakin kənddə onları Saramaqo kimi tanıyırdılar. Atası doğum şəhadətnaməsi alanda dərman bitkisi (yabanı turp) anlamında olan bu sözü oğluna soyad kimi yazdırmışdı. Valideynlərinin imkansızlığı ucbatından Joze Saramaqo normal təhsil ala bilməmişdi. Sadəcə texniki peşə məktəbini bitirmişdi. Bir neçə il avtomobil təmiri emalatxanalarında mexanik işləmişdi. Daha sonra jurnalist və tərcüməçi kimi həyatda yerini tapmağa çalışmışdı.
Jön türklər
Gənc türklər (türk. Jön Türkler) — Osmanlı imperiyasının son dövründə ortaya çıxan məşrutiyyətçi və Sultan II Əbdülhəmid hakimiyyətinə müxalif olan gənc və ziyalı nəsilə verilən addır. == Etimologiyası == İlk dəfə, 1828-ci ildə Carlz MakFarleym tərəfindən dövrün Gənc Osmanlı nəslini nəzərdə tutaraq işlədilmişdir. Daha sonra 1855-ci ildə, Ubiceni II Mahmud dövrü islahat hərəkatına qatılan dövlət məmurlarını, həm də I Əbdülməcid dövrünün qərbliləşmə tərəfdarı Tənzimatçılarını ifadə etmək üçün “jevene turqvie de Mahmut” və “jevene Turqvie d’Abdul Medjid” ifadələrindən istifadə etmişdir. Bu terminləri qavram olaraq ilk istifadə edən Hippolyte Kastille olmuşdur. Gənc türklər qavramı yeni bir qavram deyildir. Bu qavramlardan daha çox Avropada yaranan, hökumətə müxalif şəxslərin yaratdıqları partiyaların bir bənzəri kimi görünmək olduğu üçün istifadə olunmuşdur. Almaniyada Gənc almanlar cərəyanı (bundan əlavə bu cərəyan həm də ədəbi cərəyandır), İtaliyada Gənc italyanlar cərəyanı, Polşada Gənc polyaklar cərəyanı da bunun analoqlarıdır. Bu cərəyanlar siyasi müxalifət cərəyanları olduğu qədər, həm də ədəbi cərəyanlardırlar. Daha sonra Jön türklər cərəyanın da adı keçənlərdən bəhs edərkən ətraflı formada ədəbiyyat mənsubları barədə danışılacaqdır.
Li-Fi
Li-Fi — rəqəmli informasiyanın işıq şüalandırmasının köməyi ilə ötürülməsini mümkün edən qurğu. Bunun üçün gücü 1 volt olan adi işıq diodlu lampaya mikroçiplər quraşdırılır və işığı yandıran zaman siqnal kompüterdə quraşdırılan qurğuya ötürülür. Beləliklə, istifadəçi internet şəbəkəsində olması üçün lampanı həmişə yanılı vəziyyətdə saxlamalıdır. Bu halda parlaqlıq əhəmiyyət kəsb etmir, cihazdan isə işığı azaldılmış qənaət rejimində istifadə etmək mümkündür. Yeni texnologiya məlumatları saniyədə 150 meqabit sürəti ilə ötürməyə imkan verir. == İcad Olunması == Alman elm adamı Harald Hass və qrupu tərəfindən bu mövzuda görülən işlər nəticəsində Li-Fi, yəni işığın fiber optikdən fiber təmin edilərək məlumatların, LED lampa vasitəsi ilə çatdırılması təmin edildi. Radio dalğaları yerinə işıq siqnallarının istifadə edilməsiylə Li-Fi saniyədə 800 meqabit informasiyanın ötürüə bilir. Alman elm adamı Harald Haas çalışdığı bu layihəsində radio dalğalarını istifadə edərək, onları görülə bilir bir işıq spektra çevirir və radio dalğalarından 10000 qat daha sürətli olan bu sistem ilə məlumat transferini təmin edə bilir. 8 il boyunca Edinburg Universitetindəki iş komandası ilə çalışan Haas bu layihənin nəticəsində LED lampalar ilə artıq İşıq sürəti qədər sürətli informasiya transferi əldə etmişdir. Bu informasiya transferi üçün lampanın olduğu hər yerdən bu əməliyyatı edə bilir.