Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
I Just Can't Stop Loving You
I Just Can't Stop Loving You – Maykl Cekson və Siedah Garrett tərəfindən ifa olunmuş məşhur balladadır. Mahnı Maykl Ceksonun yeddinci solo albomu olan Baddən çıxarılmıç ilk sinqldır. Mahnının ispan dilində olan versiyası "Todo Mi Amor Eres Tú" adlanır. Fransız dilində olan "Je Ne Veux Pas La Fin De Nous" adlı versiyası isə Maykl Ceksonun ölümündən sonra "Bad 25" albomunda satışa çıxarılmışdır. Mahnının söz və musiqi müəllifi Cekson özüdür. Əvvəlcə mahnının Ceksonun seçdiyi iki qadın müğənnidən biri – ya Barbra Streyzand ya da Vitni Hyustonla birgə ifa edilməsi nəzərdə tutulmuşdu. Hətta Areta Franklin və Agnetaa Feltskoqla (ABBA qrupunun üzvü) da birgə ifa edilməsi də düşünülürdü. Lakin hər dörd qadın ifaçı o zaman başqa işlə məşğul olduğu üçün təklifi qəbul edə bilməmişdi. Bu zaman mahnının müəllifi və Kuinsi Cons Ceksonun "Man In The Mirror" mahnısının bəstəkarı Garrettə mahnını Ceksonla birgə səsləndirməyi təklif etdilər. Beləcə Garret 1984-cü ildə Dennis Edvardsla olan "Don't Look Any Further" hitindən sonra növbəti hiti səsləndirmək təklifi aldı.
Elli Qoldinq
Elena Ceyn "Elli" Qoldinq (30 dekabr 1986) ingilis müğənni. Qoldinq, 2010-cu ildə ilk studiya albomu olan "Lights" çıxarmışdır. Albom. "UK Albums Chart"da birinci yerə yüksəlmiş və İngiltərədə 850.000-dən çox kopyası satılmışdır. 2015-ci ildə çıxartdığı "Love Me Like You Do" adlı sinqlı Bozun əlli çaları filmində səsləndirilmişdir.
Uilyam Qoldinq
Ser Vilyam Jerarld Qoldinq (ing. William Gerald Golding; 19 sentyabr 1911[…], Nyuki[d], Kornuoll[d] – 19 iyun 1993[…], Perranauortal[d], Kornuoll[d]) — ingilis yazıçısı, Ədəbiyyat üzrə Nobel mükafatı laureatı (1983). Təxmini 40 illik ədəbiyyat yaradıcılığı karyerası dövründə 12 roman və ona bütün dünyada məşhurluq gətirən "Milçəklər tanrısı" (bir başqa adı "Milçəklər kralı") əsərini yaratmışdır. == Həyatı == İngilis yazıçısı Vilyam Gerald Qoldinq Kornoull qraflığında, məktəb müəllimi ailəsində doğulmuşdu. Bioqraflarının yazdığına görə ilk yaradıcılıq təcrübələri yeddi yaşına aiddir. Valideynlərinin təkidi ilə iki il Oksford universitetində təbiət elmlərini öyrənsə də, sonradan bu məşhur ali məktəbi incəsənət sahəsi üzrə bakalavr diplomu ilə başa vurmuşdu. İlk şeirlər kitabını 1933-cü ildə nəşr etdirmişdi. Yaradıcılığının başlanğıc mərhələsində Vilyam Qoldinq dramaturgiyaya da maraq göstərmişdi. O, rejissor və baş rolun ifaçısı kimi iştirak etdiyi bir neçə pyesinin Londonun kiçik teatrlarında tamaşaya qoyulmasına nail olmuşdu. İkinci Dünya savaşında Qoldinq Britaniyanın hərbi-dəniz qüvvələrində xidmət etmişdi.
Vilyam Qoldinq

Herman Görinq
Herman Görinq (alm. Hermann Wilhelm Göring‎; 12 yanvar 1893[…], Rozenxaym, Bavariya – 15 oktyabr 1946[…]) — Üçüncü Reyxin yeganə reyxsmarşalı (1940), alman siyasətçi, hərbçi və Nasional Sosialist Alman Fəhlə Partiyasının (NSDAP) rəhbər şəxslərindən biri. Herman Görinq Üçüncü Reyxin Hərbi Hava Qüvvələri olan Lüftvaffenin rəhbəri olmuşdur. 1943-cü ildə Polis və İqtisadiyyat Naziri vəzifələrində çalışan Görinq 1933-cü ildə alman gizli polisi olan Gestaponu yaratması ilə də məşhurdur. == Həyatı == Herman Gerinq I Dünya müharibəsində iştirak etməklə yanaşı, II Dünya Müharibəsinin də əsas fiqurlarından biri olub. Gerinqin Hollandiya müharibəsi və 1940-cı ildə Fransa müharibəsində əhəmiyyətli rolu olur. Fransanın məğlubiyyətindən sonra Hitler onu "Dəmir xaç" ordeni ilə mükafatlandırır. 1940-cı il iyulun 19-da Hitler fərman verərək Gerinqə "Reichsmarschall des Grossdeutschen Reiches" (Böyük Alman Marşalı) rütbəsi verir. Gerinq 1939-cu il sentyabrın 30-da "Cəngavər Dəmir Xaçı" medalına da layiq görülür. 1940–45-ci illərdə müharibənin iqtisadiyyatını idarə edib.
Lorinq Hərbi Hava Qüvvələri Bazası
Lorinq Hərbi Hava Qüvvələri Bazası— Arustuk qraflığında Laymstoun və Karibu yaxınlığında Men ştatının şimal-şərqində ABŞ Hərbi Hava Qüvvələrinə məxsus tikilidir. Fəaliyyəti dövründə ABŞ Hərbi Hava Qüvvələrinin Strateji Aviasiya Komandanlığının ən böyük bazalarından biri olub. Bu baza 1992-ci ildə yeni yaradılmış Hava Döyüş Komandanlığına köçürülüb. Bazanın yaradılması ABŞ-nin Ordu Mühəndislər Korpusunun Yeni İngiltərə bölməsi tərəfindən aerodromun tikilməsi üçün verilmiş tapşırığa əsasən 1947-ci ildə başladı. Baza ilkin olaraq, Laymstoun Hərbi Hava Meydanı (ing. Limestone Army Air Field) adlandırıldı və 1947-ci ildə Hərbi Hava Qüvvələrinin yaradılmasının ardınca Laymstoun Hərbi Hava Qüvvələri Bazası (ing. Limestone Air Force Base) olaraq, yenidən adlandırıldı. 1954-cü ildə baza Koreya müharibəsi zamanı Fəxri Medal ilə təltif edilən mayor Çarlz Cozef Lorinqin şərəfinə adlandırılıb.1991-ci ildə Baza Yenidən Qurma və Bağlama Komissiyası (ing. Base Realignment and Closure Commission ) Lorinq bazasının bağlanmasını və bazanın aviasiyası və missiyasının ölkədəki digər bazalarla bölüşdürülməsini məsləhət görüb. Qırx illik fəaliyyətdən sonra baza 1994-cü ilin sentyabrında bağlanıb.