Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Guilty Crown
Guilty Crown (ギルティクラウン, Giruti Kuraun, azərb. Günahkar tac‎) — Production I.G studiyası tərəfindən 2011-ci ildə istehsal olunmuş və 2011-ci ilin oktyabrından Fuji TV-nin Noitamina televiziya blokunda yayımlanmış anime serialı. Anime serialı Şu Oma adlı məktəbli oğlanın səhvən "Kralların gücü" adlandırılan və insanların içərisindən "Boşluq" adlı xüsusi silah və alətləri çıxarmağa kömək edən güc əldə etməsindən bəhs edir. Şu özünü GHQ adlı dövlət şirkəti ilə GHQ-dən Yaponiyanın müstəqilliyini əldə etməyə çalışan Tabutçular terrorist qruplaşması arasında baş verən müharibənin ortasında tapır. Şu gücünün ona verdiyi böyük məsuliyyəti daşımalı olur, qorxunc keçmişi ilə üzləşir. Anime serialı özündə bir çox janrları birləşdirsə də, animenin əsas janrı elmi fentezidir. ASCII Media Works və Square Enix tərəfindən iki manqa adaptasiyası nəşr olunmuşdur. Nitroplus tərəfindən 2012-ci ilin aprelində "Guilty Crown: Princess of Deadpool" adlı ranobe istehsal olunmuşdur. Nitroplus tərəfindən istehsal olunmuş "Guilty Crown: Lost Christmas" vizual romanı 15 dəqiqəlik "Guilty Crown: Lost Christmas" adlı OVA ilə birlikdə yayımlanmışdır. Anime serialı müxtəlif rəylər almışdır.
Guild Wars 2
Guild Wars 2, ArenaNet tərəfindən tərəfindən inkişaf etdirilmiş bir MMORPG janrda olan oyunudur. Guild Wars ardıcıllığının davamı xüsusiyyətində olan oyun ilk olaraq 27 Mart 2007-ci ildə elan, 28 Avqust 2012-ci ildə rəsmi olaraq nümayiş olunmuşdur. Oyunun hekayəsi ilk oyundan 250 il sonra keçməkdədir. Orijinal Guild Wars zamanından bəri dünyanı idarələri altında tutan Yaşlı Əjdahalarla döyüşməyə özünü həsr etmiş Destiny'S EDGE adlı bir klan yenidən ortaya çıxışını mövzu alan oyunun hekayəsi, fantaziya dünyası olan Tyria'da keçməkdədir. Oyun, istifadəçilərin mühitdə etmələrinə bağlı olmadan yaşayan və hekayəsi hüceyrələrə ayrılmış mühitlərdə irəliləyən bir dünyada oynama imkanı təqdim etməkdədir. Guild Wars 2, çoxoyunçulu olmasına baxmayaraq, oyunçuların hərəkətlərinə reaksiya verən bir hekayə izahatına sahib olmasıyla növünün unikal nümunələrindən biri sayılmaqdadır. Dinamik vəzifə yerinə yetirmə sistemi klassik sistemin yerini almış, dalğa təsiri bənzəri bir üsul istifadə edərək oyunçulardan müstəqil olaraq yaşayan dünyada iştirak edən vəzifələrə oyunçuların dəyişik yollarla yaxınlaşmasına imkan vermişdir. Ayrıca, peşələr arası sinerji yaradaraq və ətrafı bir silah olaraq istifadə imkan tanıyaraq birinci oyuna görə daha dinamik bir döyüş sistemi yaratmaq oyunu yaradanlar tərəfindən hədəflənmişdir. == Hekayə == === Dünyanın Vəziyyəti === Guild Wars 2, oyunçuların Eye of the North genişləmə paketindəki Böyük Yoxedici'ni məğlub etməsindən 250 il sonrakı bir zamanda, fantastik dünya Tyria'da yaşamaqdadır. Yer üzünün altında yatan Beş Yaşlı Əjdaha Guild Wars zamanında oyanmış və Tyria daxilində dağıtma yaradıb yaşayanlarını vəziyyətini pisləşdirmişdi.
Qubilay qaan
Xubilay xan (doğum adı Xubilay və ölümündən sonra isə Şizu) (23 sentyabr 1215[…], Böyük Monqol imperiyası – 18 fevral 1294[…], Xanbalıq) — Monqol İmperiyasının beşinci xaqanı (1260–1294) və Yuan sülaləsinin banisi. Xubilay Toluy xanın 4-cü (Sörköktəni Bəgi ilə olan 2-ci) oğlu və Çingiz xanın nəvəsi idi. 1260-cı ildə böyük qardaşı Mengü xanın ölümündən sonra taxta çıxdı, ancaq o, kiçik qardaşı Arıq Buğanı 1264-cü ilə qədər davam edəm Monqolustan Vətəndaş Müharibəsində məğlub etməli oldu. Bu hadisə imperatorluğun dağılmasının başlanğıcı hesab edilir. Xubilayın həqiqi qüdrəti Çinə və Monqolustana çatsa da, hələ də Elxanilər dövləti üzərində və az da olsa, Qızıl Ordu üzərində hakimiyyəti var idi. Əgər Monqol imperiyası o dövr üçün vahid hesab edilsə idi, Xubilay xanın gücü Sakit okeandan Qara Dənizə Sibirdən müasir Əfqanıstana — dünyanın məskunlaşılmış torpaq ərazisinin beşdə birinə çatırdı. 1271-ci ildə Xubilay Yuan sülaləsinin əsasını qoydu. O, müasir Monqolustan, Çin, Koreya və bəzi qonşu əraziləri idarə edir və Çin imperatoru hesab edilirdi. 1279-cu ilə qədər Yuan qüvvələri Cənubi Sun sülaləsinin axırıncı müqavimətini qırdı və Xubilay imperatorluğu birləşdirən ilk Xan sülaləsinə mənsub olmayan şəxs oldu. Bundan başqa Xubilay 1260-cı ildən sonra yeni ərazilər işğal edən tək Monqol xanı oldu.
Qubilay xan
Xubilay xan (doğum adı Xubilay və ölümündən sonra isə Şizu) (23 sentyabr 1215[…], Böyük Monqol imperiyası – 18 fevral 1294[…], Xanbalıq) — Monqol İmperiyasının beşinci xaqanı (1260–1294) və Yuan sülaləsinin banisi. Xubilay Toluy xanın 4-cü (Sörköktəni Bəgi ilə olan 2-ci) oğlu və Çingiz xanın nəvəsi idi. 1260-cı ildə böyük qardaşı Mengü xanın ölümündən sonra taxta çıxdı, ancaq o, kiçik qardaşı Arıq Buğanı 1264-cü ilə qədər davam edəm Monqolustan Vətəndaş Müharibəsində məğlub etməli oldu. Bu hadisə imperatorluğun dağılmasının başlanğıcı hesab edilir. Xubilayın həqiqi qüdrəti Çinə və Monqolustana çatsa da, hələ də Elxanilər dövləti üzərində və az da olsa, Qızıl Ordu üzərində hakimiyyəti var idi. Əgər Monqol imperiyası o dövr üçün vahid hesab edilsə idi, Xubilay xanın gücü Sakit okeandan Qara Dənizə Sibirdən müasir Əfqanıstana — dünyanın məskunlaşılmış torpaq ərazisinin beşdə birinə çatırdı. 1271-ci ildə Xubilay Yuan sülaləsinin əsasını qoydu. O, müasir Monqolustan, Çin, Koreya və bəzi qonşu əraziləri idarə edir və Çin imperatoru hesab edilirdi. 1279-cu ilə qədər Yuan qüvvələri Cənubi Sun sülaləsinin axırıncı müqavimətini qırdı və Xubilay imperatorluğu birləşdirən ilk Xan sülaləsinə mənsub olmayan şəxs oldu. Bundan başqa Xubilay 1260-cı ildən sonra yeni ərazilər işğal edən tək Monqol xanı oldu.
Zeçari Quinto
Zeçari Quinto (ing. Zachary John Quinto, 2 iyun 1977, Harrisburq, Pensilvaniya) —ABŞ aktyoru. == Filmoqrafiya == 2003: 24 2006: Qəhrəmanlar (Heroes).
Gülay Hüseynova
Gülay Hüseynova – Aktrisa, Yazıçı, Ssenarist, Aparıcı. == Bioqrafiya == Gülay Hüseynova 28 iyun 1989-cu il Bakı şəhərində müəllim ailəsində doğulmuşdur. Şair və yazıçı Məmməd Kazımın nəvəsidir. 2006-cı ildə Bakı Slavyan Universitetinin Rus Dili və Ədəbiyyatı ixtisasına qəbul olmuş, təhsil aldığı dövrdə yüksək göstəriciləri ilə fərqləndiyinə və universitetin elmi, mədəni, ictimai həyatında fəal iştirakına görə 2010-cu ildə BSU-nun Fəxri Məzunu adına layiq görülmüşdür. Respublikanın qaçqın şəhərciklərində təhsil alan uşaq və yeniyetmələrin maarifləndirilməsində göstərdiyi xidmətlərinə görə 2009-cu ildə İlyas Əfəndiyev Fondunun Fəxri Fərmanı ilə təltif edilmişdir. İki il pedaqoji fəaliyyətlə məşğul olduqdan sonra 2012-ci ildə rejissor Ramiz Fətəliyevin "Ən adi soyad" bədii filmində rol alaraq aktrisalıq fəaliyyətinə başlamış, 2013-cü ildə Almas İldırımın həyatından bəhs edən "Unudulmayanlar" sənədli televiziya filmində, daha sonra gürcü rejissor İrakli Apakidzenin "Həyat çiçəyi" televiziya serialında baş rollardan birini canlandırmışdır. 2015-ci ildə türk dilində yazdığı, romantik yumor janrında olan P.S. Zaten boyun da küçüktü adlı ilk kitabı yayımlandığı gündən Azərbaycanda satış rekordunu qıraraq İlin Bestselleri seçilmiş, Qızıl qələm mükafatına layiq görülmüş, 2016-cı ildə Türkiyədə də on min (10 000) tirajla nəşr edilmişdir. Bu kitab, ölkədəki rus dilli oxucu kütləsinin də böyük marağına səbəb olmaqla yanaşı, həmçinin, müasir Azərbaycan ədəbiyyatında Türkiyə türkcəsində yazmaq ənənəsinin formalaşmasına təkan vermişdir. 2017-ci ildə Türkiyədə ikinci romanı ve bir Americano yayımlanmış, Bakı, İstanbul, İzmir, Antalya, Bursa, Eskişehir, Kocaeli, Mersin, Trabzon və s. kimi böyük şəhərlərdə təqdimat və çoxsaylı imza günləri baş tutmuşdur.
Gülay Zeynallı
Gülay Tofiq qızı Zeynallı (10 iyun 1988, Bakı) — azərbaycanlı müğənni. == Həyatı == Gülay Zeynallı 1988-ci ilin 10 iyununda Bakıda anadan olub. 7 yaşında 30 saylı musiqi məktəbinin muğam sinfinə daxil olub. Paralel olaraq 7 illik fortepiona dərsləri alır. 1995-ci ildə 263 saylı orta məktəbə daxil olub. 2001-ci ildə Bülbül adına orta ixtisas musiqi məktəbinin 7-ci sinfinə daxil olub. 9-cu sinifdən isə Asəf Zeynallı adına Musiqi Kollecində təhsil almağa başlayıb. Daha sonra Milli konservatoriyada təhsilini davam etdirib. Ustadı xalq artisti Arif Babayev olub.Azad Azərbaycan televiziyasında yayımlanan "Xalq ulduzu" yarışmasının iştirakçısı olmuşdur. 2011-ci ildə "Röyamdasan" adlı albomu işıq üzü görüb.2018-ci ildə Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyasıda solist kimi fəaliyyətə başlayıb.Gülay Zeynallı uzun illərdir ki, yerli və xarici dövlət tədbirlərinin iştirakçısıdır.
Quloy-xi
Quloy-xi və ya Quloyxi — İnquşetiya Respublikası ərazisindən axan çay. Quloy-xi çayı Assa çayının sağ qoludur. Çayın uzunluğu 24 km, su hövzəsinin sahəsi 161 km²-dir. Çay vadisində Vovnuşki müdafiə və gözətçi qalalarının son orta əsrlərə aid kompleksi var. == Coğrafiyası == Quloy-xi çayı mənbəyini Çeçenistanla sərhədin yaxınlığındakı Ceyrax rayonu dağlarından (Daxkinta dağının yamacı) götürür. Çay yaşayış məntəqələrindən uzaqda dağ dərəsi ilə qərbə doğru axır. Vadidə şam ağacı, qızılağac, söyüd, ağcaqayın, çaytikanı, gərməşov, başınağacı bitir. Meşələr əsasən çayın sol sahili boyunca uzanır. Çayda su axınının sürəti 2,2 m/s-dir. Çayın mənsəbi Assa çayının sağ sahili boyunca 103 km uzanır.
Qültə (Sərdəşt)
Qültə (fars. قولته‎) — İranın Qərbi Azərbaycan ostanının Sərdəşt şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 271 nəfər yaşayır (51 ailə).