Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Gürzələr
Gürzəkimilər (lat. Viperidae) — heyvanlar aləminin pulcuqlular dəstəsinə aid heyvan fəsiləsi. == Sinonimləri == Viperae—Laurenti, 1768 Viperini—Oppel, 1811 Viperidae—Gray, 1825 == Yarımfəsilələri == Azemiopinae Liem, Marx and Rabb, 1971 Qurbağa gürzələr ?
Qurilər
Qurilər — 1148-1206-cı illərdə Əfqanıstanın Qur əyalətində hökmranlıq etmiş sülalə. Bunlar müxtəlif zamanlarda Əfqanıstan, İran, Hindistanın müəyyən hissələrini özlərinə tabe etmişdilər. Həmin sülalədən olan hökmdarlar bunlardır: Qiyasəddin Məhəmməd (1162-1203) Şəhabəddin (Müizəddin və ya Məhəmməd Quri) (1203-1206) Qurilər Xarəzmşahlarla mübarizədə hakimiyyətdən məhrum oldular .
Qutilər
Kutilər və ya qutilər – Cənubi Azərbaycan ərazisində məskunlaşmış qədim tayfalardan biri. Mənbələrdə kutilərin adlarının ilk dəfə çəkilməsi e.ə. XXIII əsrə aiddir. Kutilərin məskunlaşdığı ərazilər mənbələrdə "Qutium" adlandırılır. Kutilər iri tayfa ittifaqı idilər və əsas məşğuliyyətləri maldarlıq idi, amma əkinçiliklə də məşğul olurdular. E.ə. 2200-cü ildə kutilər Akkad üzərinə hücum etdilər və hökmdar Naram-Sueni öldürdülər, Mərkəzi və Cənubi Mesopotamiyanı (Sumeri) ələ keçirdilər. Kuti "hökmdar"ları burada yüz ilədək hakimiyyətdə oldular. Kuti "hökmdar"ları tayfa başçıları idilər və müəyyən müddətə seçilirdilər. E.ə.
Düzlər
Düzlər və ya Stalinçilər — Dağıstan Respublikasının Dərbənd rayonunda kənd. Kənd dənizsahili düzənlikdə Dərbənd şəhərindən 25 km cənubda Tabasaran rayonu ilə sərhəddə yerləşir. Əskidən monoetnik azərbaycanlı kəndi olmuşdur. Ancaq son üç onillikdə (1980-ci ildən sonra) azərbaycanlılar kəndi tərk edir, onların yerlərinə tabasaranlılar yerləşirlər. Nəticədə etnik tərkibdə üstünlük tabasaranlılara keçmişdir. 2002-ci ildə aparılmış siyahıyaalınmaya əsasən sakinlərinin sayı 477 nəfər olmuşdur, əhali əsasən tabasaranlılardan, qismən azərbaycanlılardan ibarətdir. == Mənbə == Topoqrafik xəritə K-39-XIII — 1 : 200 000 Topoqrafik xəritə K-39-61 — 1 : 100 000 Администрация Дербентского района == Ədəbiyyat == Дагестанская АССР: Административно-территориальное деление. — Махачкала: Дагестанское кн. изд-во, 1966. Дагестанская АССР: Административно-территориальное деление.
Gözlər
Göz — görmə funksiyasını təmin edən duyğu orqanı. Bir çox canlı orqanizmdə görmə sisin tərkib hissəsi olub, dalğaların işıq diapazonundakı elektromaqnit şüalanmasını qəbul edərək onu elektro-kimyəvi siqnal şəklində neyronlara ötürür. == Quruluşu və funksiyası == İnsanda göz kəllənin göz yuvasında yerləşir. Göz yuvasının divarlarından göz almasının xarici səthinə gözləri hərəkət etdirən əzələlər bitişir. Gözləri qaşlar qoruyur, onlar alından axan təri yanlara axıdır. Göz qapaqları və kirpiklər gözləri tozdan qoruyur. İnsan ətraf aləmdən informasiya almaq üçün göz duyğu üzvündən istifadə edir. Gözün bayır küncündə yerləşən göz yaşı vəzisinin ifraz etdiyi maye göz almasının üzərini isladır, gözü qızdırır, gözə düşmüş yad cisimləri yuyub aparır, sonra da gözün içəri küncündən göz yaşı kanalı ilə burun boşluğuna axır. Göz almasını örtən sıx ağlı qişa onu mexaniki və kimyəvi zədələrdən qoruyur, gözə yad cisimlər və mikroorqanizimlər düşməyə qoymur. Gözün ön hissəsində bu qişa şəffafdır.
Güllər
Güllər küçəsi — Ağdam rayonunun Qaradağlı kəndinin ərazisində yerləşən küçə. == Tarixi == 2016-cı il aprelin 3-də axşam saatlarından və aprelin 5-də saat 12:00-dək Güllər küçəsi Dağlıq Qarabağda baş verən toqquşma zamanı ermənilər tərəfindən ağır artilleriya silahları ilə atəşə tutub. Lakin, Azərbaycan Ordusu qarşı tərəfi ağır artilleriya silahları ilə susdurub. 2016-cı il aprelin 27-də axşam saatlarında və aprelin 28-nə keçən gecə ərzində Güllər küçəsi yenə də ağır artilleriya silahları ilə atəşə tutulub. Lakin, Azərbaycan Ordusu Dağlıq Qarabağda baş verən toqquşma zamanı qarşı tərəfi ağır artilleriya silahları ilə susdurub. 2017-ci il fevralın 24-25-nə keçən gecə Ermənistan silahlı qüvvələri atəşkəsi pozması nəticəsində Güllər küçəsinə mərmi düşməsədə əhali təşvişə düşüb. Lakin, Azərbaycan silahlı qüvvələri qarşı keçirdiyi əməliyyat zamanı onların qarşısın alaraq atəş nöqtələrinə cavab tədbirləri görüblər. == İnfrastruktur == 2011-ci ilin oktyabrın 1-də Güllər küçəsinə ilk dəfə təbii qaz verilməsinə başlanılıb. 2012-ci ilin sentyabrın 1-də Güllər küçəsinə ilk dəfə telefon xətti çəkilib. 1984-cü ildə Güllər küçəsində uşaq bağcasının təməli qoyulub.
Güzlək
Aşağı Güzlək
Günlər
Gün və ya sutka – zaman ölçü vahidi. Bir Yer günü 24 saata bərabərdir.
Buynuzlu gürzələr
Buynuzlu gürzələr (lat. Cerastes) — Gürzəkimilər dəstəsinə daxil olan ilan cinsi. Bu cinsə daxil olan növlər əsasən Şimali Afrika və Yaxın Şərq regionunda yayılmışdır.
Coğrafi qütblər
Guşələr (Həştrud)
Guşələr (fars. قوشه لر‎) — İranın Şərqi Azərbaycan ostanının Həştrud şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 251 nəfər yaşayır (47 ailə).
Güzgülər 2
Güzgülər 2 - 2010 istehsalı amerikan qorxu filmi. 2008-ci il istehsalı olan "Güzgülər" filminin davam filmidir.
Yalançıbuynuz gürzələr
Yalançıbuynuz gürzələr (Pseudocerastes) — Gürzələr cinsinə aid ilan cinsi. Əsasən Yaxın Şərq regionunda yayılmışlar. Əsas özllikləri gözlərinin üzərində 2–3 pulcuqdan ibarət olan buynuzun olmasıdır. Bucinsə daxil olan canlıların uzunluqları 40–70 sm arasında dəyişir. Nadir hallarda 108 sm-ri keçir. Yumurta qoymaqla çoxalırlar. Bu cinsə 2011-ci ilə olan məlumata görə 3 növ daxildir: Pseudocerastes fieldi — Fələstin gürzəsi Pseudocerastes persicus — Fars yalançıbuynuz gürzə Pseudocerastes urarachnoides — Hörümçək quyruqlu gürzə Əvvəllər birinci və ikinci növlər eyni növə daxil idi (Pseudocerastes fieldi). Birinci növ Misir, İsrail, İordaniya, Cəudiyyə Ərəbistanı, Suriya, Cənubi İranda yayılmışdır. İkinci növ isəPakistandan Türkiyə, Azərbaycandan İsrail və İordaniya kimi ərazilərə yayılmışlar. Onlara həmçinin Səudiyyə Ərəbistanı, Oman və BƏƏ kimi ölkələrdə belə görülə bilir.
Əsl gürzələr
Əsl gürzə (lat. Vipera) — heyvanlar aləminin pulcuqlular dəstəsinin gürzəkimilər fəsiləsinə aid heyvan cinsi.
Sincabaoxşar güvələr
Sincabaoxşar güvələr (lat. Yponomeutidae) — heyvanlar aləminin buğumayaqlılar tipinin həşəratlar sinfinin pulcuqluqanadlılar dəstəsinə aid heyvan fəsiləsi.
Qazilər (Duzluca)
Qazilər — Türkiyənin İğdır vilayətinin Duzluca rayonunda kənd. Kəndin adı 1403-cü il qeydlərində ermənicə "məhsul verən, bərəkətli" mənasını verən Parnaqud, 1854-cü və 1928-ci il qeydlərində isə Pərnavut kimi qeyd edilmişdir.
Güllər (1952)
Güllər vadisi
Güllər vadisi (ing. Valley of Flowers National Park) — Hindistannın milli parkıdır. Qərbi Himalay dağlarının yüksəklikərində yerləşmiş, qeyri-adi gözəlliyin rəngləriylə, çəmənləriylə məşhurdur. Himalay ayısı, qar bəbiri, boz ayı, mavi qoyunlar və s. daxil olmaqla bir çox nadir heyvanların yaşadığı yeridir. 1982-ci ildə Güllər vadisi milli park elan edilmiş və 2005-ci ildə "Nanda Devi Milli parkları və Güllər vadisi"(№ 335) obyektin tərkibində Ümumdünya mirasın irsi siyahısına daxil edilib. == Bitki aləmi == Parkın bitki aləmi Alp meşələrində bitən tozağacıları ilə həmçinin gözəl çiçəklənən ot bitkiləriylə (səhləblər, lalələr, primulalar, kalendulalar, qızçiçəyilər, anemonlar və başqaları) zəngindir.
Güllər Əfəndiyeva
Güllər Əfəndiyeva (1880, Çiçi, Quba qəzası – 15 iyul 1970, Quba) — Azərbaycan xalça ustası. == Həyatı == Pirəbədil kəndində yaşamış və işləmişdir. Onun "Herat-Pirəbədil" xalçası Fransada keçirilən tətbiqi sənət sərgisində (1980-ci illərin sonu) qızıl medala layiq görülmüşdür. "Pirəbədilburma", "Ağgülçiçi", "Xırdagülçiçi" çeşniləri, həmçinin kiçik ölçülü yəhərüzüləri koloriti ilə fərqlənir.
Həmcins üzvlər
Həmcins üzvlər — Cümlədə bir üzvlə bağlı olub, bir sintaktik vəzifə daşıyan bərabər hüquqlu üzvlərə həmcins üzvlər deyilir. Həmcins üzvlər bir sıra xarakterik xüsusiyyətlərə malikdir: a) həmcins üzvlər cümlədə eyni sintaktik vəzifədə, yəni eyni cümlə üzvü rolunda çıxış edir; b) həmcins üzvlər bir-biri ilə tabesizlik (bitişdirmə, bölüşdürmə, qarşılıq) bağlayıcıları, ya da sadalama (birləşdirici, bölüşdürücü, qarşılaşdırma intonasiyası) ilə bağlanır; c) həmcins üzvlər özləri üçün ümumi (müştərək) olan hər hansı bir cümlə üzvü ilə eyni sintaktik əlaqə və məna münasibətlərində olduğu üçün nəticədə, əsasən, eyni ifadə vasitəsinə və eyni şəklə malik olub, eyni suala cavab verir; ç) həmcins üzvlər ikidən az olmamaqla, qeyri-məhdud kəmiyyətə malik olur. Həmcins üzvlər cümlə üzvlərinə görə həmcins mübtədalar, həmcins xəbərlər, həmcins tamamlıqlar, həmcins təyinlər, həmcins zərfliklər kimi növləri var. == Həmcins mübtədalar == Həmcins mübtədalar ikiüzvlü və çoxüzvlü olur, onlar həm intonasiya əlaqəsi, həm tabesizlik bağlayıcıları, həm də intonasiya və tabesizlik bağlayıcıları ilə birgə işlənir. Həmcins mübtədalarda bəzən semantik fərqlərə görə, ardıcıllıq qorunur: a) subyektlərin ictimai vəzifəsi görə; b) hərəkətin icrası və ya əlamətin meydana çıxmasında subyektlərin vəzifəsinə görə; c) hərəkətin icrası və ya əlamətin meydana çıxmasında subyektlərin tədriciliyinə görə; ç) əşyaların keyfiyyətinə, həcminə görə, əşyaların mənasına görə; ə) hərəkətin mənasına görə; f) həmcins mübtədalardan başqa, sairə, özgə, qeyri və sair əvəzliklərlə ifadə olunanı və yaxud da bu əvəzliklərdən ibarət təyini olanı ən axırda gəlir; d) subyektlərin öz aralarında eyni münasibətdə olduqda, onlardan bu və ya digərini ayırmağa ehtiyac olmur və həmcins mübtədalar adi qaydada sıralanaraq düzülür və s. == Həmcins xəbərlər == Həmcins xəbərlər digər həmcins üzvlər kimi tabesizlik bağlayıcıları, intonasiya, tabesizlik bağlayıcıları və intonasiya ilə bağlanır. Həmcins xəbərlər ifadə vasitəsinə görə iki qrupa bölünür – həmcins ismi xəbərlər, həmcins feili xəbərlər. Bəzən ola bilər ki, bir cümlədə ismi xəbər və feili xəbər ilə həmcinslik yaransın. Həmcins feili xəbərlər cümlədə zamana, şəxsə, kəmiyyətə görə adətən uzlaşır, lakin bəzən pozulduğu hallar da olur. Cümlədə həmcins feili xəbərlərin sıralanmasına da semantik cəhətdən aşağıdakılar göstərilir: a) subyektin hərəkətinin həcminə görə; b) hərəkətlərin icrasındakı zamana görə; c) səbəb və nəticəyə görə; ç) səbəb və məqsədə görə; d) hərəkətin mühümlüyünə görə; həmcins ismi xəbərlərin semantik sıralanmasına bunlar aid edilir: a) subyektə və ya əşyaya aid keyfiyyətin dərəcəsinə görə; b) subyektə və ya əşyaya aid əlamətin dərəcəsinə görə; c) subyektə və ya əşyaya aid əlamətin hüququ dərəcəsinə görə; ç) subyektə və ya əşyaya aid əlamətin əhatə dərəcəsinə görə.
Mirzə Güllər
Mirzə Güllər xanım (19 əsr, Cavad k. – 1914-cü ildən sonra Şamaxı) — xanəndə. 19-cu əsrdə yaşayıb-yaratmış ilk azərbaycanlı peşəkar xanəndə qadın. O dövrdə qadınların çadrasız məclislərdə görünməsi yasaq olduğuna görə kişi paltarında çıxış etmişdir. 1890-cı illərdən Şamaxıda xanəndəlik etmiş, xanəndə Mirzə Məhəmmədhəsənin yaradıcılığından bəhrələnmiş, Şamaxı musiqi məclislərində iştirak etmişdir. Azərbaycanın digər bölgələrində də el məclislərində məşhurlaşmışdı. “Şur”, “Mahur–Hindi”, “Rast”, “Segah”, “Heyratı-Kabili”, “Bayatı-Şiraz”, “Bayatı-Qacar” muğamlarını xüsusi məlahətlə oxumuşdur. 1914-cü ildə Kiyevdə “Monarx-Rekord”, “Ekstrafon” səsyazma şirkətində Mirzə Güllərin ifasında bir neçə muğam və mahnılar qrammofon valına yazılmışdır.
Xromaffin üzvlər
Xromaffin üzvlər — lat. organa chromaffinia ya paraqanqlionar – lat. paraganglia ya adrenal sistem simpatik kötük mayasından, xüsusi xromaffinoblast adlanan hüceyrələrdən inkişaf edən törəmələrə deyilir; bu üzvləri təşkil edən xromaffin hüceyrələri xrom duzları təsirindən tünd qonur rəngə boyanmaları ilə fərglənir. Burada iştirak edən, yaxşı inkişaf etmiş xromaffin hüceyrələri – simpatik paraqanqlion, zəif inkişaf etmiş xromaffin törəmələri isə – parasimpatik paraqanqlion hesab edilir. Xromaffin üzvlərə böyrəküstü vəzilərin beyin maddəsi, yuxu yumağı, ürəküstü paraqanqlion, aortayanı cisimciklər, büzdüm cisimciyi və peritonarxası hücrəli toxumada aorta boyu yerləşmiş xromaffin hüceyrələri aiddir. Yuxu yumağı ya yuxuarası paraqanqlion – lat. glomus caroticum forma və böyüklük cəhətcə düyü dənəsinə bənzəyir. Ümumi yuxu arteriyasının xarici və daxili yuxu arteriyalarına bölünən yerində yerləşmişdir. Rəngi qanın miqdarından asılı olaraq sarı-qırmızi, ya açıq-boz, konsinstensiyası xeyli sərt və xarici səthi dənəli olur. Yetişmiş şəxsdə uzunluğu 5–8 mm, eni 2–3 mm və qalınlığı 1,5–2 mm-dir; çəkisi 22 mq-a çatır.
Yuxarı Güzlək
Yuxarı Güzlək — Azərbaycan Respublikasının Füzuli rayonunun inzibati-ərazi vahidində kənd. Kənd 1993-cü ildə Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal olunub. 9 oktyabr 2020-ci ildə Azərbaycan Ordusunun uğurlu əks-hücum əməliyyatı nəticəsində düşmən işğalından azad edilmişdir. Yuxarı Güzlək oyk. Füzuli r-nunun Qarakollu i.ə.v.-da kənd. Qozluçayın sahilində, dağətayi ərazidədir. Keçmiş adı Güzlək olmuşdur. XIX əsrdə ondan əmələ gəlmiş eyniadlı məntəqə Aşağı Güzlək, əvvəlki kənd isə Yuxarı Güzlək adlandırılmışdır. Giizlək komponenti qəd. türk dillərində "payız otlağı" mənasındadır.
Ötən günlər
"Ötən günlər" (tal. Dəvardə rüjon) — talış şairi Zülfüqar Əhmədzadənin 1932-ci ildə nəşr olunmuş poeması . Şairin yaradıcılıq məharətinin kulminasiya nöqtəsi sayıla bilər . Poema, talış ədəbiyyatının bir çoxu kimi, 1930-cu illərin sonundakı repressiyalardan sonra talışlara o qədər də məlum deyildi və 1990-cı illərdən yenidən yayılmağa, populyarlaşmağa başladı. Nəşrin nüsxələrinə yalnız kitabxanalarda rast gəlinirdi. Əhəd Muxtar şeiri talış dilindən Azərbaycan dilinə tərcümə etmişdir . Müəllif bu əsərində talış xalqının Oktyabr inqilabına qədər, xüsusən də Talış xanlarının hakimiyyəti dövründəki faciəli taleyindən və həyatından bəhs edir. Poema Muğandan Mazandaran meşələrinə, Xəzər dənizinin cənub-qərb sahillərinə və Talış dağlarına qədər olan keçmiş ictimai-siyasi vəziyyəti təsvir edir. Dağətəyi əhalisinin inqilabdan əvvəlki həyat tərzini təsvir edir. Zülfüqar Əhmədzadə şeir yaradaraq həmin faciələrin canlı şahidi olan valideynlərinin sözlərindən bəzi hadisələri təsvir etmişdir .
Güllər Pərisi
Güllər Pərisi (1790, Faxralı – 1925, Faxralı, Gürcüstan Sovet Sosialist Respublikası[d]) — XIX əsrdə fəaliyyət göstərmiş azərbaycanlı qadın aşıq və şairə. == Həyatı == Güllər Pərisi 1790-cı ildə Borçalı mahalının Faxralı kəndində anadan olmuşdur. Həyatı və fəaliyyəti çox az məlumat bəlli olsa da, onun kənddə və uzun ömür ömür yaşadığı bilinməkdədir. Bəzi rəvayətlərdə onun 135 il yaşadığı iddia edilməkdədir. Mütəxəsislər dövrümüzə qədər gəlib çatan əsərlərinə əsasən onun şair və aşıq olaraq yüksək bacarığa sahib olduğunu bildirməkdədirlər. Onun dövrümüzə gəlib çatan şeirlərinin bəzilərindən anlaşıldığı qədərilə qardaşı məişət mövzusunda problemlər yaşamış və Osmanlı hakimiyyəti altında olan Qarsa qaçmağa məcbur olmuşdur. Bu hadisə Güllər Pərisinin şeirində də öz əksini tapmışdır: Güllər Pərisi qardaşının əhv edilməsi üçün Rusiya imperiyasının Qafqaz canişinin yanına da getmişdir.