Gülər Əhmədova
Gülər Mikayıl qızı Əhmədova (20 avqust 1965, Bakı) — Azərbaycan Respublikası Milli Məclisinin sabiq deputatı, psixologiya elmləri namizədi.
== Erkən illəri və ailəsi ==
Gülər Əhmədova 20 avqust 1965-ci ildə Bakı şəhərində anadan olmuşdur. Azərbaycan Dövlət Pedaqoji İnstitutunun riyaziyyat fakültəsini fərqlənmə diplomu ilə bitirmişdir. Psixologiya elmləri namizədidir. Rus və ingilis dillərini bilir.1986-cı ildən Bakıda texniki peşə məktəbində müəllim, orta məktəbdə müəllim, direktor müavini vəzifələrində çalışmışdır. 1994-cü ildən Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin baş təlimatçısı, şöbə müdiri, idarə rəisidir. Hazırda Bakı Dövlət Universitetinin müəllimidir.Gülər Əhmədova evlidir, həyat yoldaşı Fikrət Əhmədov fizika-riyaziyyat elmləri namizədidir.
== Siyasi-ictimai fəaliyyəti ==
Gülər Əhmədova 1996-cı ildən Azərbaycan Respublikası Uşaq Təşkilatının sədri olmuşdur. O, 2000-ci ildən 2005-ci ilədək ikinci çağırış Milli Məclisin deputatı olmuş, 2005-ci ildən üçüncü çağırış millət vəkili olaraq Yasamal rayonunu parlamentdə təmsil etmişdir. O, 2010-cu ildə keçirilən parlament seçkiləri zamanı 34 saylı Xətai ikinci seçki dairəsindən deputatlığa namizədliyi irəli göstərmiş, 7,756 səs yığaraq dördüncü çağırış deputatı seçilmişdir.