Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Hörgüçü qız (Buqro)
"Hörgüçü qız" (fr. La Couseuse) — fransız akademik rəssamı Vilyam Buqronun 1869 – cu ildə işlədiyi rəsm əsəri. Əsər təsvir edilmiş qızın xarici görünüşünə görə bəzən "Hörgüçü Anna" da adlandırılır. Əsər hazırda ABŞ-də Omaha, Nebraska şəhərindəki Coslin İncəsənət Muzeyində saxlanılır.
Mehmet Arif Örgüç
Mehmet Arif Örgüç (türk. Mehmet Arif Örgüç) (d. 1876, İstanbul – ö. 1940, İstanbul) — Türk əsgəri. == Hərbi fəaliyyəti == 1896-cı ildə Hərbi məktəbi bitimişdir. İtaliya-Osmanlı müharibəsi, Balkan müharibələri və Birinci Dünya müharibəsinə qoşulmuşdur. 25 avqust 1921-ci ildə 1-cü süvari bölmə komandirliyinə təyin edildi. 27 fevral 1925-ci ildə Şeyx Səid üsyanına qarşı həyata keçirilən əməliyyatda sövq və iradəsi yanlış olduğu üçün vəzifəsindən uzaqlaşdırıldı. 9 fevral 1926-da təqaüdə çıxdı. 1940-cı ildə İstanbulda vəfat etdi.
Məhməd Arif Örgüç
Mehmet Arif Örgüç (türk. Mehmet Arif Örgüç) (d. 1876, İstanbul – ö. 1940, İstanbul) — Türk əsgəri. == Hərbi fəaliyyəti == 1896-cı ildə Hərbi məktəbi bitimişdir. İtaliya-Osmanlı müharibəsi, Balkan müharibələri və Birinci Dünya müharibəsinə qoşulmuşdur. 25 avqust 1921-ci ildə 1-cü süvari bölmə komandirliyinə təyin edildi. 27 fevral 1925-ci ildə Şeyx Səid üsyanına qarşı həyata keçirilən əməliyyatda sövq və iradəsi yanlış olduğu üçün vəzifəsindən uzaqlaşdırıldı. 9 fevral 1926-da təqaüdə çıxdı. 1940-cı ildə İstanbulda vəfat etdi.
Qoruqcu
Qoruqcu (Miyanə)
Qoruqcu (Miyanə)
Qoruqcu (fars. كركچي‎) — İranın Şərqi Azərbaycan ostanının Miyanə şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə yaşauyışı yoxdur.
Qoruqçu (Qoşaçay)
Qoruqçu (fars. ‎‎قرقچي‎) - İranın Qərbi Azərbaycan ostanının Qoşaçay şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 45 nəfər yaşayır (10 ailə).
Rəy sorğusu
Rəy sorğusu — sorğusunu keçirmək uçun hər şeydən əvvəl anket tərtib etmək lazımdır ki, onun köməyi ilə lazım olan məlumatları toplamaq mümkün olsun. Anket — müəyyən tərzdə struktur cəhətdən təşkil olunmuş və hər biri tədqiqatın əsas vəzifəsi ilə məntiqi surətdə bağlı olan suallar yığımıdır. Anketin tərtib edilməsi prosesi əslində tədqiqatın əsas hipotezasını suallar dilinə çevirməkdən ibarətdir. Bu çox mürəkkəb və olduqca çox zəhmətli, tədqiqatçı-sosioloqdan diqqətlə, səbirlə işləməyi, sualların tipləri haqqında yaxşı biliklərin olmasını, sualları dəqiq ifadə etməyi və onları müəyyən ardıcıllıqla düzməyi bacarmağı tələb edən əməliyyatdır. Anket sualları, adətən, üç əsasa görə fərqləndirilir: məzmununa görə; formasına görə; funksiyasına görə. == Anket sualları == Sualların məzmununa görə tipləri. Anketin bütün suallarını məzmununa görə şərti olaraq iki böyük qrupa bölmək olar: keçmiş və indiki zamanlardakı faktlar, davranış və fəaliyyət məhsulları haqqında suallar; fərdin motivləri, qiymətləri və rəyləri haqqında suallar.Əgər birinci qrupdan olan suallar vasitəsi ilə tədqiqatçı rəyi soruşulan haqqında, onun nələri bildiyi və yadda saxladığı haqqında obyektiv məlumat ala bilərsə, ikinci qrupda, daxil olan sualların köməyi ilə o, rəyi soruşulanın nə düşündüyü, bu və ya digər bir şey haqqında rəyi, nə etmək istədiyi və bunun səbəbi haqqında məlumat əldə edir. Birinci qrup suallara hər şeydən əvvəl demoqrafik sualları, rəyi soruşulanın statusunun, cinsinin, yaşının, təhsilinin, ailə vəziyyətinin, peşəsinin, iş stajının və s. müəyyənləşdirilməsinə yönəlmiş sualları aid etmək olar. Adətən, bu cür suallardan "anketin demoqrafik, hissəsi" və ya "pasportçası" adını almış bölməsi tərtib edilir və anketin sonunda yerləşdirilİr.
Şorquyu (Biləsuvar)
Şorquyu (fars. شورقويي‎) — İranın Ərdəbil ostanının Biləsuvar şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 105 nəfər yaşayır (25 ailə).
Lansetşəkilli sorucu
Lansetşəkilli sorucu - lat. Dicrocoelium lanceatum Yastı qurdlar (Plathelminthes) tipinin növüdür. == Xarici quruluşu == Bədəni yastılaşmış, lanset formasındadır. Uzunluğu 5–12 mm, eni isə 1-1.5 mm-dir. Bədənin ön hissəsində ağız sormacı, ondan dal tərəfdə isə qarın sormacı yerləşmişdir. Ağız sormacının dərinliyində ağız dəliyi yerləşir və odur ki, ağız sormacı həzmlə əlaqəlidir. Həzm sistemi ağızla başlanır. == Yayılması == Avropa ölkələrinin cənub və şərq hissələrində daha çox yayılmışdır. == Həyat tərzi == Parazit həyat tərzi keçirirlər. Müxtəlif məməli heyvanların, xüsusilə iribuynuzlu heyvanların qoyun və keçilərin.
Lansetəbənzər sorucu
Lansetəbənzər sorucu (lat. Dicrocoelium lanceatum) insanda və heyvanlarda dikrosellioz xəstəliyinin törədicisidir. == Quruluşu == Uzunluğu 0,5-1,2 sm, eni isə 1,5- 2,5 mm-dir. Bədənin forması qaraciyər sorucusuna oxşasa da, özünün ölçüsü, bağırsağın, cinsiyyət orqanlarının quruluşu, sormaclarının quruluşu və sormaclarının bir-birinə yaxın yerləşməsinə görə fərqlənir. Ağız sormacı qısa udlağa açılır. Başlanğıcını udlaqdan götürmüş bağırsaq sistemi iki şaxəyə ayrılaraq bədənin yan tərəfləri ilə bir-birinə paralel, arxaya doğru uzanır və ucları kor qurtarır. Bağırsağın ucu bədənin arxa ucuna çatmır. Parazitin ifrazat sistemi qaraciyər sorucusunun ifrazat sisteminə uyğundur. Əsas toplayıcı kanallar protonefridilər və ifrazat qovuqcuğundan ibarətdir. Qarın sormacının arxasında qismən köndələn yerləşmiş iki toxumluq vardır.
Sorucu qurdlar
Trematodlar (lat. Trematoda) — heyvanlar aləminin dərisitikanlılar tipinə aid heyvan sinfi. Trematodlar daxili parazitlərdir. Bədənin önündə ağız sormacı və ondan bir qədər geridə qarın sormacı yerləşir. Ağız sormacı qidalanmağa və yapışmağa, qarın sormacı isə ancaq yapışmağa xidmət edir. Trematodlar şübhəsiz ki, kirpikli qurdlardan, xüsusən də düzbağırsaqlılardan başlanğıc götürmüşlər. Hər iki sinfin sinir sisteminin quruluşu oxşardır və eyni plan əsasında qurulmuşdur. Bununla yanaşı, bağırsaqlarının quruluşu, trematodların sürfələrinin kirpikli olması bunu bir daha təsdiq edir. Trematodlar sürfə mərhələsində ilbizlərdə, cinsi yetkin mərhələdə isə onurğalı heyvanlarda və insanda parazitlik edir.
Kəsilmə sorğusu xətləri
Kəsilmə sorğusu xətləri( ing. interrupt request lines (IRQ) ~ ru. линии запроса прерывания ~ tr. kesme isteği hatları) – kəsilmələri (xidmət haqqında sorğuları) qurğulardan (məsələn, giriş-çıxış portlarından, klaviaturadan, disksürəndən) mikroprosessora göndərən aparat vasitələri kanalları. Kəsilmə sorğusu xətləri kompüterin aparat vasitələrində quraşdırılıb və onlara müxtəlif səviyyəli öncəliklər (prioritetlər) verilib, buna görə də mikroprosessor daxil olan kəsilmənin nisbi vacibliyini müəyyənləşdirə bilər. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.