Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Hoveyda
Əmir-Abbas Hoveyda (18 fevral 1920 - 7 aprel 1979) — İranın dövlət xadimi. 1965-ci ilin 27 yanvar tarixindən 7 avqust 1977-ci il tarixinədək İranın baş naziri.13 ilə yaxın İran Baş Naziri olaraq İran tarixində ən çox bu vəzifəni tutan şəxsdir. Paris və Brüsseldə siyasi elmlər üzrə təhsil aldıqdan sonra İrana qayıtmış və hərbi xidmətə yollanmışdır.Daha sonra İran Xarici İşlər Nazirliyinə daxil olmuş,daha sonralar Paris (1945-1947),Bonn (1947-1952) və Ankaradakı (1957) İran səfirliklərində, BMT-də (1951-1957) çalışmışdır.1958-ci ildə İran Milli Neft Şirkətində idarə heyətinə üzv təyin olunmuşdur. 1963-cü ildə Yeni İran Partiyasının qurulmasında iştirak etmişdir.1965-ci ildə dönəmin baş naziri Həsən Əli Mənsurun öldürülməsindən sonra baş nazir vəzifəsinə təyin olunmuşdur.Baş nazir olmaqla yanaşı ölkənin yeganə qanuni siyasi partiyası olan Yeni İran Partiyasının və daha sonra onun yerinə keçən Rastahiz (yenidən canlanma) partiyasının da rəhbəri olmuşdur.Bu dönəmdə İranla Qərb neft şirkətləri arasında müxtəlif müqavilələr imzalamağa başlamışdır. Buna baxmayaraq,7 avqust 1977-ci ildə İranda baş qaldıran etirzaların səbəbkarı olaraq görüldü və vəzifəsindən istefaya göndərildi,yerinə Cəmşid Amuzegar gətirildi.1978-ci ilin noyabrinda isə İranda əksinqilabi qüvvələrə qarşı vuruşan şah yönümlü hərbi rejim tərəfindən ev həbsinə məhkum edildi.1979-cu il inqilabında Ruhulla Xomeyninin hakimiyyətə gəlməsindən sonra 1979-cu ilin fevralinda təslim oldu.2 ay sonra Ruhulla Xomeyninin tələbəsi olan Sadıg Xalxalinin rəhbərlik etdiyi İslami İnqilab Məhkəməsi tərəfindən güllələnərək edam olundu.
Əs-Süveyda
Əs-Süveyda (ərəb. السويداء‎) — Suriyada şəhər, eyniadlı mühafəzənin inzibati mərkəzi.
Əmir-Abbas Hoveyda

Əs-Süveyda mühafəzəsi
Əs-Süveyda mühafəzəsi — Suriyanın 14 mühafəzəsindən biri. Mühafəzənin ərazisi 5.550 km², inzibati mərkəzi Əs-Süveyda şəhəridir. 2008-ci ilin yanvarın 1-nə olan rəsmi təxminə əsasən mühafəzənin əhalisi 0.46 milyon nəfərdir.
Hoveya
Hoveya (lat. Howea) — bitkilər aləminin palmaçiçəklilər dəstəsinin palmakimilər fəsiləsinə aid bitki cinsi. == Sinonimləri == === Heterotipik sinonimləri === Denea O.F.Cook Grisebachia Drude & H.Wendl. == Növləri == Howea belmoreana (C.Moore & F.Muell.) Becc.
Hümeyra xanım Sultan
Hümeyra xanım Sultan və ya Hümeyra Özbaş (4 iyun 1917, Nişantaşı, Konstantinopol, Osmanlı imperiyası – 17 may 2000, Quşadası, Türkiyə) — son Osmanlı sultanı VI Mehmedin qızı Fatma Ülviyə Sultanın qızı, Osmanlı xanım sultanı. == Həyatı == Hümeyra xanım Sultan 1917-ci ildə nənəsi Əminə Nazikəda xanımın Nişantaşındakı köşkündə dünyaya gəlmişdir. Atası son Osmanlı sədrəzəmi Əhməd Tofiq Paşanın oğlu İsmayıl Haqqı bəy, anası son Osmanlı sultanı Sultan Vahidəddinin qızı Fatma Ülviyə Sultan idi. 1922-ci ildə atası İsmayıl Haqqı bəy Mustafa Kamal Paşanın Anadoluda başlatdığı İstiqlal müharibəsinə könüllü olaraq qoşulmuş, bu səbəblə babası Sultan Vahidəddin tərəfindən atası və anası ayrılmışdır. Bir il sonra isə anası Zülfiqar İsmayıl Paşanın oğlu Əli Heydər Gərmiyanoğlu ilə evləndirildi və balaca Hümeyra da ailəsi ilə birlikdə Nişantaşındakı bir köşkdə məskunlaşdı. Ancaq 1924-cü ildə Osmanlı sülaləsinin sürgün edilməsi haqqında qanundan sonra 7 yaşlı Hümeyra ailəsiylə birlikdə İtaliyanın San-Remo qəsəbəsində yaşayan babası Sultan Vahidəddinin yanına getmiş, babasının 1926-cı ildə vəfatından sonra cənubi Fransadakı Menton qəsəbəsində məskunlaşmışdır. Atasının siyasi gücündən istifadə edərək Atatürkün verdiyi xüsusi icazəylə əfv qanunundan öncə Türkiyəyə gələn ilk Osmanlı mənsubu idi. Əvvəlcə atasının diplomatik pasportu ilə, daha sonra isə öz adına çıxardılan pasportla ölkəyə gedib gəlməyə başladı. Nəhayət, TBMM-nin 5 iyul 1939-cu ildə qəbul etdiyi 3662 saylı qanunla Hümeyra Özbaş və Ənvər Paşa ilə Naciyə Sultanın övladları Mahpeykər xanım Sultan, Türkan xanım Sultan və Sultanzadə Əli bəyə Türkiyə vətəndaşlığı verildi. Atası İsmayıl Haqqı bəy anası Ülviyyə Sultandan ayrıldıqdan sonra Bülent Əcəvitin anasının xalası olan Fərxundə xanımla evlənmiş, bu səbəblə Bülənt Əcəvitlə uzaq qohumluğu olmuşdur.
Əs-Süveydə mühafazası
Əs-Süveyda mühafəzəsi — Suriyanın 14 mühafəzəsindən biri. Mühafəzənin ərazisi 5.550 km², inzibati mərkəzi Əs-Süveyda şəhəridir. 2008-ci ilin yanvarın 1-nə olan rəsmi təxminə əsasən mühafəzənin əhalisi 0.46 milyon nəfərdir.
Əs-Süveydə mühafazlığı

Əs-Süveydə mühafəzəsi

Hudeydə
Hudeydə—Yəməndə Qırmızı dənizin sahilində tarixi şəhər. == Tarixi == Hudeydə adından ilk dəfə Yəmən tarixçisi Əli bin Həsən əl-Hazrəci 1393-cü ildə bir sahilin adı olaraq söz açır. Ancaq aparılan arxeoloji araşdırmalar, bu tarixdən üç-dörd əsr öncə bu civarda bəzi yaşayış mərkəzlərinin olduğunu ortaya çıxarmışdır. İslamın yayılışından qısa bir müddət öncə bölgənin cənubundakı Qanemiyədə yaşayanlar vardı və bu insanlar, Həzrət peyğəmbərin bölgəyə yolladığı dəvətçiyə dirənmə göstərmədən İslamiyəti qəbul etmişdilər. Bu şəhər ehtimalən bir zəlzələ sonunda yox olmuşdur. XIV əsrdə ov sahəsi olaraq istifadə edilən Hudeydədən yaşayış mərkəzi mahiyyətilə bəhs edilməsi, XV əsrin ortalarında Ədəndəki Tahiri sultanlığının hakimiyət illərinə rastlanır. Əhməd ibn Məcid də "Kitabül-Fəvaid" adlı əsərində (yazılma tarixi 1490) buranın Yəmənin ən önəmli limanlarından biri olduğunu söyləyir. XVI əsrin ilk rübündə Hudeydə limanı önəmini qorudu. 1515-ci ildə Məmlüklər Ədənə gələn portuqaliyalılara qarşı göndərdikləri qüvvətlər için Zəbid imamının istənilən qıda yardımını etməməsi üzündən quruya əsgər çıxararaq Hudeydədə hakimiyətə yiyələndilər. Bu hücumdan böyük zərər görən şəhər canlılığını itirdi və funksiyasını daha cənubdakı Moha limanına buraxdı.
Humeyra
Pərvane Əmir Əfşari (farsca:پروانه امیر افشاری), Homeyra (farsca:حمیرا) adıyla tanınan İran müğənnisi == Həyatı == Homeyra 17 mart, 1945-ci ildə Tehran şəhərində zadəgan bir ailədə dünyaya gəlib. Əmir-Avşari soyundan, Avşar elindəndir. Əslən Zəncanlıdır. Nəcib bir ailəyə mənsub bu qızın birdən-birə oxumaq istəməsi qohum-qəbilənin narazılığına səbəb oldu.Lakin o, oxumağa üstünlük verdi.
Huveyzə
Huveyzə (ərəb. الهويزة‎)- İranın Xuzistan ostanının şəhərlərindən və Huveyzə şəhristanının mərkəzidir.2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 14,422 nəfər və 2,749 ailədən ibarət idi. Əhalisinin əksəriyyəti ərəblərdən ibarətdir, ərəb dilində danışırlar və şiə müsəlmandırlar.Huveyzə regionu neft ilə zəngindir və kənd təsərrüfatı sahəsidir.
Huveyzə şəhristanı
Huveyzə şəhristanı — İranın Xuzistan ostanının şəhristanlarından biri. Şəhristanın inzibati mərkəzi Huveyzə şəhəridir. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhristanın əhalisi 30,750 nəfər və 5,417 ailədən ibarət idi.
Müsnəd əl-Humeydi
Müsnəd əl-Humeydi (ərəb. مسند الحميدي‎) — Məhəmməd peyğəmbərin (s.a.v.) həyat və fəaliyyətinə dair imam Əbu Bəkr əl-Humeydi tərəfindən tərtib edilmiş hədislər toplusu. Kitabın müəllifliyini bu müsnədin dəqiq olaraq "Müsnədül-Humeydi" adı ilə tanınması, eləcə də məcmuədə nəql olunan bütün hədislərin şəxsən İmam əl-Humeydiyə gedib çıxması təsdiq edir. Kitabdakı hədislərin mənbələri əl-Humeydinin müəllimləri və şeyxləridir (məsələn: Süfyan ibn Uyeynə). Müsnəd əl-Humeydidə Məhəmmədin (s.a.v.) 182 səhabəsindən 1300-ə yaxın hədis toplamışdır ki, bunlardan 582 hədis Səhihi-Buxaridən, 152 hədis isə Müslim ibn əl-Həccacdandır (yəni 1300 hədisdən 830-u səhihdir). "Müsnəd"də səhih hədislərlə yanaşı, yaxşı (həsən) və zəif hədislər də vardır. Sonrakı tədqiqatçıların fikrincə, zəif hədislərin sayı ümumi hədislərin 7%-ni təşkil edir. Bu sünni hədis alimləri arasında əl-Humeydidən gələn rəvayətlərə yüksək dərəcədə etibarlılıq və etibara dəlalət edir. Əl-Humeydi Süfyan ibn Uyeynənin güclü tələbələrindən biri, İmam Şafiinin dostu, əl-Buxari, əz-Zuhli, Əbu Zura ər-Razi və Əbu Hatim ər-Razinin müəllimi idi.
Suveyd ibn Əmr əl-Xatəmi
Süveyd ibn Əmr əl-Xatəmi (ərəb. سُوَیْد بْن عَمْرو الخَثْعَمی‎) — Kərbəlanın sonuncu şəhidi. Süveyd ibn Əmr ibn Əbu Muta əl-Xatəmi Xəsəm qəbiləsindən olan əsilzadə idi. O, təqvalı, bacarıqlı və cəsur bir döyüşçü kimi tanınırdı. Süveyd Hüseyn ibn Əlinin ordusundan döyüş meydanına gedən sonuncu şəxs idi. O, ağır yaralanana qədər və digər şəhidlər arasında yerə düşüb ölümə buraxılana qədər Yezidin ordusuna qarşı igidliklə vuruşdu. Lakin Süveyd hələ də sağ idi və bir anda insanlardan Hüseynin öldürüldüyünü eşitdi. Böyük səylə ayağa qalxdı və şəhid olana qədər döyüşə davam etdi. Onun Urvə ibn Battan əl-Sələbi və Zeyd ibn Riqad əl-Cənbi tərəfindən öldürüldüyü deyilir.