Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Helena
Helena — ad. Helena Barlou — İngiltərə keçmiş uşaq aktrisası. Helena Kottler Vurnik — Avstriya əsilli sloveniyalı rəssam. == Həmçinin bax == Helena (Montana) — ABŞ-nin Montana ştatının paytaxtı.
Hemera
Hemera (yun. Ήμέρα, mənası gün deməkdir) qədim yunan mifologiyasında və Hesiod teoqoniyasına görə günü tərənnüm edən Xaosdan sonra törənmiş ilk tanrılardan biri, Niks və Erebin qızı və Efirin bacısı. Titanomaxiya poemasına görə Hemera Geya-Yerin, Uran-Göyün, Pont-Dənizin, Tartar-Sonsuzluğun, Okean anasıdır.
Hemminq kodu
Hemminq kodu – ötürülən verilənlərin ayrı-ayrı bitlərində xətaların aşkarlanması və düzəldilməsi üçün istifadə olunan kod. Hemminq kodu hər bir dörd verilən bitdən sonra üç nəzarət bitinin artırılmasını nəzərdə tutur. Hər bir nəzarət biti, dörd verilən bitindən üçünün müəyyən kombinasiyasına uyğun hesablanan kəmiyyətdir. Qəbuledici qurğu nəzarət bitlərinin qiymətlərini yenidən hesablamaqla qəbul etdiyi dörd verilən bitindən hər birinin düzgünlüyünü müəyyənləşdirə, bəzi hallarda isə yanlış bitləri düzəldə bilər. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), "İnformatika terminlərinin izahlı lüğəti", 2017, "Bakı" nəşriyyatı, 996 s. == Xarici keçidlər == Hemminq kodun hesablanması Hemminq kod nədir?
Riçard Hemminq
Riçard Hemminq (ing. Richard Wesley Hamming; 11 fevral 1915[…], Çikaqo, İllinoys – 7 yanvar 1998[…], Monterey, Kaliforniya) — ABŞ riyaziyyatçısı; onun informasiya nəzəriyyəsi sahəsində işləri kompüter elmləri və telekommunikasiyanın inkişafına böyük təsir göstərib. Əsas töhfəsi Hemminq kodu hesab edilir. Riçard Hemminq 11 fevral 1915-ci ildə İllinoys ştatının Çikaqo şəhərində anadan olmuşdur. O, 1937-ci ildə Çikaqo Universitetini bitirərək bakalavr dərəcəsinə yiyələnib. Sonra Riçard Nebraska Ştat Universitetində təhsilini davam etdirib, 1939-cu ildə magistr dərəcəsinə layiq görülüb. O, 1942-ci ildə Urbana-Şampeyn İllinoys Universitetində riyaziyyat sahəsində fəlsəfə doktoru olub. 1945-ci ildə Hemminq məşhur atom bombasının yaradılması üzrə Manhetten tədqiqat layihəsində iştirak edib. 1946-cı ildən "Bell laboratoriyası"nda kompüterlərin qurulması ilə məşğul olmağa başlayır. O, K. Şennon və bir sıra digər görkəmli alimlərin çalışdığı bu məşhur mərkəzdə 30 il işləyib.
Fuciko Hemminq
İnqrid Fuciko Georqi-Hemminq (5 dekabr 1931, Berlin, Almaniya Reyxi[d] – 21 aprel 2024) – isveçəsilli Almaniya–Yaponiya pianoçusu. == Həyatı və karyerası == 5 dekabr 1931-ci ildə Almaniyanın Berlin şəhərində doğulmuşdur. Pianoçu olan yapon anası Toako Otsuki Berlin İncəsənət Universitetində təhsil almışdır. Atası Frits Gösta Georqi-Hemminq rusəsilli isveçli memar idi. 1933-cü ildə ailəsi ilə birlikdə Yaponiyaya köçmüşdür. Beş yaşından etibarən anasından, daha sonra isə Leoind Kreytserdən piano dərsləri almağa başlamışdır. Məktəbdə oxuyarkən bir sıra müsabiqələrin qalibi olmuşdur. 16 yaşında olanda qulaq infeksiyasına görə sol qulağının eşitmə qabiliyyətini müvəqqəti olaraq itirmişdir. Tokio İncəsənət Universitetindən məzun olduqdan sonra 1960-cı ildə Avropaya qayıtmış, Vyana və Berlində təhsil almışdır. Qripdən müalicə alarkən növbəti dəfə sol qulağının eşitmə qabiliyyətini müvəqqəti olaraq itirmiş, karyerasını Stokholmda davam etdirməyə məcbur olmuşdur.
Cin Hekmen
Cin Hekmen (ing. Gene Hackman; d. 30 yanvar 1930, San-Bernardino, Kaliforniya) — iki Oskar mükafatlı amerikalı aktyor. == Həyatı == 1970-ci ildə göstərilən ing. The French Connection adlı filmdəki roluyla tanınmış və bu filmin ardından Hollywooddaki filmlərdə yer almışdır. 5 dəfə isə Oskar mükafatına namizəd olmuşdur. 2004-cü ildə film karyerasını nöqtələmiş və o gündən bu günə kitab yazmaqla başlamışdır. THe French Connection I və II filmləri ilə məşhurlaşmış Cin Hekmen , 1974-cü ildə rejissor Frensis Ford Koppola'nın ing. The Converstaion adlı filmdə də mükəmməl performans sərgiləmişdir. Rejissor Robert Bentonun 1998-ci ildə çəkdiyi ing.
Deşil Hemmet
Deşil Hemmet (27 may 1894[…], Baltimor, Merilend – 10 yanvar 1961[…], Nyu-York, Nyu-York ştatı) — ABŞ yazıçısı. Daha çox qısa hekayələrə və detektiv romanlara üstünlük vermişdir. == Həyatı == Deşil Hemmet 27 may 1894-cü ildə Merilend ştatının Sent-Meri şəhərində anadan oldu. Gənc yaşlarında qəzet satdı və hamballıq etdi. Daha sonro 1915–1921-ci illərdə Pinkerton Dedektivlik Bürosunda detektivlik etdi, amma sonra bu işindən ayrıldı. Bundan sonra müxtəlif qəzet və jurnallarda detektiv hekayələri yazmağa başlayan Hemmet ilk iki romanını 1929-cu ildə nəşr etdirdi. 1930-cu ildə "Malta şahini" (The Maltese Falcon) əsərini yazdı. Bu roman əsasında 1941-ci ildə Con Hyuston tərəfindən eyniadlı film çəkildi. Filmdə Sam Speyd rolunda Hamfri Boqart çıxış etdi. 1934-cü ildən etibarən siyasətlə məşğul olmaya başlayan Hemmet insan hüquqlarının qorunması üçün işlər apardı və könüllü olaraq ppİkinci dünya müharibəsi[[nə qatıldı.
Helena Barlou
Helena Barlou (5 sentyabr 1998) - İngiltərə keçmiş uşaq aktrisası. == Həyatı və karyerası == Helena Barlou 5 sentyabr 1998-ci ildə Londonda anadan olmuşdur. 2009-cu ildə aktrisa karyerasına başlamışdır. O, İngilis Gənclər Balet Teatrı üçün "Şelkunçik" baletində oynamışdı. Sonra isə Maykl Kroft Teatrının açılış mərasimlərində iştirak etdi. 2011-ci ildə ilk və ən tanınan filmi olan "Harri Potter və Ölüm Hədiyyələri. II hissə" filmində Ron Uizlinin qızı Rosa Qreyncer-Uizli rolunu canlandırdı. Bu film həm də ticarət baxımından uğurlu idi. Həmin il həm də "Horrid Henri" filmində Susan rolunu canlandırdı. 2012-ci ildə hələ ki, sonuncu filmi olan "Böyük gözləntilər" filmində gənc Estella Heymişem rolunu canlandırdı.
Helena Moreno
Helena Rubinşteyn
Helena Rubinşteyn (ing. Helena Rubinstein, doğum adı Haya Rubinşteym, alm. Chaja Rubinstein‎) — polyakəsilli ABŞ işgüzar qadını, incəsənət kolleksiyaçısı və filantropu. Kosmetika məhsulları sahibkarı və dünyanın ən zəngin qadınlarından birinə çevirən "Helena Rubinstein Incorporated" kosmetika şirkətinin yaradıcısı. == Erkən həyatı == Helena Rubinşteyn 1870-ci ildə Polşa yəhudiləri Avqusta Gite Şnaydel və Naftali Hers Horas Rubinşteynin ailəsində dünyaya göz açmışdır. Atası Krakov şəhərində baqqal dükanının sahibi idi. Yalnız qız övladları olan atası Naftoli ailə ən böyük övladı olan Elenanı davamçısı kimi görmək istəyirdi. Sonralar Helena bu barədə xatirələrində yazır: "Çox erkən yaşlarından başlayaraq sözə baxmayan körpələrə baxmaqda anama yardım etməli olurdum. Səkkiz bacının ən boyüyü olmaq idarəetməni öyrənmək deməkdir." Ağıla, əməksevərliyə və inadcıllığa sahib olan Elena ilk əvvəl valideynlərini sevindirsə də, sonradan bir neçə fənndəki uğursuzluqlardan sonra orta məktəbdə oxumaqdan imtina edir. Atasının onu ortayaşlı birisinə ərə vermək istəyini bildikdə Elena evdən qaçır.
Helena adası
Helena adası (ing. Helena Island) — Kanada Arktik arxipelaqının bir hissəsidir. Adada hazırda yaşayış yoxdur (2012). == Coğrafiyası == Helena böyük Baterst adasının sahillərində yerləşən çoxsaylı adalardan biridir. Ada Baterst adasından 7 kilometr şimalda, Mey və Yanq körfəzlərin əmələ gətirdiyi yarımada ilə üzbəüz yerləşir. Kiçik Seymur adası adanın qərb sahilində yerləşir. Adanın sahəsi 326 km², sahil xəttinin uzunluğu 98 km-dir. Ada düzbucaq formalıdır, uzunluğu 39 km, eni 11 km-dir. Adanın cənub sahili sıldırım, şimal sahili daha düzdür. Hündürlük sahil zolağına qədər zərif şəkildə enir.
Helena Behler
Helena Behler ( Helena Behlerov 2 dekabr 1908, Lodz, Rusiya İmperiyası - 18 sentyabr 1995, Varşava, Polşa) - uşaq kitablarının, radio proqramlarının müəllifi, rus dilindən tərcüməçi. Lodzda müəllimlər seminarını, daha sonra Varşavada Azad Polşa Universitetini (1937-ci ildə polyak filologiyası üzrə ixtisaslaşaraq) bitirmişdir. İşğal zamanı o, gizli təlimlərdə çalışıb. . Helena Behler 1948-ci ildə uşaqlar üçün olan jurnalların səhifələrində debüt etdi. Yazıçı uşaq jurnallarının redaktoru, sonra isə Nasza Księgarnia ("Bizim Kitablar") nəşriyyatında uşaq kitablarının redaktoru olub. Yazıçının ilk kitabı - "Pişik kiçik heyvanları süd içməyə qonaq edib" - 1958-ci ildə çap olunub. Behlerin əsərləri rus, belarus, çex, xorvat, alman, ingilis və fransız dillərinə tərcümə olunub. == Mükafatları == 1975 - Nazirlər Soveti sədrinin uşaqlar üçün əməyə görə mükafatı. == Yaradıcılığı == 1958 — "Pişik kiçik heyvanları süd içməyə qonaq edib " 1959 — "Qırmızı papaqlı qurbağalar haqqında" - uşaqlar üçün hekayə 1959 — "Mənə evini göstər" - uşaqlar üçün nağıl 1959 — "Qara süd axtaran pişik haqqında" - uşaqlar üçün hekayə 1960 — "Yelləncəkdə ayı" - oyuncaq kitabı 1960 — "Dərə zanbağında" - şeirlər toplusu 1961 — "Sınıq güzgüdən dovşan" - uşaqlar üçün bir hekayə 1962 — "Yaşıl kirpi" - şeirlər toplusu 1966 — "Cənab Florianın yoncası" - uşaqlar üçün hekayə 1967 — "Şabalıd altındakı ev") - dövrün birinci hissəsi, ikincisi - "Qızıl Qapıların arxasında"; hər ikisi Jan Marcin Schanzer tərəfindən illüstrasiyalarla buraxılmışdır.
Helena (Montana)
Helena — ABŞ-nin Montana ştatının paytaxtı.
Riçard Uesli Hemminq
Riçard Hemminq (ing. Richard Wesley Hamming; 11 fevral 1915[…], Çikaqo, İllinoys – 7 yanvar 1998[…], Monterey, Kaliforniya) — ABŞ riyaziyyatçısı; onun informasiya nəzəriyyəsi sahəsində işləri kompüter elmləri və telekommunikasiyanın inkişafına böyük təsir göstərib. Əsas töhfəsi Hemminq kodu hesab edilir. Riçard Hemminq 11 fevral 1915-ci ildə İllinoys ştatının Çikaqo şəhərində anadan olmuşdur. O, 1937-ci ildə Çikaqo Universitetini bitirərək bakalavr dərəcəsinə yiyələnib. Sonra Riçard Nebraska Ştat Universitetində təhsilini davam etdirib, 1939-cu ildə magistr dərəcəsinə layiq görülüb. O, 1942-ci ildə Urbana-Şampeyn İllinoys Universitetində riyaziyyat sahəsində fəlsəfə doktoru olub. 1945-ci ildə Hemminq məşhur atom bombasının yaradılması üzrə Manhetten tədqiqat layihəsində iştirak edib. 1946-cı ildən "Bell laboratoriyası"nda kompüterlərin qurulması ilə məşğul olmağa başlayır. O, K. Şennon və bir sıra digər görkəmli alimlərin çalışdığı bu məşhur mərkəzdə 30 il işləyib.
Helena Bonem Karter
Helena Bonem Karter (ing. Helena Bonham Carter; 26 may 1966[…], London, İngiltərə, Birləşmiş Krallıq) — ingilis aktrisa. O, iki Akademiya mükafatı, dörd Britaniya Akademiyası Televiziya mükafatı, beş Emmi mükafatı və doqquz dəfə Qızıl qlobus mükafatına namizəd göstərilməsindən əlavə, Britaniya Akademiyası Film mükafatı da daxil olmaqla müxtəlif mükafatlar almışdır. Bonem Karter "Mənzərəli otaq" (1985) və "Xanım Ceyn" (1986) filmləri ilə tanınıb. == Həyatı == Karter 26 may 1996-cı ildə Londonun İslinqton ərazisində anadan olmuşdur. Atası Reymond Bonhem Karter bank müdiri idi və 1960-cı illərdə Bank of England bankında müdir olaraq işləmişdir. Anası Elena italyan və yəhudi əsillidir. Karterin Eduard və Tomas adında iki qardaşı var. == Karyerası == == Şəxsi həyatı == 2008-ci ilin avqust ayında Karterin dörd qohumu Cənubi Afrikada safari avtobusu qəzasında öldü. Karter 1994-cü ildə film çəkilişində Kennet Branaq ilə tanış oldu.
Helena Kottler Vurnik
Helena Vurnik (ilk soyadı Kottler 1882–1962)— Avstriya əsilli sloveniyalı rəssamdır, Lyublyanada "Kooperativ Biznes Bankının cəbhəsi" və interyerində dekorativ rəsmləri ilə məşhurdur. == Həyatı == O, Vyanada Poçt şöbəsinin hüquqşünası ata Moritz Kottler və Polşadan olan anası Bronislavanın ailəsində anadan olub. O, əvvəlcə "Graphische Lehr und Versuchsanstalt", sonra "Kunstschule für Frauen und Mädchen"də təhsil alıb və Vyana İncəsənət və Sənətkarlıq Məktəbini bitirib. == İş == 1910-cu ildə təhsil aldıqdan sonra o, İtaliyanın Modena yaxınlığında beş ay müddətinə incəsənət üzrə təhsil almaq üçün təqaüd qazandı. Vyanaya qayıtdıqdan sonra İtaliyada çəkdiyi rəsm əsərlərini satdı və bir sənət studiyası icarəyə götürdü. 1913-cü ildə o, gələcək əri İvan Vurniklə evində bioloq Franc Megušar üçün salamandr çəkərkən tanış olur. O, "Illustirtes Wiener Extrablatt" qəzetində illüstrator kimi işini tərk etdi və İvan Vurniklə birlikdə əvvəlcə Triestə, sonra Lyublyanaya, sonunda isə Radovljicaya işləməyə getdi. == Mediada və kitablarda == Rejissoru Alma Lapajne olan və RTV Sloveniya kanalında nümayiş etdirilən "İskalca" sənədli filminin senarisini və onun və əri haqqında kitabın senarisini Boris Leskovec yazmışdır.
Helena Kantakuzin (imperatriça)
Helena Kantakuzin (yun. Ἑλένη Καντακουζηνή; 1333, Bizans imperiyası – 10 dekabr 1396, Konstantinopol) — Bizans imperatoru VI İohannın qızı, Bizans imperatriçası. == Həyatı == 1333-cü ildə Konstantinopolda (indiki İstanbul) dünyaya gəldi. Atası dövrün Bizans imperatoru III Andronikin ən yaxın adamı İohann Kantakuzin, anası isə Bulqar çarı III İvan Asenin qızı İrina Asen idi. Digər bacı-qardaşları kimi Helena üçün də siyasi bir evlilik planlaşdırıldı. Bacısı Feodora Osmanlı sultanı Orxan Qaziylə, digər bacısı Mariya isə Epir çarı II Nikefor Orsini ilə evləndirildi. Qardaşı Matvey II Andronikin nəvəsi İrinayla, digər qardaşı Manuel isə Erməni-Kilikiya çarı II Konstantinin qızı İzabellayla evləndirildi. Atasının taxt mübarizəsində qalib gəlməsi və V İohannın anası Savoyyalı Annayla sülh bağlaması nəticəsində, Helena imperator V İohannla evləndirildi. 28 may 1347-ci ildə baş tutan mərasimlə imperatriça elan olundu. 1353-cü ildə atasının taxtdan uzaqlaşdırılaraq kilsəyə həbs olunduğu və 1376-cı ildə oğlu Andronikin üsyan edərək ərini taxtdan endirdiyi dövrlərdə tərəfləri uzlaşdıran vasitəçi oldu.
Ovçu qız (Helena Bertinelli)
Helena Bertinelli (ing. Helena Bertinelli) — DC Comics tərəfindən nəşr edilən komiks kitablarında görünən uydurma personajdır.