Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Cənub dəniz fili
Cənub dəniz fili (lat. Mirounga leonina) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin yırtıcılar dəstəsinin əsl suitilər fəsiləsinin dəniz fili cinsinə aid heyvan növü. Dünyada Pərayaqlılara daxil olan ən boyük canlıdır. Onun ölçüləri 6 metr uzunluğa və 4 ton çəkiyə malik olurlar. Bu canlı "fil" adını malik olduğu xotumu və iri çəkisi ilə əlaqədardır. Burnu iri kisəçik formasındadır. Döyüşlər zamanı xortumlarından istifadə edirlər. Bu növün "Cənub" dəniz fili andanmasının səbəbi isə onun əsasən Antarktika sahillərində yaşaması ilə əlaqədardır. Şimal dəniz fili isə Şimali Amerika, xüsusi ilə Kaliforniya sahillərində (Mirounga angustirostris) yaşayırlar. Bədən quruluşu iri olub, iri sinəyə malikdir.
Cənub dəniz pişikləri
Cənub dəniz pişikləri (lat. Arctocephalus) — Qulaqlı suitilərə daxil olan cins. Cənub dəniz pişikləri cinsnə daxil növlərin oxşar xüsusiyyətləri vardır. Rənglərində oxşarlıq əsasən onların açıq-qəhvəyi olmasıdır. Üstəlik böyük koloniya əmələ gətirirlər. Fərqlilikləri isə onların ölçülərindədir.
Cənub dəniz şiri
Cənub dəniz şiri (lat. Otaria flavescens) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin yırtıcılar dəstəsinin qulaqlı suitilər fəsiləsinin cənub dəniz şiri cinsinə aid heyvan növü. Erkəkləri 2,5 m uzunluğa və 300 kq malik olurlar. Bədənlərinin yuxarı hissələri tünd-qəhvəyi, bədəninin sinə və aşağı hissələri isə sarı-qəhvəyi rəngdə olur. Dişiləri 2 m uzunluğa, 140 kq çəkiyə malik olurlar. Bədən rəngi açıq qəhvəyi olur və tez-tez nizamsız formaya malik ləkələr müşahidə edilir. Cənub dəniz şirləri Sakit okeanın Cənubi Amerika sahillərində, Peru, Çili sahil xətdi boyunca Odlu Torpaq arxipelaqına qədər olan ərzilərdə yaşayır. Atlantik okeannın Braziliya sahilləri və Folklend adaları boyunça geniş ərazidə yayılmışdır. Bəzən onlara Qalapaqos adaları və Braziliyanın uzaq adalarında rast gəlinir. Ancaq onlar koloniyalardan uzaqda yaşamağı xoşlamırlar.
Cənub
Cənub və ya Güney — Şimal (Quzey) səmtinə əks olan coğrafi səmt. Cənub qütbünə işarə edir və "S"-lə işarələnir.
Donuz
Donuz — Sus cinsində olan heyvanlara verilən ümumi addır. Donuzlar həm ət həm ot ilə qidalanırlar. İnsanlar tərəfindən əhlilləşdirilmişdir və ferma heyvanı olaraq istifadə edilməkdədir.
Dəniz
Dəniz — Sualtı dağlar, okeanın cərəyanları və ya adalar qövsü ilə sərhədlənmiş su hövzəsi Dənizlər okeanın bir parçasıdır və onunla birbaşa və ya boğaz vasitəsilə əlaqələnir. Dənizlər qismən quru ilə, qismən də sualtı relyef yüksəklikləri (astanalar) ilə ayrılır və başlıca olaraq hidroloji rejiminə görə okeanın açıq hissəsindən fərqlənir. Dənizin əsas xüsusiyyəti okeanın ucqarlarında yerləşməsi və okeanla (bir və ya bir neçə boğazla) birləşmiş olmasıdır. Dünyanın ən böyük dənizləri Aralıq dənizi, Berinq dənizi, Karib dənizi, Filippin dənizi və s. sayılır. Onlardan ən böyüyü Flippin dənizidir. Duzluluğuna görə isə birinci yerdə Qırmızı dəniz durur. Dənizlər yerləşdikləri ərazi və ya sərhədlərinə görə üç yerə bölünüb: Daxili dənizlər Kənar dənizlər Adalar arası dənizlər Dəniz suyunun əsasını duz və xloridlər təşkil edir. 1l dəniz suyunun tərkibində orta hesapla 35 qr. duz vardır.
Fənuc
Fənuc - İranın Sistan və Bəlucistan ostanının Nikşəhr şəhristanının Fənuc bəxşində şəhər və bu bəxşin mərkəzi. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 9,706 nəfər və ya 2,124 ailədən ibarət idi. Əhalisinin əksəriyyəti bəluclardan ibarətdir və bəluc dilində danışırlar, hənəfi sünni müsəlmandırlar.
Hovuz
Hovuz — Üzgüçülük məqsədilə istifadə edilən içərisi su ilə doldurulmuş çuxur. Modern hovuzlar beton divarlarla əhatələnir və hovuzun kənarına kafellər vurulur. Hovuzların dərinliyi və uzunluğu təyinatına görə hesablanır. Hovuzlar həm qapalı, həm də açıq havada ola bilər. Onlar istənilən ölçüdə və formada, yeraltı və ya yerüstü ola bilər. Hovuzların əksəriyyəti daimi qurğulardır, digərləri isə müvəqqəti, yıxıla bilən strukturlardır.
Hunud
Hunud, Hünüt — Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında (İndi Ermənistanın Meğri rayonunda) kənd adı.Ermənistanın indiki Sünik mərzində kənd. Çarlıq dövründə keçmiş Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasına, sovet dövründə isə Kapan (Qafan) rayonuna aid idi. Rayon mərkəzindən 15 km şimal-şərqdə yerləşir. Kəndin adı Hünüt formasında da qeyd edilir. Toponim qədim türk mənşəli hun etnoniminə türk dilində cəmlik bildirən "-ud" şəkilçisinin artırılması əsasında əmələ gələn etnotoponimdir. Görkəmli türk tədqiqatçısı "Türk tarixi" əsərində yazır: "Hunlar çox qüvvətli, döyüşdə çox cəsur və mahir olan türklərdir". "Hunlar kəndi" mənasını verir. Quruluşca mürəkkəb toponimdir. 1918-ci ildə kəndin əhalisi qovulmuş və Türkiyədən gəlmə ermənilər yerləşdirilmişdir. 1922-ci ildə əhalinin bir hisəsi geri qayıdaraq yenidən məskunlaşmışdır və ermənilərlə qarışıq yaşamışdır.
Hənza
Hənza — İranın Kirman ostanının Rabor şəhristanının Hənza bəxşində şəhər və bu bəxşin mərkəzi.
Kəniz
Konkubina (lat. concubina con — birgə, və cubare — uzanmaq) — Qədim Romada kəniz ya odaliska, maddi və şəxsi cəhətdən asılı, və ya kölə olan daimi məşuqə, aşna, "nikahdan kənar arvad", "yataq yığışdıran qadın", aşağı təbəqədən olan birgə yaşayışa cəlb olunmuş subay qadınlara deyilirdi. Bu münasibətdən dünyaya gələn uşaqlara qanundan və ya nikahdan kənar uşaqlar deyilirdi.. Çoxarvadlılıqda olduğundan fərqli olaraq konkubinaların uşaqları ata mülkünə vərəsəlik hüququna malik deyildilər. Konkubina ilə münasibət toy mərasimi olmadan qurulurdu. Konkubinalar digər bir kişi ilə münasibət qura bilərdi ki, bu zaman onun əvvəlki partnyoru bu halla razılaşmalı olurdu. Konkubinalar fahişə sayılmadıqlarına görə onlar kurtizanka ola bilməzdilər. Roma hüququna görə kişi və qadın münasibətləri evlilik olmadan da mümkün idi. Bu münasibət konkubinat (lat. concubitus cinsi əlaqə, intim münasibət mənasını verir) adlanırdı.
Zunuz
Zunuz (fars. زنوز‎, Zonouz) — İranın Şərqi Azərbaycan ostanında şəhər. Zunuz Mərənd şəhristanına bağlıdır. 2006-cı il məlumatına görə əhalisi 2.618 nəfərdir. Əyalətin şimalında yerləşir. Təbrizə 100 km. uzaqlıqdadır. Xalqı Türküdür. Şəhər və dövrəbərinin güzəran qaynağı əkinçilik, heyvandarlıqdır. Xüsusilə alması və kərə yağı məşhurdur.
Hənif
Hənif (ərəb. حنيفية‎) — İslamdan əvvəlki Ərəbistanda yaranmış dini monoteizm formalarından biri. Hənifilik həm yəhudilik, həm də xristianlıqdan təsirlənmişdir. Hənifilik ardıcıllarına həniflər deyilir. Quranda İbrahim peyğəmbərin adı Hənifdir. Mədinə surələrində hənif müsəlman termini ilə sinonimdir. İslam ehkamına görə, Məhəmməd peyğəmbər İbrahim peyğəmbərin həqiqi tövhidini dirçəltmişdir. Quran insanlara çatmazdan əvvəl tövhidə inanan insanlara ərəbcə hənif deyilirdi. Bu insanların İbrahim peyğəmbərin yolu ilə getdiyinə inanılırdı. Həniflər tövhidi qəbul edir və ritual təmizliyə riayət edirdilər.
Həfuf
Həfuf, həmçinin Əl-Hufuf və ya Əl-Xufuf (ərəb. الهفوف‎‎) — Səudiyyə Ərəbistanında yerləşən şəhər. Əş-Şarkiya (Şərq əyalətinə) inzibati dairəsində yerləşmişdir. Əhalisinin sayı 321 471 nəfərdir (2010-cu il məlumatlarına əsasən). Şəhər Əl-Xasa oazisində yerləşmişdir. Abkaik neft yatağından və Daxran — Dammam — Əl-Xubar boru xətti üzrə Xarad kəndindən cənub-qərbdə yerləşmişdir. Dəniz səviyyəsindən 164 m hündürlükdə yerləşmişdir. Əl-Xufuf məşhur olan, nəhəng neft yatağı olan Qavarın yaxınlığındadır. Əl-Xufuf Səudiyyə Ərəbistanının əsas mədəni mərkəzlərindən biridir. Burada yaşayan bir çox məşhur soyadların nümayəndələri bütün ölkədə hamı tərəfəndin tanınır.
Hunz.
Armando Teodoro Hunziker (isp. Armando Theodoro Hunziker, 1919—2001) — İsveçrə mənşəli Argentina botaniki. Hunzikeria D'Arcy, 1976 (Solanaceae) Adesmia hunzikeri Burkart, 1954 (Fabaceae) Amaranthus hunzikeri N.Bayón, 2007 (Amaranthaceae) Capsicum hunzikerianum Barboza & Bianch., 2005 (Solanaceae) Dioscorea hunzikeri Xifreda, 1985 (Dioscoreaceae) Euphorbia hunzikeri Subils, 1975 (Euphorbiaceae) Jaltomata hunzikeri Mione, 2001 (Solanaceae) Justicia hunzikeri Ariza, 1971 (Acanthaceae) Larnax hunzikeriana Benítez & M.Martínez, 1995 (=Cuatresia hunzikeriana, Solanaceae) Lycium hunzikeri F.A.Barkley, 1953 (Solanaceae) Manihot hunzikeriana Mart.Crov., 1964 (Euphorbiaceae) Melica hunzikeri Nicora, 1999 (Poaceae) Mostacillastrum hunzikeri Al-Shehbaz, 2010 (Brassicaceae) Nototriche hunzikeri Krapov., 2003 (Malvaceae) Perezia hunzikeri Cabrera, 1950 (=Perezia atacamensis, Asteraceae) Physalis hunzikeriana M.Martínez, 1999 (Solanaceae) Sclerophylax hunzikeri Di Fulvio, 1961 (Solanaceae) Setaria hunzikeri Anton, 1984 (Poaceae) Stipa hunzikeri Caro, 1966 (=Nassella hunzikeri, Poaceae) Witheringia hunzikeri D'Arcy, 1974 (Solanaceae) Valeriana hunzikeri Borsini, 1960 (Valerianaceae) Verbena hunzikeri Moldenke, 1947 (=Glandularia scrobiculata, Verbenaceae) Anton, Ana M. 2002. Armando T. Hunziker (1919−2001); Taxon 51: 393-403.
Həna
Həna — İranın İsfahan ostanının Səmirom şəhristanının Mərkəzi bəxşində şəhər. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 5,358 nəfər və 1,335 ailədən ibarət idi.
Əruz
Əruz (ərəb. عروض‎; ərəbcə geniş yol, çadırın ortasına vurulan dirək, nahiyə, tərəf, cəhət, Məkkə şəhərinin adlarından biri, kinli, inadkar dəvə, şeirdə beytin birinci misrasının son bölümü, şeir haqqında elm və s. mənalar bildirir) — uzun və qısa hecaların müəyyən kombinasiyalarda gözəl oxunuş ritmi yaradan ardıcıllığının (əsasən dövri) bütün misralarda (beytlərdə) dəqiqliklə gözlənilməsi ilə müəyyən olunan şeir vəzni. Azərbaycan klassik şeir nümunələrinin çoxu (qəzəl, qəsidə, rübai, müxəmməs, tuyuq və s.) bu vəzndə yazılmışdır. Əruz vəzninin geniş nəzəri sistemini yaradan tarixə məlum ilk şəxs ərəb filoloqu Xəlil ibn Əhməd əl Fərahidi əl Bəsridir (718–792). Ona qədər isə ərəb şeir formalarında aşağıdakı inkişaf mərhələlərinin olduğu qeyd edilir: Ərəb şeirinin "səc" forması; Ərəb şeirinin "rəcəz" forması; Ərəb şeirinin erkən əruz forması (VI–VIII əsrlər). Ərəb şeirinin qədim forması sayılan "səc" şeir formasının bu günə gəlib çatmış nümunələrindən görmək olar ki, "səc" şeirində misralar nəinki vahid ritmik quruluşa malik olmamışdır, hətta heca sayı və bölgülər də misralarda biri-birindən fərqlənmişdir. Qafiyələnmə isə bu şeir formasında mövcud olmuşdur. Ona görə də "səc"i "qafiyəli nəsr" də adlandırırlar. Ərəb şeirinin "rəcəz" (buradakı "rəcəz" ifadəsi əruzun rəcəz bəhri ilə eyni mənada qəbul edilməməlidir) formasının V əsrdə artıq mövcud olduğu ehtimal edilir.
Cənub-Pireneylər
Cənub-Pireneylər (fr. Midi-Pyrénées, oks. Miègjorn-Pirenèus, qask. Mieidia-Pirenèus) — Fransanın cənubunda yerləşən keçmiş bölgə statuslu yaşayış məntəqəsi. 2016-cı il yanvarın 1-dən Oksitaniya bölgəsinin bir hissəsidir. Əsas şəhəri Tuluzadır (650 min nəfər). Bölgə əhalisini ümumi sayı — 2 903 420 nəfər (2011-ci ildə bölgələr arasında 8-ci yer). Ərazi: 45 348 km². Keçmiş bölgənin ərazisindən Adur, Aryej, Qaronna və Lo çayları axır. Bölgəyə bu departamentlər daxil idi: Jer, Aryej, Averon, Yuxarı Qaronna, Yuxarı Pireneylər, Lo, Tarn və tarn və Qaronna.
Cənub-qərb
Cənub-qərb — Cənub tərəfi ilə qərb tərəfi arasında olan keçid səmt.
Cənub-şərq
Cənub-şərq - Cənub tərəfi ilə şərq tərəfi arasında olan keçid səmt.
Cənub Aşırımı
Cənub Aşırımı - Everest və Lhotze, yəni müvafiq olaraq dünyanın ən yüksək və dördüncü ən yüksək dağları arasında aşırımdır. Cənub Aşırımı adətən yüksək küləklər altında qalır və buna görə də əhəmiyyətli dərəcədə qar yığımından azad olur. 1950-ci ildən (Tibet bağlandıqda) Everest ekspedisiyalarının əksəriyyəti Nepaldan çıxaraq cənub-şərq silsiləsi və Cənub Aşırımı yolu ilə gedirlər. Alpinistlər Nepaldakı cənub-şərq silsiləsindən Everestə qalxmağa çalışdıqda, son düşərgəni (adətən IV Düşərgə) Cənub Aşırımında qururlar. Cənub Aşırımına ilk dəfə 12 May 1952-ci ildə Aubert, Lambert və Eduard Viss-Dunantın İsveçrə Dağ Everest Ekspedisiyası dırmanmışdır. Onlar zirvəni fəth edə bilməmişdilər. Cənub Aşırımında alpinistlər ölüm zonasına girirlər. Hündürlükdəki xəstəlik bu yüksəklikdə əhəmiyyətli bir təhlükədir və asanlıqla ölümcül olduğunu sübut edə bilər. Yatmaq da çətindir və alpinistlərin əksəriyyətinin həzm sistemləri əhəmiyyətli dərəcədə yavaşlayır və ya tamamilə dayanır. Bunun səbəbi, bu yüksəklikdə bədənin yeni qida həzm etməkdən daha çox enerji mənbələrindən istifadə etməsidir.
Cənub Balığı
Cənub Balığı (lat. Piscis Austrinus) — göyün cənub yarımkürəsində bürc.
Cənub Dili
Cənub Dili - dil Çilov adasının ucqar cənub-qərbində yerləşir. Dilin eni dənizin içərilərinə doğru getdikcə kiçilir. Dilin cənubundan beynəlxalq əhəmiyyətə malik olan Bakı Türkmənbaşı dəniz yolu keçir.
Cənub Okeanı
Cənub Okeanı və ya Antarktik okean — Yerin 5 okeanından biri hesab edilir. Antarktida qitəsini əhatə edir. Bu okeanın sahəsi 20 327 min km². (okeanın şimal sərhəddi cənub eninin 60 dərəcəsindən keçir). Ən böyük dərinliyi (Cənubi Sandviç novu) — 8428 m. Antarktida ətrafında 13 dəniz var: Ueddell dənizi, Skotia dənizi, Bellinshauzen dənizi, Ross dənizi, Amundsen dənizi, Deyvis dənizi, Lazarev dənizi, Riser-Larsen dənizi, Kosmonavtlar dənizi, Birlik dənizi, Mouson dənizi, Dürvil dənizi, Somov dənizi. Okeanın əsas adaları: Kergelen adası, Cənubi Şetland adaları, Cənubi Orkney adaları. Antarktik şelfi 500 metr dərinliyə qədərdir. Dünya Hidroqrafiya Təşkilatının 2000-ci il qərarına əsasən dünya okeanı beş okeana bölünüb. Həmin qərara əsasən 60 dərəcə cənub paralelindən Antarktidaya qədər olan sular Cənub Okeanına aid edilir, ancaq bu qərar həmin vaxt təsdiq edilmir.
Cənub Qütbü
Cənub qütbü — Yer kürəsinin ən cənub nöqtəsidir.
Benue
Benue (fr. Bénoué) — Kamerunun Şimal regionunun 4 departamentindən biri. Regionun şimal hissəsində yerləşir, ərazisi 13 614 kv. km.-dir. Benue departamentinin inzibati mərkəzi Qarua şəhəridir (fransız dilində: Garoua). Qərbdə Nigeriya ilə, şərqdə Çadla, həmçinin Mayo-Luti (şimalda), Mayo-Rey (cənub-şərqdə) və Faro (cənub-qərbdə) departamentləri ilə həmsərhəd idi.
Benzu
Benzu (isp. Benzú) - İspaniyanın Şimali Afrikada yerləşən Seuta muxtariyyətinə tabe kiçik yaşayış məntəqəsi. Benzu Seuta şəhərinin özündən sonra Seuta Muxtariyyətinin ikinci ən böyük yaşayış məntəqəsi hesab olunur. 2011-ci ilin məlumatlarına əsasən 1.987 nəfər əhalisi vardır. Mərakeş ilə sərhəd bölgədə yerləşən Benzu şəhərindən Mərakeş ərazisinə düşən Jebel Musa dağlarını müşahidə etmək mümkündür.
Hecux
Gecux — Dağıstan Respublikasının Dərbənd rayonunda yerləşən kəndlərdən biridir. 2002-ci ildə aparılmış rəsmi əhali siyahıya alınması zamanı kənddə 6,367 nəfər yaşayırdı və onların 4,585 nəfəri etnik azərbaycanlılar idi.
Henri
Henri — Kişi adı. I Henri — 1027–1060-cı illərdə Fransa kralı II Henri — 1547–1559-cu illərdə Fransa kralı III Henri — 1574–1589-cu illərdə Fransa kralı IV Henri — 1589–1610-cu illərdə Fransa kralı I Henri — 1100–1135-ci illərdə İngiltərə kralı II Henri — 1154–1189-cu illərdə İngiltərə kralı III Henri — 1216–1272-ci illərdə İngiltərə kralı IV Henri — 1399–1413-cü illərdə İngiltərə kralı V Henri — 1413–1422-ci illərdə İngiltərə kralı VI Henri — 1422–1461 və 1470–1471-ci illərdə İngiltərə kralı VII Henri — 1485–1509-cu illərdə İngiltərə kralı VIII Henri — 1509–1547-ci illərdə İngiltərə kralı I Henri — 1214–1217-ci illərdə Kastiliya və Leon kralı II Henri — 1366–1367 və 1369–1379-cu illərdə Kastiliya və Leon kralı III Henri — 1390–1406-cı illərdə Kastiliya və Leon kralı IV Henri — 1454–1474-cü illərdə Kastiliya və Leon kralı Henri Frederik —İngiltərə kralı I Ceyms və Danimarkalı Annanın ən böyük oğlu. Henri Volles — ABŞ-lı siyasətçi. Amerika Birləşmiş Ştatlarının 33-cü vitse-prezidenti. Henri Kuper — Məşhur britaniyalı boksçu, ağır çəkidə sabiq çempion. Henri Kupraşvili — Milli üzgüçülük növləri federasiyasının prezidenti Henri Morqan — Uelsli Dəniz qulduru.
Heriz
Heris və ya Heriz — İranın Şərqi Azərbaycan ostanının şəhərlərindən və Heris şəhristanının mərkəzidir. 2006-cı ilin siyahıyaalınması əsasında bu şəhər 9,513 nəfər və 2,359 ailədən ibarət idi. Əhalisinin əksəriyyəti azərbaycanlılardan ibarətdir və azərbaycan dilində danışırlar. Şəhər həm bölgədə, həm də xaricdə öz gözəl Heris xalıları ilə tanınır. 2012-ci il tarixində baş verən zəlzələlər zamanı şəhərdə xeyli sayda insan həlak olmuşdur. Heriz Xalçaları dünya səviyyəli keyfiyyəti üçün tanınır və olduqca davamlı və dayanıqlıdır.
Hünüt
Hunud, Hünüt — Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında (İndi Ermənistanın Meğri rayonunda) kənd adı.Ermənistanın indiki Sünik mərzində kənd. Çarlıq dövründə keçmiş Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasına, sovet dövründə isə Kapan (Qafan) rayonuna aid idi. Rayon mərkəzindən 15 km şimal-şərqdə yerləşir. Kəndin adı Hünüt formasında da qeyd edilir. Toponim qədim türk mənşəli hun etnoniminə türk dilində cəmlik bildirən "-ud" şəkilçisinin artırılması əsasında əmələ gələn etnotoponimdir. Görkəmli türk tədqiqatçısı "Türk tarixi" əsərində yazır: "Hunlar çox qüvvətli, döyüşdə çox cəsur və mahir olan türklərdir". "Hunlar kəndi" mənasını verir. Quruluşca mürəkkəb toponimdir. 1918-ci ildə kəndin əhalisi qovulmuş və Türkiyədən gəlmə ermənilər yerləşdirilmişdir. 1922-ci ildə əhalinin bir hisəsi geri qayıdaraq yenidən məskunlaşmışdır və ermənilərlə qarışıq yaşamışdır.
Jenuaz
Jenuaz (fr. génoise) — eyni adlı xüsusi bir texnologiya ilə yumurta, un, şəkər və kərə yağından hazırlanan biskvit növü. Resept 300 il əvvəl Genuyada meydana gəlib. Jenuaz — yüngül, incə və sıx bir quruluşa malik universal biskvitdir, kremli dadı, müxtəlif növlərdə tort və pirojnalar bişirmək üçün idealdır. Fransız mətbəxinin bir çox desertləri biskvit pantolonlarına əsaslanır, çünki şəkili saxlamağa və eyni zamanda yeməklərin digər komponentləri ilə yaxşı əlaqə qurmağa imkan verir. Jenuaza yumurta, isti suyunda çalınmış, əridilmiş kərə yağı olan beurre noisette, buğda unu və ağ şəkər daxildir. Biskvitin digər növlərilə müqayisədə, jenuaz iki dəfə çox yumurta, yarı çox şəkər və yağ ehtiva edir və tərkibinə maye daxil deyil. Juneaz üçün yumşaldıcı da istifadə olunmur. Reseptə görə, un bəzən buğda, qarğıdalı və ya kartof nişastası ilə əvəz olunur. Bu dəyişiklik biskviti daha nəm və elastik edir, lakin havası daha azdır.
Menua
Menua — Şərqi Anadoluda Urartuların beşinci məşhur kralıdır. E.Ə. 810-cu ilə E.Ə. 786 illəri arasında hökmdarlıq etmişdir. Etdiyi fəthlərdən daha çox tikdirdiyi binalar və şəhərlər ilə ölkənin inkişafını təmin etdi və ölkənin rifahını artırdı.
Senez
Senez (fr. Senez, oks. Seneç) — Fransada kommuna, Provans-Alp-Kot-d'Azur regionunda yerləşir. Departament — Yuxarı Provans Alpları. Barrem kantonuna daxildir. Kommunanın dairəsi — Din-le-Ben. INSEE kodu — 04204. 2008-ci ildə əhalinin sayı 186 nəfər təşkil edirdi. 2007-ci ildə əmək qabiliyyətli 78 nəfər (15–64 yaş) arasında 37 nəfər iqtisadi fəal, 41 nəfər fəaliyyətsiz olmuşdur (fəaliyyət göstərici 47,4%, 1999-cu ildə 66,0%). Fəal olan 37 nəfərdən 33 nəfəri (16 kişi və 17 qadın), 4 nəfər işsiz (2 kişi və 2 qadın) idi.
Xenus
Səsyamsılayan (lat. Xenus Kaup., 1829) cinsi Quşlar (Aves) sinfinin Mələrcüllütlər (Scolopacidae) fəsiləsinə, Cüllütkimilər (Charadriiformes) dəstəsinə aiddir.
Heinz
HJ Heinz Company və ya Heinz Company kimi tanınan Heinz şirkəti, baş ofisi Pittsburgh, Pensilvaniya, Amerika Birləşmiş Ştatlarında yerləşən emal olunmuş qida məhsulları istehsal edən şirkətidir. Şirkət 1869-cu ildə Henry John Heinz tərəfindən təsis edilmişdir. 1876-cı ildə ilk dəfə ketçup istehsalına başladılar. 57 Çeşid Məhsul şüarı ilə şirkət 57 fərqli məhsul növü inkişaf etdirmişdir və hal-hazırda istehsal edir. Bu gün də belə istehsal etdikləri məhsulların qablaşdırmasının üzündə bu şüardan istifadə edirlər.