hoppanmaq
hökm
OBASTAN VİKİ
Hovuz
Hovuz — Üzgüçülük məqsədilə istifadə edilən içərisi su ilə doldurulmuş çuxur. Modern hovuzlar beton divarlarla əhatələnir və hovuzun kənarına kafellər vurulur. Hovuzların dərinliyi və uzunluğu təyinatına görə hesablanır. Hovuzlar həm qapalı, həm də açıq havada ola bilər. Onlar istənilən ölçüdə və formada, yeraltı və ya yerüstü ola bilər. Hovuzların əksəriyyəti daimi qurğulardır, digərləri isə müvəqqəti, yıxıla bilən strukturlardır.
Ləbi hovuz
Ləbi Hovuz və ya Lyabi Hovuz (özb. Labi Hovuz, fars. لب حوض‎ [læbi hawz) — XVI-XVII əsrlərdə salınmış Buxara şəhərinin mərkəzi meydanlarından, memarlıq ansamblı biridir. Meydanda Kukeldaş mədrəsəsi(Buxara), Divan-Bəy mədrəsəsi, Divan-Bəy xanəgahı, Nadir-Bəy hovuzu su anbarı memarlıq abidələri birləşərək memarlıq ansamblı təşkil edir. Ansamblın ölçüsü təxminən 150 x 200 metrdir. Orta əsrlərdə Ləbi hovuz canlı alış-veriş sahəsi idi, buna ticarət günbəzləri ilə əsas alış-veriş küçəsinə yaxınlığı (onlardan biri meydandan 200 m məsafədə yerləşir) və Buxaradakı binaların həddindən artıq sıxlığı, beləliklə Ləbi hovuzun sadəcə bir neçə açıq sahələrdən biri olması səbəb oldu. == Tarixi == Ləbi hovuzda qalan ilk bina 1569-cu ildə Şeybani II Abdullah xanın Orta Asiyada yüksək səviyyəli ən böyük Kukeldaş mədrəsəsinin inşasına əmr verdiyi zaman ortaya çıxdı. 1619-1620-ci illərdə özbək qəbiləsinin nümayəndəsi Arlat Nadir Divan bəyin təşəbbüsü və hesabına İmamqulu xanın rəhbərliyindəki vəzir meydanında hovuz dağıdılaraq, yaradıcısının adını daşıyan xanəgah tikilir. 1623-cü ildə Nadir Divan bəy, daha sonra Divan-Bəy mədrəsəsinə çevrilən karvansara binasını ucaltdı. 20-ci illərdə hovuz, möcüzəvi şəkildə Buxaranın xəstəlik mənbəyi sayılan digər hovuzların əksəriyyətində aparılan qurutma prosesindən qurtula bildi; hovuzun xilas edilməsində əsas rolu ansamblın yüksək bədii dəyəri oynadı.
Açıq hovuz üzgüçülüyü 2017 Su idman növləri üzrə Dünya Çempionatında – Kişilər 5 km
Kişilər 5 km — 2017 Su idman növləri üzrə Dünya Çempionatında 15iyul 2017-ci il tarixində keçirilən yarışdır. == Nəticələr == Yarışa 10:00-da start verilmişdir.
Hovuzlu yaşayış yeri
Hоvuzlu yаşаyış yеri — Yuxarı Buzqov kəndinin qərbində hündür təpənin üzərində yеrləşir. Yаşаyış yеrinin ərаzisində bir nеçə yеrdə yаşаyış binаsı üçün bünövrə qаzıldığındаn Еrkən Tunc dövrünə аid kеrаmikа pаrçаlаrı üzə çıхmışdır. Lаkin аrаşdırmаlаr göstərdi ki, yаşаyış yеrində mədəni təbəqə çох yığılmаmışdır. Tаpıntılаr bаşlıcа оlаrаq yеrüstü mаtеriаllаrdаn ibаrətdir. Оnlаr qаrа, bоz və çəhrаyı rəngdə bişirilmiş küpə tipli qаblаrın аğız hissəsi və qulplаrının pаrçаlаrı ilə təmsil оlunmuşdur. Yаşаyış yеrinin ərаzisi 2 hеktаrdır. Yаşаyış yеri köçmə mаldаrlıqlа məşğul оlаn mаldаr tаyfаlаrа аiddir. Аbidəni е.ə. IV-III minilliklərə аid еtmək оlаr. Qеyd еtmək lаzımdır ki, yаşаyış yеrinin ərаzisindən Аntik və Оrtа əsrlərə аid kеrаmikа nümunələri də аşkаr оlunmuşdur.
Olimpiya hovuzu
Olimpiya hovuzu — uzunluğu 50 metr, eni 25 metr, 10 zolağdan ibarət olan, və FINA (Beynəlxalq üzgüçülük federasiyası) tərəfindən müəyyən edilən digər qaydalara uyğun olan olimpiya oyunlarının üzgüçülük, suya tullanma, su polosu və digər su idmanı növləri üçün nəzərdə tutulan hovuz növüdür. Bununla yanaşı qısa distansiyalar üçün nəzərdə tutulan 25 metr uzunluğu olan Olimpiya hovuzlarıda nəzərdə tutulur. Yarış zamanı toxunma paneli istifadə edildiyi halda, toxunma panelləri arasında məsəfə müvafiq olataq 50 və yaxud 25 metr olmalıdır. Bu səbəbdən Olimpiya hovuzları adətən qeyd olunan ölçülərdən uzun olurlar.
Hovuzdərə
Hovuzdərə — Türkiyənin Yalova vilayətinin Altınova rayonuna bağlı kənd. == Tarixi == Kənd 1928-ci ildən eyni addadır. == Coğrafiya == Kənd Yalova vilayətindən 20 kilometr, Altınova rayonundan isə 4 kilometr məsafədədir.
Hovuzlu (Cizrə)
Hovuzlu — Türkiyənin Şırnak vilayətinin Cizrə rayonunda kənd. == Tarixu == Kəndin köhnə adı 1928-ci il qeydlərində kürdcə "quyu" mənasını verən Birke kimi qeyd olunur.

Значение слова в других словарях