Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Dərbənd
Dərbənd (rus. Дербент, azərb. Dərbənd / Дәрбәнд‎, ləzg. Кьвевар, yəni "iki (кьве) divar (вар)", Дербенд və Цал, aqul. Цал və Дербенд) — Dağıstan Respublikasında şəhər. Xəzər dənizi ilə Qafqaz sıra dağları arasında yerləşir. Rusiyanın şəhər statusunu daşıyan ən cənub yaşayış məntəqəsidir. Dərbənd şəhəri eyni adlı rayonun inzibati mərkəzidir, Mahaçqala şəhərindən cənub – şərq istiqamətində 121 km uzaqlıqda yerləşir. Şəhər tarixdə Bab əl-Əbvab ("qapılar qapısı") və Dəmirqapı adlarıyla da tanınırdı. == Etimologiya və digər tarixi adları == Dərbənd tarixi Azərbaycanın qədim şəhərlərindən biridir, hazırda Dağıstan Respublikasının tərkibində yerləşir.
Hərzənd
Çay Hərzənd (Mərənd)
Kəlbənd
Kəlbənd — Azərbaycan Respublikasının İsmayıllı rayonunun inzibati ərazi vahidində kənd. Kəlbənd rayon mərkəzindən 26 km cənub qərbdə, Burnovuldağ silsiləsinin cənub ətəyində yerləşir. Əhalisi kənd təsərrüfatı və heyvandarlıq ilə məşğul olur. Kənddə orta məktəb, klub, kitabxana, tibb məntəqəsi vardır. == Əhalisi == Əhalisi 385 nəfərdir ki onunda 188 nəfəri kişi, 197 nəfəri qadındır. === Şəhidləri === 1. Azər Əsgər oğlu Mürsəlov 1974-05.07.1993 2.
Qərbənd
Qərvənd — Azərbaycan Respublikasının Füzuli rayonunun inzibati ərazi vahidində kənd. Orta əsrlərdə Qarabağda yaşamış Qarıbənd oymağının adını əks etdirir. Bəzi mənbələrdə oymağın əsl adı Qarıbənddir. Bu oymaq İrəvan əyalətində "Yıxılmış" və Kəlbəcərdə Taxtabaşı adlı yerlərdə yaylayır, Qarabağın Arazbar nahiyəsində Biləqan və Qələmə kəndləri arasında qışlayır və əkinçiliklə məşğul olurdu. Cavanşir tayfasının digər bir oymağı da Qarıbənd adlanırdı. Həmin oymaq Yuxarı Qarabağda Şaparti adlı yerdə qışlayır, İrəvan əyalətinə Zilxaç, Kilsəqayası və Ağtəpə adlı yerlərdə yaylayır, Qarabağın Dizaq (indiki Füzuli və Cəbrayıl rayonları) nahiyəsində "Şahbad" adlı arxın kənarında və Bayat torpağında (indiki Ağcabədi rayonu) Həsənəkən çayının kənarında əkinçiliklə məşğul olurdu. Ona görə də Qarabağda "Qərvənd" formasında bu oymaqların adları bir sıra kənd adlarında qalmışdır: Baş Qərvənd, Ayaq Qərvənd, Orta Qərvənd, Şıx Qərvənd, İmarət Qərvənd və Xan Qərvənd. Qərbənd oyk. Füzuli r-nunun Dövlətyarlı i.ə.v.-də kənd, Qarabağ silsiləsinin ətəyindədir. 27 sentyabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələrinin uğurlu əməliyyatı nəticəsində kənd işğaldan azad edilmişdir.
Hərənd
Hərənd — İranın İsfahan ostanının İsfahan şəhristanının Colqə bəxşində şəhər və bu bəxşin mərkəzi. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 6,613 nəfər və 1,856 ailədən ibarət idi.
Rəbənd
Rəbənd — Azərbaycan Respublikasının Zəngilan rayonunun Yenikənd kənd inzibati ərazi dairəsində kənd. 1993-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib.25 oktyabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmişdir.
Həsən
Həsən — Azərbaycanda daha çox işlədilən kişi adı. Həsən ibn Əli — 12 imamdan biri. Həsən Hüsnü Saka — sabiq millət vəkili, baş nazir. Həsən Mülkülü — şair Həsən Məmmədov — Azərbaycan teatr və kino aktyoru. Həsən Zirək — İran musiqiçisi. Tanınmış kürd əsilli İran sənətçisi və bəstəkarı. Həsən İsazadə — Azərbaycan Tibb Universitetinin professoru. Seyid Həsən Əxlaq — Həsən Həsənov (alim) — Həsən Ələvikia — Həsən Feyziyev — Həsən Həsənzadə Amoli — Həsən Nuran (Üşnəviyyə) — Həsən Tahsin paşa — Həsən Türkmani — Həsən mahalı — Həsən Əbdülzadə — Həsən Tufan — Tatarıstan şairi və yazıçısı.
Dəmirqapı Dərbənd
Dərbənd (rus. Дербент, azərb. Dərbənd / Дәрбәнд‎, ləzg. Кьвевар, yəni "iki (кьве) divar (вар)", Дербенд və Цал, aqul. Цал və Дербенд) — Dağıstan Respublikasında şəhər. Xəzər dənizi ilə Qafqaz sıra dağları arasında yerləşir. Rusiyanın şəhər statusunu daşıyan ən cənub yaşayış məntəqəsidir. Dərbənd şəhəri eyni adlı rayonun inzibati mərkəzidir, Mahaçqala şəhərindən cənub – şərq istiqamətində 121 km uzaqlıqda yerləşir. Şəhər tarixdə Bab əl-Əbvab ("qapılar qapısı") və Dəmirqapı adlarıyla da tanınırdı. == Etimologiya və digər tarixi adları == Dərbənd tarixi Azərbaycanın qədim şəhərlərindən biridir, hazırda Dağıstan Respublikasının tərkibində yerləşir.
Dərbənd-namə
Dərbəndnamə — Dərbənd şəhəri haqda tarixi kitab. Kitabda V–XI əsrlərdə Dağıstan və Şirvan tarixi ilə bağlı qiymətli məlumatlar da var. == Tərtibatı == Dərbəndnamənin müəllifi məlum deyil. Variantlar Azərbaycan, ərəb və fars dillərində saxlanılır. Onlar tamlığın, məzmunun və vaxtın miqyasında fərqlənirlər. == Tarixi == Dərbənd haqqında bəzi hadisələrin təsviri Türk tarixçisi Muinəzim Başinin qısaldılmış versiyasında qorunan "Dərbənd tarixi" ilə bənzərdir. Bəlkə Dərbənd adı "Dərbəndin tarixi" nin qısaldılmış versiyasıdır. Tərcümənin qorunub saxlanılan Azərbaycan əlyazması 1815–1816-cı illərdə tərtib edilmişdir. Bu, 17-ci əsrin sonlarında Farsca bir siyahıya əsaslanan Məhəmməd Avabi tərəfindən tərcümə olunan tərcümənin əlyazmasıdır. Əlyazma özü Moskvada Rusiya Dövlət Kitabxanasında saxlanılır və Dərbəndnamənin ən qədim versiyalarından biridir.
Dərbənd (Dol)
Dərbənd (fars. دربند‎) — İranın Qərbi Azərbaycan ostanının Urmiya şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 359 nəfər yaşayır (60 ailə).
Dərbənd (Həştrud)
Dərbənd (fars. دربند‎) — İranın Şərqi Azərbaycan ostanının Həştrud şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 239 nəfər yaşayır (46 ailə).
Dərbənd (Sulduz)
Dərbənd (fars. دربند‎) — İranın Qərbi Azərbaycan ostanının Sulduz şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 208 nəfər yaşayır (44 ailə).
Dərbənd (Urmiya)
Dərbənd (fars. دربند‎) — İranın Qərbi Azərbaycan ostanının Urmiya şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 465 nəfər yaşayır (85 ailə).
Dərbənd (Xudabəndə)
Dərbənd (fars. دربند‎) - İranın Zəncan ostanının Xudabəndə şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 218 nəfər yaşayır (39 ailə).
Dərbənd (dəqiqləşdirmə)
Dərbənd — Dağıstan Respublikasında şəhər. Dərbənd rayonu — Rusiya Federasiyasının Dağıstan Respublikasında inzibati-ərazi vahidi. Dərbənd (Urmiya) — Dərbənd (kənd) — İrəvan quberniyasının Aleksandropol qəzasında, indi Düzkənd (Axuryan) rayonunda kənd.
Dərbənd (kənd)
Dərbənd - İrəvan quberniyasının Aleksandropol qəzasında, indi Düzkənd (Axuryan) rayonunda kənd. == Tarixi == Rayon mərkəzindən 15 km məsafədə yerləşir. 1937-ci ilə kimi Leninakan rayonunun tabeliyində olmuşdur. «İrəvan əyalətinin icmal dəftəri»ndə qeyd edilmişdir. Toponim fars dilində «keçid, boğaz, sədd, sərhəd bölgələri, dağlar arasından çətinliklə keçilən yer» mənasında işlənən dər və bənd sözlərindən əmələ gəlmişdir. Relyeflə bağlı yaranan mürəkkəb quruluşlu toponimdir. Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin 26.IV.1946-cı il fərmanı ilə kəndin adı dəyişdirilib Karmrakar qoyulmuşdur.
Dərbənd (qəzet)
"Dərbənd" qəzeti (azərb-kiril. Дәрбәнд) — Dağıstanda Azərbaycan və rus dillərində buraxılan ictimai və siyasi mətbu orqan. Bu qəzetdə Dağıstanda baş verən ictimai və siyasi hadisələr, azərbaycanlılarin tarixi və mədəniyyəti haqqında materiallar dərc edilir. == Tarixi == Qəzet 1920-ci ildə "Şurayi-Dağıstan" adı ilə dərc olunmağa başlamışdır. 1922-ci ildən isə "Dağıstan fuqarası" (ərəb əlifbası ilə) adı ilə dərc olunur. 1928–1930-cu illərdə qəzetin baş redaktoru Məmmədkazım Ələkbərli olmuşdur. Əməkdaşları arasında Almas İldırım, Beydulla Musayev, Əhməd Cəmil, Fazil Seyidov və başqalarını qeyd etmək olar. 1931-ci ilin oktyabr ayından qəzet "Kolxoz yolu", 1932-ci ilin martından isə "Lenin bayrağı" adı ilə nəşr olunur. 1960–1963-cü illərdə isə qəzetin buraxılışı dayandırılır. Sonradan "Kənd mayakı".
Dərbənd (rayon)
Dərbənd rayonu — Rusiya Federasiyasının Dağıstan Respublikasında inzibati-ərazi vahidi. Xəzər dənizinin sahilində yerləşir. == Ərazisi == Dərbənd rayonunun ərazisi 821 км² (daha dəqiq 820,97 км²)- dir. Ümumi ərazisinin 32,000 hektarı kənd təsərrüfatına yararlıdır. Rayon 1921-ci ildə təşkil edilmişdir. İnzibati mərkəzi Dərbənd şəhəridir. Rayon ərazisinin şimaldan cənuba uzunluğu 73 km, şərqdən-qərbə eni isə 15 km-30 km-dir. Rayon ərazisi Xəzər dənizi ilə 70 km uzunluğunda sahil xəttinə sahibdir, ərazisinin 60%-i düzənliklərdən, 40%-isə dağətəyi sahələrdən ibarətdir. Rayon ərazisinin 20%-dən çoxu meşələrlə örtülmüşdür. Rayon ərazisindən Rubas, Ulluçay və Darvaq kimi nisbətən iri çaylar və onlarla kiçik çaylar axır.
Dərbənd Camaatı
Meşə Qardaşları (1905-1906)
Dərbənd FK
«Dərbənd» — Rusiyaın Dərbənd şəhərində fəaliyyət göstərən futbol klubu. Klub 1966-cı ildə təsis edilmişdir. 1992-ci ildə Futbol üzrə Rusiyanın II liqasının 1-ci zonasında 18-ci yeri tutmuşdur.
Dərbənd Haşimiləri
Dərbənd əmirliyi — Dərbənd ərazisində olan qədim dövlət. == Dərbəndin ərəblər tərəfindən işğalı == Azərbaycanı tutmuş ərəblər "Bab əl-Əbvab" (və ya "əl-Bab" -"qapılar qapısı") adlandırdıqları sərhəd şəhəri Dərbəndi Xilafətin Qafqazdakı iri istinad məntəqəsinə çevirdilər. Uzun müddət bu şəhəri xəlifənin təyin etdiyi ərəb sərkərdələri idarə edirdilər. Onların başlıca vəzifəsi şimaldan olan hər bir hücumun, xüsusilə xəzərlərin müdaxiləsinin qarşısını almaq idi. IX əsrin ortalarınadək bu vəzifə xüsusi təyinatla yerinə yetirilirdi, lakin 851-ci ildə xəlifə əl-Mütəvəkkil Dərbəndi və onun ətraf vilayətlərini o zaman Azərbaycan, Arran və Ərminiyə hakimi olan Məhəmməd ibn Xalid ibn Yəzid əş-Şeybaniyə iqta payı kimi bağışladı. 861-ci ildə xəlifənin ölümündən sonra türklərin Bağdaddakı fəaliyyəti ilə əlaqədar Xilafət ərazisində çaxnaşmalar baş verdi. Müstəqilliyə can atan bir çox feodallar, o cümlədən Məhəmmədin mərkəzi hakimiyyətlə əlaqəsini tamam kəsərək, Şirvanı müstəqil elan etmiş qardaşı Heysəm ibn Xalid bundan istifadə etdilər. 869-cu ildə, qiyam etmiş türk əmirlərinə qarşı Xilafət mərkəzində mübarizə aparıldığı bir zamanda, Haşim ibn Suraka əs-Suləmi Dərbəndin müstəqil idarə edilməsinə nail oldu. O dövrün hadisələrini bizə çatdıran qaynaqda deyilir: "Əl-Mütəvəkkil öldürüldükdən sonra Xilafət parçalandığına, türk məvaliləri dövlətin idarəsini ələ keçirtdiklərinə görə, əl-Bab əhalisi və sərhədyanı vilayətlərin qazıları (yəni din uğrunda döyüşən əsgərləri) bir yerə yığılaraq, Haşimi öz əmirləri etdilər, ona böyük itaət göstərdilər" Ərəb və yerli qaynaqların başqa məlumatlarından aydın olur ki, Haşimin Sulaym nəslinə mənsub, mənşəcə ərəb olan sələfləri hələ VIII əsrin I yarısında Dərbənd şəhərinin siyasi həyatında fəal rol oynamış, onlardan biri Əsəd ibn Zafir əs-Suləmi 736-cı ildə xəlifənin fərmanı ilə Dərbənd hakimi təyin edilmişdi. Onun digər xələflərinin, Harun ər-Rəşidin hakimiyyəti dövründə Dərbənd hakimi olmuş Nəcm ibn Haşimin və onun Azərbaycan və Ərminiyənin ərəb hakiminə qarşı üsyan etmiş oğlu Həyyunun adları bu dövrdə Azərbaycanda baş vermiş böyük hadisələrlə bağlıdır.
Kommuna (Dərbənd)
Kommuna - Dağıstan Respublikasının Dərbənd rayonunda monoetnik kənd, sakinləri etnik azərbaycanlılardan ibarətdir. 2002-ci ildə aparılmış rəsmi əhali siyahıyaalınması zamanı kənddə 866 nəfər azərbaycanlı yaşamaqda idi. Əhalisi şiə məzhəbində etiqad edir.
Dərbənd dairəsi
Dərbənd dairəsi (rus. Дербентский округ) — Dağıstan MSSR tərkibində, 25 iyun 1952-ci ildən 24 aprel 1953-cü ilədək mövcud olmuş 4 inzibati–ərazi vahidindən biri. İnzibati mərkəzi Dərbənd şəhəri idi. Dərbənd dairəsinin ərazisi 10 rayon (Ağul, Axtı, Dərbənd, Doqquzpara, Qasımkənd (indiki Süleyman-Stal), Qürah, Məhərrəmkənd, Rutul, Tabasaran, və Xiv rayonları) və 1 şəhərdən (Dərbənd şəhəri) ibarət idi.
Dərbənd döyüşü
Dərbənd döyüşü — Dərbənd şəhərinin Narınqala adlı gücləndirilmış məntəqəsinə yiyələnmək məqsədilə həyata keçirilən əməliyyat. Qədim şəhər geosiyasi baxımdan olduqca əlverişli yerdə yerləşirdi. Şərqdən Xəzər dənizi, qərbindən isə Qafqaz dağları ilə əhatələndiyindən bir keçid rolunu oynayırdı. == Arxaplan == 1795-ci ildə Qacar dövlətinin başçısı Ağa Məhəmməd şah Qacar Azərbaycan xanlıqları və Kartli-Kaxetiya çarlığı üzərinə yürüş təşkil edir. 12 sentyabr 1795-ci ildə Tiflis şəhərini işğal edir. Rusiya tərəfi 1783-cü ilin Georgiyevsk müqaviləsini əsas gətirərək Azərbaycan xanlıqları üzərinə yürüşə çıxır. Bu yürüş üçün 1796-cı ildən Dağıstanın şimalındakı Qızılyardan güclü rus korpusu hazırlanır. İki piyada və iki kavaler briqadası şəxsən imperatriçanının şəxsi əmri ilə general-mayorlar: knyaz Pavel Dmitriyeviç Sisianov, Sergey Alekseyeviç Bulaqov, Aleksandr Mixayloviç Rimskiy, baron Leontiy Keinteviç Beginsen, qraf Stepan Apraksin və Matvey İvanoviç Platov təyin edilir. Ordu komandanlığı isə Valerian Zubova həvalə edilir. Sonra Zubov general İvan Dmitriyeviç Savelyevin izi ilə hərəkət edir.
Dərbənd istehkamları
Dərbənd istehkamları – Dərbənd şəhərini müdafiə edən qədim qala divarları. Böyük Qafqazın Calğan dağ silsiləsi Xəzərə üç kilometrdən bir az çox qalmış qurtarır və sahilboyu düzənlikdən ibarət dar keçid yaranır. Dərbənd səddi başlanğıcında bu keçidi qapayırdı. Hələ e.ə. VI əsrdə antik müəlliflər Mada (Midiya) sərhədlərini təsvir edərkən “Kaspi qapısı” adlı keçidi xatırlamışdılar. Sonralar ayrı-ayrı qaynaqlarda “Xəzər qapısı”, “Alban qapısı”, “Hun keçidi”, “Qafqaz qapısı”, “Dərbənd qapısı” kimi müxtəlif adlar daşımış həmin keçidin qədim dövr və orta əsrlərdə böyük hərbi-strateji əhəmiyyəti olmuş, onu əldə saxlamaq bu regionun dövlətlərinin həmişə diqqət mərkəzində dayanmışdı. Hunların ən qüdrətli çağında – Avropanın yarısını fəth etdikləri V əsrdə onlara qarşı yaradılan Dərbənd səddi Dərbənd qalası və Dağbandan ibarətdir. Narınqalanın cənub-şərq bucağından başlayan Dağbarı meşəlik və yarğanlı keçilməz dağlarla qərbə – Qafqaz dağlarının zirvə, düz və keçidlərinə doğru uzanırdı. Bu nəhəng istehkamın qalıqlarının uzunluğu indi 40 km-dən çoxdur. Qala kənd, qala, qalaça, uzun divarlar, qüllə, bürc və xəndəklərdən ibarət olan Dağbarı bütün ətraf ərazini nəzarət altında saxlayırdı.
Həştbəndi
Həştbəndi — İranın Hörmüzgan ostanının Minab şəhristanının Tukəhur bəxşində şəhər və bu bəxşin mərkəzi. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 3,009 nəfər və 631 ailədən ibarət idi.
Westend.
Jerar Daniel Vestendorp (fr. Gérard Daniel Westendorp; 8 mart 1813, Haaqa – 31 yanvar 1868) — holland əsilli Belçika botaniki. Jerar Daniel Vestendorp mikologiya üzrə ixtisaslaşmışdır. Herbier cryptogamique, ou, Collection des plantes cryptogames et agames qui croissent en Belgique (with A.C.F. Wallays), 1845-1859. Notices sur quelques cryptogames, 1851-1863. Polypiers flexibles de la Belgique. Collection des bryozaires, sertulaires, flustres & spongiaires qu'on rencontre en Belgique, et particuliérement aux environs d'Ostende, 1853. Les cryptogames : classes d'apres leurs stations naturelles, 1854. Description de quelques Cryptogames inédites ou nouvelles pour la flore des deux Flandres, 1863. Aspergillus westendorpii Sacc.
Hessen
Hessen (alm. Hessen‎) — Almaniyanın vilayətidir. Vilayətin paytaxtı Visbadendır. Sahəsi 21.114,94 km², əhalisi 6.070.425 nəfər, bir nəfərə düşən sahəsi isə 287 km²-dir.