Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
İrsən almaq
İrsən almaq (ing. inherit ~ ru. унаследовать ~ tr. kalıt almak) – obyekt-yönlü proqramlaşdırmada: bir sinfin xarakteristikalarının onun əsasında yaradılan başqa bir sinif tərəfindən götürülməsi. İrsən alınmış xarakteristikalar gücləndirilə, məhdudlaşdırıla və ya dəyişdirilə bilər. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
Təhsil almaq hüququ
Təhsil hüququ — “ikinci nəsil” insan hüquqlarından biri (sosial-iqtisadi və mədəni; ayrı-seçkiliyə yol verilməməsi aspekti birinci nəslin vətəndaş hüququ sayıla bilər). BMT-nin İqtisadi, Sosial və Mədəni Hüquqlar Komitəsi təhsil hüququnun dörd əsas xarakteristikasını müəyyən edir: mövcudluq, əlçatanlıq (ayrı-seçkiliyə yol verilməməsi, fiziki və iqtisadi əlçatanlıq), təhsilin məqbulluğu və uyğunlaşması. Həmçinin “təhsil hüququ yalnız müəllimlərin və tələbələrin akademik azadlığı olduqda həyata keçirilə bilər.” Təhsil hüququnun əhatə dairəsi müxtəlif təhsil səviyyələri üçün fərqli ola bilər - məsələn, İqtisadi, Sosial və Mədəni Hüquqlar haqqında Beynəlxalq Pakt icbari və pulsuz ibtidai təhsili nəzərdə tutur, lakin yalnız ödənişsiz ali təhsilin mərhələli şəkildə tətbiqini nəzərdə tutur. Burada ayrı-ayrılıqda təhsil azadlığı önə çıxa bilər. == Tənzimləyici çərçivə == Təhsil hüququ İqtisadi, Sosial və Mədəni Hüquqlar Haqqında Beynəlxalq Paktın 13 və 14-cü maddələrində, Uşaq Hüquqları haqqında Konvensiyanın 28 və 29-cu maddələrində təsbit olunmuş İnsan Hüquqları haqqında Ümumi Bəyannamənin 26-cı maddəsində elan edilmişdir. Təhsil hüququ İnsan və Əsas azadlıqların Müdafiəsi üzrə Avropa Konvensiyasının Birinci Protokolunun 2-ci maddəsi, Yenidən İşlənmiş Avropa Sosial Xartiyasının 17-ci maddəsi, İnsan Hüquqları üzrə Amerika Konvensiyasına San Salvador Protokolunun 13-cü maddəsi, Afrika Xartiyasının 17-ci maddəsi İnsan və Xalqların Hüquqları, Uşaq Hüquqları və Rifahı üzrə Afrika Xartiyasının 11-ci maddəsi, Rusiya Konstitusiyasının 43-cü maddəsində, Azərbaycan Respublikasının Konstitusiyasının 421-ci maddəsində, Latviya Konstitusiyasının 112-ci maddəsində, Tacikistan Konstitusiyasının 41-ci maddəsində təsbit edilmişdir. == Məhkəmə təcrübəsi == Beynəlxalq məhkəmə orqanlarında təhsil hüququ ilə bağlı ən mühüm işlərə (ən çox ondan istifadə zamanı ayrı-seçkiliyin qadağan edilməsinə dair) Birləşmiş Millətlər Təşkilatının İnsan Haqları Komitəsində Polşa и Албании və Albaniyada azlıqların məktəblərinə dair Belçika linqvistik işi (1968), Kjeldsen, Busk Madsen and Pedersen v. Denmark (1976), Avropa İnsan Hüquqları Məhkəməsində D. H. və digərləri Çexiyaya qarşı (2007), Hartikainen v. Finland işi (1981) və Ueldmen Kanadaya qarşı (1999) baxılmışdır. ABŞ Ali Məhkəməsində belə işlərə Mayer Nebraskaya qarşı (1923), Pirs Sisterhooda qarşı (1925), Braun Təhsil Şurasına qarşı (1954), Qriffin Şahzadə Edvard Məktəb Şurasına qarşı (1964), Qrin Nyu Kent qraflığı təhsil şurasına qarşı (1968), Viskonsin Yoderə qarşı (1972), Müstəqil San Antoniyo Məktəb dairəsi Rodriqesə qarşı (1973), Aylend Tris Məktəb Dairəsi Pikoya qarşı (1982), Playler Douya qarşı (1982) kimi məhkəmə iddiaları daxildir.
Yazı (qeydə almaq)
Həsin
Həsin — Azərbaycan Respublikasının Astara rayonunun Siyaku kənd inzibati ərazi dairəsində kənd. == Tarixi == Həsin Astara rayonunun Siyaku inzibati ərazi vahidində kənd. Pensər çayının sahilində, Lənkəran ovalığındadır. Tədqiqatçılar bu oykonimi "möhkəmləndirilmış yer" kimi izah edirlər.
Alman
Almanlar (Almanca: die Deutschen) — qədim germanlardan əmələ gələn xalq, Almaniya, Avstriya, İsveçrə və Lixtenşteynin əsas əhalisi. Ümumi sayları təxminən 140 milyondur. Bundan başqa Amerika Birləşmiş Ştatlarında, Rusiyada, Braziliyada, Qazaxıstanda və s. ölkələrdə yaşayan və almanca danışmayan əhali də etnik baxımıdan alman sayılır. == Tarix == Bir etnos kimi almanlar bugünkü Almaniya, Avstriya və qonşu ərazilərdə formalaşıblar. Almanların əcdadı olan german tayfaları e.ə. V əsrdə Skandinaviyadan enib eramızın I əsrinə qədər bu əraziləri ələ almışdılar və burada keltlərlə, slavyanlarla və Ural tayfaları ilə qarışmışdılar. Halbuki "Deutsche" (alman) adı etnik mənada ilk dəfə XV əsrdə Müqəddəs Roma imperiyası dövründə işlənmişdir. İmperiyanın dağılmasından və 1870-ci ildə kiçik alman hersoqluqlarının birləşib vahid Almaniya dövlətinin yaranmasından sonra almanlar tamamilə formalaşmış xalqa çevrilirlər. Orta əsrlərdən başlayaraq ta XX əsrin ortalarınadək almanlar fəal mühacirət proseslərinə cəlb olunmuşdular.
Almaz
Almaz (almanca – Diamant (m), fransızca – Diamant (m), ingiliscə – Diamond) saf karbondan meydana gəlib, bilinən ən bərk maddədir. Karbon elementinin bir modifikasiyası qrafit, digəri isə almazdır. Almazın saf karbon olduğu ilk olaraq Fransız kimyaçı Lavuazye tərəfindən aşkar edilmişdir. Lavuazye almazı yandırmış və yanma qazının yalnız karbondioksid olduğunu görüncə almazın karbon olduğu qənaətinə gəlmişdir. == Xüsusiyyətləri == Almaz qrafitlə bərabər allotrop quruluşa malik olub ən bərk 10 mineraldan biridir. Əsas xassəsi yüksək bərklik, istilik keçiriciliyi və disperisyası ilə tanınır. Almaz kristallik quruluşa mailkdir ,ona görə də o dielektrikdir. Almazın metalda və havada sürtünmə əmsalı 0,1-dir. Bu onun səthində nazik absorbsiya olunmuş qaz qatının yaranması ilə bağlıdır. Bu qat yağlayıcı rolunu oynayır.
Aydın Həsəni
Aydın Həsəni — Azərbaycan kinoprodüseri. == Həyatı == Azərbaycan Televiziyası Telefilm Yaradıcılıq Birliyi istehsalat şöbəsinin rəhbəri, kinotarixçi və kinematoqrafdır. 120-dən çox televiziya sənədli və bədii filmini ərsəyə gətirib. == Filmoqrafiya == Abbas Səhhət (film, 2007) (qısametrajlı sənədli film) (AzTV) - direktor Balaş və Mədinə (film, 2003) Bəxtiyar Vahabzadə (film, 2003) Bir ocağın nuru (film, 2001) Böyük sınaq (film, 2003) Çay daşı (film, 2001) Cümhuriyyət generalları (film, 2006) Dədə Qorqud axtarışında (film, 2000) Dönüş (film, 1999) Duz gölü (film, 2001) Əbədi zirvə (film, 1998) Əhməd Bakıxanov (film, 2003) Firəngiz Əlizadə. Lüsern-99 (film, 1999) Girdiman (film, 2003) Haradasan, Mübubət?
Bilal Həsəni
Bilal Həsəni (fr. Bilal Hassani; ərəb. بلال حسني‎; 9 sentyabr 1999) — Ərəb əsilli Fransa müğənnisi, bəstəkarı və "YouTube" kanal müəllifi. O, "Roi" mahnısı ilə Fransanı İsraildə keçirilən 2019 Avroviziya Mahnı Müsabiqəsində təmsil etmişdir. == Həyatı == Bilal Həsəni 9 sentyabr 1999-cu ildə Paris şəhərində Mərakeş ailəsində dünyaya göz açmışdır. O, anası ilə Parisdə yaşayır. Taha adlı böyük qardaşı var. Atası isə Sinqapurda yaşayır. Bilal 2017-ci ildə rəsmi olaraq homoseksual olduğunu sosial şəbəkələrdə etiraf etmişdir. Bunun ardınca əslən ərəb olan gənc ifaçı sosial şəbəkələrdə müəyyən şəxslər tərəfindən təhqirlərə məruz qalır və hətta ölümlə təhdid edilir.
Qulamrza Həsəni
Ayatollah Qulamrza Həsəni (fars. غلامرضا حسنی‎; 30 avqust 1928, Urmiya – 21 may 2018) — Şiə İslam teoloqu. Sərt İslamın nümayəndəsi hesab olunur. Daha çox Urmiya şəhərində apardığı namaz və şəriət prinsiplərinə görə şöhrəti qazanmışdır. == Həyatı == 1928-cı ilin avqust ayının 30-da Iranın Urmiya şəhərində dünyaya gələn Qulamrza Həsəni hələ ondörd yaşında ikən atasını itirmiş və onun təhsili ilə anası məşğul olmuşdur. Balaca Həsəni hələ onbeş yaşına çatmamış Quranı əzbərləmişdi. Urmiya'də İslam dini dərslərini 250 tələbə arasında ən yaxşı birinci şagird bitirmişdir. Qulmriza Həsəni həyatının ilk illərindən çoxlu çətinliklərin, siyasi təzyiqlərin şahidi olmuşdur. Cihadçı Alimləri Hərəkətinin rəhbərlik etdiyi Ruhullah Musəvi Xomeyni təşkilatına üzv olması onun dəfələrlə həbsə düşməsinə səbəb oldu. Həsəni 1979-cu ildə Cümə namazı Imam oldu və bu vəzifədə 2014-nci ilə qədər qaldı.
İlkin Həsəni
İlkin Həsəni (21 oktyabr 1983, Sabirabad, Azərbaycan SSR) — televiziya aparıcısı, aktyor, prodüser. == Həyatı == İlkin Həsəni 1983-cü il oktyabrın 21-də anadan olub. Nəsimi rayonu 35 və 164 saylı məktəblərdə rus, son 3 sinfi isə Nərimanov rayonu 2 saylı Dəmir Yolu Liseyində Azərbaycan dili bölməsində təhsil alıb. 2000-ci ildə Azərbaycan Mədəniyyət və İncəsənət Universitetinin kinooperatorluq fakültəsinə daxil olub. 2000–2001-ci illərdə peşəkar foto sənətinə yiyələnib, 2001-ci ildə Gənclər və Turizm Nazirliyinin keçirdiyi fotomüsabiqədə 3-cü, 2001-ci ilin noyabrında Fransanın Strasburq şəhərində keçirilən fotomüsabiqədə isə 1-ci yerə layiq görülüb. 2001-ci ildən televiziya rejissorluğu fakültəsində təhsilini davam etdirib. Elə həmin ildən Azad Azərbaycan Televiziyasında çalışmağa başlayıb. 106 FM radiosunda xəbər diktoru kimi fəaliyyətə başlayıb. Bir ildən sonra televiziya aparıcısı olub. "Virtual Time" (106 Fm), "Çox maraqlı", "ATV Maqazin", "Yeni ulduz", "Sözüm var", "Bizim səhər", "Xalq ulduzu", "AutoTime" kimi verilişlərin aparıcısı, "Bozbash Pictures" layihəsinin və Şəmi müəllim obrazının müəllifidir.
Şeyx Həsinə
Şeyx Həsinə Vazid (benq. হাসিনা ওয়াজেদ, 28 sentyabr 1947[…], Tonqiparə əyaləti[d]) – Banqladeşin keçmiş Baş naziri (1996–2001, 2009–2024), 2009-cu ildən "Avami Liq" partiyasının lideri. O, 2024-cü ilin avqustunda ölkəsindəki etirazlardan sonra vəzifəsindən istefa verərək Hindistana qaçıb. == İlkin tərcümeyi-hal == Fəridpur vilayətində (dəqiqliklə, 1995-ci ildə yaradılmış Tonqiparə əyaləti) anadan olub. Müstəqil Banqladeşin ilk başçısı (1971–1975-ci illər), ölkədə "millət atası" adlanan Şeyx Mucibur Rəhmanın qızıdır. 1969-cu ildə Dəkkə şəhərində tələbə iğtişaşlarında iştirak edib. 1971-ci ildə Banqladeşin müstəqilliyi uğrunda gedən müharibə zamanı Pakistan işğalçı ordusu tərəfindən həbs edilib. 15 avqust 1975-ci ildə hərbi çevriliş zamanı Şeyx Mucibur Rəhman və onun 20-yə yaxın ailə üzvləri sui-qəsdçilər tərəfindən öldürülmüşdür; Şeyx Həsinə həmin vaxt Almaniya Federativ Respublikasında olmuş, bütün ailə üzvlərindən təkcə o və çevriliş zamanı Banqladeşdə olmayan bacısı da sağ qalmışdır. 1981-ci ildə, hələ xaricdə ikən atasının əvvəllər rəhbərlik etdiyi – "Avami Liq" partiyasının başçısı seçilmişdir. Həmin ildə Banqladeşə qayıtmışdır.
Alaq
Alaq – becərilən bitkilər arasında özbaşına bitən bitki. Azərbaycanda pambıq tarlalarında 92, qarğıdalı və yonca sahələrində müvafiq olaraq 120 və 125, payızlıq taxıl zəmilərində 152, tərəvəz əkinlərində 25, üzüm bağlarında 148 növ alaq bitir. Alaq əkinçiliyə böyük zərər verir: becərilən bitkilərə lazım olan qida maddələrinin, suyun, işığın bir hissəsini alır; ziyanvericilərin, xəstəliklərin inkişafı üçün şərait yaradır; becərməni, məhsul yığımını çətinləşdirir; Alaqlı yerlərdə kənd təsərrüfatı bitkilərin məhsuldarlığı və məhsulun keyfiyyəti aşağı düşür. Alağa qarşı mübarizədə aqrotexniki tədbirlərlə yanaşı kimyəvi mübarizə əsas yer tutur.
Alma
Alma (lat. Malus) — bitki növünün meyvəsi. Dünyada mədəni bitki kimi genş şəkildə becərilir. Bitki Orta Asiyada bu gün də bitən yabanı Malus sieversii növündən törəmişdir.
Almar vulusvalisi
Almar vulusvalisi (puşt. المار ولسوالۍ) — Əfqanıstanda, Fəryab vilayətində inzibati–ərzi vahidi. İnzibati mərkəzi Almar kəndidir. Əfqanıstan Mərkəzi Statistika Təşkilatının 21 mart 2015–ci ilə olan məlumatına əsasən Almar vulusvalisinin oturaq əhalisinin sayı 71.764 nəfərdir (35.402 nəfəri kişilər, 36.362 nəfəri qadınlar) və tamamiylə kənd yerlərində yaşayır. Əfqanıstanın "Kəndlərin Bərpası və İnkişafı Nazirliyi" (ing. Ministry of Rural Rehabilitation and Development of Afghanistan) ilə "Birləşmiş Millətlərin İnkişaf Proqramı"nın (ing. United Nations Development Programme) birgə layihəsi olan "Ərazi yönümlü milli inkişaf prqoramı"na (ing. National Area-Based Development Programme) uyğun araşdırmaya əsasən 1.525 km² ərazini əhatə edən vulusvalidə, əhali 86 kənddə məskunlaşıb və bu kəndlərdə əhalinin 65%–ni özbəklər, 35%–ni isə türkmənlər təşkil edir.
Almas Muradova
Almas Cəlil qızı Muradova — AMEA A.Bakıxanov adına Tarix İnstitutunun "Azərbaycanın müasir tarixi" şöbəsinin aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru. == Həyatı == Almas Cəlil qızı Muradova 1941-ci il martın 14-də Füzuli şəhərində anadan olmuşdur. O, 1950-1960-cı illərdə Füzuli şəhərinin rus orta məktəbində oxumuşdur. 1963-1968-ci illərdə Dağıstan Dövlət Universitetinin tarix fakültəsində oxumuşdur. 1968-ci ilin dekabrında Azərbaycan EA-nın Tarix İnstitutunda "Azərbaycanın sovet dövrü tarixi" şöbəsində baş laborant vəzifəsində işə başlamışdır. 1969-cu ilin noyabrında kiçik elmi işçi, 1993-cü ildə böyük elmi işçi vəzifəsinə keçirilmişdir. 2004-cü ildən aparıcı elmi işçi vəzifəsində çalışır. Almas Muradova işlədiyi müddətdə bir sıra kollektiv monoqrafiyaların çapa hazırlanmasında iştirak etmişdir. Onun iştirakı ilə nəşr olunan əsərlərdən "Zaqafqaziyada Sovet hakimiyyətinin qələbəsi uğrunda mübarizə", "Azərbaycanda kənd təsərrüfatının kollektivləşdirilməsi", "Azərbaycanda sosialist sənayeləşdirilməsi" (II hissə) sənədlər külliyyatını və s. göstərmək olar.
Almas Yıldırım
Almas İldırım (əsl adı Əbdülhəsən Almaszadə) (24 mart 1907, Qala, Bakı qəzası – 14 yanvar 1952, Elazığ) — Azərbaycanın mühacir şairi. == Həyatı == Almas İldırım 1907-ci il mart ayının 25-də Bakının Qala kəndində anadan olub. 1914-1915-ci illərdə "İttihad" məktəbində təhsil aldığı dövrdə farsca öyrənib. Azərbaycanda sovet hakimiyyəti qurulduqdan sonra Almas İldırımın bəy nəsli sovet totalitar rejimi tərəfindən həyata keçirilən cəza tədbirlərinin hədəfinə çevrilir. Varlı tacir oğlu olduğuna görə o, Azərbaycan Dövlət Universitetinin Şərq ədəbiyyatı fakültəsindən xaric edilir. 1926-cı ildə şair Süleyman Rüstəm ilə birlikdə "Dün bu gün" adlı şeir məcmuəsini çap etdirir. 1928-ci ildə şeirlərində ifadə olunan millətçi ismarıclarına görə Dağıstana sürgün olunur. Sürgündə "Dağlardan xatirələr", "Ləzgi elləri", "Krımda axşamlar", "Səlimxan" və "Günah kimdədir?" adlı şeirlərini yazır. 1930-cu ildə Bakıya qayıdıb "Dağlar səslənərkən" şeirlər məcmuəsini nəşr etdirir. Lakin kitab senzuradan keçməyib şairin Azərbaycan Yazıçılar Birliyindən qovulmasına səbəb olur.
Almas İldırım
Almas İldırım (əsl adı Əbdülhəsən Almaszadə) (24 mart 1907, Qala, Bakı qəzası – 14 yanvar 1952, Elazığ) — Azərbaycanın mühacir şairi. == Həyatı == Almas İldırım 1907-ci il mart ayının 25-də Bakının Qala kəndində anadan olub. 1914-1915-ci illərdə "İttihad" məktəbində təhsil aldığı dövrdə farsca öyrənib. Azərbaycanda sovet hakimiyyəti qurulduqdan sonra Almas İldırımın bəy nəsli sovet totalitar rejimi tərəfindən həyata keçirilən cəza tədbirlərinin hədəfinə çevrilir. Varlı tacir oğlu olduğuna görə o, Azərbaycan Dövlət Universitetinin Şərq ədəbiyyatı fakültəsindən xaric edilir. 1926-cı ildə şair Süleyman Rüstəm ilə birlikdə "Dün bu gün" adlı şeir məcmuəsini çap etdirir. 1928-ci ildə şeirlərində ifadə olunan millətçi ismarıclarına görə Dağıstana sürgün olunur. Sürgündə "Dağlardan xatirələr", "Ləzgi elləri", "Krımda axşamlar", "Səlimxan" və "Günah kimdədir?" adlı şeirlərini yazır. 1930-cu ildə Bakıya qayıdıb "Dağlar səslənərkən" şeirlər məcmuəsini nəşr etdirir. Lakin kitab senzuradan keçməyib şairin Azərbaycan Yazıçılar Birliyindən qovulmasına səbəb olur.
Sağ qalmaq
"Sağ qalmaq" (orijinal adı "Lost") – amerikan teleserialıdır. İlk dəfə 2004-cü il sentyabrın 22-də Amerikanın ABC kanalında yayımlanmışdır. == Süjet == Sidneydən Los-Ancelesə uçan təyyarə qəflətən qəzaya uğrayır. Sağ qalan 48 sərnişin tropik adada peyda olurlar. 6 mövsümdən ibarət olan serial 121-ci bölümü ilə 23 May 2010 tarixində sona çatmışdır. Hər epizod təqribən 43 dəqiqədən ibarətdir. Serialın mükafatları arasında Emmi mükafatı və Qızıl Qlobus və s. qeyd oluna bilər. Azərbaycanda ANS kanalında yayımlanmışdır. 2004-cü ilin sentyabr ayının 22-də Amerikanının ABC telekanalında ilk dəfə yayımlanan sözügedən serialın 1-ci epizodu ekran başına təqribən 19 milyon tamaşaçı toplamışdır.
Turqun Almas
Turqun Almas(30 oktyabr 1924, Qaşqar şəhəri — 11 sentyabr 2001) — Uyğur şairi, dramaturqu. == Həyatı == Turqun Almas 30 oktyabr 1924-cü ildə Qaşqar şəhərində doğulmuşdu. İlk təhsilini doğulduğu şəhərdə alan şair sonra Qulca şəhərinə gedərək orada oxuyur. Urumçi şəhərindəki Darülmuəllimini bitirən Almas Qaraşəhərə müəllim işləməyə göndərilir. 1947-ci ilin mayında Turqun Almas və dostları Kaşqarda mitinq təşkil edirlər. Mitinqin təşkilatçılarını həbs edirlər. 1948-ci ilin aprelin 8-də xalqın təzyiqi altında Turqun Almas və yoldaşlarını həbsdən buraxmaq məcburiyyətində qalırlar. Həbsdən çıxan şair həmin il Qulca şəhərinə gedərək orada "Alma" qəzetində işə girir. Sora da isə Urumçi şəhərindəki "Tarım" jurnalında əmək fəaliyyətini davam etdirir. 1990-cı ildə Aktu rayonunun Barın kəndində baş verən silahlı toqquşmalardan sonra senzor nəzarəti artır və yazıçı, şair, jurnalistlər və sənət adamlarına qarşı təqiblər başlayır.
Alman mediatizasiyası
Alman mediatizasiyası (alm. deutsche Mediatisierung‎) — 1802–1814-cü illərdə Almaniyada və ətraf bölgədə çoxlu sayda Müqəddəs Roma imperiyası mülklərinin kütləvi mediatizasiyası və dünyəviləşdirilməsi yolu ilə baş verən əsas yenidənqurma layihəsi. Müqəddəs Roma imperiyasının əksər teokratik knyazlıqları, azad imperiya şəhərləri, dünyəvi knyazlıqlar və digər kiçik özünü idarə edən qurumları müstəqil statuslarını itirərək, qalan dövlətlərin tərkibinə daxil oldular. Mediatizasiya prosesinin sonunda alman dövlətlərinin sayı təxminən 300-dən cəmi 39-a endirildi. Alman dövlətlərinin kütləvi mediatizasiyası və dünyəviləşdirilməsi almanların təşəbbüsü ilə deyildi. İnqilabçı Fransa və Napoleonun amansız hərbi və diplomatik təzyiqinə məruz qalaraq başlanan bu proses 1945-ci ilə qədər Almaniya tarixində əmlak və ərazilərin ən geniş şəkildə yenidən bölüşdürülməsini təşkil etdi.
Alman milliyətçiliyi
Alman milliyətçiliyi (alm. Deutscher Nationalismus‎) — almanların və almanosferin vahid milli dövlətdə birliyini təşviq edən ideoloji anlayış. Alman milliyətçiliyi almanların bir millət və bir xalq olaraq vətənpərvərliyini və milli kimliyini önə çəkir. Alman milliyətçiliyinin ən erkən mənşəyi pangermanizmin yüksəlməyə başladığı Napoleon müharibələri dövründə romantik milliyətçiliyin meydana çıxması ilə əlaqələndirilir. Alman milli dövləti ideyası Napoleon Bonapartın rəhbərliyi altında Fransanın alman ərazilərini işğal etməsinə cavab olaraq mühüm siyasi qüvvəyə çevrilməyə başladı. XIX əsrdə almanlar alman milli dövlətinin Avstriya imperiyasını istisna edən "Kiçik Almaniya"dan, yoxsa Avstriya imperiyasını və ya onun almandilli hissəsini əhatə edən "Böyük Almaniyadan" ibarət olub-olmaması ilə bağlı alman məsələsini müzakirə etmişdilər. Prussiya kansleri Otto fon Bismarkın başçılıq etdiyi fraksiya Kiçik Almaniya yaratmağa müvəffəq olmuşdur. Aqressiv alman milliyətçiliyi və ərazi genişlənməsi hər iki dünya müharibəsinə səbəb olan əsas amil idi. Birinci Dünya müharibəsindən əvvəl Almaniya Britaniya və Fransaya rəqib olmaq ümidi ilə müstəmləkə imperiyası qurmuşdu. 1930-cu illərdə nasistlər hakimiyyətə gələrək Böyük German Reyxini yaratmağa çalışırdılar.
Aşiq olmaq
Eşqə düşmə, vurulmaq, aşiq olmaq adətən başqa bir insana qarşı güclü bağlılıq və sevgi hisslərinin inkişafıdır. İngilis dilində bu termin (ing. falling in love) metaforik xarakter daşıyır, prosesin fiziki "yıxılma" aktı kimi ani, idarəolunmaz olduğunu və sevgilini “xəstəliyə düşmək” və ya “tələyə düşmək” kimi həssas vəziyyətdə buraxdığını vurğulayır. Bu, həm də prosesdə aşağı beyin mərkəzlərinin əhəmiyyətini əks etdirə bilər, bu, rasional beyni (Con Klizin sözləri ilə desək) “bu aşiq olmaq çox qəribədir...” nəticəsinə gətirə bilər. O, okkultizmlə həmsərhəddir”. == Faktorlar == === Psixoloji === “Aşiq olana güclü töhfə verən məlum faktorlara yaxınlıq, oxşarlıq, qarşılıqlılıq və fiziki cəlbedicilik daxildir”, eyni zamanda, proses köhnə uşaqlıq bağlılıq nümunələrinin yenidən aktivləşdirilməsini nəzərdə tutur. İki insan arasında dərin qurulmuş psixoloji paralellər də onların cütləşmə-bağlanmasının əsasını təşkil edə bilər ki, bu da sadəcə narsisistik identifikasiyası ilə həmsərhəd ola bilər. Yunqçular eşqə düşmək prosesini anima və ya animusun digər insana proyeksiyası kimi baxırlar və bunun daxil ola biləcəyi anlaşılmazlıq potensialı var. === Kimyəvi === Eşqə düşmə zamanı iki kimyəvi reaksiya baş verir ki, bu da oksitosin və vazopressinin artmasıdır; və Elisabeth Young-Bruehl göstərir ki, "biz aşiq olduğumuz zaman öz beynimizin emosional mərkəzlərindən keçən təbii amfetamin axınına düşürük". Sosiobiologiyaya gəlincə, vurğulanır ki, həyat yoldaşlarının seçimi yalnız başın öhdəsinə buraxıla bilməz və kompleks neyrokimyəvi dəstək tələb olunmalıdır.
Almaz (ad)
Almaz — Qadın adı. Almaz Amanova — Azərbaycan teatr və kino aktrisası, Azərbaycanın əməkdar artisti. Almaz Əsgərova — azərbaycanlı kinoaktrisa. Almaz Qaffarova — Ağsu Rayon Partiya Komitəsinin birinci katibi. Almas Muradova — tarix üzrə fəlsəfə doktoru. Almaz Mustafayeva — Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının aktrisası, Azərbaycanın əməkdar artisti.
Almaz (dəqiqləşdirmə)
Almaz — saf karbondan meydana gəlib bilinən ən sərt maddə. Almaz (film, 1936) — 1936-cı il Azərbaycan filmi. Almaz (kosmik proqram) — kosmik proqram. Almaz (Şəbüstər) — Şərqi Azərbaycan ostanının Şəbüstər şəhristanı ərazisinə daxil olan kənd.
Almaz (Şəbüstər)
Almaz (fars. الماس‎) — İranın Şərqi Azərbaycan ostanının Şəbüstər şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 326 nəfər yaşayır (108 ailə).
Heşin
Heşin (Ermənistan)
Heşin (Ermənistan)
Heşin — İrəvan quberniyasının Şərur-Dərələyəz qəzasında, indiki Keşişkənd (Yeğeqnadzor) rayonunda kənd. == Tarixi == Rayon mərkəzindən 14 km şərqdə, Elpinçayın sağ qolu olan Heşin çayının sahilində yerləşirdi. Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir. Fikrimizcə, 1728-ci ildə tərtib edilmiş "İrəvan əyalətinin icmal dəftəri"ndə adı çəkilən Meşin kəndi ilə Heşin kəndi eyni kəndlərdir. == Toponimi == Toponim türk dilində "yaşayış məntəqəsi" mənasında işlənən keş sözünə, türk dilində (daxma, koma, mağara) mənasında işlənən in sözünün birləşməsi əsasında əmələ gəlmişdir. Relyef əsasında yaranan mürəkkəb quruluşlu toponimdir. == Əhalisi == 1727-ci ilə aid mənbədə Heşin kəndində 3 azərbaycanlı ailəsinin yaşadığı qeyd olunur. Kənddə 1831-ci ildə 62 nəfər, 1873-cü ildə 174 nəfər, 1886-cı ildə 272 nəfər, 1897-ci ildə 229 nəfər, 1904-cü ildə 237 nəfər, 1914-cü ildə 260 nəfər, 1916-cı ildə 311 nəfər yalnız azərbaycanlı yaşamışdır. 1918-ci ildə kənd ermənilərin təcavüzünə məruz qalaraq deportasiya olunmuşdur. Yalnız indiki Ermənistanda sovet hökuməti qurulandan sonra kənd sakinlərindən sağ qalanlar öz yurdlarına dönə bilmişdir.
Heşin (İran)
Heşin (fars. هشين‎) — İranın Ərdəbil ostanının Kövsər şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 137 nəfər yaşayır (538 ailə).
Alma almaya bənzər
Alma almaya bənzər — rejissor Arif Babayev tərəfindən 1975-ci ildə ekranlaşdırılmış lirik kinokomediya filmi. Film "Azərbaycanfilm" kinostudiyasında istehsal edilmişdir. Film insanları düzlüyə, bir-birinə hörmət etməyə çağırır, xoşbəxtliyin yalnız halal zəhmətdə olduğunu göstərir. Filmdə əsas rolları Hüseynağa Sadıqov, Fazil Salayev, Səfurə İbrahimova, Həsən Məmmədov, İnarə Quliyeva və Hacıbaba Bağırov ifa edirlər. == Məzmun == Lirik kinokomediyanın baş qəhrəmanı Nadir babadır (Hüseynağa Sadıqov). O, ömrü boyu bağbanlıq edib, bir-birindən gözəl almalar yetişdirir. Onun təhsili olmasa da biliklərə, elmə həmişə can atıb, tumsuz alma sortu yetişdirmək istəyib. Nəhayət o, buna gərgin əmək və təcrübələr sayəsində nail olur. Gözəl, sehrli almalar adamlara xoşbəxtlik gətirir. Məsələn, sürücü Qurban (Həsən Məmmədov) gənc kolxozçu qız Mədinəyə (Səfurə İbrahimova) vurulur, müəllimə (İnarə Quliyeva) dəcəl uşaqlarla dostlaşır, kobud poçtalyon mehriban, telefonçu (Suğra Bağırzadə) isə diqqətli olur, yeddi qız atası Haşımın (Əhməd Əhmədov) ailəsində nəhayət oğlan uşağı doğulur.
Həsən Həsənli
Həsən Həbib oğlu Həsənli (1991, Naxçıvan) — Azərbaycan Respublikası elm və təhsil nazirinin müavini (2023-cü ildən). == Həyatı == Həsən Həbib oğlu Həsənli 1991-ci ildə Naxçıvan şəhərində anadan olub. O, "2007–2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı" çərçivəsində 2009–2013-cü illərdə Böyük Britaniyanın Bristol və Kembric universitetlərində ictimai siyasət və siyasi elmlər ixtisası üzrə bakalavriat və magistratura təhsili alıb. 2015–2016-cı illərdə Azərbaycan Respublikasının Silahlı Qüvvələrində həqiqi hərbi xidmət keçib. İngilis və rus dillərini bilir. Ailəlidir, iki övladı var. == Karyerası == Həsən Həsənli Elm və Təhsil Nazirliyində mütəxəssis, sektor müdiri, nazir müşaviri, Aparat rəhbərinin müavini və Təhsildə Keyfiyyət Təminatı Agentliyinin İdarə Heyətinin sədri vəzifələrində çalışıb. 2021-ci ilin iyun ayından 2023-cü ilin 30 yanvar tarixinədək Elm və Təhsil Nazirliyinin Aparat rəhbəri vəzifəsində çalışıb. Azərbaycan Respublikasının Prezidentinin 2023-cü il 28 yanvar Sərəncamı ilə elm və təhsil nazirinin müavini təyin edilib.
Alma almaya bənzər (film, 1975)
Alma almaya bənzər — rejissor Arif Babayev tərəfindən 1975-ci ildə ekranlaşdırılmış lirik kinokomediya filmi. Film "Azərbaycanfilm" kinostudiyasında istehsal edilmişdir. Film insanları düzlüyə, bir-birinə hörmət etməyə çağırır, xoşbəxtliyin yalnız halal zəhmətdə olduğunu göstərir. Filmdə əsas rolları Hüseynağa Sadıqov, Fazil Salayev, Səfurə İbrahimova, Həsən Məmmədov, İnarə Quliyeva və Hacıbaba Bağırov ifa edirlər. == Məzmun == Lirik kinokomediyanın baş qəhrəmanı Nadir babadır (Hüseynağa Sadıqov). O, ömrü boyu bağbanlıq edib, bir-birindən gözəl almalar yetişdirir. Onun təhsili olmasa da biliklərə, elmə həmişə can atıb, tumsuz alma sortu yetişdirmək istəyib. Nəhayət o, buna gərgin əmək və təcrübələr sayəsində nail olur. Gözəl, sehrli almalar adamlara xoşbəxtlik gətirir. Məsələn, sürücü Qurban (Həsən Məmmədov) gənc kolxozçu qız Mədinəyə (Səfurə İbrahimova) vurulur, müəllimə (İnarə Quliyeva) dəcəl uşaqlarla dostlaşır, kobud poçtalyon mehriban, telefonçu (Suğra Bağırzadə) isə diqqətli olur, yeddi qız atası Haşımın (Əhməd Əhmədov) ailəsində nəhayət oğlan uşağı doğulur.
Almaz (Ərdəbil)
Almaz (fars. الماس‎) — İranın Ərdəbil ostanının Ərdəbil şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 169 nəfər yaşayır (42 ailə).
Almaz Amanova
Almaz Hüseyn qızı Amanova (28 noyabr 1965, Sumqayıt) — Azərbaycan teatr və kino aktrisası, Azərbaycanın əməkdar artisti (2014). == Həyatı == Almaz Hüseyn qızı Amanova 29 noyabr 1965-ci ildə Sumqayıt şəhərində anadan olub. 1987-ci ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunun dram və kino aktyorluğu fakültəsini bitirib. Aktrisalıq fəaliyyətinə Sumqayıt Dövlət Dram Teatrında başlayıb. Sumqayıt Teatrında silsilə rollar oynayıb. Pişik ("Öz xoşuna yaşayan pişik" R. Kiplinq), Saimət ("Varlı ev" G. Xuqayev), Gülçöhrə ("Arşın mal alan" Ü. Hacıbəyov), Şərəfnisə ("Müsyö Jordan və dərviş Məstəlişah" M. F. Axundov) və s. Almaz Amanova 1999-cu ildən Akademik Milli Dram Teatrının aktrisasıdır. Onun teatrın səhnəsində oynadığı rollar bunlardır. İkinci qız ("Sokratı anma gecəsi" Ç. Aytmatov), Şiranə ("Burlaxatun" N. Xəzri), Rəqqasə ("Aydın" C. Cabbarlı), Şəmsi ("Ədirnə Fəthi" C. Cabbarlı), Zulya ("Bu dünyanın adamları" Hidayət), Siyan Şi ("Özümüzü kəsən qılınc" B. Vahabzadə), Arikiya ("Fedra" J. Rasin), Fizzə ("Dirilən adam" Mir Cəlal), Müxalifətçi qız ("Hərənin öz payı" H. Qoca), Brüsselli qadın ("Brüsseldən məktublar" H. Həsənov), Səltənət bəyim ("Hökmdar və qızı" İ. Əfəndiyev), Güləndam ("Ölüləri qəbiristanlıqda basdırın" İ. Şıxlı), Həyat ("İkinci səs" B. Vahabzadə), qisasçı qadın ("Generalın son əmri", Vaqif Səmədoğlu), Zəhra ("Vəsiyyət", Hüseynbala Mirələmov). Almaz Amanova Azərbaycan teatrının inkişafındakı xidmətlərinə görə 7 mart 2014-cü ildə Azərbaycan Respublikasının əməkdar artisti fəxri adına layiq görülmüşdür.
Bəsiri
Bəsiri (1466, Ağqoyunlu dövləti – 1536, İstanbul) — Azərbaycan şairi. XV əsrin sonu XVI əsrin əvvəllərində yaşamış görkəmli sənətkarlardan biridir. Uzun müddət Türkiyədə yaşayan, Türk sultanlarına mədhlər yazan bu istedadlı şair bütün mənbələrin və müasir tədqiqatların göstərdiyi kimi, türk şairlərinə güclü təsir etmişdir. Nəvai və Camini Türkiyəyə gətirən orada yayan da Bəsiri olmuşdur. Dəri xəstəliyi olduğu üçün Alaca Bəsiri adı ilə məşhur idi. Səhi, Lətifi, Həsən Çələbi, Ali, Riyazi, Övliya Çələbi, Əhdi Bağdadi, Sami Şəmsəddin kimi müəlliflərin hamısı Bəsiridən hörmətlə bəhs etmişdir. Əlyazma divanı vardır. "Divan"ı Türkiyədə Əli Əmiri kitabxanasında saxlanılır. Müxtəlif bəyaz və cünglərdə də çoxlu şeirləri mövcuddur. Aşiqanə şeirləri sənətkarlıqla yazılmışdır.
Helsinki
Helsinki (isv. Helsingfors) — Finlandiyanın paytaxtı. == Görməli yerlər == Burada daha çox Kafedralı qala, Dövlət şurası və Universiteti, Bazar meydanı, Kauppahalli bazarı, Prezident sarayı diqqət cəlb edir. Dənizin sahilində Sibeliusa parkı yerləşir. Yaxınlıqda şəhərin gözəl mənzərəsi açılan Olimpik stadion vardır. Helsinkidə 60-dan çox kilsə vardır. Turistlər arasında daha çox məşhur və sakinlərin sevimli istirahət yeri Suomenlinna adalar qrupudur. Burada 4 muzey, ən qədimi Finlandiya yelkənli gəmisi "Alma"ya, qala divarlarına, sərgilərə, kafe və restoranlara baxmaq olar.
Hemşinli
Hemşinlilər — İslam dininə etiqad edən ermənilər. Hemşinlilərin sayı çox olmasa da, onlar adət-ənənələrinə, mədəniyyət və tarixlərinə çox həssaslıqla yanaşırlar. Kulturoloq Altay Arslan deyir ki, "Türkiyənin Qara dəniz bölgəsində yaşayan hemşinlilər çox istiqanlı, emosional insanlardır. Onların sayı çox deyil, amma Rizə bölgəsində hörmətləri böyükdür. Əsəbi, sinirli insanlar təsiri bağışlasalar da, çox səmimi və istiqanlı adamlardır. Ermənilər onları "İslamı qəbul etməyə vadar edilmiş haylar" adlandırsalar da, hemşinlilər bu iddiaları həmişə qətiyyətlə rədd ediblər. Hemşinlilərin ulu babaları gerçəkdən də islamı qəbul etmiş və sünni olmuş ermənilərdir. Amma onların müsəlmanlığa gələn yolu zor, ya da məcburiyyətlə olmayıb. Əksinə, tarixi məxəzlər göstərir ki, qədimlərdə ermənilər islamı könüllü qəbul ediblər və onları dinlərini dəyişməyə kimsə vadar etməyib". == Coğrafi yerləşmə == Hemşinlilər şərq, qərb və şimal olaraq üç qrupdur.
Hesiod
Hesiod (bəzən Heziod kimi də yazırlar; qədim yunanca Ἡσίοδος, e.ə VIII-VII əsrlər) — qədim yunan şairi və epos söyləyəni (rapsod), didaktik və genealoji epos cərəyanının nümayəndəsi. == Həyatı == Hesiod Eolidada (Kiçik Asiya, müasir Türkiyə ərazisi) yerləşən Kimdə Diy adlı yoxsullaşmış tacirin ailəsində anadan olmuşdu. Atası sonradan Beotiyaya köçmüş və Helikon dağı yaxınlığında yerləşən Askra kəndində kənd təsərrüfatı ilə məşğul olmuşdu . Hesiod yazırdı ki, burada “yay ağır, qış pis, heç vaxt xoş olmayan” idi. Kasıb kəndli ailəsindən olan oğlanın niyə şair olması məlum deyil. Hesiod özü danışırdı ki, yeniyetmə çağlarında, mal-qara otaran zaman Helikon nimfaları onun yanına gələrək ona ilahi mahnılar bəstələmək istedadı və rapsodun (el-obanı gəzərək epos danışan şair) fərqlənmə nişanı olan dəfnədən hazırlanmış əsa verdilər. Hesiod peşəkar rapsod (rapsodu bizim aşıqlarla müqayisə etmək olar) idi. Öz əsərlərində o kiçik Asiya qəhrəmanlı eposunun dilinidən və stilistik texnikasından yeni məqsədlər üçün- dini və mənəvi ehkamların təbliği üçün istifadə edirdi. Hesiod muzaların həqiqəti demək üçün “çağırdığı” peyğəmbər qismində çıxış edir və Homerin adsız davamçılarından fərqli olaraq, ilk dəfə yunan poeziyasında özünü şəxsiyyət kimi müəyyən edir və öz adını söyləyir. Xronoloji cəhətdən mümkünlüyü şübhə doğuran əfsanəyə görə, Hesiod hətta Homerin özü ilə də yarışaraq ona qalib gələ bilmişdi.
Həbibi
Həbibi (az.-əski. حبيبي‎; təq. 1470, Bərgüşad, Ucar rayonu – 1520, İstanbul) — XV əsrin sonu və XVI əsrin əvvəllərində yaşamış Azərbaycan şairi. O, yaşadığı dövrün ən mühüm Azərbaycan şairi hesab olunur. Həbibi həyatının ilk illərini Ağqoyunlu hökmdarı Yaqub padşah sarayında keçirmiş və ilk şeirlərini burada yazmağa başlamışdır. O, 1502-ci ildə Səfəvi şahı I İsmayıl tərəfindən "şairlərin şahı" tituluna layiq görülmüş və beləliklə, Səfəvilər dövlətində saray şairi olmuşdur. Həbibi öz əsərlərini doğma Azərbaycan dilində yazmış, hürufilik və təsəvvüf kimi mövzulardan bəhs etmişdir. O, özündən sonrakı illərdə yazıb-yaratmış şairlərə, o cümlədən Füzuliyə ustadlıq etmiş, ümumi mənzərədə isə Azərbaycan ədəbiyyatının inkişafına mühüm təsir göstərmişdir. Həbibi ömrünün son illərini Anadoluda keçirmiş, 1519-cu və ya 1520-ci ildə vəfat etmişdir. == Həyatı == Həbibi 1470-ci ildə Bergüşad kəndində (indiki Azərbaycan Respublikasına bağlı Ucar rayonunun tərkibində) anadan olmuşdur.
Həqiri
Həqiri Təbrizi (XV əsr, Təbriz) — XV-XVI əsr şairidir. == Həyatı == Həyatı, yaradıcılığı, ədəbi irsi haqqında məlumat olduqca azdır. Dünyaya gəlməsi haqqında dəqiq məlumat olmasa da, təqribən 1586-cı ildə qoca yaşlarında Təbrizdə öldürüldüyü qeyd olunur. Azərbaycan dilində ilk dəfə yazılmış "Leyli və Məcnun (Həqiri)" ən məşhur əsəridir. Əliyar Səfərli "Azərbaycan Ədəbiyyatı Tarixi" kitabında yazır ki, Həqiri haqqında mənbələrdə geniş məlumata rast gəlmirik. Olan məlumat özü də dolaşıq və ziddiyyətlidir. 1550-ci ildə öz təzkirəsini bitirən Sam Mirzə "Töhfeyi-Sami"də yazır: "Həqiri o şairlərdəndir ki, təzə peyda olubdur. Şeir yazmağa yaxşı təbi var" Təqiəddin Məhəmməd Kaşani isə 1577-ci ildə bitirdiyi “Xülasətül-əşar və zibdətül-əfkar" adlı təzkirəsində Həqiri haqqında nisbətən geniş məlumat verərək yazır: “Həqiri Azərbaycanın ən ustad şairlərindəndir. Şirin sözlü bir sənətkardır. Fikirləri incə bəyan edir, əxlaqının və davranışının xoşagələn və bəyənilən olmasında tayı-bərabəri yoxdur...
Hərsin
Hərsin (fars. هرسين‎) — İranın Kirmanşah ostanının şəhərlərindən və Hərsin şəhristanının mərkəzidir. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 51,562 nəfər və 12,001 ailədən ibarət idi.
Həsənli
Bələdiyyələr Həsənli bələdiyyəsi — Azərbaycan Respublikasının Salyan rayonunda bələdiyyə. Həsənli bələdiyyəsi — Azərbaycan Respublikasının Masallı rayonunda bələdiyyə. Həsənli bələdiyyəsi — Azərbaycan Respublikasının Tovuz rayonunda bələdiyyə. Kəndlər Həsənli — Azərbaycanın Masallı rayonunda kənd. Həsənli — Azərbaycanın Sabirabad rayonunda kənd. Həsənli — Azərbaycanın Tovuz rayonunda kənd. Həsənlitəpə yaşayış yeri — İranda arxeoloji abidə-qədim şəhər yeri Həsənli — Azərbaycan Respublikasının Cəlilabad rayonunun inzibati ərazi vahidində kənd. Həsənli — Azərbaycan Respublikasının Salyan rayonunun inzibati ərazi vahidində kənd. Mirzə Həsənli — Azərbaycan Respublikasının Zəngilan rayonunun inzibati ərazi vahidində kənd. Həsənli — İrəvan quberniyasının İrəvan qəzasında, indiki Üçkilsə (Eçmiədzin) rayonu ərazisində kənd.
Həşcin
Həşcin (həmçinin Heşəcin, Heşiceyin olaraq tanınır) — İranın Ərdəbil ostanının Xalxal şəhristanının Xoreşrüstəm (Xuruşrüstəm) bəxşində şəhər və həmin bəxşin inzibati mərkəzi. == Coğrafiya == Həşcin Xalxaldan 45 və Ərdəbildən 120 kilometr güneydə, dəniz səviyyəsindən 1'579 metr yüksəklidə yerləşir. Burada orta illik yağıntı miqdarı 519 milimetrdir. == Əhalisi == 2006-cı ilin siyahıya alınması əsasında şəhərdə 4,518 nəfər və ya1,199 ailə yaşayırdı. === Milli tərkibi === Əhalisi Azərbaycan türklərindən ibarətdir və Azərbaycan türkcəsində danışırlar. Dini baxımdan əhalinin 55%-ni şiə-cəfəri, 45%-ni isə sünni-şafeilər təşkil edir.
Lisini
Flavi Qaleri Valeri Lisinian Lisini (lat. Flavius Galerius Valerius Licinianus Licinius), Roma tarixşünaslığında daha çox Lisini kimi tanınır (təq. 263 – 325, Saloniki) — 308–324-cü illərdə hakimiyyətdə olmuş Roma imperatoru. == Həyatı == Lisini illiriyalı kəndli ailəsində anadan olmuşdur. O, 307-ci ildə imperator olan dostu Qaleri tərəfindən avqust elan edilmişdir. Qaleri onun qərb torpaqlarını idarə edəcəyinə ümid edirdi, lakin İtaliya, Afrika və İspaniyanı qəsbkar Maksensi, Konstantin isə Qalliya və Britaniyanı idarə etdiyi üçün Lisini Pannoniya hakimi kimi kifayətlənməli olmuşdu. 311-ci ildə Qaleri vəfat edəndə Lisinin onun Avropadakı mülklərini ələ keçirmişdir. O, bacısı Konstansa ilə evlənərək Maksimin Dazaya qarşı Konstantinlə ittifaq qurmuşdur. Bu birliyin nəticəsi 313-cü ildə imzalanmış, xristianlara qarşı tolerantlıq haqqında Milan fərmanı olmuşdur. Adrianopol yaxınlıqlarında Maksimini məğlub edən Lisini bütün şərqin başçısı olmuşdur.
Məsihi
Məsihi (1580, Kaşan, İsfahan ostanı – 1655) — mənşəcə Azərbaycan türklərindən olan məşhur şair və həkim. == Həyatı == Məsihi XVII əsrin ən gorkəmli şair və həkimlərindən biridir. Əslən həkimlər sulaləsindən olan Məsihinin atası Nizaməddin Əli İran və Hindistanın müxtəlif hökmdarlarının saraylarında həkimbaşı olmuşdur. Onun qardaşları Qütbə və Nasir, eləcə də oğlu Məhəmməd Hüseyn də həkim olmuşlar. Onların hamısı o dövrün butun savadlı adamları kimi şer yazmışlar. Nizaməddin Əli oğlunun təbabət sahəsində savadlanması ilə şəxsən məşğul olur və Məsihi artıq gənc yaşlarından nəinki müalicə fəaliyyətinə başlayır, hətta müalicə həkimləri üçün sonralar böyük şöhrət qazanmış "Zabitət ül-əlac" ( "Müalicə qaydaları") adlı kitab da yazır. Lakin poetik irsinin əksər qisminin itirilməsinə baxmayaraq, Məsihi hazırda daha çox şair kimi məşhurdur. Bir sıra kiçik həcmli lirik və epik əsərləri ilə yanaşı onun 1629-cu ildə Azərbaycan türkcəsində qələmə aldığı "Vərqa və Gülşa" poeması da bizə çatmış və şairə böyük şöhrət qazandırmışdır. Bu əsərin nadir əlyazma nüsxələri Britaniya muzeyində və Tehran universitetinin kitabxanasında saxlanır. Həmin nüsxələrdən ikincisi əvvəlcə alim və şairlərə himayədarlığı ilə şöhrət tapmış, özü də ortabab şair olan Qarabağ bəylərbəyi Uğurlu xan Ziyadoğlu Qacara (bu vəzifəyə 1664-cü ildə təyin olunub) məxsus olmuşdur.