Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Aşıq Hacalı Hacıyev
Aşıq Hacalı Hacıyev (1 yanvar 1935, Quşçu, Şamaxı rayonu – 10 mart 1983, Quşçu, Şamaxı rayonu) - görkəmli Azərbaycanlı ustad aşıq. == Həyat və fəaliyyəti == Hacalı Hacıyev 1935-ci ildə Şamaxı rayonunun Quşçu kəndində anadan olub. Aşıqlıq sənətinin sirlərini Aşıq Söhbətdən öyrənmişdir. Şaqraq və məlahətli səsi, xoş avazı ilə diqqəti cəlb etmişdir. Şeirlər yazmış, nəğmələr bəstələmişdir.Azərbaycan aşıqlarının 1961-ci ildə keçirilən III qurultayının iştirakçısı olmuşdur. Ümumittifaq müsabiqələrinin laureatı adına layiq görülmüşdür.Hacalı Hacıyev 10 mart 1983-cü ildə Şamaxı rayonunun Quşçu kəndində vəfat edib.
Hacalıkənd
Hacalıkənd, Hacılıkənd — Azərbaycan Respublikasının Göyçay rayonunun Qarabakkal inzibati ərazi vahidliyində kənd. Rayon mərkəzindən cənub-şərqdə, Göyçay – Qaraməryəm şose yolu kənarında, Yuxarı Şirvan kanalının sol sahilində, Şirvan düzündə yerləşir. == Tarixi == == Toponimikası == Hacılıkənd oyk., mür. Göyçay rayonunun Qarabaqqal inzibati ərazi vahidində kənd. Şirvan düzündədir. Tədqiqatçılara görə, oykonim XVI əsrdə Şirvanda məskunlaşmış qızılbaşların zülqədər tayfasına mənsub hacılar tirəsinin adını əks etdirir. Hacalıkənd variantında da qeydə alınmışdır. Bəzi tədqiqatçılara görə, Hacalıkənd yaşayış məntəqəsini hacalı nəslinə mənsub olan ailələr burada məskən saldıqlarına görə kənd belə adlandırılmışdır. Belə fikir də var ki, Hacıalı kənd toponimi XVI əsrdə Şirvanda məskunlaşmış qızılbaşların zülqədər tayfasından olan hacılar tirəsinin adını özündə əks etdirir. Toponimi vaxtilə Şərqi Anadoluda yaşayan və Qaraqoyunlu dövlətinin siyasi həyatında yaxından iştirak edən türkdilli hacılılar tayfasının adı ilə əlaqələndirənlər də vardır.
Hacallı
Hacallı (Tərtər) — Azərbaycanın Tərtər rayonunda kənd. Hacallı (Zəngilan) — Azərbaycanın Zəngilan rayonunda kənd. Hacallı (Bərdə) — Azərbaycanın Bərdə rayonunda kənd. Hacallı (Goranboy) — Azərbaycanın Goranboy rayonunda kənd. == Oxşar == Hacıalılı (Qəbələ) — Azərbaycanın Qəbələ rayonunda kənd. İkinci Hacallı — Azərbaycanın Bərdə rayonunda kənd.
Hacılı
Kəndlər Hacılı (Bərdə) Hacılı (Cəbrayıl) — Azərbaycanın Cəbrayıl rayonunda kənd. Hacılı (Şamaxı) — Azərbaycanın Şamaxı rayonunda kənd.
Havalı
Havalı — Azərbaycan Respublikasının Zəngilan rayonunun Zərnəli kənd inzibati ərazi dairəsində kənd. == Tarixi == Havalı kəndi Araz çayının sahilində, düzənlikdədir. Yerli əhalinin məlumatına görə, yaşayış məntəqəsini XIX əsrdə Cənubi Azərbaycandan gəlmiş Hava (Həvva adının yerli tələffüz forması) adlı bir qadının övladları bina etdiyi üçün belə adlandırılmışdır. Oykonimi Azərbaycan toponimiyasında "yaxşı iqlimli" mənasında işlənən yelli topokomponentinin sinonimi kimi də qəbul etmək olar.1993-cü ilin oktyabr ayında Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilmişdi. 20 oktyabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmişdir.
Haçalı ağcaqanadlar
Xironomidlər və ya haçalı ağcaqanadlar (lat. Chironomidae)- cücülər fəsiləsi. Hazırda 3000 növü məlumdur, onlardan Xəzər dənizində 8 növü qeyd edilmişdir, əksəriyyəti şirin sularda , bəzi növləri isə dənizdə yaşayır. Chiromonus albidus Xəzər dənizi üçün endemikdir. Bu növ və eləcə də Clunio marinus növü dənizin sahil zonalarında yayılmışdır. Xironomid sürfələri miqdarca və biokütləcə ən çox Şimali Xəzərdə inkişaf edirlər. Onlar çökə, çəki,külmə və nərə balıqlarının qidasında mühüm rol oynayırlar.
Haçalı islimilər
Haçalı İslimilər sınıq ağac şaxəsinə və yaxud açılmış heyvan ağzına bənzər islimilərə deyilir. Haçalı islimilərın forması qanadlı islimilərlə uyğunluq təşkil edir. Haçalı islimilər qanadlı islimilər kimi yalnız hiçəklərin sonunda deyil, müxtəlif formalı şaxələrin üzərində yerləşir.
Arif Hacılı
Arif Mustafa oğlu Hacılı (əvvəlki soyadı: Hacıyev; 22 yanvar 1962, Yuxarı Tala, Zaqatala rayonu) — Azərbaycan Milli Azadlıq Hərəkatının liderlərindən biri, Müsavat Partiyasının Başqanı. == Həyatı == 1962-ci il yanvar ayının 22-də Zaqatala rayonunun Yuxarı Tala kəndində anadan olub. Orta təhsilini Zaqatala rayonu Yuxarı Tala kənd 1 saylı orta məktəbdə alıb. Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsəni bitirib. İlk gəncliyi illərində inşaat briqadasında fəhlə, yerli radio verilişləri redaksiyasında redaktor işləyib. Bu illərdə müxtəlif yerli Sovetlərə deputat seçilib. === Ailəsi === Atası Mustafa Hacıyev Azərbaycan Dövlət Pedaqoji Universitetinin tarix fakültəsini və Ali Partiya Məktəbini bitirmişdi. Müxtəlif partiya və hökumət vəzifələrində işləməklə yanaşı daha çox pedoqoji fəaliyyətlə məşğul olmuş, orta məktəbdə müəllim, məktəb direktorunun müavini, məktəb direktoru vəzifələrində çalışmış, 1972-ci ildə 45 yaşında ağır xəstəlikdən sonra vəfat etmişdir. Anası Zahidə Hacıyeva evdar qadın, sonra isə tütünçü olmuş, 2012-ci ildə Arif Hacılı həbsdə olduğu zaman 80 yaşında vəfat etmişdir. == İctimai-siyasi fəaliyyəti == Xalq Hərəkatına tələbə ikən, 1988 ci ildə Bakıda keçirilən noyabr mitinqləri zamanı qoşulub.
Asif Hacılı
Asif Abbas oğlu Hacıyev (3 aprel 1960, Marneuli) — filologiya elmləri doktoru, professor, Bakı Slavyan Universitetinin rektoru (2014–2016), ədəbiyyatşünas, folklorşünas, Azərbaycan Yazıçılar Birliyinin üzvü. == Həyatı == Asif Abbas oğlu Hacıyev 3 aprel 1960-cı ildə Gürcüstan SSR-nin Borçalı mahalının Sarvan şəhərində, Nayvəlilər ocağında anadan olub. 1977-ci ildə Bakı şəhər 246 saylı orta məktəbini, 1982-ci ildə Bakı Dövlət Universitetinin Filologiya fakültəsini fərqlənmə diplomu ilə bitirib. 1982–1986-cı illərdə Cəmşid Naxçıvanski adına hərbi liseydə taqım komandiri işləyib, Bakı şəhər Xətai rayon gənc müəllimlər şurasının sədri olub. 1986-cı ildən Mirzə Fətəli Axundov adına Azərbaycan Pedaqoji Rus Dili və Ədəbiyyatı İnstitutunda müəllim kimi fəaliyyətə başlayıb. Gənc alimlər şurasının, Tələbə Elmi Cəmiyyətinin sədri olub. Tərcümə kafedrasında müəllim, Rus ədəbiyyatı tarixi kafedrasında müəllim, baş müəllim, dosent işləyib. 1992-ci ildən 2016-cı ilə qədər Ədəbiyyat nəzəriyyəsi kafedrasında çalışıb, kafedranın professoru olub. Ədəbiyyatşünaslığa giriş, ədəbiyyat nəzəriyyəsi, rus ədəbi tənqidi tarixi, poetika, ədəbiyyatşünasliğın tarixi və metodologiyası fənlərindən mühazirələr və xüsusi seminarlar aparır. 1987-ci ildə namizədlik, 1998-ci ildə doktorluq dissertasiyalarını müdafiə edib.
Feyruz Hacılı
Feyruz Bəhruz oğlu Hacılı (4 mart 1994; Bakı, Azərbaycan — 17 oktyabr 2020; Hadrut, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələri'nin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Feyruz Hacılı 4 mart, 1994-cü ildə Bakı şəhərində anadan olub. Orta məktəbi bitirdikdən sonra Tibb Universitetinə daxil olub və oranı müvəffəqiyyətlə bitirib.. == Hərbi xidmətləri == 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Əsəd Əsədli Füzuli və Hadrutun azad edilməsində savaşıb. Oktyabrın 14-də ayağının şah damarından qəlpə yarası alıb, həmin ayın 17-də şəhidlik zirvəsinə ucalıb. II Şəhidlər Xiyabanında dəfn edilib.Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda qoyulmuş tapşırıqların icrası zamanı verilmiş tapşırıqları şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Feyruz Hacılı ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Feyruz Hacılı ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edildi.Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Feyruz Hacılı ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.
Hacallı (Bərdə)
Hacallı — Azərbaycan Respublikasının Bərdə rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 19 may 1993-cü il tarixli, 611 saylı Qərarı ilə Bərdə rayonunun Hacıalılar kəndi Xəsili kənd Sovetindən ayrılaraq, bu kənd mərkəz olmaqla Hacıalılar kənd Soveti yaradılmışdır.
Hacallı (Goranboy)
Hacallı — Azərbaycan Respublikasının Goranboy rayonunun Qarqucaq kənd inzibati ərazi dairəsində kənd. == Tarixi == == Etimologiyası == Hacallı kənd yaşayış məntəqəsi hacıllı/hacıalılı tayfasının məskunlaşması nəticəsində yaranmışdır. Etnotoponimdir. == Əhalisi == 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 389 nəfər əhali yaşayır.
Hacallı (Tərtər)
Hacallı — Azərbaycan Respublikasının Tərtər rayonunun Soyulan kənd inzibati ərazi vahidində kənd. == Tarixi == Soyulan kəndi Qarabağ düzündədir.
Hacallı (Zəngilan)
Hacallı — Azərbaycan Respublikasının Zəngilan rayonunun Hacallı kənd inzibati ərazi dairəsində kənd. == Tarixi == Kənd düzənlikdədir. Yaşayış məntəqələri hacıllı/hacıalılı tayfasının məskunlaşması nəticəsində yaranmışdır. Etnotoponimdir.1993-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. 21 oktyabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmişdir. == Əhalisi == "1886-cı il ailə siyahılarından çıxarılmış Zaqafqaziya diyarının əhalisi haqqında statistik məlumatlar toplusu"na görə, kənddə 63 evdə 299 şiə kürd yaşayırdı.
Hacı Hacılı
Hacılı (Bərdə)
Hacılı — Azərbaycan Respublikasının Bərdə rayonunun Şatırlı kənd inzibati ərazi dairəsində kənd.
Hacılı (Cəbrayıl)
Hacılı — Azərbaycan Respublikasının Cəbrayıl rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == 1993-cü ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. 19 oktyabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmişdir. == Toponimikası == Hacılı oyk., sadə. Cəbrayıl rayonunun evniadlı inzibati ərazi vahidində kənddir. Dağətəyi ərazidədir. Yaşayış məntəqəsi hacılı tirəsinə mənsub ailələrin Dübar adlı sahədə məskunlaşması nəticəsində yaranmışdır; Füzuli rayonunun Böyük Bəhmənli inzibati ərazi vahidində kənddir. Düzənlikdədir. Şamaxı rayonunun eyniadlı inzibati ərazi vahidində kənddir. Dağətəyi ərazidədir.
Hacılı (Meşkinşəhr)
Hacılı (fars. حاجيلو‎) — İranın Ərdəbil ostanının Meşkinşəhr şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 230 nəfər yaşayır (52 ailə).
Hacılı (soyad)
Hacılı — Azərbaycanda çox işlədilən soyad və təxəllüs. Bu soyadı olan tanınmış insanlar Arif Hacılı — Müsavat Partiyası Mərkəzi İcra Aparatının rəhbəri. Vəkil Hacılı — tənqidçi, ədəbiyyatşünas, Azərbaycan Yazıçılar Birliyinin üzvü (1970). Ramin Hacılı — azərbaycanlı siyasi-ictimai xadim. Hacı Hacılı — Təbiət elmləri doktoru.Bu təxəllüsü olan tanınmış insanlar Asif Hacılı — Bakı Slavyan Universitetinin rektoru.
Hacılı (Şamaxı)
Hacılı — Azərbaycan Respublikasının Şamaxı rayonunun eyniadlı inzibati ərazi vahidində kənd. == Əhalisi == Kənd əhalisi 346 nəfərdir ki, onunda 157 nəfəri kişi, 189 nəfəri isə qadınlar təşkil edir. == Tarixi == Dağətəyi ərazidədir. Yaşayış məntəqəsi təklə tayfasının tağıbəyli, Şəkərbəyli, odaqlı, seyidəhmədli, mehralı, mollaməhərrəmli və mahmudlu tirələrindən ibarət olmuş hacılı qoluna mənsub ailələrin məskunlaşması nəticəsində yaranmışdır.
Hacılı bələdiyyəsi
Hacılı bələdiyyəsi (Bərdə) — Bərdə rayonunda bələdiyyə. Hacılı bələdiyyəsi (Şamaxı) — Şamaxı rayonunda bələdiyyə.
Hacılı camaatı
Hacılı camaatı — Cavanşir elinin böyük qollarından biridir. XVIII yüzildə Yağləvənd oymağının Gecəgözlü, Seyidəhmədli qolları, elin digər oymağı Köçərlinin bir budağı olan Mahmudlunun birləşməsi nəticəsində yaranıb. Bu camaat Qarabağ xanlığının yaranmasında fəal iştirak edib. XIX yüzildə Hacılı camaatına Gecəgözlü, Seyidəhmədli, Mahmudlu, Aybasanlı, Mirzəcamallı, Şıxılı, Comərdli və Sarılar obaları daxil idi. XIX yüzilin ortasında Mahmudlu obasının yeni qolları meydana gəldi. Bunlar Hüseynbəyli və Ələsgərli obaları idilər. Aybasanlı obasından isə Qorqan şenliyi əmələ gəldi. Hacılı camaatı Rus-İran savaşlarında fəal iştirak etmişdi. Bu camaatdan xeyli tanınmış şəxs çıxıb. == Mənbə == Ənvər Çingizoğlu, Hacılılar, Bakı, “Soy” dərgisinin özəl nəşri, 2004, 238 səh.
Hacılı stansiyası
Hacılı — Azərbaycan Dəmir Yollarının eyni adlı stansiyası. == Ümumi məlumat == Hacılı stansiyası Füzuli rayonunun Aşağı Yağləvənd kəndində yerləşir. Azərbaycan Dəmir Yollarının şərq xəttinə xidmət edir. İmişli-Mincivan distansiyasında, Ələt-Culfa xəttindədir.
Qara Hacılı
Qarahacılı (Balakən) — Azərbaycanın Balakən rayonunun inzibati ərazi vahidində kənd. Qarahacılı (Miyanə) — İranın Şərqi Azərbaycan ostanının Miyanə şəhristanı ərazisinə daxil olan kənd.
Qızıl Hacılı
Qızıl Hacılı (Urmiya) — Qızılhacılı (Goranboy) — Azərbaycanın Goranboy rayonunda şəhər tipli qəsəbə. Qızılhacılı (Qazax) — Azərbaycanın Qazax rayonunda kənd. Qızılhacılı (Barmaqsız) — Gürcüstanın Barmaqsız bələdiyyəsində kənd. Qızılhacılı (Başqala) — Qərbi Azərbaycan ostanının, Urmiya şəhristanının, Mərkəz bəxşinin, Başqala dehestanında kənd. Qızılhacılı məhəlləsi — Azərbaycanın Gəncə şəhərində məhəlləOxşarAran Qızılhacılı — Gürcüstanın Marneuli rayonunda kənd. Dağ Qızılhacılı — Gürcüstanın Başkeçid bələdiyyəsində kənd.
Raiq Hacılı
Raiq Hacılı (13 aprel 1948, Naxçıvan şəhəri, Azərbaycan SSR) - azərbaycanlı alim, kimya elmləri doktoru, professor. == Həyatı == Raiq Əli oğlu Hacılı 13 aprel 1940-cı ildə Naxçıvan şəhərində anadan olmuşdur. O, 1957-ci ildə Naxçıvan şəhəri 1 saylı orta məktəbi, 1963-cü ildə isə Azərbaycan Pedoqoji İnstitutunun (indiki Azərbaycan Dövlət Pedoqoji Universiteti) kimya-biologiya fakültəsini bitirmişdir. R.Ə.Hacılı 1963-1965-ci illərdə Naxçıvan zonal təcrübə stansiyasında kiçik elmi işçi və laboratoriya müdiri vəzifələrində işləmiş, 1966-1968-ci illərdə isə Naxçıvan Kənd Təsərrüfatı Texnikumunda kimya müəllimi kimi fəaliyyət göstərmişdir. O, 1968-1971-ci illərdə Azərbaycan Elmlər Akademiyası Polimer Materialları İnstitutunda əyani aspiranturada təhsil aldıqdan sonra orada kiçik və böyük elmi işçi vəzifələrində çalışmışdır. R.Ə.Hacılı 1973-cü ildə fəlsəfə doktoru, 1995-ci ildə isə elmlər doktorluqu dissertasiyalarını müdafiə etmişdir. 2005-ci ildə ona professor adı verilmişdir. Onun rəhbərlik etiyi “Heterotsiklik birləşmələr” laboratoriyası Polimer Materialları İnstitutunun yeni quruluşunda 1984-1991-ci illərdə fəaliyyət göstərən “Bioloji fəal birləşmələrin sintezi” laboratoriyasının adının dəyişdirilməsi əsaında yaradılmışdır. == Elmi fəaliyyəti == R.Ə.Hacılının elmi istiqaməti təbii fizioloji fəal heterotsiklik birləşmələrin struktur analoqlarının alınmasının effektli üsullarının işlənməsinə, sintez olunmuş birləşmələrin məqsədyönlü çevrilmələrinin aparılmasına, tədqiq olunan reaksiyaların qanunauyğunluqlarının öyrənilməsinə və tətbiq üçün tövsiyənin verilməsinə həsr olunmuşdur. 4-Halogen- və 3,4-dihalogen-2-buten-1-onlar əsasında pirrolun, izoksazolun, pirazolun, nikotin turşusunun, pirimidinin və s.