Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Hadrut
Hadrut — Azərbaycan Respublikasının Xocavənd rayonunun Hadrut qəsəbə inzibati ərazi dairəsində qəsəbə. 2 oktyabr 1992-ci ildən 9 oktyabr 2020-ci ilə kimi Ermənistan Silahlı Qüvvələrinin işğalı altında olmuşdur. Hadrut 9 oktyabr 2020-ci il tarixində Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmişdir. == Toponimikası == Oykonim İran dillərindəki ha "ara", dü "iki" və rud "çay" komponentlərindən düzəlib, "iki çayın arası" mənasındadır. == Tarixi == Qəsəbənin dəqiq salınma vaxtı məlum deyil. Burada həm qədim, həm də erkən xristian və orta əsr dövrünə aid abidilərə rast gəlinir. Kəndin adı 1727-ci ildə Osmanlı qaynaqlarında Dizaq nahiyəsinin Hadrud kimi çəkilir. Çar dövründə Hadrut kəndi Yelizavetpol quberniyasının Cəbrayıl qəzasının tərkibində idi. Bura 1847-ci ildən Poltava atlı kazak alayının qərargahı idi. 1872-ci ildə Moskvada keçirilmiş Politexnik sərgisində iki Hadrut sakini — Moses Dülgəryants və Əhməd Daşdəmiroğlu — təqdim etdiyi xalçalara görə gümüş mükafata layiq görülmüşlər.
Harput
Harput Elazığda olan bir antik şəhərdir. E.ə. XX əsrdən qalıqlar var. Antik Harput yaşayış sahəsi, bir açıq hava muzeyi kimidir. Muzeyi, qalası, məscidləri , kilsəsi və buzlu mağarasıyla indiki vaxtda bir turizm mərkəzidir. == Türk hökmranlığından əvvəl == Harput, Altınova adlanan Elazığ düzünə baxan bir nöqtədə, yaxşı müdafiə oluna bilən və hərəkətli yolların üzərində və cənubda sıldırım qayalarla kəsilmiş təpənin üzərində yerləşir. Burada məskunlaşan ilk məlum sivilizasiya e.ə. 2000-ci illərdə Hurrilər olmuşdur. İranın qərbindən Şərqi Aralıq dənizinə qədər bölgədə yayılan hurrilər, e.ə. 2-ci minillikdə ən güclü dövrlərinə çatmışdılar.
Arcut
Arçut (rus. Арчут) — Pəmbək mahalında, indiki Quqark rayonunda kənd. == Tarixi == Arçut İrəvan quberniyasının Pəmbək mahalında, Böyük Qarakilsə şəhərindən 6 km şimal-qərbdə, Bozabdal dağının ətəyində, Pəmbək çayının yaxınlığında yerləşir. Qafqazın 5 verstlik xəritəsində Arçut kimi qeyd edilmişdir Toponim artuç (ardıc) bitki adı əsasında yaranmışdır. Fitotoponimdir. Quruluşca sadə toponimdir. == Coğrafiyası və iqlimi == Kəndi Arçut çayı 2 bölür.Bazum daglarının ətəyində yerləşir.Soyuq kontinental iqlimi var yayi +18,+28 qışı +4,-25 dərəcə olur. == İqtisadiyyatı == Əkinçilik və heyvandarlıq daha geniş yayılıb. Tikiş fabrikasında 1230 nəfər işçi olub. 2240 nəfər basqa yerlərdə işləyənlər olub.
Azıx (Hadrut)
Azıx — Azərbaycan Respublikasının Xocavənd rayonunun Azıx kənd inzibati ərazi dairəsində kənd. 1993-cü ildən 9 noyabr 2020-ci ilə kimi Ermənistan Silahlı Qüvvələrinin işğalı altında olmuşdur. Azıx kəndi 9 noyabr 2020-ci il tarixində Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmişdir. == Toponimikası == Kənd adını ərazidəki Azıx mağarasının adından almışdır. XIX əsrin I yarısında Cənubi Azərbaycanın Qaradağ mahalından gəlmiş erməni ailələri burada məskunlaşmış və yaşayış məntəqəsini Azox adlandırmışlar. Azıx mağarası və ya Azıx kahası Quruçayın sol sahilində, 900 m. hündürlükdədir. Azərbaycanda ən iri karst mağarası hesab olunur. Tədqiqatçıların fikrincə, azıx qədim türk dillərindəki "ayı" sözündəndir və mağara "ayı mağarası"dır. Mənbələrdəki Azuq variantına əsaslanan tədqiqatçılar isə bu toponimi "azuqə yeri", "tədarük yeri", "anbar" kimi izah edirlər.
Capra hircus
Ev keçisi (lat. Capra hircus) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin cütdırnaqlılar dəstəsinin boşbuynuzlular fəsiləsinin dağ keçisi cinsinə aid heyvan növü. Ev keçisi ilk əhliləşdirilmiş heyvanlardan hesab olunur. Təqribən 9000 il bundan əvvəl Yaxın Şərqdə əhliləşdirilib. Bu keçinin əcdadı Egey dənizidəki yunan adalarından Türkiyə, İraq, İran və Pakistanda rast gəlinən vəhşi bezoar keçisi olub. Əksər erkək və dişiləri saqqallı olur. Bədənləri yunla örtülüdür. Qoyun sürülərində keçilər sayca azlıq təşkil edir. Bir sürüdə ən çoxu təxminən 10–15 baş keçi olur. Lakin Kiçik Qafqazın bəzi dağ və dağətəyi kəndlərində 50–60 başdan ibarət kiçik keçi sürüləri də olub və meümkündür ki, indi də olsun.
Hadrut döyüşləri
Hadrut döyüşləri — İkinci Qarabağ müharibəsi zamanı 2020-ci il oktyabrın əvvəlində Azərbaycanın Xocavənd rayonunda yerləşən və birinci Dağlıq Qarabağ müharibəsi zamanı Ermənistan qoşunları tərəfindən işğal edilmiş Hadrutda və ona bitişik kənd və yüksəkliklərdə baş verən döyüşlərdir. == Erkən hadisələr == Ermənistan Birinci Qarabağ müharibəsi nəticəsində Azərbaycana məxsus keçmiş DQMV ərazisini və ətraf 7 rayonu işğal etmişdi. Keçmiş DQMV-nin cənubunda yerləşən Hadrutda işğaldan sonra Ermənistan geniş hərbi infrastruktur qurmağa başladı. Burada 9-cu, 1-ci, 2-ci və 3-cü olmaqla 4 alaydan ibarət Hadrut diviziyası yerləşirdi və Qarabağın cənub hissəsinin işğal olunmuş ərazilərinə nəzarət edirdi. 27 sentyabr 2020-ci ildə Azərbaycanla Ermənistan arasında İkinci Qarabağ müharibəsi başladı. 29 sentyabrda Azərbaycan qüvvələri Hadrutda ermənilərin komanda-müşahidə məntəqəsini məhv edir. Oktyabrın 1-də erməni tərəfi Hadrutun Azərbaycan artilleriyası tərəfindən atəşə tutulduğunu bildirdi. Azərbaycan Müdafiə Nazirliyi bəyan edib ki, Azərbaycan qüvvələri Hadrutdakı hərbi obyektlərə, yəni 18-ci motoatıcı diviziyanın qərargahına, həmçinin adıçəkilən diviziyanın 1-ci motoatıcı alayının infrastrukturuna zərbələr endirib. Növbəti gün erməni tərəfi Hadrutun iki dəfə Smerç raket sistemi ilə atəşə tutulduğunu bildirdi. Oktyabrın 7-də Azərbaycan ordusu Hadrutun cənubunda yerləşən Cəbrayıl şəhərini işğaldan azad edərək Hadruta yaxınlaşmağa başladı.
Hadrut döyüşü

Hadrut rayonu
Hadrut rayonu — keçmiş Dağlıq Qarabağ Muxtar Vilayəti tərkibinə daxil olan Azərbaycan rayonlarından biri, 26 noyabr 1991-ci ildə ləğv edilmiş və ərazisi Xocavənd rayonunun tərkibinə verilmişdir. Hadrut farsca iki çay arası deməkdir. Dizaq rayonu. Bu rayonun tərkibində 5 nahiyə (Hadrut, Tuğ, Xozabyurd, Arakül, Edilli) və 48 kənd var idi;1939-cu il avqustun 17-də Ceraberd rayonu Mardakert, Dizaq rayonu isə Hadrut rayonu adlandırılmışdır.
Harput qalası
Harput qalası (Süd qalası) — e.ə. XIII əsrin əvvəllərində Urartu krallığı tərəfindən qurulmuş olub cənubunda bir Urartı Açıq hava məbədi yerləşir. Qala VI əsrdə Fars hakimiyyətinə girmiş, XVII-XV əsrlərə aid I əsrdən etibarən Roma, Sasani, Bizans, Abbasi, Artukoğulları, Səlcuqlular, Dulkadiroğulları, Ağqoyunlular və Osmanlı Dövlətinin hakimiyyətlərinə girmişdir. Bu mədəniyyətlərə aid izləri qala divarları, qapılar və bürclər üzərində görünür, qalanın şimal-qərb uc hissəsində bir Artuk sarayının qalıqları yerləşir. Qalanın şərq hissəsində yerləşən Məryəm Ana kilsəsi IV əsrdə inşa edilmiş, bir divarı qalanın oturduğu qayaya oturan bir kilsədir. İç divarlarında bir çox kitabə görünür. İç qala və xarici qala olmaq üzrə iki hissəsindən meydana gəlmişdir. Xarici divarlar tamamilə dağıdılmışdır. Sadəcə Harputa girişdə bir bürc qalıq görünür. Süd qalası adlandırılan iç qala yalçın qayalar üzərində inşa edilmişdir.
Tuğ (Hadrut)
Tuğ — Azərbaycan Respublikasının Xocavənd rayonunun Tuğ kənd inzibati ərazi dairəsində kənd. 31 oktyabr 1991-ci ildən 9 noyabr 2020-ci ilə kimi Ermənistan Silahlı Qüvvələrinin işğalı altında olmuşdur. Tuğ kəndi 9 noyabr 2020-ci il tarixində Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmişdir. Tuğ sözü bir sıra müasir türk dillərində və o cümlədən, Azərbaycan dilinin Şuşa və Qubadlı şivələrində bayraq mənasını daşıyır. Tuğ etnotoponimi Tuq (tuk, tok) məşhur qıpçaq tayfalarından birinin adı ilə bağlıdır. Qafqazda, o cümlədən Gürcüstanda bir çox yaşayış məntəqələrinin adları bu tayfa ilə əlaqədardır. Azərbaycanda üç Tuğ kəndi, Tuğ çayı, Tuğ dağı və Tuğ yurdu əraziləri məlumdur. Şimali Qafqazda da Tuq, Tuk, Tok, Tukdaq, Tukovo və s. kəndlər vardır. Qərbi Azərbaycanda (Ermənistanda) XIX əsrə aid olan xəritələrdə Tuğlu, Tuqun, Tuqut türk kəndlərinin adları öz əksini tapmışdır.
Harput döyüşü
Harput döyüşü — Ağqoyunlu Uzun Həsən ilə Dulqədiroğulları bəyliyindən Məlik Arslan bəy arasında baş vermiş döyüş. Döyüş Uzun Həsənin qələbəsi ilə sonlanmış və şəhər Ağqoyunlu hakimiyyətinə girmişdir. == Tarixi == === Zəmin === Hələ Qara Yuluq Osman bəyin dövründə Ağqoyunlu bəyliyi Harputu ələ keçkrməyə çalışmış, 1428-ci ildə onlar Malatyaya qədər yürüşlər həyata keçirmiş və Harputu ələ keçirmişdilər. 1429-cu ildə Harputu Dulqədiroğullarının əlindən alan Osman bəy buranın idarəsini oğlu Əli bəyə buraxdı. Ağqoyunluların Harputu ələ keçirməsinə qəzəblənən Nəsrəddin Mehmed bəy 1433-cü ildə Məmlük sultanı Barsbəyin Ağqoyunlular üzərinə təşkil etdiyi yürüşə qatıldı. Lakin onların Diyarbəkiri mühasirəsi uğursuzluqla nəticələndi. Lakin Nəsrəddin bəy Harputdan əl çəkmədi və 1439-cu ildə şəhəri yenidən ələ keçirib Məmlükləri razı saldı ki, şəhər ona qalsın. Məlik Arslan bəy 1464-cu ildə Qaramanlıların mülkü olan Kayseriyə hücum etdi və Qaramanlılar Ağqoyunlulardan yardım istədilər. Hadisələrin bu cür inkişafı Dülqədiroğulları ilə Ağqoyunlular arasında münasibətlərin kəskinləşməsinə səbəb oldu. Uzun Həsən uzun müddət idi ki, Dülqədiroğullarının hakimiyyəti altında olan Harputu ələ keçirmək üçün fürsət axtarırdı.
Capra aegagrus hircus
Ev keçisi (lat. Capra hircus) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin cütdırnaqlılar dəstəsinin boşbuynuzlular fəsiləsinin dağ keçisi cinsinə aid heyvan növü. Ev keçisi ilk əhliləşdirilmiş heyvanlardan hesab olunur. Təqribən 9000 il bundan əvvəl Yaxın Şərqdə əhliləşdirilib. Bu keçinin əcdadı Egey dənizidəki yunan adalarından Türkiyə, İraq, İran və Pakistanda rast gəlinən vəhşi bezoar keçisi olub. Əksər erkək və dişiləri saqqallı olur. Bədənləri yunla örtülüdür. Qoyun sürülərində keçilər sayca azlıq təşkil edir. Bir sürüdə ən çoxu təxminən 10–15 baş keçi olur. Lakin Kiçik Qafqazın bəzi dağ və dağətəyi kəndlərində 50–60 başdan ibarət kiçik keçi sürüləri də olub və meümkündür ki, indi də olsun.
Hadrut sikkə dəfinəsi
Hadrut sikkə dəfinəsi — Azərbaycan Respublikası Xocavənd rayonunun Hadrut qəsəbəsində aşkarlanan dəfinədə olan numizmatik materiallar. == Tapılma yeri və ümumi məlumat == Hadrut dəfinəsi Azərbaycan xanlıqlarının pul təsərrüfatını açıqlayır. 1939-cu ildə Xocavənd rayonunun Hadrut qəsəbəsində gümüş sikkələr dəfinəsi aşkarlanmışdır. Dəfinədəki 64 (altmış dörd) ədəd sikkə illi Azərbaycan Tarixi Muzeyinə təhvil verilmişdir. Dəfinədəki sikkələrin numizmatik təyinatı nəticəsində Azərbaycan xanlıqları (1185–1205 = 1771–1790-ci illərin Şamaxı, 1189–1206 =1775 – 1791-ci illərin Gəncə və 1209 = 1794-cü ilin Pənahabad) dövrünə aid gümüş abbasılardan ibarət olduğu müəyyən edilmişdir. == Səciyyəvi xüsusiyyətləri == Şamaxı xanlığı NF 34555. Şamaxı xanlığı. 1186 = 1772, gümüş abbası, 3,04 q Gəncə xanlığı NF 34575. Gəncə xanlığı. 1189 = 1775, gümüş abbası, 2,98 Qarabağ xanlığı NF 34580.
Hadrut, sən azadsan!
Harut və Marut
Harut və Marut (ərəb. هاروت وماروتعدل‎) — Quranda adları çəkilən mələklər. Rəvayətə görə Harut və Marut sehrlə məşğul olur və insanlara sehrin sirrlərini öyrədirdilər. == Etimologiyası == Harut və Marut adları Ərəbcə olmadığı irəli sürülür. Bu adların hansı dildən gəlməsi ilə bağlı fərqli fikirlər irəli sürülmüşdür. Bəzilərinə görə bu adlar Süryanicə, Ermənicə, Hindcə, Əcəmcə və Musəvicə olduğunu deyilsə, də əsas görüş bu adların Sami dilindən gəlməsidir. Bir sıra tədqiqatçılar bu adların ilk dəfə Zərdüştün kitabı olan Avestada HaurVatat və Ameratat şəkildə keçdiyini qeyd edirlər. Ümumiyyətlə İslam dinində bəhs olunan Harut və Marut adları İslamdan əvvəlki din və mədəniyyətlərdə də rastlanılır. Bunlara Şumer, Akkat, Zərdüştlük və Hinduizmi göstərə bilərik. == Qurani-Kərimdə == Qurani-Kərimin Bəqərə surəsində bəhs olunan Harut və Marut adları keçmişdən günümüzə qədər mübahisəli bir mövzu olmuşdur.
Hadrut uğrunda döyüşlər (2020)