Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Hasara
Hasara (az.-əbcəd حاسارا‎, fars. خساره‎) - İranın Zəncan ostanının Tarım şəhristanının Mərkəzi bəxşinin Dəram qəsəbəsinin ərazisinə daxil olan kənd. == Əhalisi == 2016-cı ilin məlumatına görə kənddə 40 nəfər yaşayır (16 ailə).
Masala
Masala (Tamilcə: மசாலா hind मसाला; benq. মশলা; urdu مصاله; nep. मसाला) — Cənubi Asiya mətbəxində (o cümlədən Hindistan, Pakistan, Nepal, Banqladeş, Miyanma, və Şri Lanka mətbəxlərində) ədviyyat qarışığını təsvir etmək üçün istifadə olunan termin.
ASALA
ASALA (erm. Hayastani Azatagrut'yan Hay Gaghtni Banak) — 1975–1991-ci illərdə fəaliyyət göstərmiş erməni terror təşkilatı. Türkiyə Cümhuriyyəti Təhlükəsizlik xidməti tərəfindən terror təşkilatı kimi tanınmışdır."Ermənistanın Azadlığı uğrunda Gizli Erməni Ordusu" adlanan bu təşkilatın adının abreviaturası ingiliscə"Armenian Secret Army for the Liberation of Armenia" kimidir. Təşkilat müstəqil Ermənistan dövlətinin qurulması və 1915-ci ildə baş verdiyi iddia edilən "erməni soyqırımının" dünya ölkələri tərəfindən tanınması üçün çalışmışdır. ASALA-nın yaranma tarixi və fəaliyyəti ilə bağlı saysız-hesabsız məqalələr, yazılar, faktlar qəzetimizdə dərc edilib. 1970-ci illərin ortalarında daşnaklar bir sıra müstəqil terrorçu təşkilatlar yaradıblar və onların arasında "Ermənistanın Azadlığı uğrunda Gizli Erməni Ordusu" ("Armenian Secret Armi for the Liberation of Armenia"- ASALA") fəallığı ilə diqqəti cəlb edir. Təşkilatın qurucuları Akop Akopyan və Akop Tarakçıyandır Təşkilatın qərargahı Beyrutda, təlim-məşq bazaları isə Suriyada yerləşir[mənbə göstərin]. ASALA-nın əsas məqsədi Şərqi Türkiyə, Şimali İran və Azərbaycanın Naxçıvan və Qarabağ bölgələrinin də daxil olduğu bir ərazidə "Böyük Ermənistan" dövləti qurmaqdır. ASALA əsasən Türkiyə və Azərbaycan vətəndaşlarına qarşı terror aktları həyata keçirir. Təşkilatın "Əbu Nidal", "Qara sentyabr" kimi terror qrupları ilə əlaqələrinin yaradılmasında onun lideri Akop Akopyanın böyük rolu olmuşdur.
Kasalan (Miyanə)
Kasalan (fars. كسلان‎) — İranın Şərqi Azərbaycan ostanının Miyanə şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 209 nəfər yaşayır (59 ailə).
Alalax dövləti
Alalax, şimal Levantın "Amuq" olaraq bilinən bir bölgəsində tapılan bir arxeoloji sahənin adıdır. Amuq, Aralıq dənizinin şimal-şərq küncünün yaxınlığında yerləşən geniş, məhsuldar bir vadidir. İçərisindən sel suları qalın bir allyuvium qatını çökdürən aşağı Orontes çayı axır. Amuq, Türkiyə Respublikasının Hatay vilayətinin bir hissəsidir. Cənub və şərqdə Suriya Ərəb Respublikası ilə həmsərhəddir.Amuq, bəlkə də tarixən, Roma imperatorluğunun ən böyük şəhərlərindən biri olan Orontesdəki (müasir Antakya) klassik Antropiya metropolinin şərqindəki daxili bölgə olaraq bilinir. Ancaq vadi ən azı eramızdan əvvəl 6000-ci ildən bəri sıx bir şəkildə işğal edilmişdir. Neolit ​​dövründən bəri bütün dövrlərə aid qədim yerlərin böyük konsentrasiyası onu arxeoloji araşdırmalar üçün cəlbedici bir bölgəyə çevirir. 1930-cu illərdə Chicago Universitetinin Şərq İnstitutu və İngilis arxeoloq Sir Leonard Woolley tərəfindən arxeoloji tədqiqatlar və qazıntılar aparıldı. Şərq İnstitutu 1995-ci ildə yeni arxeoloji layihələrə başlayaraq Amuqa qayıtdı. Bu layihələr Amuq Anketindən ibarət idi, bütün vadidə qədim landşaft xüsusiyyətlərinin və məskunlaşma nümunələrinin araşdırılması və Alalax (müasir Tell Atchana) yerində genişmiqyaslı qazıntılar aparılması üçün idi.Alalax, Amuqun cənub hissəsində, Orontes çayının Aralıq dənizinə doğru qərbə doğru əyildiyi yerə yaxın yerdədir.
Hasara Qışlağı
Hasara Qışlağı (az.-əbcəd حاسارا قێشلاغێ‎, fars. قشلاق خساره‎) - İranın Zəncan ostanının Tarım şəhristanının Mərkəzi bəxşinin Dəram qəsəbəsinin ərazisinə daxil olan kənd. == Əhalisi == 2016-cı ilin məlumatına görə kənddə 27 nəfər yaşayır (10 ailə).
Qaram masala
Qaram masala (hind गरम मसालाdən, garam ("isti") və masala (ədviyyələr qarışığı)) — Şimali Hindistan və digər Cənubi Asiya mətbəxlərində yayılmış olan döyülmüş (üyüdülmüş) ədviyyat qarışığı.
NOR ASALA
Nor ASALA — Erməni diasporunun yeni terror təşkilatı, erməni dilində “Yeni ASALA”. == Yaranması == Təşkilat Livanın Anjar qəsəbəsində bu ilin avqustunda İranın dəstəyi ilə yaradılıb. Bəyannamədə deyilir: ""NOR ASALA"nı yaratmaqla əsas məqsədimiz olan bir çox siyasi əməlləri və qurmaq istədiyimiz Yeni Ermənistanı diplomatiya və silahlı mübarizə yolu ilə reallaşdırmağı qərara aldıq. Aramızda Ermənistan, Yunanıstan, Kipr, Türkiyə, Gürcüstan, Rusiya, Fransa, Livan, İran, Suriya, ABŞ, Belçika kimi müxtəlif ölkələrdən erməni diasporunun gəncləri vardır". Bəyannamədə "NOR ASALA"nın siyasi istəkləri arasında Türkiyəyə ərazi iddiaları və bu ölkədən təzminat tələbi, qondarma "erməni soyqırımı"nın tanınması, Ukraynanın Bucak bölgəsində "Şimal-qərbi Ermənistan" dövlətinin yaradılması və s. göstərilir. == Silahlı və siyasi məqsədləri == "NOR ASALA"nın silahlı və siyasi məqsədlərinə aşağıdakılar daxildir: Azərbaycanın dünyada erməni düşmənçiliyi yayan səfirlik və attaşelərini hədəfə almaq; Xarici ölkə vətəndaşlığı altında Azərbaycana daxil olub Bakıda və digər şəhərlərdə hakimiyyət əleyhinə qüvvələrlə birlikdə irqçi və erməni düşməni olan siyasətçiləri hədəf almaq, uzaq məsafədən idarə olunan və lazım gələrsə, intiharçı-terrorçu partlayışlar törətmək; Azərbaycanın xaricdə şah damarı olan azərbaycanlı iş adamlarını və iqtisadi qurumlarını hədəf almaq; Qurgen Markaryanı öldürən Ramil Səfərovu, Hrant Dinki öldürən Yasin Hayalı, Sevag Balıkçıyı öldürən Kıvanc Ağaoğlunu ölümlə cəzalandırmaq; Azərbaycanın Zaqatala bölgəsindən çəkilməsi, buranın Gürcüstana daxil edilməsi, Abxaziya və Cənubi Osetiyanın Gürcüstana daxil edilməsi, ləzgilərə müstəqillik verilməsi; Ermənilərə qarşı irqçilik, faşizm, militarizm nifrəti yayan media qurumlarını, alim tarixçi, publisist, siyasətçi təşkilat və qurumlarını hədəf almaq; Türkiyə və Azərbaycan dövlət ordularının faşist təhdidlərinə qarşı erməni gənclərini məlumatlandırmaq və təşkilatlandırmaq, kiprli gənclərlə, "kürdüstanlı" gənclər ilə və dost və müxalif türk və azərbaycanlı gəncləri ilə müştərək təhsil, mədəniyyət, tarix, silahlı və siyasi hərəkat və plan qurmaq; Azərbaycanda müxalif gəncləri təşkilatlandırıb İlham Əliyevin irqçi və militarist rejimini "Ərəb bahari" üsulu ilə dağıtmaq üçün hərəkətə keçmək. Türkiyəyə qarşı bir sıra silahlı əməllər həyata keçirmək.
Jan Klark Vasala
ASALA-nın əməliyyatlarının siyahısı
ASALA-nın 1970-1990-cı illərdə keçirdiyi terror aktlarının siyahısı.
Paşalar
Paşalar — Azərbaycan Respublikasının Şuşa rayonunun Şırlan kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Ali Sovetinin 7 fevral 1991-ci il tarixli, 54-XII saylı Qərarı ilə Şuşa rayonunun Xanalı kənd Sovetindən Paşalar kəndi Şırlan kənd Sovetinin tərkibinə verilmişdir. 1992-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal olunmuşdur.
Üç Paşalar
Gənc türklər üçlüyü və ya Üç paşalar iqtidarı (osm. اوچ پاشلار, türk. Üç Paşalar) — Osmanlı dövlətinin son dövrlərində, İttihad və Tərəqqi Partiyasına mənsub olan və idarəçilikdə mütləq söz sahibi üç şəxsin, Daxili işlər Naziri və Sədrəzəm Tələt Paşanın, Hərbi Nazir Ənvər Paşanın və Donanma Naziri Əhməd Camal Paşanın de-fakto ittifaqına verilən qeyri-rəsmi ad. == Varislik == 1913-ci ildəki Bab-ı Əli hücumu ilə hakimiyyətə gələn bu üç paşa Osmanlı İmperiyasında bundan sonrakı dövrdə həqiqətdə tək söz sahibi insanlar oldular. Bu dövr Osmanlı İmperiyasının I Dünya Müharibəsində təsliminə qədər sürdü (30 Oktyabr 1918). İsmayıl Ənvər Paşa yalnız bir dəfə hər hansı bir hərbi fəaliyyətə (Sarıkamış Döyüşü) nəzarət etdi və Üçüncü Ordunu xarabalığa buraxdı. Birinci Suez Hücumu və Ərəb üsyanı Əhməd Djemalın ən əhəmiyyətli uğursuzluqlarıdır. Mudros müqaviləsidən sonra,1918-ci il 2 Noyabr günü bir Alman sualtı gəmisi ilə İstanbuldan qaçan Ənvər, Tələt və Camal Paşa daha sonra Erməni Deportasiyasının təsiri ilə edam cəzasına məhkum edildilər. Tələt və Camal Paşa Erməni birlikləri tərəfindən, Ənvər Paşa isə Rus inqilabı ərəfəsində Bəlçivan yaxınlığında baş verən bir döyüşdə öldürüldü. == Türkiyə Cümhuriyyətində nüfuzları == Birinci Dünya müharibəsindən və sonrakı Türk İstiqlal müharibəsindən sonra yeni qurulan Türkiyə Cümhuriyyətinin əhalisinin çoxu, eyni zamanda qurucusu Mustafa Kamal Atatürk Üç Paşanı Osmanlı İmperatorluğunun I Dünya Müharibəsinə girməsinə səbəb olduğu üçün geniş tənqid etdi.
Roş Haşana
Roş-Ha-Şana — Yəhudi dilindən tərcümədə yeni il adlanan bu bayramı Qubanın Qırmızı Qəsəbə massivində yaşayan dağ yəhudiləri də ənənəyə uyğun şəkildə qarşılayır. Dağ yəhudiləri bayramın ilk günündə sinaqoqa gedir, mənəvi saflıq qazanmaq üçün və yeni ilin uğurlu olması arzusu ilə səhər və axşam saatlarında bayram ibadəti edir. Roşha-Şana insanları günah əməllərdən çəkinməyə, Tanrıya ibarət etməklə mənəvi sağlığa qovuşmağa çağıran bir mərasimdir: “Bu mərasim yeni ilin ilk 10 günü ərzində keçirilir. Bu günlər ərzində Allah insanlara imkan verir ki, onlar etdikləri hərəkətləri düşünsün, pis əməllərdən həmişəlik əl çəksin”. Qırmızı Qəsəbədə yeni ilin gəlişi ilə bağlı icra olunan dini ayinlər qoç buynuzundan hazırlanan şeypurun səsləndirilməsi ilə yekunlaşır. Günahlara həmişəlik tövbə etmək mənasını ifadə edən sonuncu ayin Yom-Kippur adlanır. Bayramın 10-cu günündə keçirilən bu ayin bir sutka ac qalmaqla icra olunur. Daha sonra bayram şənlikləri başlayır. Kişilərin adına qurban kəsilir, şirniyyat süfrələri açılır. El adətinə görə, almanı bala batırıb yeyirlər ki, il şirin təəssüratlarla keçsin.
Ömər və Osman paşalar
Osmanlı ordusunun azərbaycanlı paşaları Bu xanzadələr 1856-57-ci illərdə Türkiyəyə mühacirət etmiş və orada ömürlərinin sonuna qədər Paşa (general) rütbəsində hərbi və mülki hökumət xidmətlərində olmuş iki qardaş, Ömər bəy və Osman bəy Allahverdi bəy oğlu Qasımxanlılardır. Mustafa xana (1763 – 1844) qədər müəyyən vaxt kəsiyində Şirvana xanlıq etmiş Məmməd Səid xanın (1729 — 1769) nəticələri, onun oğlu Qasım xanın (1763 — 1828) nəvələri və nəvəsi Allahverdi bəyin (1796 — 1824) oğlanlarıdırlar. Mustafa xanın atası Ağası xanla (1731 -1789) Məmməd Səid xan doğma qardaşlardır, ataları Allahverdi bəy Əsgər bəy oğlu (? – 1767) Xançobanılar tayfasınm Ali-Sərkar nəslindındirlər. Ali-Sərkar sərkar ailəsi, sərkar xanədanı deməkdir. Sərkar ismi farsca “sər” -baş, başçı və “kar”- iş, xidmət mənası verən iki söz birləşməsidir. Dilimizdə indi də “sərdar”, “sərkar”, “sərlövhə” kimi bır sıra sözlər işlənməkdədir. Burada Ali-Sərkar “Başçılar ailəsi”, “Başçılar xanədanı” mənasında işbnmişdir. Xançobani tayfasından olan Əsgər bəyin nəslinə verilmiş bu san son Şirvanşahlar dövründən gəlir. Deyilənə görə bu nəslin babaları o zaman saray xidmətçisi olmuşlar, şahlarla qohumlaşmış, müəyyən bir vəzifə daşımış və saray əyanlarından sayılmışlar.