Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Histiey
Histiey (q.yun. Ἱστιαῖος; e.ə. 493-cü ildə edam edildi) — Lisaqorun oğlu, İran hökmdarı I Daranın hakimiyyətinin ilk illərində Histiey, Kiçik Asiyada yerləşən Yunanistanın Milet şəhərinin tiranı idi. Hökmdar və tiranın maraqları üst-üstə düşdüyündən, o, I Daranın skiflərə qarşı yürüşü zamanı İrana sadiq qaldı. Miltiad İran ordusunu məhv etmək və bununla Kiçik Asiya yunanlarını iranlıların zülmündən qurtarmaq üçün Dunay üzərindəki körpünü dağıtmağı təklif edəndə, Hisitey buna qarşı çıxmış və tiranların yalnız iranlıların sayəsində şəhər hakimiyyəti əllərində saxladıqlarını xatırlatdı. Sonunda Miltiadın təklifi rədd edildi və Herodotun təsvir etdiyi kimi, "iranlılar xilas olundu". Daranın nədənsə Hisiteyə qarşı şübhəsi yarandı və onu sarayına çağırdı. Tezliklə o vətən həsrəti çəkməyə başladı və Şuş şəhərindən qaçmaq üçün kürəkəni və Miletdəki xələfi Aristaqoru Kiçik Asiya yunanlarını iranlılara qarşı qaldırmağa sövq etdi. Histiey ümid edirdi ki, Dara qiyamı yatırmaq üçün onu İoniyaya göndərəcək. O, həqiqətən də Kiçik Asiyaya göndərildi, lakin orada heçnəyə nail ola bilmədi, çünki Daranın qardaşı satrap I Artafern açıq şəkildə ona güvənmədiyini göstərirdi, Milet şəhərinin sakinləri isə onu düşmən kimi qarşıladılar.
Hasil
Hasil — vurma əməlində alınan rəqəmə deyilir. Məsələn: 6 ifadəsi 2 və 3 (həmçinin, 1 və 6) rəqəmlərinin vurulmasından, x ⋅ ( 2 + x ) {\displaystyle x\cdot (2+x)} hasili x {\displaystyle x} və ( 2 + x ) {\displaystyle (2+x)} ifadələrinin vurulmasından alınmışdır. == Xarici keçidlər == Product on Wolfram Mathworld Product at PlanetMath.org.
Anna Kastilo
Anna Kastilo Ferre (isp. Anna Castillo Ferré; 9 oktyabr 1993, Barselona) — İspaniya aktrisası.
Eugenia hastilis
Eugenia hastilis (lat. Eugenia hastilis) — mərsinkimilər fəsiləsinin evgeniya cinsinə aid bitki növü.
Tull Hostili
Tull Hostili (lat. Tullus Hostilius) - Qədim Romanın III çarı. Deyilənlərə görə, Tull Hostili də atası kimi hərbi məharəti sevən adam olmuşdu. Tull Alba-Lonqa şəhərini Romaya birləşdirmişdi. Sonra sabel tayfaları ilə müvəffəqiyyətsiz vuruşlar keçirmişdi. Y. Həsənov. Qədim Roma tarixi. Bakı, 1975.
Pedro Kastilyo
Xose Pedro Kastilyo Terrones (isp. José Pedro Castillo Terrones; 19 oktyabr 1969, Punya[d], Peru) — Peru məktəb müəllimi, həmkarlar ittifaqı fəalı və siyasətçisi. O, 2017-ci ildə ümummilli müəllimlərin tətilinin lideri kimi şöhrət qazanmışdır. O, 2021-ci il seçkilərində ikinci turda sağçı namizəd Keiko Fuximorini məğlub edərək solçu "Azad Peru" partiyasından Peru prezidentliyə namizədi olmuşdur. O, 28 iyul 2021-ci ildə and içərək vəzifəsinin icrasına başlamışdır. 7 dekabr 2022-ci ildə Konqresin qərarı ilə hakimiyyətdən uzaqlaşdırılmışdır. Pedro Kastilyo 19 oktyabr 1969- cu ildə Perunun ən yoxsul regionlarından biri olan Kaxamarkadakı Punya qəsəbəsində anadan olmuşdur. O , savadsız kəndli ailəsində doqquz uşaqdan üçüncüsü idi. Atası İreno Kastilyo Nunyes, anası isə Mavilya Terrones Gevara. Kastilyo ibtidai və orta məktəbi bitirdikdən sonra Kutervo vilayətindəki Oktavio Matta Kontreras Ali Pedaqoji İnstitutuna daxil olmuş və burada təhsil üzrə bakalavr dərəcəsi almışdır.
Kauçi hasili
Kauçi hasili — riyaziyyatda a n {\displaystyle a_{n}} və b n {\displaystyle b_{n}} şəklində iki ardıcıllığın c n = ∑ k = 0 n a k b n − k {\displaystyle c_{n}=\sum _{k=0}^{n}a_{k}b_{n-k}} formasında ifadə edilən hasilidir. Düstur Auqustin Kauçi tərəfindən kəşf edilmişdir.
Hasil Abdullayev
Hasil Fətəliyev
Fətəliyev Hasil Kamaləddin oğlu — Azərbaycan şərabçılığı tarixində ilk doktor və professor. == Həyatı == Fətəliyev Hasil Kamaləddin oğlu 1959-cu ildə Azərbaycan Respublikasının Zərdab rayonunda müəllim ailəsində anadan olmuşdur. 1981-ci ildə Azərbaycan Kənd Təsərrüfatı İnstitutunun (indiki Azərbaycan Dövlət Aqrar Universiteti — ADAU) "Meyvə-tərəvəzçilik və üzümçülük" fakültəsinin "üzümçülük və üzümün ilkin emalı" ixtisaslaşmasını fərqlənmə diplomu ilə (Lenin təqaüdü ilə) bitirmiş və SSRİ Kənd Təsərrüfatı Nazirliyinin göndərişinə əsasən həmin institutda assistent vəzifəsinə təyin edilmişdir. Moskva Yeyinti Sənayesinin Texnologiyası İnstitutunun "Şərabçılığın texnologiyası" kafedrasında birillik elmi stajkeçməyə göndərilmiş və sonra aspiranturada təhsil almışdır. 1987-ci ildə həmin İnstitutda dissertasiya işini müdafiə edərək texnika elmləri namizədi alimlik dərəcəsi almışdır. 1991-ci ildən dosentdir. 2005-ci ildə doktorluq dissertasiya işini müdafiə edərək texnika elmləri doktoru elmi dərəcəsi, sonra isə professor elmi adı almışdır. Professor H. K. Fətəliyev 192 elmi əsərin, o cümlədən, 15 müəlliflik şəhadətnaməsi və patentin, 5 dərslik, 5 dərs vəsaiti, 1 monoqrafiya, 3 tövsiyə və bir neçə elmi populyar vəsaitin, 150-dən çox elmi məqalə və metodik göstərişlərin müəllifidir. 30 elmi əsəri xarici ölkələrin sahəyə dair ən aparıcı jurnallarında nəşr olunmuş, elmi tədqiqat işlərinin nəticələrinə dair Türkiyə, Rusiya, Belarus, Ukrayna, Moldova, Gürcüstan, Fransa, Almaniya və digər ölkələrdə keçirilən konfrans və simpoziumlarda məruzələr edilmişdir. Professor H. K. Fətəliyevin elmi rəhbərliyi və məsləhətçiliyi ilə 5 nəfər texnika üzrə fəlsəfə doktoru və 1 nəfər elmlər doktoru hazırlanmışdır.
Skalyar hasil
Skalyar hasil (bəzən daxili hasil adlanır) — nəticəsi skalar olan, yəni koordinat sisteminin seçimindən asılı olmayan bir rəqəm olan iki vektor üzərində əməliyyat. 1 0 . {\displaystyle 1^{0}.} İki a ¯ {\displaystyle {\bar {a}}} və b ¯ {\displaystyle {\bar {b}}} vektorunun skalyar hasili ∣ a ¯ ∣ ⋅ ∣ b ¯ ∣ cos ⁡ α {\displaystyle \mid {\bar {a}}\mid \cdot \mid {\bar {b}}\mid \cos \alpha } -ya deyilir. Burada ∣ a ¯ ∣ {\displaystyle \mid {\bar {a}}\mid } və ∣ a ¯ ∣ {\displaystyle \mid {\bar {a}}\mid } a ¯ {\displaystyle {\bar {a}}} və b ¯ {\displaystyle {\bar {b}}} vektorlarının uzunluqları, α {\displaystyle \alpha } -bu vektorlar arasındakı bucaqdır. Skalyar hasil " a ¯ ⋅ b ¯ {\displaystyle {\bar {a}}\cdot {\bar {b}}} " yaxud " ( a ¯ ⋅ b ¯ ) {\displaystyle ({\bar {a}}\cdot {\bar {b}})} " kimi işarə olunur.Əgər a ¯ {\displaystyle {\bar {a}}} və b ¯ {\displaystyle {\bar {b}}} vektorları düzbucaqlı Dekart koordinat sistemində a ¯ ( x 1 ; y 1 ) , b ¯ ( x 2 ; y 2 ) {\displaystyle {\bar {a}}(x_{1};y_{1}),{\bar {b}}(x_{2};y_{2})} koordinatlarına malikdirsə, onda skalyar hasil belə ifadə olunur: a ¯ ⋅ b ¯ = x 1 ⋅ x 2 + y 1 ⋅ y 2 {\displaystyle {\bar {a}}\cdot {\bar {b}}=x_{1}\cdot x_{2}+y_{1}\cdot y_{2}} Analoji düstur üç və daha çox ölçüsü olan fəza üçün də doğrudur. Skalyar hasil aşağıdakı xassələri var: 1. a ¯ ⋅ b ¯ = b ¯ ⋅ a ¯ {\displaystyle 1.{\bar {a}}\cdot {\bar {b}}={\bar {b}}\cdot {\bar {a}}} 2. α ( a ¯ ⋅ b ¯ ) = ( α a ¯ ) ⋅ b ¯ {\displaystyle 2.\alpha ({\bar {a}}\cdot {\bar {b}})=(\alpha {\bar {a}})\cdot {\bar {b}}} 3. a ¯ ( b ¯ + c ¯ ) = a ¯ ⋅ b ¯ + a ¯ ⋅ c ¯ {\displaystyle 3.{\bar {a}}({\bar {b}}+{\bar {c}})={\bar {a}}\cdot {\bar {b}}+{\bar {a}}\cdot {\bar {c}}} ( a ¯ ⋅ b ¯ = 0 ) ⇔ a ¯ = 0 ¯ , b ¯ = 0 ¯ , {\displaystyle ({\bar {a}}\cdot {\bar {b}}=0)\Leftrightarrow {\bar {a}}={\bar {0}},{\bar {b}}={\bar {0}},} yaxud a ¯ ⊥ b ¯ {\displaystyle {\bar {a}}\perp {\bar {b}}} 2 0 . {\displaystyle 2^{0}.} Kompleks ədədin həndəsi tərifi vektor olduğu üçün bəzən iki kompleks ədədin skalyar hasilinə baxılır.
Bulbophyllum absconditum subsp. hastula
Bulbophyllum absconditum (lat. Bulbophyllum absconditum) — bitkilər aləminin qulançarçiçəklilər dəstəsinin səhləbkimilər fəsiləsinin bulbofillium cinsinə aid bitki növü. == Arealı == Sumatradan Sakit okeanın cənub-qərb sahillərinə qədər ərazilərində yayılmışdır. == Sinonimləri == Bulbophyllum absconditum subsp. hastula J.J.Verm. (1993) Bulbophyllum neocaledonicum Schltr. (1906) Bulbophyllum ochrochlamys Schltr.
Bernal Dias del Kastilyo
Bernal Dias del Kastilyo (isp. Bernal Díaz del Castillo; 1492 və ya 1496, Medina-del-Kampo[d], Kastiliya və Leon – 1584) — İspaniya konkistadoru, Ernan Kortesin ekspedisiyasının üzvü. "Yeni İspaniyanın fəthinin əsl tarixi" (1557–1575) xronikasının müəllifidir. Bu əsər Amerikanın fəthi haqqında mühüm mənbədir. == Mədəniyyətdə == "Ernan" (isp. Hernan) — Ernan Kortesin həyatından bəhs edən televiziya serialı. Bernal rolunu Migel Angel Amor canlandırmışdır.
Hatila vadisi Milli Parkı
Hatila vadisi Milli Parkı (türk. Hatila Vadisi Millî Parkı) ― Türkiyənin şimal-şərqindəki Artvin ilində yerləşən milli park. Park Kaçkar dağlarının şərq ucundakı dik tərəfli çay vadisini əhatə edir. Bölgə Qara dənizə yaxındır. Aralıq dənizi iqliminin hakim olduğu ərazinin isti yayı və sərin qışı var və il ərzində bol yağıntı alır. Vadi müxtəlif bitki və heyvan icmalarını yaşayış yerləri ilə təmin edir. == Park == Hatila çayı Çorox çayının qoludur və dərəsi üzərində çoxsaylı şəlalələri olan dar, dik yamaclı, V şəkilli vadi yaratmışdır. Ərazidəki süxurlar əsasən vulkanik mənşəlidir və fərqli mənzərə yaratmış qeyri-adi geomorfoloji quruluşa və geologiyaya malikdir. Park təxminən 16 900 hektarlıq ərazimi əhatə edir. Vadinin aşağı hissələri quru və isti olsa da, yuxarı hissələri sərin və rütubətlidir və qışda qar örtüyü ilə örtülür.
Təzəkənd-i Hasil-i Qubi (Qoşaçay)
Təzəkənd-i Hasil-i Qubi (fars. تازه كندحاصل قوبي‎) — İranın Qərbi Azərbaycan ostanının Qoşaçay şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 132 nəfər yaşayır (36 ailə).