Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
He Jin
He Jin (3 may 1987) — Çini təmsil edən su poloçusu. == Karyerası == He Jin, Çin yığmasının heyətində 2008-ci ildə Çinin ev sahibliyində baş tutan XXIX Yay Olimpiya Oyunlarında mübarizə apardı. Beşinci pillə uğrunda görüşdə İtaliya yığmasını 10:8 hesabı ilə məğlub edən Çin yığması, XXIX Yay Olimpiya Oyunlarını beşinci pillədə başa vurdu. Daha sonra He Jin, Çin yığmasının heyətində 2012-ci ildə Birləşmiş Krallığın London şəhərinin ev sahibliyində baş tutan XXX Yay Olimpiya Oyunlarında mübarizə apardı. Beşinci pillə uğrunda görüşdə Rusiya yığmasını 16:15 hesabı ilə məğlub edən Çin yığması, London Olimpiadasını beşinci pillədə başa vurdu.
He Çjiven
He Xiven (31 yanvar 1962) — İspaniyanı təmsil edən stolüstü tennisçi. == Karyerası == He Xiven İspaniyanı 2004-cü ildə Afina şəhərində baş tutan XXVIII Yay Olimpiya Oyunlarında təmsil edib və fərdi turnirdə 33-cü pillənin sahibi olub. Daha sonra He Xiven İspaniyanı 2008-ci ildə Pekin şəhərində baş tutan XXIX Yay Olimpiya Oyunlarında təmsil edib və fərdi turnirdə 33-cü pillənin sahibi olub. He Xiven İspaniyanı 2012-ci ildə London şəhərində baş tutan XXX Yay Olimpiya Oyunlarında təmsil edib və fərdi turnirdə 17-ci pillənin sahibi olub. Daha sonra He Xiven İspaniyanı 2016-cı ildə Rio-de-Janeyro şəhərində baş tutan XXXI Yay Olimpiya Oyunlarında təmsil edib və fərdi turnirdə 33-cü pillənin sahibi olub.
Liu He
Liu He (III əsr – 310) - Xan Çaonun ikinci imperatorudur. 310-cu ildə hakimiyyətə gəlmiş və 7 gün taxtda qalmışdır. == Hakimiyyəti == Yuanxay hələ hakimiyyətdə olan vaxtı yerinə ən böyük oğlu Heni vəliəhd olaraq təyin etmişdi. Yuanxay Liu Yu, Liu Lonq və Liu Ay adlı digər oğullarına imperatoru qorumağı tapşırdı ancaq vəzifələr ala bilməyən imperatorun dayısı Huyan Yao və digər hun əyanları olan Liu Rui ilə Liu Çenq imperatora digər qardaşlarının onunla mübarizəyə girişə biləcəklərini dedi. İmperator qardaşlarına qarşı ölüm əmri elan etdi. Liu Ay qaçaraq digər qardaşı Liu Konqa xəbər verdi. İki gün sonra Liu Yu və Liu Lonq imperator tərəfindən öldürüldü. Qardaşlarının öldürülməsinə qəzəblənən Liu Konq sarayı mühasirəyə alaraq imperatoru öldürdü və taxta özü çıxdı.
Suy He
Suy He (çin. 何穗; 23 sentyabr 1989, Vençjou[d], Çjetszyan) – Çin modeli və aktrisası. İlk Şərqi Asiya modelidir ki, Ralph Lauren brendinin podiumuna çıxıb və ikinci çinli modeldir ki, Victoria's Secret Dəb Şousunda çıxış edib. Suy "W" jurnalının üzlüyündə də yer almışdır. == İlk illəri == 23 sentyabr 1989-cu ildə Çinin Çjetszyan əyalətinin Vençjou şəhərində doğulmuşdur. Yeddi il boyunca şəhərin üzgüçülük komandasının üzvü olmuşdur. == Karyerası == 17 yaşında liseydə təhsil alarkən yerli modellik müsabiqələrinin birinə qatılaraq qalib olmuşdur. Müsabiqənin qalibi kimi Pekində Bentley Culture Development şirkəti ilə müqavilə imzalamışdır. 2013-cü ildə Suy He Models.com saytı tərəfindən "Top-50 qadın model siyahısı"nda 13-cü yerdə göstərilmişdir. O, Models.com saytının 2011-ci ildəki eyni siyahısına da düşmüşdür.
Heinkel He-111
Heinkel He 111 - alman bombardmançı təyyarəsi, Lüftvaffein əsas bombardmançılarından biri (torpedo bombardmançılarının və hücum təyyarələrinin modifikasiyası da var idi). Ümumilikdə 7600-dən çox buraxılmışdır. Bu təyyarə İkinci Dünya müharibəsində ikinci ən böyük Alman bombardmançısı olmuşdur.
Heinkel He 178
== Haqqında == He 178 Alman təyyarə istehsalçısı Heinkel tərəfindən dizayn edilmiş və istehsal edilmiş eksperimental təyyarə idi. Bu, turbojet mühərrikindən istifadə edərək uçan ilk təyyarə idi. He 178 1930-cu illərin ortalarında alman mühəndisi Hans von Ohain tərəfindən hazırlanmış reaktiv hərəkət konseptini sınaqdan keçirmək üçün hazırlanmışdır. Ernst Heinkelin sənaye dəstəyini aldıqdan sonra fon Ohain 1937-ci ilin sentyabrında Heinkel HeS 1 adlı işləyən turbojet mühərrikini nümayiş etdirə bildi . Heinkel He 178-in Alman hakimiyyət orqanlarından və Luftwaffe — dən asılı olmayaraq şəxsi müəssisə kimi inkişafını davam etdirdi. təyyarəni inkişafının çox hissəsi üçün nisbətən gizli saxlayır. Heinkel təkcə aviasiya qaz turbinlərinin imkanlarını nümayiş etdirməkdə maraqlı deyildi , həm də yüksək sürətli uçuş texnologiyalarının inkişafına ayrıca diqqət yetirirdi. 27 avqust 1939-cu ildə ilk prototip olan He 178 V1 Erich Warsitz tərəfindən idarə olunan ilk uçuşunu həyata keçirdi . Cəmi altı dəqiqə davam edən bu uçuşdan üç gün əvvəl eyni təyyarənin qısa sıçrayışı baş vermişdi. Maksimum sürəti saatda 598 kilometr (372 mil) və nisbətən kiçik dözümlülüyü kimi performans məhdudiyyətlərinə görə, təyyarə nümayiş uçuşunda iştirak edən Ernst Udet və Erhard Milch kimi nasist rəsmiləri heyran edə bilmədi.
Pak He Cin
Park Hae-jin (Hangul: 박해진; 1 may 1983, Busan) — Cənubi Koreyalı aktyor. Daha çox My Love from the Star (2013), Bad Guys (2014) və Cheese in the Trap (2016) serialları ilə tanınır. == Karyerası == Park Hae-jin 2006-cı ildə KBS kanalında yayımlanan Famous Chil Princesses serialı ilə aktyorluq həyatına başladı. Daha sonra iki uğurlu serialda rol aldı. KBS serialı Like Land and Sky və MBC kanalında yayımlanan East of Eden seriyalında başqa bir adamın sevgilisini əlindən alan qəddar adam Shin Myung-hoon rolu ilə məşhurlaşdı. Hər iki serial ölkə üzrə yüksək reytinq aldı və Park Hae-jin tanınmış bir insan halına gəldi. Park Hae-jin eyni zamanda xaricdə də tanınmağa başladı. 2011 və 2012-ci ildə Çin seriallarında rol aldı və o illərdən bəri xaricdə layihələrə qatılmağa davam edir. Daha sonra Park Hae-jin Seoyoung, My Daughter serialındakı Lee Sang-woo rolu ilə Koreya ekranlarına geri qayıtdı. Serial 47,1% reytinqlə 2013-cü ildə Koreyada ən yüksək reytinqli serial oldu.
Pak Kın He
Pak Kın He (kor.
Çhan He Cin
Çhan He Cin (13 may 1987, Tequ) — Cənubi Koreyalı oxatan. Çang Hye-Jin 2013-cü ildə Dünya Çempionatında bir qızıl, 2016-cı ildə Olimpiya Oyunlarında isə iki qızıl medal qazanıb. == Karyerası == Çang Hye-Jin karyerasında birinci ciddi uğurunu 2013-cü ildə qazandı. Çang Hye-Jin Türkiyənin Antalya şəhərində Dünya Çempionatının qızıl medalını qazandı. Bir il sonra isə o, Asiya Oyunlarında fərdi yarışlarda gümüş, komanda hesabında isə qızıl medal qazandı. Çang Hye-Jin karyerasının əsas uğurunu isə 2016-cı ildə Olimpiya Oyunlarında qazandı. O, Braziliyanın Rio-de-Janeyro şəhərində baş tutan yarışlarda 1-ci yeri tutaraq qızıl medal qazandı. Komanda hesabında isə Çang Hye-Jin Çoi Mi-Sun və Ki Bo-Bae ilə birgə XXXI Yay Olimpiya Oyunlarının iki qat çempionu oldu.
Çun He-in
Jung Hae-in (1 aprel 1988, Seul) Cənubi Koreyalı aktyordur. O, ilk dəfə 2013-cü ildə AOA Black-in "Moya" klipində iştirak etmiş və sonrakı il " Bride of the Century " serialı vasitəsilə rəsmi debüt etmişdir. O, 2017-ci ildə "You Were Sleeping" və "Prison Playbook" seriallarında ikinci dərəcəli rolları ilə tanınıb.He-in ilk baş rolunu 2018-ci ildə " Something in the Rain" dramında oynadı. == Həyatı == === Ailə və məzun dərəcəsi === Hein-nin üçüncü ulu babası, sonrakı Coseon dövrünün böyük mütəfəkkiri Con Yakyongdur. O, Pyontaek Universitetində "Yayım Əyləncə" fakültəsini bitirib, burada musiqili tamaşalar da daxil olmaqla müxtəlif fəaliyyətlərdə iştirak edib. === Hərbi qəbul === He-in iyirmi bir yaşında hərbi xidmətə getdi. O, hərbi xidməti və ali məktəbi bitirdikdən sonra şirkəti ilə müqavilə bağlayıb. == Karyera == === Başlanğıc === Çun He-in ilk aktyorluq təcrübəsini oxuduğu kollecdəki musiqili filmdə qazanmışdır, lakin onun aktyor olmaq əzmi hərbi xidmətdə olarkən yarandı.O, rəsmi olaraq iyirmi altı yaşında debüt etdi.He-in 2014-cü ildə " Bride of the Century " serialı vasitəsilə rəsmi debüt etdi və sonra "The Youth" adlı indi filmində göründü.Elə həmin il "Üç muşketyor" adlı tarixi serialda rol aldı.Daha sonra o, kiçik rollarda göründü və 2014-cü ildən 2016-cı ilə qədər müxtəlif serial və filmlərdə bir neçə epizodda rol aldı. Onun yaddaqalan çıxışlarından biri "Guardian: The Lonely and Great God" filmində oldu. === 2017-indiki: Populyarlıq və baş rollarda yüksəliş === 2017-ci ildə He-in "When You Were Sleeping" fantastika,romantika serialındakı performansı ilə populyarlıq qazandı.Serialın yayımı zamanı o, Koreyanın Naver portalında axtarılan 1 nömrəli şəxs kimi yer aldı.Onun iki tarixi filmi — "The King's Case Note" və "Conspiracy: Age of Rebellion" eyni ildə ekranlara çıxdı.Sonra o, qara komediya serialı "Prison Playbook"-da rol aldı və buradakı çıxışına görə tərif aldı.2018-ci ildə He-in başqa bir tarixi film olan "Heung-boo: The Revolutionist"də Kral Honjonq obrazını canlandırdı.O, Son Ye-cin ilə birlikdə "Something in the Rain" romantik dramında ilk baş rolunu oynadı.Dram yayımlandıqdan sonra He-in Asiyada populyarlıq qazandı.Həmin ilin sonunda He-in Kim Qo-un ilə birlikdə " Tune in for Love" adlı dövr romantik filmində rol aldı.
Liu He Ba Fa
Liu He Ba Fa (Çin dili: 六合八法拳, pinyin: liùhébāfǎquán) — çin döyüş sənətidir. == Tarixi == Liu He Ba Fa döyüş növü Sun imperiyası dövründə yaşamış Daosizm müdriki Çen Tuan (ing. Chen Tuan) tərəfindən yaradılmışdır. Bu döyüş növündə döyüş fənləri, müxtəlif meditasiyalar, nəfəs formaları, sağlamlıq sistemi öyrədilir.
Le-Kot-de-Kor
Le-Kot-de-Kor (fr. Les Côtes-de-Corps) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — İzer. Matezin-Triyev kantonuna daxildir. Kommunanın dairəsi — Qrenobl. INSEE kodu — 38132. Kommunanın 1999-cu il üçün əhalisi 44 nəfər təşkil edirdi. Kommuna dəniz səviyyəsindən 680 ilə 2 015 qədər metr yüksəklikdə yerləşir. Kommuna Parisdən təxminən 530 km cənub-şərqdə, Liondan 135 km cənub-şərqdə, Qrenobldan 45 km şimal-qərbdə yerləşir.
Le-Maye-de-Montan
Le-Maye-de-Montan (fr. Le Mayet-de-Montagne) — Fransada kommuna, Overn regionunda yerləşir. Departament — Alye. Le-Meye-de-Montan kantonuna daxildir. Kommunanın dairəsi — Vişi. INSEE kodu — 03165. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 360 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2007-ci ildə əmək qabiliyyətli 228 nəfər (15-64 yaş arasında) 138 nəfər iqtisadi cəhətdən, 90 nəfər fəaliyyətsizdir (fəaliyyət göstəricisi - 60.5%, 1999-cu ildə bu 63.8%). Fəal olan 138 nəfərdən 118 nəfər (77 kişi və 41 qadın), 20 nəfər işsiz (2 kişi və 18 qadın) idi. 90 hərəkətsiz 14 nəfər arasında şagird və ya tələbə, 42 nəfər təqaüdçü, 34 nəfər digər səbəblərə görə fəaliyyətsizdir.
Le-Peaj-de-Rusiyon
Le-Peaj-de-Rusiyon (fr. Le Péage-de-Roussillon) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — İzer. Rusiyon kantonuna daxildir. Kommunanın dairəsi — Vyen. INSEE kodu — 38298. Kommunanın 2007-cu il üçün əhalisi 6569 nəfər təşkil edirdi. Kommuna dəniz səviyyəsindən 134 ilə 263 qədər metr yüksəklikdə yerləşir. Kommuna Parisdən təxminən 430 km cənub-şərqdə, Liondan 45 km cənub-şərqdə, Qrenobldan 80 km qərbdə yerləşir.
Le-Pon-de-Kle
Le-Pon-de-Kle (fr. Le Pont-de-Claix) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — İzer. Le-Pon-de-Kle kantonuna daxildir. Kommunanın dairəsi — Qrenobl. INSEE kodu — 38317. Kommunanın 2006-cı il üçün əhalisi 11573 nəfər təşkil edirdi. Kommuna dəniz səviyyəsindən 227 ilə 391 qədər metr yüksəklikdə yerləşir. Kommuna Parisdən təxminən 490 km cənub-şərqdə, Liondan 100 km cənub-şərqdə, Qrenobldan 7 km cənubda yerləşir. == Əhalisi == Əhalinin dinamikası (INSEE): == Le-Pon-de-Kle xüsusiyyətləri == Le-Pon-de-Kle sənaye şəhəridir, çünki ərazisinin demək olar ki, üçdə bir hissəsi böyük bir kimyəvi platformadır.
Le-Roş-de-Kondriyo
Le-Roş-de-Kondriyö (fr. Les Roches-de-Condrieu) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — İzer. Vyenn-Süd kantonuna daxildir. Kommunanın dairəsi — Vyen. INSEE kodu — 38340. Kommunanın 2007-ci il üçün əhalisi 1925 nəfər təşkil edirdi. Kommuna dəniz səviyyəsindən 155 ilə 200 qədər metr yüksəklikdə yerləşir. Kommuna Parisdən təxminən 420 km cənub-şərqdə, Liondanb 35 km cənub-şərqdə, Qrenobldan 85 km şimal-qərbdə yerləşir.
Sen-Marten-de-Le
Sen-Marten-de-Le (fr. Saint-Martin-des-Lais) — Fransada kommuna, Overn regionunda yerləşir. Departament — Alye. Şevan kantonuna daxildir. Kommunanın dairəsi — Mulen. INSEE kodu — 03245. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 736 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2007-ci ildə 87 yaşdan yuxarı (15-64 yaş arasında) 59 nəfər iqtisadi fəal, 28 nəfər fəaliyyətsizdir (fəaliyyət göstərici 67,8%, 1999-cu ildə 81.5%). Fəaliyyət göstərən 59 nəfərdən 57 nəfər (37 kişi və 20 qadın) işləyir, 2 kişi işsizdir. 28 hərəkətsiz 11 nəfər arasında şagird və ya tələbə, 7 nəfər təqaüdçü, 10 nəfər digər səbəblərə görə fəaliyyətsizdir.
Le-Me (Yuxarı Provans Alpları)
Le-Me (fr. Les Mées, oks. Lei Meas) — Fransada kommuna, Provans-Alp-Kot-d'Azur regionunda yerləşir. Departament — Yuxarı Provans Alpları. Le-Me kantonuna daxildir. Kommunanın dairəsi — Din-le-Ben. INSEE kodu — 04116. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 3591 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2007-ci ildə əmək qabiliyyətli 2161 nəfər (15-64 yaş arasında) arasında 1533 nəfər iqtisadi fəal, 628 nəfər fəaliyyətsizdir (fəaliyyət göstərici - 70.9%, 1999-cu ildə bu 68.5%). 1533 aktiv 1323 nəfər (716 kişi və 607 qadın) işləyir, 210 nəfər işsizdir (96 kişi və 114 qadın).
Le-Pon-de-Bovuazen (İzer)
Le-Pon-de-Bovuazen (fr. Le Pont-de-Beauvoisin) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — İzer. Şartryoz-Qye kantonuna daxildir. Kommunanın dairəsi — La-Tur-dyu-Pen. INSEE kodu — 38315. Kommunanın 2012-ci il üçün əhalisi 3499 nəfər təşkil edirdi. Kommuna dəniz səviyyəsindən 239 ilə 332 qədər metr yüksəklikdə yerləşir. Kommuna Parisdən təxminən 450 km cənub-şərqdə, Liondan 70 km cənub-şərqdə, Qrenobldan 39 km şimal-qərbdə yerləşir.
.ae
.ae — Birləşmiş Ərəb Əmirliklərinin internet kodu
.be
.be — Belçikanın internet kodu.
.de
.de — Almaniyanın internet kodu.
.ee
.ee — Estoniyanın internet kodu.
.eh
.eh — Qərbi Saxaranın rezerv edilmiş İnternet kodu.
.je
.je — Cersi adalarının internet kodu.
Heç nə əbədi deyil
Heç nə əbədi deyil (ing. Nothing Lasts Forever) — Sidni Şeldonun 1994-cü ildə yazdığı romandır.
Sən hər nə istəsən
«Sən nə istəsən» (isp. Todo lo que tú quieras) — İspaniyanın 2010-cu ildə çəkilmiş, dram janrında, rejissor Açero Manyasın filmi == Süjet == Sadə Madrid ailəsi — Leo, Alisia və onların balaca qızı Dafni. Ata işləyir, ana uşağın tərbiyəsi və ev işləri ilə məşğuldur. Hər şey adi, həmişəki kimi rahat atmosferdə davam edir. Lakin birdən Alisiya epilepsiyadan ölür — Leo və Dafni artıq onsuz yaşamağa məcbur olurlar. Leoya çox çətin olur: uşaq heç cürə anasını unuda bilmir və onun həyatdan köçməyini qəbul etmir. Gecələr o anasının adını çağırır. Bəzən, kimisə xoşbəxt etmək üçün, sevən insanlar bütün şərtləri və mühakimələri aşaraq, bütün qadağaları keçirlər. Leo qərar verir və axşamlar o həyat yoldaşının paltarlarını geyinir, başına parik taxır, dodaqlarını parlaq qırmızı pomada ilə boyayır və beləcə o qızı üçün "ana" olur. Belə bir performans bir az uzanır və bu yavaş-yavaş bir qorxulu oyuna çevrilir.
Nə sən bilirsən, nə də mən (film, 2002)
Nə sən bilirsən, nə də mən (hind: Na Tum Jaano Na Hum) 2002-ci ildə baş rollarda Saif Əli Xan, Hritrik Roşan və Esha Deolun oynadığı hindi dilli romantik dram filmidir. Bu, Roşan və Xanın birlikdə rol aldığı ilk filmdir. Filmin rejissoru Arjun Sablok, prodüseri isə Future Groupun sahibi Kishore Biyani olmuşdur. Filmin adı Roşanın debüt filmi Kaho Naa... Pyaar Hai (2000) filminin bir mahnısından götürülmüşdür. Film buraxıldıqdan sonra çox mənfi rəylərlə qarşılaşdı və mükəmməl bir aktyor heyətinə sahib olmasına baxmayaraq, kassa fəlakəti olmuşdur.