Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Heybət
Heybət (Qaradağ) — Azərbaycanın Qaradağ rayonunda Şubanı qəsəbə inzibati ərazi vahidində qəsəbə. Heybət-i Süfla (Germi) — İranın Ərdəbil ostanının Germi şəhristanı ərazisinə daxil olan kənd. ‎Heybət-i Ülya (Germi) — İranın Ərdəbil ostanının Germi şəhristanı ərazisinə daxil olan kənd.
Heybə
Heybə – kənd və dağlıq rayonlarda məişətdə istifadə edilir. Formasına görə xurcuna bənzəyir. Lakin ondan iki dəfə kiçikdir. Əsasən xovsuz xalça texnikasında toxunur. Cecimdən tikilmiş heybə də olur. Belə ki, heybənin ağız hissəsi bədii tikmələr, bafta və s. ilə bəzədilir. Onunla xırda əşyalar daşınır. Heybə türk dilli xalqlar arasında geniş yayılmışdır. Torba kimi dirək deyilən dəzgahlarda toxunar, vəsaitləri eynidir.
Bibi-Heybət
Bibiheybət, Xanlar (1936–1992) — Bakının Səbail rayonunda şəhər tipli qəsəbə. Bakının qədim kəndlərindən biri. == Tarixi == XX əsrin əvvəllərinə qədər Şıx, 1936-cı ildə Xanlar adı verilmiş və qəsəbə statusu almışdır. 1992-ci il 29 aprel tarixində Azərbaycan Respublikası Ali Sovetinin Milli Şurasının qərarı ilə Bakı şəhəri Səbail rayonu Xanlar qəsəbəsinin adı dəyişdirilərək Bibiheybət qəsəbəsi adlandırılmışdır.Əhalisi əsasən sənaye müəssisələrində və xidmət sahələrində çalışır. Qəsəbə uzun müddət neft hasilatı ilə tanınmışdır. Sosial obyektləri, idman kompleksləri, istirahət zonası, Bibiheybət məscidi var.Səbail Rayon İcra Hakimiyyəti başçısının Bibiheybət Qəsəbə Nümayəndəliyinin 2012-ci ilin yekunlarına həsr olunan yığıncağında Hesabat məruzəsi ilə çıxış edən Bibiheybət qəsəbə icra nümayəndəsi Anar Həsənli bildirmişdir ki, burada hazırda 2200 nəfər əhali yaşayır, 365 nəfər məcburi köçkün məskunlaşmışdır. == Mədəniyyəti == Burada XIII əsrdə tikilmiş Bibiheybət məscidi yerləşir.
Heybər keçidi
Heybər keçidi, Əfqanıstanla Pakistan sərhədi yaxınlığında yerləşən, Kabil çayı dərəsindən cənubdakı Səfedkox dağ silsiləsində keçid. Uzunluğu 53 км, eni 15—130 м. Əsas keçid 1030 м. yüksəklikdə yerləşir. Keçiddə, Pakistan tərəfdən əfqan sərhədinə qədər dəmir yolu salınıb, və müxtəlif səviyələrdə Pişəvər - Kabil şose və karvan yolları salının. Keçmişdə vacib ticarət və hərbi strateji yol olub.
Heybət (Qaradağ)
Heybət — Azərbaycanın Qaradağ rayonunda Şubanı qəsəbə inzibati ərazi vahidində qəsəbə. Yaşayış məntəqəsi adını ərazidəki Bibiheybət məscidinin adından almışdır.
Heybət Heybətov
Heybət Atamoğlan oğlu Heybətov və ya Vladimir Pavloviç Zyuvanov — sovet hərbçisi, general-mayor, milliyətcə azərbaycanlıdır. == Həyatı == 1898-ci ildə Maştağa qəsəbəsində çoxuşaqlı ailədə anadan olmuşdur. Heybət Heybətov 1912-ci ildə rus-tatar məktəbini, 1916-ci ildə isə üçsinifli Bakı Alekseyev mexanika-inşaat orta məktəbini bitirmişdir. Məktəbi bitirdikdən sonra o faytonçu köməkçisi, Rabinoviçin təkər mazı zavodunda usta işləmişdir. 1918-ci il mart soyqırımı zamanı atasını itirmişdir. 1918-ci il mayından 1920-ci il oktyabrınadək "Abneto" Əmrcan-Biləcəri neftsənaye cəmiyyətində çilingər işləmişdir. 1920-ci ildə Heybət, Zyuvanov soyadlı rus zabiti tərəfindən anasından tərbiyə olunmaq üçün alınmış və sonradan Zyuvanov tərəfindən oğulluğa götürülmüşdür. 1920-ci ilin oktyabr ayında orduya çağırılan gənc Heybət Heybətov nümunəvi əsgər kimi xidmət edir. O, Bakıdakı Birləşmiş Azərbaycan Hərbi Məktəbinə təhsil almağa göndərilir, həmin hərbi məktəbin hərbi dəstəsinin tərkibində Qarabağda daşnaklarla döyüşlərdə iştirak etmişdir. 1922-ci il yanvarın 1-də məktəbi əla qiymətlərlə bitirir.
Heybət Hörmət
Heybət Hörmət(Hörmət Heybət Qüdrət oğlu.) — Azərbaycanın tanınmış teatr və kino aktyoru, rejissoru. Şair-tənqidçi, "Qızıl qələm" mükafatı laureatı, "Ümid press" qəzetinin baş redaktoru. == Həyatı == Heybət Hörmət 1946-cı il dekabr ayının 20-də Şamaxı şəhərində doğulub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetini bitirib. 20 il M. Davudova adına Mingəçevir Dövlət Dram Teatrının aparıcı aktyorlarından olub. Mingəçevir Teatrında işləyə-işləyə 1974-cü ildə Ə. B. Haqverdiyev adına Ağdam Dövlət Dram Teatrına dəvət alıb. Bu teatrda bir neçə obrazlar yaratdıqdan sonra yenidən Mingəçevir teatrına, öz doğma səhnəsinə qayıdıb. (1974-cü ilin sonu). Daha sonra Mədəniyyət Nazirliyinin təyinatı ilə H. Ərəblinski adına Sumqayıt Dövlət Musiqili Dram Teatrına göndərilib. (1989–1995).
Heybət Mehdiyev
Heydət Mehdiyev (azərb. Mehdiyev Heybət Cənnətalı oğlu‎) — Azərbaycanlı alim, ictimai xadim == Həyatı == Heybət Cənnətalı oğlu Mehdiyev 1937-ci ildə Kürdəmir rayonunun Xırdapay kəndində anadan olmuşdur. 1954-cü ildə orta məktəbi bitirmişdir. Həmin il Azərbaycan Tibb İnstitutunun Stomotologiya fakültəsinə daxil olmuş, 1959-cu ildə həmin fakültəni fərqlənmə diplomu ilə bitirmişdir. 1961-ci ildən Kürdəmir rayon xəstəxanasının poliklinikasında həkim stomotoloq vəzifəsində çalışmışdır. 1968-ci ildə Ali dərəcəli həkim-stomotoloq adına layiq görülmüşdür. H.Mehdiyev 1972-ci ildə tibb elmləri namizədi alimlik dərəcəsi almışdır. O, 22 elmi məqalənin, 4 monoqrafiyanın, 4 kitabın müəllifi olmuşdur. O, 1992-ci ildən respublika “Şəfqət və Sağlamlıq” fondu Kürdəmir rayon şöbəsinin sədri olmuşdur. === Təltif və mükafatları === Müxtəlif vaxtlarda fəxri fərmanlarla, ”Əmək veteranı” medalı, SSRİ Səhiyyə Nazirliyinin “Səhiyyə əlaçısı” döş nişanı ilə təltif olunmuşdur.
Heybət qəsəbəsi
Heybət (Qaradağ) — Azərbaycanın Qaradağ rayonunda Şubanı qəsəbə inzibati ərazi vahidində qəsəbə. Heybət-i Süfla (Germi) — İranın Ərdəbil ostanının Germi şəhristanı ərazisinə daxil olan kənd. ‎Heybət-i Ülya (Germi) — İranın Ərdəbil ostanının Germi şəhristanı ərazisinə daxil olan kənd.
Bibi-Heybət bələdiyyəsi
Bakı bələdiyyələri — Bakı şəhərinin ərazisində yerləşən bələdiyyələr. == Tarixi == Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. Hal-hazırda Bakıda 53 bələdiyyə var. == Binəqədi rayonu == == Xətai rayonu == == Xəzər rayonu == == Qaradağ rayonu == == Nərimanov rayonu == == Nəsimi rayonu == == Nizami rayonu == == Pirallahı rayonu == == Sabunçu rayonu == == Səbail rayonu == == Suraxanı rayonu == == Yasamal rayonu == == Şəkillər == == Mənbə == "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Hacı Heybət məscidi
Hacı Heybət məscidi (İçərişəhər) — İçərişəhərdə yerləşən və yerli əhəmiyyətli abidə olan məscid. Hacı Heybət məscidi (Fatmayı) — Fatmayıda yerləşən və yerli əhəmiyyətli abidə olan məscid.
Mirzə Heybət Axundzadə
Mirzə Heybət Axundzadə — Azərbaycan şairi Gülüstan ədəbi məclisinin üvlərindən biri, Səkinə Axundzadənin atası. == Həyatı == Mirzə Heybət Axundzadə "Fəda" təxəllüsü ilə şeirlər yazan şair olub.
Hacı Heybət məscidi (Fatmayı)
Hacı Heybət məscidi — Abşeron rayonu Fatmayı kəndinin mərkəzində yerləşir. == Tikili == XVII əsrdə Hacı Heybət adlı bir şəxs tərəfindən tikilib. Məscidin sahəsi 236 m²-dir. Məsciddə eyni vaxtda 110 nəfər nəfər namaz qıla bilər. Tikili L hərfi formasına malikdir. Həyətində yardımcı tikililər vardır.
Hacı Heybət məscidi (İçərişəhər)
Hacı Heybət məscidi — İçərişəhərdə yerləşən və ölkə əhəmiyyətli abidə olan məscid. == Tarixi == Hicri tarixi ilə 1206-cı ildə (1791-ci il) memаr Hаcı Heybət Əmirəli оğlu tərəfindən tikilmişdir. == Haqqında == Kiçik оlub yаşаyış məhəllələrinin cərgəsinə dахildir. Plаndа dördbucаq şəklindədi. Kvаdrаt fоrmаlı vestibüldən, xidməti оtаqdаn və tахçаlı ibаdət zаlındаn ibаrətdir. Məscidin memаrlıq-kоnstruktiv quruluşu yerli üslublаrın sаrsılmаzlığını qоruyаrаq və оnlаrа sаdiq qаlаrаq dаş qübbələrdən və çаtmа fоrmаlı tаğlаrdаn ibаrətdir. Sаdə ifаdə оlunmuş tаclı giriş və "Qurаn" məzmunlu, eləcə də memаr hаqqındа məlumat verən epiqrаfik yazı məscidin yüksək dəyərini göstərir. İbаdət zаlının interyerində, künclərin birində memаrın və onun həyаt yоldаşının məzаrı yerləşir. == Mənbə == "HАCI HЕYBƏT MƏSCİDİ" ( (az.)). icherisheher.gov.az.
Heybət-i Cahanxanımlı (Biləsuvar)
Heybət-i Cahanxanımlı (fars. هيبت جهان خانملو‎) — İranın Ərdəbil ostanının Biləsuvar şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 112 nəfər yaşayır (23 ailə).
Heybət-i Süfla (Germi)
Heybət-i Süfla (fars. هيبت سفلي‎) — İranın Ərdəbil ostanının Germi şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 33 nəfər yaşayır (8 ailə).
Heybət-i Ülya (Germi)
Heybət-i Ülya (fars. هيبت عليا‎) — İranın Ərdəbil ostanının Germi şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 38 nəfər yaşayır (8 ailə).
Heybət dəmir yolu stansiyası
Heybət dəmir yolu stansiyası — Bakı şəhərinin Qaradağ rayonunun ərazisində yerləşmiş yolu stansiyası. Azərbaycan Respublikasının Prezidenti 6 iyun 2018-ci il tarixli Sərəncamı ilə ləğv edilmişdir. Buna səbəb Heybət dəmir yolu stansiyasına bitişik hissədə inşa edilmiş Abşeron dəmir yolu stansiyası olmuşdur. Stansiya Meyvəli bazarının yaxınlığında yerləşirdi.
Hələbcə
Hələbcə — İraqın Süleymaniyyə mühafəzəsində şəhər. Əhalisi 300,000 nəfərdir. Qədim şəhərdir. 1650-cı ildən tanınır.
Heyberq adaları
Heyberq adaları — Kara dənizində yerləşən adalar qrupu. Taymır уarımadası ilə Şimal Torpağı arasında yerləşir. İnzibati cəhətdən Krasnoyarsk diyarı Taymır Dolqan-Nenes rayonu ərazisinə daxildir (Rusiya). Arxipelaqa 4 elədə böyük olmayan ada daxildir: Severnıy, Zapadnıy, Srednıy və Vostoçnıy. Böyük Arktik qoruğu ərazisinə daxildir. Adalar Frityof Nansen tərəfindən kəşf edilir və Norveç Fram qütb ekspedisiyasını maliyyələşdirən Aksel Heyberqin şərəfinə adlandırılır. == Tarixi == 1940-cı ildə arxipelaqda Şimal Dəmiz yolunda naviqasiyanı təmin etmək məqsədi ilə qütb stansiyası quraşdırılmışdır.
Hələbcə mühafəzəsi
Hələbcə mühafəzəsi — İraq Respublikasında inzibati-ərazi vahidi. Sahəsi 888.915 km², əhalisi 1997–ci il siyahıya almasına əsasən 110.000 nəfərdir. Hələbcə mühafəzəsinin inzibati mərkəzi Hələbcə şəhəridir.
Aksel Heyberq adası
Aksel-Heyberq (ing. Axel Heiberg Island) — yaşayışı olmayan ada olaraq Kanada Arktik arxipelaqı daxildir. Adadan qərbdə Elsmir adası yerləşir və ondan Yurika boğazı vastəsi ilə ayrılır. İnzibati cəhətdən Nunavut vilayətinin Kikiktani regionuna daxildir. == Coğrafiyası == Qərbdən Mien adasından Sverdrup boğazı vastəsi ilə ayrılır. Sverdrup və Kraliça Yelezaveta adaları qrupuna daxildir. Sahəsi 43,178 km² təşkil edərək, Adaların dünyada sahəsinə görə sıralamasında 32-ci yerdə gedir. Dağların hündürlüyü 2000 metri keçir. == Tarix == Ada əvvəllər inuitlər məskunlaşmışdı. Adanın Otto Sverdrup tərəfindən kəşf edilərkən ərazidə həyat əlaməti yox idi.
Aksel Heyberq buzlağı
Antarktidadakı Aksel Heyberq buzlağı Antarktik platosunun yüksəkliklərindən Ross şelf buzlağına (təxminən dəniz səviyyəsinə) doğru alçalan, Kraliça Mod dağlarındakı Don Pedro Kristofersen və Herbert silsilələri arasında yerləşən 48 km uzunluğundakı vadi buzlağı. Bu nəhəng buzlaq 1911-ci ilin noyabrında norveçli qütb səyyahı Roald Amundsen tərəfindən kəşf edilmiş və onun tərəfindən buzlağa çox sayda Norveç qütb tədqiqatına töhfəsini verən alim və norveçli biznesmen Aksel Heyberqin adı verilmişdir. Amundsen buzlaqdan uğurlu Cənub qütbü ekspedisiyası ərzində qütb platosu üzərindən öz marşrutunu tapmaq üçün istifadə etmişdi.
Hələbcə şəhərinə zəhərli qaz hücumu
Hələbcə qətliamı — İran-İraq müharibəsi zamanı İrana dəstək verən kürdləri cəzalandırmaq məqsədilə İraq lideri Səddam Hüseynin əmrilə İraqın şimalında kürdlərin yaşadığı Hələbcə şəhərinin əhalisinə qarşı 1988-ci il 16-17 mart tarixlərində həyata keçirilmiş kimyəvi silah hücumu. Hücum zamanı iprit, zarin, tabun və VX qazından istifadə edilmişdir. Ölənlər barədə müxtəlif məlumatlarda bir neçə yüz nəfərdən 7 minədək insanın öldüyü, həmçinin 20 minə yaxın insanın isə müxtəlif xəsarətlər aldığı bildirilir. Daha çox 5 000 nəfərin öldüyü və 11 000 nəfərin xəsarət aldığı barədə məlumata üstünlük verilir. 1 mart 2010-cu il tarixində İraq Ali Cinayət Məhkəməsi Hələbcə qətliamını soyqırım kimi tanımışdır.