HEYVƏRƏ

sif.is.
1. Kobud, qanmaz, ləyaqətsiz, tərbiyəsiz, ədəbsiz, zırrama, ağzıyava, ağzıpozuq. Heyvərə adam. Heyvərənin biridir, dindirməsən yaxşıdır.
– Qışqırdı bir qədər, zəhərdən acı; Qızışdı getdikcə heyvərə hacı. H.K.Sanılı.

// Bəzən söyüş kimi işlədilir.
[İsmayıl bəy:] Yalan danışma, heyvərə, mənim öz atlarım harada qalmışdı ki, səndən at istəyə idim. N.Vəzirov.

2. Yekə, zorba, nataraz, yöndəmsiz.
Bozdar … qocalmış, gözlərinə pərdə gəlmiş heyvərə bir köpəkdir. S.S.Axundov.
Qamışın qalın bir yerində heyvərə bir çaqqal yerə sərilmişdi. M.Rzaquluzadə.

3. zərf Avara-avara, boş-boş, avara-sərgərdan.
Dəxi ol sərvi-qədin kuyinə cənnət deyibən; Gəzmərəm küçələri heyvərə bundan sonra. S.Ə.Şirvani.

Синонимы

  • HEYVƏRƏ heyvərə bax 1. qanmaz; 2. yöndəmsiz
  • HEYVƏRƏ qanmaz — yekəbaş — zırrama — gic — axmaq
  • HEYVƏRƏ yekə — zorba — böyük — nəhəng — heybətli
  • HEYVƏRƏ kobud — qaba
  • HEYVƏRƏ eybəcər — çirkin — iyrənc — kifir — biçimsiz — yöndəmsiz
  • HEYVƏRƏ boşboğaz — naqqal
HEYVANSİFƏT
HEYVƏRƏLƏNMƏ

Значение слова в других словарях